Ermeniterroru02. doc


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi



Yüklə 211,77 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix19.10.2018
ölçüsü211,77 Kb.
#75244
1   2   3   4   5   6

Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



3

qərarına  gəldi:  onun  köməyi  bu  burjuaziyanın  güclənməsinə  səbəb  oldu  və  “milli  hərəkatın”  inkişafına  təkar 

verdi. “Milli hərəkat” əsl terrorçu fəaliyyəti, qəsbkarlıq, soyğunçuluq hərəkatı idi. 

Xüsusilə  Moskvadakı  və  Tiflisdəki  erməni  təşkilatları  bu  terrorçu  aktlara  tərəfdar  çıxdılar.  70-ci  illərdə 

“erməni liberalizmi”nin mərkəzlərinə çevrilmiş (Rusiya lideral hərəkatının bilavasitə təsiri altında) bu şəhərlər-

də  nəinki ruslar, eləcə  də  Türkiyə  erməniləri  arasında  mətbuat  vasitəsilə  və  şifahi  yolla  terrorçu  şəbəkənin  və 

hətta döyüşkən terrorçuluğun təbliğatı aparılırdı.(9)  

Erməni  burjuaziyasının  və  terrorçu  şəbəkənin  özünütəsdiqə  doğru  ilk  addımları,  təbiidir  ki,  ruhanilərin 

hökmlanlığının məhdudlaşdırılmasına doğru yönəldildi; o, şəhər  

sənətkarlarına  arxalanaraq  kilsəni,  əsas  etibarilə  Konstantinopol  patriarxını  və  patriarxatlığı  dünyəviləşdirmək 

uğrunda  mübarizəyə  başladı.  Bu  mübarizə  müvəffəqiyyətlə  nəticələndi: patriarxatlıqda  və  kilsə  mərkəzlərində 

yaradılmış “erməni nümayəndəliyi” adlı təşkilatda ruhanilər və maliyyə burjuaziyası ilə yanaşı, orta burjuaziya 

da yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə həmin nümayəndəlik baxırdı. Erməni terror təşkilatlarının maddi 

bazası bu nümayəndəlikdən dəstək alırdı. 

XIX  əsrin  70-80-ci  illərində  Osmanlı  dövlətinin  tənəzzülü  prosesi  artıq  başlamışdı.  Erməni  birlikləri  bu 

prosesdən çox məharətlə istifadə edərək təşkilatlanmağa başladılar. Onların fəaliyyət prinsipi yalnız terrorçuluq 

idi və onun üzərində qurulmuşdur. Bu dövrdə  yaranmış  və  fəaliyyət göstərmiş terror təşkilatları əsasən erməni 

mənşəli idilər və aşağıdakılardan ibarətdirlər: 

“Xeyriyyəçilər  Cəmiyyəti—(Benevolent  Union)”  1860-cı  ildə  Osmanlı  dövlətinin  Kilikiya  (Çukurova) 

bölgəsində yaradılıb. Sonra bu cəmiyyəti “Fədakarlar cəmiyyəti” əvəz etmişdir. Bu təşkilat əsasən üsyanlar, iğ-

tişaşlar yaratmaqla məşğul olurdu. “Xeyriyyəçilər Cəmiyyəti”nin fəal üzvləri olan Hasip Şişmanyan və Mıqırtıç 

Beşiktaşyanın 1862-ci ildə Osmanlı dövlətinin Zeytun (Süleymanlı) şəhərində üsyan törətdikləri aşkar edilmiş-

dir.(10) Bu isə təşkilatların separatçı-terrorçu olduğunu sübut edir. 

1872-ci ildə çar Rusiyasının yardımı ilə “İttihad və Halas” və 1878-ci ildə “Qara Xaç” cəmiyyətləri qurul-

muşdur.  Bu  təşkilatların  məqsədi  Osmanlı  dövlətinin  şərq  hissəsini  ondan  ayırıb  müstəqil  dövlət  qurmaq  idi. 

“Qara Xaç” təşkilatı daha irəli gedərək öz erməni soydaşlarına qarşı terror həyata keçirirdi.(11) Belə ki, onlar bu 

təşkilatın prinsiplərinə uymayan və onlarla işbirliyində olmayan, onların qanlı planlarını açıb onu dövlətə verən-

lərin siyahısını tutur, həmin siyahıda o şəxslərin adları qarşısında qara xaç çəkib onları qətlə yetirirdilər.  

1870-1880-ci  illər  ərzində  Vanda  “Ararat”,  Muşda  “Məktəbsevərlər”,  “Şərqli”  və  “Ermənistana  doğru”, 

Adanada “Kilikiya” cəmiyyətləri qurulmuş və 1880-ci ildə onların hamısı birləşərək “Birləşmiş Erməni Cəmiy-

yəti—(Miyasiyal  Enikorotyan  Noyotis)”  meydana  çıxarmışlar.  Məqsədləri  “Böyük  Ermənistan”  yaratmaq  idi. 

Bu  əsassız  məqsəd  uğrunda  hər  cür  cinayətlər  törətmişlər.  Hətta  müstəqil  dövlətdə  olla  biləcəkləri  hüquq  və 

azadlıqları onlara verən Osmanlı dövlətində təxribatçılıq edib, onu parçalamaq fikrinə düşmüşdülər.(12) 

Qərbin  hakim  dairələri  tərəfindən  şirnikləndirilən  erməni  terrorçuları  Türkiyənin  Zeytun  (1862,  1878  və 

1884-cü illərdə), Sasun (1880-ci ildə), Van (1884-cü ildə) vilayətlərində qanlı faciələr və qırğınlar törətmişdilər. 

Lakin öz məkrli məqsədlərinə çata bilməmiş, türklər tərəfindən lazımi cavablarını almışdılar. Bundan sonra er-

məni millətçiləri mübarizənin ağırlıq mərkəzini Qafqaza keçirdilər.(13) 

1881-ci ildə Ərzurumda “Şura-i-Ali” adlı cəmiyyət yaradılır. Sonra adı dəyişdirilərək “Müdafi-i vətəndaş-

lar” olmuşdur. Bu vilayətdə 1882-ci ildə “Ana Vətən müdafiəçiləri—(Postran Nairaniets)”, “Silahlılar” və “Mil-

lətçi qadınlar” cəmiyyətləri yaradılır.(14) Bu təşkilatların hamısının gizli silahlı qrupları vardı. Bu cəmiyyətlər-

dən  “Ana  Vətən  müdafiəçiləri”  təşkilatının  qeyri-qanuni, gizli  fəaliyyətləri  aşkarlanmış  və  o  1882-ci  ildə  ləğv 

edilmişdir. 

Hələ  1887-ci  ildə  ermənilərin  Rusiya,  Türkiyə,  İran,  Bolqarıstan  və  Rumıniyada  fəaliyyət  göstərən 

“Hnçak” (Zəng) adlı  millətçi-terrorçu partiyaları  yaradılmışdı. 1890-cı  ildə isə Tiflisdə Daşnaksütyun partiyası 

yaradıldı. Bundan sonra ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni, daha kəskin mərhələyə daxil 

oldu. XX əsrin əvvəllərində bu partiyanın  Rusiyada 2311, Türkiyədə 693, İranda 90 və s. yerli təşkilatları  fəa-

liyyət göstərirdi. Bu partiyanın Cenevrədə “Droşak” (Bayraq) adlı qəzeti nəşr olunurdu.(15) Daşnaklar ilk gün-

dən erməni milləti daxilində millətçilik və terrorçuluq meylini qızışdırmış, onlarda başqa millətlərə düşmənçilik 

və  nifrət hissi oyatmağa çalışmış, Qafrazlarda və  Osmanlı  dövləti ərazisində çar Rusiyasının  müttəfiqi  rolunu 

oynamışdılar. 

Hər dəfə ruslar qərbə tərəf hərəkət edərək ilıq sulu limanlar axtaranda müləlmanları doğma torpaqlarından 

zorakılıqla uzaqlaşdırıblar və əgər onlar müqavimət göstərirdisə, onda rus siyasətinin qaydalarına əsasən soyqı-

rıma düçar edilirdilər. On doqquzuncu əsr Balkanlarda, Qafqazda və Anadoluda yaşayan müsəlmanlar üçün ter-

ror dövrü olmuşdur.(16) Basqınlar və etnik təmizləmələr nəticəsində əsrin əvvəllərində həmin torpaqlarda yaşa-




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



4

yan  müsəlmanlar əsrin  sonunda öz  əhalisinin əsas  hissəsini  itirmişdilər. Osmanlı  imperiyası  üçün  XX əsr  bəd 

gəlmişdir. Orada çoxsaylı soyqırımlar və zorakılıqla torpaqdan köçülürmələr baş vermişdir. Xristian dünyasının 

hər tərəfində yunanların, ermənilərin və bolqarların ölümləri haqqında çox tez-tez danışılır. Deyilməyən yeganə 

şey müsəlmanların başına gətirilənlərdir. Müsəlmanların mərhumiyyətləri isə bütün xristian itkilərindən qat-qat 

çox olmuşdur. 

Rusiya-Osmanlı münaribələrinin hər birində Osmanlı erməniləri adi qaydalar əsasında döyüş xətlərini ke-

çir  və  xəbərçilik edərək düşmənə—ruslara hərbi  məlumat çatdırırdılar. Məhz ruslara  fəal kömək göstərməyin 

ucbatından, ruslar geri çəkilərkən müsəlmanların təbii münasibətindən qorxuya düşən minlərlə erməni Anadolu-

nu tərk edirdi. Ta I Dünya müharibəsi dövründə, 1915-ci ildə işğalçı rus ordusuna fəal köməyinə görə nəhayət 

osmanlılar erməniləri Şərqi Anadoludan köçürənə kimi bu davranış davam etmişdir.(17) 

İnqilabçı Erməni Federasiyası yarandığı ilk gündən terrorçu təşkilat olmuşdur. Bu, I Dünya müharibəsin-

dən sonra Ermənistana nəzarəti ələ keçirmiş təşkilat idi; onlar dövlətin himayəsi altında terrorizmi bu gün də da-

vam etdirirlər. Erməni kilsəsi isə həmişə erməni terrorizmini himayə və müdafiə etmişdir. 1882-ci ilin dekabrın-

da  Ərzurumda  76  erməni  həbs  edilmişdi.  Həbs  olunan  həmin  adamlar  “Vətəni  müdafiə  cəmiyyəti”nin  üzvləri 

idilər. Osmanlı dövləti həmin 76 müdafiəçinin qırx nəfərini təqsirkar bildi. Terrorçu fəaliyyətlərinə görə onlara 

beş ildən on beş ilə qədər həbs cəzası verildi. Buna baxmayaraq, müdafiəçilərin əksəri patriarx Nerses və bişop 

Ormanyanın  xahişi  əsasında  növbəti  il  sultan  tərəfindən  əfv  edildi.  Həbsdə  saxlanılanlar  isə  1886-cı  ildə  əfv 

olundular.(18)  

1895-ci ildən  başlayaraq ermənilərin ardıcıl terrorçuluq seriyalarına rəvac  verildi. Osmanlı dövləti  məlu-

mat verir ki, terrorlar nəticəsində 1828 müsəlman kişi, qadın və uşaq öldürülmüş, 1433 nəfərdən çox adam yara-

lanmışdı;  8828  müsəlman  olmayan  kişi,  qadın  və  uşaq  məhv  edilmiş,  2238  nəfər  yaralanmışdı.  1895-ci  ildən 

başlayaraq bütün Şərqi Anadoluda ardıcıl surətdə erməni üsyanları və ya üsyana cəhdlər olmuşdur.(19) 

Erməni terrorçuluğu XX əsrin əvvəllərindən  başlayaraq genişləndi. Daşnaksütyunun əli  ilə 1905-1906-cı 

illərdə Azərbaycanda süni surətdə erməni-müsəlman qırğını törədilmiş və çoxlu qan axıdılmışdı. Bu qırğın təd-

ricən,  illərdən  bəri  hazırlanmışdı.  Rusiyanın  himayəsindən və  hər  cür  hiylə və  siyasətdən  istifadə  edən  erməni 

millətçiləri Azərbaycan iqtisadiyyatında və ictimai-siyasi həyatında öz mövqelərini tədricən möhkəmləndirmiş-

dilər.  Erməni  millətçiləri  Azərbaycanda  müsəlman  əhalini  Rusiya  ilə  qorxudaraq  şiə  məsləkli  müsəlmanların 

İrana, sünnilərin isə Türkiyəyə köçürülməsini məsləhət görürdülər.  

1905-1906-cı illərdəki erməni-müsəlman qırğını zamanı ilk erməni-müsəlman toqquşması Bakıda baş ver-

mişdi. Buna başlanğıc bəhanə kimi, Ağarza adlanan bir azərbaycanlının fevralın 2-də Bakıda Quba meydanında 

daşnaklar  tərəfindən,  fevralın  6-da  isə  digər  bir  azərbaycanlının  istintaqa  aparılarkən  erməni  əsgəri  tərəfindən 

öldürülməsi oldu. 1905-ci ilin fevralında Bakıda polis və ordunun etinasız münasibəti nəticəsində üç gün ermə-

ni-müsəlman  qırğını  və  qarəti  baş  verdi.  M.S.Ordubadi  1905-1906-cı  illərdə  erməni-müsəlman  qırğınına 

konkret tarixi  faktlar  və  sənədlər  əsasında  həsr  etdiyi  “Qanlı  illər”  əsərində  bu  hadisədən  bəhs  edərkən  yazır: 

“...süni  və  çoxdan  bəri  hər  iki  millətin  zatına  qondarılma  iğtişaş  bombası  partladı  və  bütün  Qafqaz  aləmi  bu 

bombanın təsiri şiddətindən yanıb yaxıldı... Görəsən o partlayıcı maddə həqiqətdə bomba imiş? Bəli, bu bomba 

fevralın altısında baş verən Bakı faciəsidir ki, bütün Qafqaza buradan atəş açıldı.(20)  Bununla da təxminən iki 

il davam edən erməni-azərbaycanlı qırğını başlandı. 

Bakıdan sonra 1905-ci ilin may-iyun aylarında erməni-müsəlman qırğını İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl 

və Qaryagin (indiki Füzuli) əhatə etdi. 1905-ci ilin yayında Bakıda, Gəncədə, Şuşada, Zaqafqaziyanın digər yer-

lərində erməni-müsəlman qırğınına çar hökuməti tərəfindən yenidən rəvac verildi.  

1905-ci ilin sentyabrın axırlarında erməni-müsəlman toqquşması nəticəsində Qazax şəhəri yandırıldı. 15-

18 noyabrda Gəncədə, 20-24 noyabrda isə Tiflisdə qanlı erməni-müsəlman toqquşmaları baş verdi. 

Gürcüstanın  Borçalı  qəzası  əhalisinə  erməni-müsəlman  qırğını  nəticəsində  2  milyon  manata  qədər  məb-

ləğdə ziyan dəymiş və yüzlərlə adam yaralanmış və ölmüşdü.(21) 

1904-1906-cı  illərdə  Tiflis, Bakı  və Türkiyənin  Van  vilayətləri çərçivəsində daşnaklar  ölümlə  nəticələn-

miş 105 miyasi sui-qəsd aktı həyata keçirmişdilər. Öldürülənlər içərisində türklər, azərbaycanlılar, rus və  hətta 

dinc  və  sülhməramlı  kürdlər,  talışlar  da  olmuşdur.  Belə  bir  vəziyyət  Azərbaycan  ictimaiyyəti  arasında  böyük 

qəzəb doğurmuşdu. Erməni terrorunu, fitnə-fəsadını dəf etmək üçün “Difai” partiyası yaradılmışdı. Bu partiya-

nın Qarabağda, Şuşada, Gəncədə  yerli komitələri  fəaliyyət göstərirdi.  “Difai” partiyasının  Qafqaz  baş  valisinə 

göndərdiyi bəyannamədə deyilirdi: “Daşnak” firqəsi əmin olsun ki, heç bir vaxt biz öz millətimizin xarabazarlı-

ğı və külü üzərində erməni millətinin səadət və xoş güzəran qurmasına yol vermərik”. 



Yüklə 211,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə