Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü
nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması
I Önəmli faktlar
1.
Məlumdur ki, 1987-ci ilin sonlarından etibarən Ermənistan: açıq şəkildə
Azərbaycanın Dağlıq Qarabağ regionu ərazilərinə iddia etmişdir; həm
Ermənistan, həm də Dağlıq Qarabağ regionunun erməni icması tərəfindən
regionun Azərbaycandan birtərəfli əsasda ayrılmasının təmin edilməsi məqsədilə
bir neçə qeyri-qanuni qərarlar qəbul edilmişdir; Ermənistan hakimiyyətinin
təlimatları və “xeyir-duası” ilə 230 minə qədər azərbaycanlı Ermənistandakı
evlərindən zorla çıxardılmışdır; Azərbaycanlıların deportasiyası prosesi qətlə
yetirilmə, xüsusi amansızlıq, Ermənistan boyunca yerləşən mülkiyyətin
dağıdılması, soyğunçuluq və talanla müşayiət olunmuşdur; bu fəaliyyət sistemli
və geniş əsasda həyata keçirilmişdir; 1987-1989-cu illər ərzində Ermənistanda,
qadın, uşaq və ahıllar da daxil olmaqla, 216 azərbaycanlı öldürülmüşdür.
2.
1991-ci ilin sonlarında Sovet İttifaqının süqutundan və Ermənistan və
Azərbaycanın beynəlxalq aləmdə müstəqilliyinin tanınmasından az sonra
Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi əməliyyatlar və hücumlar daha
da intensiv xarakter aldı. Ermənistan Azərbaycana qarşı müharibəni başlamış,
güc tətbiq etməklə Dağlıq Qarabağ və ona bitişik yeddi rayon da daxil olmaqla,
əraziləri işğal etmiş, bir milyona qədər insanı öz dədə-baba yurdlarından didərgin
salmaqla işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirmiş,
münaqişə dövründə digər ciddi cinayətlər törətmiş və Azərbaycanın işğal edilmiş
ərazilərində etnik xarakterli tabe separat qurum yaratmışdır.
3.
Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi gücdən istifadə və Azərbaycan
torpaqlarının işğalını davamlı olaraq pisləmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik
1
Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını pisləyən və
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, həmçinin beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulumazlığını bir daha təsdiq edən 822 (1993), 853
(1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edilmişdir.
Qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağın Azərbaycanın tərkib
hissəsi kimi yenidən təsdiq etmiş və işğalçı qoşunların Azərbaycanın işğal
edilmiş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb
etmişdir. BMT-nin Baş Məclisi münaqişəyə dair 3 qətnamə (48/114, 20 dekabr
1993; 60/285, 7 sentyabr 2006; 62/243 14 mart ) qəbul etmiş, eləcə də
müntəzəm iclasların gündəliyinə “Azərbaycanın işğal edilmiş ərazilərində
vəziyyət” başlıqlı xüsusi bənd daxil etmişdir. Digər beynəlxalq təşkilatlar da oxşar
mövqe nümayiş etdirmişdir.
4.
BMT Baş Məclisi 14 mart 2008-ci il tarixli, 62/243 saylı qətnaməsində beynəlxalq
səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi
bütövlüyünə davamlı hörmət və dəstək bir daha təsdiq edilir, Ermənistan silahlı
qüvvələrinin işğal olunmuş bütün Azərbaycan torpaqlarından tamamilə, qeyd-
şərtsiz və dərhal çıxarılması tələb edilir, işğal olunmuş ərazilərdən didərgin
salınmış azərbaycanlı əhalinin öz evlərinə qayıtmaq hüququnu bir daha təsdiq
edilir və münaqişə nəticəsində zərər görmüş ərazilərin kompleks bərpası da daxil
olmaqla, məcburi köçkünlərin öz evlərinə qayitması üçün lazımi şəraitin
yaradılmasınının zəruriliyi vurğulanır.
5.
Beynəlxalq təşkilatların sənədlərində də münaqişə zamanı beynəlxalq humanitar
və insan hüquqlarının ciddi şəkildə pozulması haqqında aydın qeydlər edilir.
Yuxarıda qeyd olunan qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycanın
daxilində mülki şəxslərə hücum və əhalinin məskunlaşdığı əraziləri bombardman
edilməsini qınadı və bununla əlaqədar çox sayda mülki əhalinin didərgin
2
salınması ilə bağlı ciddi narahatçılığını ifadə etdi. BMT Baş Assambleyası 20
dekabr 1993-cü il, 48\114 saylı qətnaməsində qeyd edilir ki, “Azərbaycanda
qaçqın və məcburi köçkünlərin sayı bir milyonu ötüb". Ermənistan və
Azərbaycanın üzv olduğu Avropa Şurası Parlament Assambleyasının 25 yanvar
2005-ci il tarixli, 1416 saylı qətnaməsində böyüksaylı etnik azərbaycanlı mülki
əhalinin sürgünü və mono-etnik ərazilərin yaradılması etnik təmizləmənin
təhlükəli konsepsiyasını xatırlatdığı vurğulanmışdır. Bir qədər sonra İnsan
hüquqları üzrə Avropa Məhkəməsi dinc azərbaycanlılara qarşı işğalçı Ermənistan
qoşunlarının törətdikləri əməllərin müharibə cinayətləri və ya insanlığa qarşı
cinayət olduğu barəsində mühüm nəticəyə gəlmişdir.
6.
Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış
separatçı qurumun qeyri-qanuniliyi beynəlxalq səviyyədə dəfələrlə bəyan
edilmişdir. Bu qurum heç bir dövlət tərəfindən tanınmamışdır; Separatçı qurum
Ermənistanın idarəçiliyi və nəzarəti altındadır.
7.
Ermənistan beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini
kobud şəkildə pozaraq və yuxarıda qeyd olunan BMT Təhlükəsizlik Şurası və
Baş Assambleyasının qətnamələrinin tələbləri və digər beynəlxalq təşkilatların
qərarlarına məhəl qoymayaraq, Dağlıq Qarabağ regionu və ona bitişik yeddi
rayon da daxil olmaqla, Azərbaycan ərazisinin demək olar ki, beşdə birinin
işğalını davam etdirir.
8.
Ərazi iddialarının reallaşmasına hərbi yolla nail olan Ermənistan gücdən qeyri-
qanuni istifadənin nəticələrinin möhkəmləndirilməsi üçün səylərini əsirgəmir və
siyasi işğalçı niyyətlərini təbliğ edir. Bu məqsədlə, Ermənistan Azərbaycanın işğal
3
olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterini qeyri-qanuni yolla
dəyişdirmək üçün tədbirlər görür və bununla da BMT-nin müvafiq qətnamələri,
1949-cu il Cenevrə Konvensiyaları və humanitar hüququn digər müvafiq norma
və prinsiplərini pozur. Münaqişə başlayandan keçən dövr ərzində azərbaycanlı
əhalinin didərgin salındığı işğal edilmiş ərazilərə on minlərlə mühacir köçürülüb.
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərə həmçinin
əmlak, təbii sərvətlər və digər sərvət növlərinin istismarı, talanı və qanunsuz
ticarəti, kənd təsərrüfatı və su ehtiyatlarının, arxeoloji qazıntıların geniş istismarı
və qədim dövrlərə aid maddi-mədəniyyət nümunələrinin özününküləşdirilməsi
daxildir.
9.
2005 və 2010-cu ildə Azərbaycanın işğal olunmuş ərazilərində ATƏT-in fakt
araşdırıcı və qiymətləndirmə missiyalarının ardınca, mandatı münaqişənin sülh
yolu ilə həlli istiqamətində danışıqlar üçün forumun təşkili olan ATƏT-in Minsk
Qrupunun həmsədrləri həmin ərazilərin demoqrafik, sosial və ya mədəni
xüsusiyyətlərini dəyişdirəcək, status-kvonun dəyişdirilməsi və sülh yolu ilə
nizamlanmaya nail olunmasını qeyri-mümkün edəcək hərəkətlərdən çəkinməyə
çağırmışdır. Lakin, bu missiyaların tövsiyələri hələ də kağız üzərində qalıb.
10.
Üstəlik, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətinin
artması və genişləndirilməsi barədə hesabatlar Ermənistanın Azərbaycan
torpaqlarının mənimsənilməsinə yönəlmiş məqsədli siyasətinə başqa bir
sübutdur. Bu qeyri-qanuni fəaliyyətin əsas elementləri Azərbaycanın işğal
olunmuş ərazilərinin azad edilməsi və məcburi köçkünlərin öz evlərinə qayıtmaq
hüququnun təmin edilməsi olan danışıqlar yolu ilə həll variantına ciddi maneədir.
4
II Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin mədəni mühitinə müdaxilə
11. Azərbaycan zəngin tarixi keçmişə və müxtəlif mədəni irsə malik ən qədim insan
məskənlərindən biridir. Müxtəlif qaya rəsmləri, memarlıq abidələri, incəsənət və
sənətkarlıq nümunələri, eləcə də arxeoloji qazıntılar nəticəsində əldə olunmuş çoxlu
sayda tapıntılar ölkənin uzaq keçmişə və geniş mədəni irsə malik olduğuna dəlalət edir.
Azərbaycan torpaqlarının işğalı ölkənin mədəni irsi üçün həm işğal olunmuş ərazilərdə,
həm də Ermənistanda faciəvi nəticələr doğurmuşdur.
12. Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonun (Kəlbəcər, Laçın, Qubadlı,
Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam), eləcə də Dağlıq Qarabağ regionundan uzaqda,
Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki
kəndinin 738 tarixi abidə, 83500-dən çox eksponatla 28 muzey, 4 şəkil qalereyası, 14
xatirə kompleksi və 1107 mədəni müəssisədən ibarət 1891 ədəd mədəni resursla işğal
olunması Azərbaycan üçün böyük mədəni itkiyə gətirib çıxarmışdır.
13. Həmin ərazilərdə milli əhəmiyyət kəsb edən tarixi abidələrə VI əsrin Alban Ağoğlan
monastırı, Laçında XIV əsrin Məlik Əjdər türbəsi, Xocavənddə IV əsrin Alban Amaras
monastırı və əhəmiyyətli sayda Alban məbədləri, XVIII əsrin Əsgəran qalası, Xocalıda
XIV əsrin türbələri və tarixi Orta Əsrlərə gedib çıxan bir sıra Alban məbədləri, VI əsrin
Alban Müqəddəs Yakob və XIII əsrin Alban Xatirəvəng monastırları, Kəlbəcərdə XIII-XIV
əsrlərin Lek qalası, Qazaxda V-VIII əsrlərin Alban monastırı, Füzulidə XIII-XIV əsrlərin
Mirəli türbəsi və XVII əsrin karvansarayı, Zəngilanda XIV əsrin türbəsi, Cəbrayılda XVII
əsrin məscid kompleksi, Şuşada XVII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhərağa və Saatlı
məscidləri, karvansarayları və evləri, Ağdamda XIX əsrin məscidi, Qaraköpəktəpə,
Xantəpə, Günəştəpə, Uzuntəpə, Meynətəpə və Zərgərtəpə kimi arxeoloji yerləri,
Füzulidə Neolit və Bürünc dövrlərinin yaşayış əraziləri, Bürünc dövrünün Çıraqtəpə və
Qaraqhacı kimi yaşayış əraziləri, Ağdamda Orta dövrün Gavurqala yaşayış ərazisi,
5
Cəbrayılda Bürünc dövrünün İmanqazantəpə və Qışlaq qum təpələri, Kəlbəcərdə
Bürünc dövrünün qaya rəsmləri, Xocalıda Bürünc və Dəmir dövrlərinin daş nekropolu,
Sədərəkdə Bürünc dövrünün yaşayış sahəsi və nekropolu, Laçında Bürünc və Dəmir
dövrlərinin qum təpələri, Daş dövrünün mağarası, Şuşada Bürünc və Dəmir dövrlərinin
qum və daş qəbiristanlıqları, Zəngilanda XIII-XIV əsrlərin yaşayış ərazisi daxildir.
14. Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta
əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları,
Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid
Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə
Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir dövrünə aid
kurqanlar daxildir.
15. Arxitektur zənginlikləri, arxeoloji abidələri və mənzərəli təbiəti ilə yanaşı, Qarabağ
həmçinin yalnız Azərbaycanın deyil, dünyanın mədəni irsinə böyük töhfələrini vermiş və
beynəlxalq səviyyədə tanınmış Vaqif, Natavan, Nəvvab, Hacıbəyov, Bülbül kimi
istedadlar diyarıdır.
16. Hərbi işğalın davamı olaraq, bu irsin bilərəkdən dağıdılması siyasəti həm
Azərbaycan mədəniyyətinə, həm də dünya sivilizasiyasına sarsıdıcı zərbə olub və
olmaqda da davam edir. Şuşa və Qarabağın digər şəhər və kəndlərinin mədəni
görünüşünün bilərəkdən dəyişdirilməsi, arxeoloji xüsusiyyətlərin dəyişdirilməsi və
“arxeloji” qazıntılar aparılması halları Ermənistanın bu ərazilərin və abidələrin
Azərbaycana məxsusluğunun carçısı olan əlamətlərin aradan qaldırılması kimi uzaq
məqsədli bir siyasət yürütdüyünə əyani sübutdur.
17. 1994-cü ildən imzalanmış atəşkəsdən keçən 20 il müddətin təhlili göstərir ki, hərbi
əməliyyatlar belə erməni tərəfi qədər Azərbaycan abidələrinə ziyan vurmamışdır.
6
18. Hərbi əməliyyatların dərhal ardınca Şuşa şəhərində mədrəsələri ilə birgə Yuxarı və
Aşağı Gövhərağa məscidi, Vaqif Mavzoleyi, Natavanın evi, karvansaray kimi arxeoloji
abidələr dağıdılmış, yandırılmış və talan edilmişdir; son dövrlər sübut edir ki, erməni
vandalizmi daha da intensiv xarakter almış və demək olar ki, dağıntı və ya zədəyə
məruz qalmayan Azərbaycan abidəsi qalmamışdır.
19. Digər şəhərlər üzrə, Ağdamın Əbdal və Gülablı kəndlərində “Pənah xan İmarəti”
məscidlər kompleksi, Ağdam rayonunda Uğurlu bəy məzarlığı və Qurban Pirimovun ev-
muzeyi, Xocalıda XIV əsrə aid kurqanlar, Başlıbel və Otaqlı kəndlərində məscidlər,
Kəlbəcərin Moz, Keşdağ və Yuxarı Ayrım kəndlərində qədim məzarlıqlar, Zəngilanın
Qıraq Muşlan, Malatkeşin, Babaylı və İkinci Ağalı kəndlərində məscidlər, Zəngilanın
Babaylı və Şərifan, Cahangirbəyli kəndlərində orta əsr məzarlıqları, Qubadlı rayonunda
Qayalı və Məmər kəndlərində qədim məzarlıqlar və məscid, Laçının Qarıqışlaq
kəndində məscid və Zabux kəndində qədim məzarlıq, Cəbrayılın Çələbilər kəndində
məscid kompleksi və Xubyarlı kəndində qədim məzarlıq, Füzuli şəhərində məscidlər və
Qoçəhmədli, Mərdmli, Qarğabazar kəndlərində, Xocavəndin məzarlıqları, Ağhullu,
Kuropatkina, Düdükçü və Salakatin kəndləri və Xocavəndin Tuğ kəndində qədim
məzarlıq, Tərtərin Ümüdlü kəndində qədim hamamlar, Sədərəkin Kərki kəndində
məzarlıq dağıdılmış, yandırılmış və talan edilmişdir.
20. Kəlbəcər rayonunda qədim sikkələr, qızıl və gümüş işləmələr, nadir və qiymətsiz
daşlar, xalça və digər əl işlərindən ibarət unikal kolleksiyaya malik Tarix Muzeyi, Şuşa
muzeyləri, Laçın Tarix Muzeyi, Ağdam Tarix və Qida Muzeyi dağıdılmış, talan edilmiş və
sərgi nümunələri digər dövlətlərdə satışa çıxarılmışdır. Şairə Natəvan, bəstəkar Üzeyir
Hacıbəyovun və ifaçı Bülbülün tunc heykəlləri Azərbaycan hökumətinin onları 500 min
dollar qiymətinə almayacağı təqdirdə, Gürcüstanda metal parçası kimi satılacaqdı.
Həmçinin Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s
auksionunda 80 min dollara satılmışdır.
7
21. Bu kimi vandalizm aktları işğal edilmiş ərazilərin Azərbaycana məxsus mədəni
görünüşünü dəyişmək üçün müxtəlif metodlarla müşayiət olunmuşdur. Buna misal
olaraq, Laçın şəhərində erməni kilsəsinin tikintisi, uşaq musiqi məktəbi, kitabxana,
dərnək və infrastruktur vasitələrin dağıdılması ilə Xocalı hava limanındakı uçuş
zolağının genişləndirilməsini göstərmək olar. Digər istifadə olunan təcrübə müxtəlif
abidələrin arxitektur detallarının dəyişdirilməsidir, məsələn, Şuşa şəhərində Saatlı
məscid və Xanlıq Muxtar karvansaraları, abidələrin Azərbaycan-İslam elementləri və
ərəb dilində yazıların erməni xaçı və yazısı ilə əvəzlənməsi buna misaldır.
22. Ermənistan işğal edilmiş Xocavənd rayonunda Azıx mağarasında 2003-cü ildən və
işğal edilmiş Ağdam şəhərinə yaxın ərazilərdə 2005-ci ilin martından “arxeoloji
qazıntılar” həyata keçirir.
23. Azərbaycanın işğal edilmiş ərazilərində qəbirlərin qarət edilməsi, məzarlıq və
qəbirlərin mədəniyyət nümunələrinin və ya dəyərli əşyaların oğurlanması məqsədilə
üstünün açılması təcrübəsi haqqında geniş hesabatlar mövcuddur.
24. Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti
yaşayır. Azərbaycanın orta əsr şəhərlərindən biri İrəvandakı (hazırda Yerevan)
Dəmirbulaq məscidi yer üzündən silinmişdir, Göy məscid isə orijinal xüsusiyyətlərinin
dəyişdiriməsi məqsədilə “yenidən təmir edilmişdir”. Dağıdılmış arxitektur abidələri
arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı
Novruzəli bəy məscidi və Səfəvi və Qacar dövrünün qiymətli saray arxitektura nümunəsi
olan “Sərdar sarayı” və ya “Xan sarayı” saraylar kompleksidir. İrəvanın Sərdar məscidi
(bəzən Abbas Mirzə məscidi adlandırılır) də sistemli dağıntıya məruz qalmış və 2014-cü
ildə tamamilə məhv edilmişdir. Ermənistanda Cəfərabad (ad Argavand adı ilə
dəyişdirlimşidir) kəndində 1413-cü ildə tikilmiş Əmir Saad mavzoleyi də dağıdılmış
abidələr sırasındadır. Mavzoleyin Azərbaycana məxsusluğu əlamətinin aradan
8
qaldırılması üçün üzərində ərəb dilində yazılmış “Pir Budaq xanın hakimiyyəti dövründə
Əmir Pir Hüseynin əmri ilə tikilmişdir” sözləri silinərək, abidənin adı “Türkmən Əmirləri
ailəsinin mavzoleyi” adlandırılmışdır. Həmçinin, Ermənistanda olan qədim və yeni
Azərbaycana məxsus qəbirstanlıqlar məhv edilmişdir. İşğal edilmiş ərazilərdə olduğu
kimi, Ermənistanda olan Azərbaycanın tarixi yerlərində toponimlər orijinal xarakterinin
dəyişdirilməsi məqsədilə dəyişdirilmişdir.
III. Müvafiq beynəlxalq hüquq və bundan irəli gələn öhdəliklər
25. Mülki obyektlərə aid olan mədəni mülkiyyət xüsusi qorunur. 1907-ci il Haaqa
Nizamnamələri mədəni mülkiyyətin dağıdılmasının qarşısının alınması üçün dəqiq
qaydalar təsbit edir və işğal edilmiş ərazilərdə mədəni və dini təsisatların qorunmasının
geniş əhatəsini müəyyən edir. 1949-cu il IV Cenevrə Konvensiyası isə silahli
münaqişələr dövründə mədəni mülkiyyətin qorunması üçün yetərli istiqamət vermirdi.
26. 1954-cü il Haaqa və ya “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına
dair Konvensiya” müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk
beynəlxalq müqavilədir. Öncəki müqavilələrdən fərqli olaraq, bu Konvensiyaya əsasən,
hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal
edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində
konstruktiv addımlar atma öhdəliyi var. Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə
qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət
yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz
mənimsənilmənin istənilən formasına son qoymaq” barəsində razılığa gəlmişdir.
İşğalçılardan həmçinin “mədəni mülkiyyətin qorunub-saxlanılması üzrə tədbirlər
görülməsi” tələb olunur, hətta bu məqsədin yerinə yetirilməsi üçün milli hakimiyyətlə
yaxından işləmək tələb olunur.
9
27. 1954-cü il Haaqa Konvensiyasına İkinci Protokol 1999-cu ildə qəbul edildi və
bununla da silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsi daha da
genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində,
Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə”
mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu
ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin
dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını (“qadağan
edəcək və qarşısını alacaq”) təsbit edir.
28. Yuxarıda qeyd olunan sənədlərə əlavə olaraq, bir sıra digər müqavilələr də mədəni
mülkiyyətin qorunması üçün önəmli hüquqi çərçivə yaradır.
29. Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı aktlar beynəlxalq
cinayət hüququ ilə müharibə cinayəti hesab olunur. Bundan əlavə, mədəni mülkiyyətin
qorunmasının əsasını təşkil edən humanitar və insan hüquqları mülahizələrinin
beynəlxalq cinayət hüququnun digər müddəaları, xüsusilə də insanlıq əleyhinə
cinayətlər kateqoriyası vasitəsilə daha yaxşı irəlilədilə biləcəyini nəzərə alaraq, mədəni
irsin insan ölçüsünün əhəmiyyəti azaldılmamalıdır.
30. Bundan başqa, Azərbaycana qarşı təcavüz siyasəti və Azərbaycan ərazilərininn
işğalının davam etməsinə görə Ermənistan beynəlxalq hüququn pozulmasına görə tam
məsuliyyət daşıyır. Ermənistanın beynəlxalq hüquqpozmalarından yaranan bu
məsuliyyət bu hərəkətlərə son qoymaq, onların yenidən təkrar olunmayacağına dair
müvafiq vəd və təminatlar təklif etmək, birlikdə və ya ayrılıqda restitusiya, kompensasiya
və satisfaksiya formasında zərərə görə tam təzminat təmin etmək öhdəliyində təzahür
edən hüquqi nəticələrə səbəb olur.
10
Dostları ilə paylaş: |