Ermeniterroru02. doc



Yüklə 211,77 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix19.10.2018
ölçüsü211,77 Kb.
#75244
  1   2   3   4   5   6


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



1

 

 

 YAQUB  YAQUBOV 

deputychairman@qesam.org

 

 

ERMƏNİ TERRORİZMİNİN YARANMASI 



BEYNƏLXALQ  MARAQLAR SİSTEMİNDƏ 

 

12 Noyabr 2006 

 

Erməni terrorizmi  mütəşəkkil  və  yaxşı təşkilatlanmış bir terrorizm olmaqla, beynəlxalq terrorizminin ge-

niş  qanadı  və  şəbəkəsidir.  Yarandığı  ilk  gündən  onun  məqsədi  və  hədəfi  sülhün  təhlükəsizliyi,  mübafiəsiz  və 

köməksiz türk xalqı və azərbaycanlılar, kürdlər və bütün müsəlmanlar olmuşdur(1). 

Erməni terrorizminin tarixi kökləri çox qədimdir. Lakin bu terrorizmin təşkilatlanması “erməni məsələsi” 

deyilən məsələnin yaranması ilə bağlı olmuşdur. “Erməni məsələsi” isə Şərq məsələsi adlandırılan məsələnin bir 

hissəsidir və ona iki nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Birincisi, məsələnin zahiri mahiyyətidir: böyük döv-

lətlər  Türkiyəni  daha  asanlıqla  istismar  etməkdən  ötrü  onun  mərkəzdənqaçma  qüvələrini gücləndirməyə,  belə-

liklə  ölkəni  zəiflətməyə  çalışırdılar.  Daxili  mahiyyət  isə  öz  burjuaziyasının  rəhbərliyi  altında  ermənilər  milli 

müqəddəratın müstəqil təyin edilməsi uğrunda, elə siyasi-iqtisadi amillər əldə olunması uğrunda mübarizə apa-

rırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin. Erməni məsələsinin zəmini hələ XVIII 

əsrdə, İstanbulun maliyyə aristokratiyası erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdı.(2) Türkiyə-

nin hər yerinə səpələnərək öz terrorçu fəaliyyət şəbəkəsini genişləndirməklə məşğul olan ermənilərin öz arasın-

dan varlı burjua nümayəndələri yetişmişdi. Konstantinopolu fəth edəndən (1453-cü ildə) sonra türklərin göstəri-

şi ilə yaradılmış teokratik erməni icmasının başında duran Konstantinopol patriarxı dövründə Notabllar şurası 

(maliyyə aristokratiyasının nümayəndələrindən ibarət) vardı, erməni xalqının “rəhbəri” əslində bu şura idi. 

Erməni  terrorizminin  inkişafında  və  çiçəklənməsində erməni  qriqoryan  və  ortodoks kilsəsinin  xidmətləri 

böyükdür. 

1808-ci  ildə  çar  I  Aleksandr  (1801-1825)  ruslara kömək  məqsədi  ilə  apardığı casusluq  fəaliyyətinə  görə 

erməni kilsəsinin katolikosu Danieli  birinci dərəcəli Müqəddəs Anna ordeni  ilə təltif etdi. Ruslar qərbə  hücum 

edib Osmanlı torpaqlarının dərinliklərinə irəliləyəndə də Erməni Kilsəsi daim onlara kömək edir və ardıcıl ola-

raq  rusların  onları  “müsəlman  zülmündən”  xilas  etməsinə  səsləyirdi.(3)  Xristian  erməniləri  ilə  müsəlman  Os-

manlıları arasındakı nifrətin artmasının kökləri Erməni Kilsəsinin  fəaliyyəti və cəhdləri ilə bağlıdır. Hər halda, 

ruslar Osmanlı torpaqlarını zəbt edən kimi Erməni Kilsəsi ilə birlikdə işləyərək oradakı müsəlman əhalini kom-

pensasiya ödəmədən qovmuş, keçmiş müsəlman evlərinə və torpaqlarına erməniləri köçürmüşdür. 

Ermənilər  müstəqil  vətən  yaratmaq üçün eynilə  yunanların 1821-ci  ildə etdiyi  hərəkətin təkrarını arzula-

yırdı. Ortada yalnız məhz ermənilərlə bağlı olan praktik problem var idi. Yunanlar malik olmaq istədikləri tor-

paqlarda əksəriyyət  təşkil  edirdilər,  ermənilər  isə  həmişə azlıqda  olmuşlar. Ona görə  də  ermənilər  dərhal  başa 

düşdülər ki, özlərinin müstəqil hökumətlərini, diktatorluğunu və sair qurmaq üçün onlara xarici müdaxilənin kö-

məyi və dəstəyi lazımdır. 

1827-1829-cu illərdəki rus-fars (müasir İran) və rus-Osmanlı müharibələri vaxtı erməni liderləri və onla-

rın xristian din xadimləri hiss etdilər ki, onların müstəqil dövlət qurmaq vaxtı yetişmişdir. Bu müharibələr ərzin-

də  rus  imperiyasında  yaşayan  ermənilər  İranda  və  Osmanlı  imperiyasında  yaşayan  ermənilərlə  birləşərək  öz 

dostlarının və qonşularının əleyhinə görüşən ruslara kömək edirdilər.  

1828-ci ildə başlayaraq Azərbaycanın tarixi torpaqlarına ermənilərin köçürülməsi başlanıldı. Bununla da 

ziddiyyətlərin yeni dalğası və erməni terrorçuluğunun yeni bölgəsi meydana çıxdı. Ermənilər ilə türklər arasında 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



2

ermənilərin xəyanəti nəticəsində başlanan ziddiyyətlər də regionda olan hadisələrə öz təsirini göstərirdi. Bu er-

məni  terrorçularının  Türkiyə  və  Azərbaycan  ərazilərində  “Böyük  Ermənistan”  yaratmaq  iddialarından  irəli  gə-

lirdi. 


301-ci ildə xristianlığı qəbul edən,  lakin özlərinin əməlli-başlı  bir kilsə rəhbərliyi olmayan ermənilər hər 

bir millətə olduğu kimi onlara da yüksək hüquq və azadlıqlar verən Osmanlı dövlətinin paytaxtı İstanbul şəhə-

rində 1830-cu ildə erməni katolik, 1847-ci ildə erməni protestant kilsəsi qurdular.(4) Bu vaxtdan başlayaraq er-

mənilər  kilsə  ətrafında  birləşməyə  başladılar.  Bu  birləşmələr  əsrin  sonlarına  yaxın  tədricən terrorçu  birliklərə, 

kilsələr isə həmin terror, həm də hərbi bazalara çevrilirdi. XIX əsrin sonlarına doğru kilsə idarəçiliyi çərçivəsinə 

sığmayan ermənilər onlara verilən həddindən artıq, bəzən hətta türklərin özlərindən də artıq hüquqlardan istifa-

də edərək siyasi təşkilat və partiyalar ətrafında birləşib ilk dəfə XVIII əsrin sonlarında ortaya atılan “Böyük Er-

mənistan” uydurma ideyasını bir daha irəli sürməyə başladılar.(5) Bu ideya özü ilə bərabər yüz illərə sığmayan 

terror və qan gətirdi. 

Erməni terrorizminin keçdiyi yolu bir neçə mərhələyə ayırmaq olar:  

a) XIX əsrin 30-cu illərindən 1920-ci illərədək olan dövr; 

b) 1920-1970-ci illər; 

c) 1970-ci ildən sonrakı erməni terrorizmi. 

Birinci mərhələdə yaranan erməni terror təşkilatları Türkiyədə və Azərbaycanda qanlı terror fəaliyyəti ilə 

məşğul olurdularsa, II  mərhələdə  yaranan təşkilatlar öz terror fəaliyyətlərini genişləndirərək dünyaya  yaydılar. 

Beləliklə, dünya da erməni terrorunun qurbanına çevrildi.(6) 

III mərhələ xüsusilə Azərbaycan xalqının başına gətirilən müsibətlərlə və qanlı terror aktları ilə zəngindir. 

Bu dövrdə nəhayət öz “müstəqilliklərinə” qovuşan ermənilər terror şəbəkələrini genişləndirdilər və bu aktları ic-

timaiyyətin gözünün qabağında etməkdən belə çəkinmədilər. 

Qeyd  etdiyimiz  kimi,  ermənilər  terror  birləşmələri  halında  XIX  əsrin  II  yarısından  fəaliyyət  göstərməyə 

başlamışlar. Yaranan bu cəmiyyətlər, təşkilatlar və partiyaların bəziləri gizli fəaliyyət göstərir, rəsmi dövlət nü-

mayəndələrinə,  dövlət  idarələrinə  hücumlar  edir,  qətllər  törədir,  ərazilərdə  terror  aktları  və  üsyanlar  etməklə 

məşğul olurdular. 

Erməni  terrorçu  birləşmələrinin  və  partiyaların  həyata  keçirdiyi  qanlı aksiyalar  özünü  yalnız  Türkiyə  və 

Azərbaycanda deyil, eyni zamanda dünyanın bir çox ölkələrində göstərmişdir. Bir faktı qeyd etmək lazımdır ki, 

sadəcə 1980-1990-cı illərdə ABŞ-da baş verən terror aktlarının təqribən 25%-ni erməni terror təşkilatları həyata 

keçirmişlər. Onu da qeyd edək ki, bu gün dünyada bir dənə də olsun türk terror qrupu yoxdur. Çox hallarda isə 

ermənilərin törətdikləri cinayətlər cəzasız qalır.(7) 

Bugünkü ermənilər etnik təmizləmə dərsini əsrlərin ayrıcında yaşamış sələflərindən öyrənmişlər. 1992-ci 

ildə  Azərbaycana  etdikləri  xaincəsinə  hücum  nəticəsində ölkənin  20%-ni  işğal  edəndən  sonra  onların  gördüyü 

ilk iş terrordan gen-bol  istifadə edərək bir  milyondan  artıq müsəlmanı  heç bir əvəz ödəmədən öz ev-eşiyindən 

qovmaq oldu.  

Ermənilər həm hökumətlərinin, həm də dövlətlərinin belə bir etirafını almalıdırlar ki, 1890-cı illərdən baş-

layaraq onların yeganə kilsəsi terrorçu fəaliyyətləri müdafiə etmişdir: onlar belə terror hərəkətlərə son qoyulaca-

ğına vəd versinlər. 

 

a) Erməni terrorizminin yaranmasında Osmanlı dövlətinin zəifləməsi faktoru  

Osmanlı dövlətində erməni terrorizminin inkişafında onun əsasən Suriyada və Livanda, eləcə də Amerika-

da yaşayan erməni tacirləri  ilə əlaqəsi  və  xarici kapitalın axını  da məlum rol oynamışdı. Qeyd etmək  lazımdır 

ki, erməni  sənətkarlarının  bir sıra silklərə bölünən hədsiz dərəcədə çoxsaylı sinfi də Osmanlı dövlətinin kustar 

sənayesində  yunanlarla  birlikdə  üstün  rol  oynayırdı.  Yalnız  Türkiyənin  şərq  əyalətlərində  yaşayan  erməni 

kəndlilər həm siyasi, həm də iqtisadi cəhətdən ağır əsarət altında idilər. Bunu onların həmişə düşmən mövqeyi 

ilə izah etmək olardı. Buna görə də tamamilə aydındır ki, Qərb kapitalizmi Yaxın Şərqə hücuma keçdikcə Qərb 

dövlətləri məhz xain və düşmən mövqeli ermənilərdə özlərinə dayaq nöqtələri axtarmağa can atırdılar. Axı, hə-

min düşmən erməni burjuaziyasının siyasi cəhətdən tabelik vəziyyətində olması onun iqtisadi fəaliyyətinin inki-

şafını hədsiz dərəcədə məhdudlaşdırırdı—bu səbəbdən də o, Türkiyənin natural təsərrüfatının və daxili qapalılı-

ğının dağıdılmasına yönəldilən hər cür təşəbbüsləri müdafiə edirdi.(8) Qərb kapitalı Türkiyənin hakim sinfi ilə 

çox sıx bağlı olan iki erməni maliyyə burjuaziyasından yan keçərək öz məqsədləri üçün əvvəlcə ruhanilərdən 

(erməni-katolik və erməni-protestant qurumlardan) istifadə etməyə cəhd göstərdi; bu cəhdlər gözlənilən nəticəni 

verməyəndə Qərbin ticarət  kapitalı  orta ticarət burjuaziyasından  özünün  iqtisadi  vasitəçisi kimi  istifadə etmək 




Yüklə 211,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə