Ermeniterroru02. doc


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi



Yüklə 211,77 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix19.10.2018
ölçüsü211,77 Kb.
#75244
1   2   3   4   5   6

Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



10 

muş və rus silahları ilə təchiz edilmişdi. 1915-ci ilin martı üçün erməni silahlı qüvvələri Osmanlı imperiyasında 

inqilaba başlamağa  hazır dayanmışdı. Lazımi  işarə veriləndə Vandakı ermənilər polis  məntəqələrini və  müsəl-

man evlərini atəşə tutdu. Ermənilər öz silah-sursatını məxfi halda şəhərə gətirdikləri üçün onların hücumu kütlə-

vi təəccübə səbəb oldu. Ermənilər dərhal Van şəhəri üzərində nəzarəti ələ keçirib müsəlman məhəllələrini yan-

dırmağa  və  əsir tutduqları  müsəlmanları  öldürməyə  başladılar.  Bütün  Şərqi  Anadolu  ərazisində hücuma  keçən 

ermənilər eyni taktikadan istifadə edirdilər.(52) 

Bu hücumlar da xristianların Balkanlardakı hücumları kimi eyni üsulla aparılırdı—ilk növbədə müxalifət 

yarada  biləcək  fərdləri  öldürmək!  Müsəlmanlara  aid  olan  hər  şey  məhv  edilirdi.  Bütün  məscidlər  yandırılırdı. 

Hər şəhərin geniş müsəlman məhəllələri yandırılıb külə çevrilirdi. Yalnız yaralı-bahalı binalara əl vurmurdular. 

Kiçik müsəlman kəndlərinə də hücum edilirdi. Müsəlmanlar apara biləcəkləri əşyaları götürüb qaçmağa məcbur 

edilirdi. Kəndlərdən kənarda yollarda isə onları soymaq, öldürmək, qadınları isə zorlamaq üçün digər ermənilər 

gözləyirdilər. Diri qalanlar canlarını xristian ermənilərdən qurtarmaq üçün ac-yalavac və münasib əyin-başı belə 

olmadan qaçıb xilas yolları axtarırdılar. Bu zamanlar kəndlərdə çox az sayda cavan oğlanlar qalmışdı—cavanla-

rın çoxu Osmanlı ordusuna çağırılmışdı.(53) 

1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabı siyasi partiyaların leqal fəaliyyətinə də imkan yaratdı. Za-

qafqaziyanın o zamankı şəraitində milli partiyalar fəal siyasi mübarizə meydanına atıldılar. Zaqafqaziyanın mü-

səlman əhalisi içərisində ən  nüfuzlu siyasi partiya “Müsavat” partiyası  idi. Gürcü  menşevikləri  və qatı  millətçi 

“Daşnaksütyun” partiyası diyar əhalisinin müəyyən hissəsi içərisində özlərinə tərəfdan tapmışdılar. Daşnak par-

tiyası  öz  mürtəce  millətçi  sifəti  ilə  milli  ehtirasları  qızışdırmaq, terror  və  zorakılıq  siyasəti  yeritməsi  ilə  bütün 

digər siyasi partiyalardan fərqlənirdi. 

1918-ci  ilin  martında  Bakıda  və  Azərbaycanın  bəzi  qəzalarında  bolşeviklərin  fitvası  ilə  erməni-daşnak 

hərbi dəstələrinin törətdikləri  milli qırğın uzun bir dövr ərzində sovet hakimiyyətinin  möhkəmləndirilməsi uğ-

runda və əksinqilab üzərində böyük qələbə kimi qələmə verilmişdir. Başqa tərzdə düşünənlər, əsil həqiqəti giz-

lətməyənlər  də  olmuşdur.  Elə  həmin  günlərdə  daşnak  dəstələrinin  dinc  əhaliyə  divan  tutmasını  müsəlmanlara 

qarşı  görünməmiş  cinayət  adlandıranlar  da  var  idi.  Bolşeviklər  arasında  da  həmin  faciəni  sovet  hakimiyyəti 

üçün qara ləkə hesab edənlər də olmuşdur. Tarixi həqiqətdən uzaq olan məlumatlar qəsdən heç də mart hadisə-

lərinin real mənzərəsini yaratmırdı. Bir neçə yüz nəfərlik müsəlman diviziyası sovet hərbi hissələri və çoxmin-

lik  daşnak  erməni  hərbi  hissələri  ilə  bir  cərgədə  qoyulur,  güc-bəla  ilə  əlinə  ibtidai  silah  almağa  macal  tapmış 

dinc əhali isə “silahlı müsəlman quldur dəstələri” adlandırılırdı.(54) 

Mart hadisələri ərəfəsində Bakıda sovet hərbi hissələri ilə yanaşı, xeyli silahlı erməni əsgərləri də var idi. 

Şaumyanın özünün qeyd etdiyi kimi, 10 minə nədər (6 min sovet, 4 min daşnak) Bakıda silahlı qüvvə toplamış-

dı. Demək olar ki, bu qüvvənin qarşısında azərbaycanlılar silahsız idilər. Başda Şaumyan olmaqla Bakı Soveti-

nin rəhbərliyi “müsəlman əksinqilabçı ünsürlər”,—deyə adlandırdıqları şəhərin azərbaycanlı əhalisini milli mü-

naqişəyə cəlb etmək üçün bəhanə axtarırdı. Tezliklə belə bir imkan tapıldı.(55) Lənkərana yola düşməyə hazır-

laşan bir neçə yüz nəfər müsəlman diviziyasının zabit və əsgərinin tərksilah edilməsi, buna etiraz əlaməti olaraq 

azərbaycanlıların kortəbii mitinqlərinin keçirilməsi və ən nəhayət, sovet hərbi hissələrinin altı dəstəsinə təxribat 

məqsədilə atəş açılması bolşeviklərin əl-qolunu açmış oldu. Şaumyanın özü etiraf edirdi ki, “Altı dəstənin üzəri-

nə  düşmən  tərəfindən  ilk  silahlı  basqın  cəhdindən  istifadə  edərək  cəbhə  boyu  hücuma  başladıq”.  Əslində  bu, 

“müsəlmanəksinqilabi”,  “müsavatçıların antisovet qiyamı” əleyhinə  mübarizə adı altında bolşeviklərin daşnak-

larla birlikdə dinc, silahsız, azərbaycanlı əhalisinə qarşı qabaqcadan düşünülmüş və həyata keçirilən milli qırğın 

idi.(56) Qırğın zamanı şəhərin müsəlman məhəllələri şiddətli atəşə tutulur, dinc əhali qırılır, qarətlər baş alıb ge-

dirdi. 1918-ci il martın son üç günü ərzində aramsız davam edən döyüşlər əslində azərbaycanlılara qarşı soyqırı-

mı  idi.  Bu  soyqırımı  zamanı  12  mindən  çox  günahsız  azərbaycanlı  qanına  qəltan  edildi.  Həmin  soyqırımında 

daşnakpərəst A.Mikoyanın  başçılıq  etdiyi  “Qırmızı Qvardiya”  dəstələri  də  iştirak  etmişdilər.  Hətta  İçərişəhərə 

hücum zamanı A.Mikoyan yaralanmışdı. “İnqilabi əksinqilabdan müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri 

Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə”ni yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku” və b. qə-

zet və jurnalların redaksiyalarını dağıtmış, Təzə Pir məscidinə böyük ziyan vurmuşdular.(57) Bolşeviklərin ya-

xından iştirakı ilə əksinqilaba qarşı müharibə bayrağı altında Azərbaycanın Şamaxı, Quba, Göyçay, Lənkəran, 

Qarabağ  və Naxçıvan  bölgələrində ermənilər  milli qırğın törətmişdilər. Bu qırğınlar  bolşevik donu  geyən  daş-

nak  Q.Korqanovla  birlikdə  Amazaspın,  Avetisyanın,  Lalayansın,  Petrovun  quldur  dəstələri  tərəfindən  törədil-

mişdi. Qırğınlar zamanı 15-20 min azərbaycanlı öldürülmüşdü.(58) 

Erməni tarixçisi Hovanesyan  belə  bir faktı qəbul edir ki, I Dünya müharibəsi yaxınlaşdıqca  Azərbaycan, 

Ermənistan və Gürcüstan arasında “beynəl-irqi” müharibə qızışdı. Əslində isə beynəl-irqi müharibəni ermənilər 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



11 

başlamışdı. Hər halda, türk ordusu regiondan çıxan kimi ermənilər dağlarda nəzarəti ələ keçirmək üçün hər cür 

cəhdlərini işə saldılar. 

1918-ci ildən bu günə kimi Ermənistanın iki əsas ixracı olmuşdur: öz “tarixi vətən”lərindən xaricə axışan 

öz milləti və terrorizm! 1918-ci ildən bu günə kimi Ermənistanın bir əsas idxalı olmuşdur və olmaqda davam 

edir: başqa xalqlardan alınan xarici yardım! 

1919-cu ilin  fevralında ABŞ konqresi 100 milyon dollarlıq fond qanunu qəbul etdi. Bu pullar “ermənilə-

rin, suriyalıların, yunanların və indi və ya əvvəllər Türkiyənin subyekti olmuş Kiçik Asiyadakı Amerika ilə düş-

mən olmayan digər xristian və yəhudi əhalisinə” kömək üçün nəzərdə tutulmuşdu”.(59)  

Anti-türk, anti-müsəlman lobbi Konqreslə öz işini yaxşı qurmuşdu. Türklərin əlindən əzab çəkmiş erməni-

dənsə, ermənilərin əlindən daha çox türkün əzab çəkməsi faktına baxmayaraq, həmin münasibət bu gün də da-

vam edir. Bu  faciəli  müharibənin  hər  iki tərəfi  heç vaxt Birləşmiş Ştatların əhalisinə təqdim edilməmişdir. Sə-

bəb isə sadə idi—Ermənistan xristian millətidir, Türkiyə isə yox. Ermənilərin Osmanlı hökumətini yıxmaq niy-

yəti ilə özlərini bu əzaba düçar etməsini isə amerikanlara demək vacib sayılmır. 

1919-cu  ilin  son rübünə kimi dövlət tərəfindən maliyyələşdirilən  və özəl amerikan kömək təşkilatları er-

məni xalqına 20 milyon dollardan artıq qiymətləndirilən ərzaq və pul yardımı etmişdi. Bu məbləğin yarısından 

çoxu, xüsusilə birbaşa Ermənistan Respublikasına verilən hissə Amerika Kömək İdarəsi vasitəsilə maliyyə yar-

dımı  aldı.  İdarənin  baş  direktoru  Herbert  Huver  ARA  və  ACRNE  təşkilatlarının  fəaliyyətini  tənzimləyirdi. 

ARA-nın hər gəmisi üçün erməni hökuməti Birləşmiş Ştatların xəzinəsinə ödənməli olan xüsusi vəd sənədi ya-

yırdı, ACRNE-nin bütün köməkliyi isə Amerika xalqının erməni xalqına birbaşa hədiyyəsi idi. 

1920-ci ilin noyabrında Ermənistanda sovetlər qurulduqdan sonra İrana qaçan Daşnaksütyun tör-töküntü-

ləri burada da sakit oturmurlar. İran erməni terror hərəkatının başlıca mərkəzlərindən birinə çevrilən İran hakim 

dairələrinin onlara qarşı müsbət münasibətindən istifadə edən mühacir daşnaklar yerli ermənilərlə birlikdə İran-

da özlərinin  çoxlu  iqtisadi  və  ictimai  təşkilatlarını  yaradır,  məktəblər  və  teatrlar açır, qəzetlər  nəşr  edirlər.(60) 

Onlar İranın bir çox  mülki  və  hərbi  idarələrinə soxulur, Rza Pəhləvinin  hakimiyyətə gəlməsindən  istifadə edə-

rək İran Azərbaycanında iqtisadi və ticarət imtiyazları, bu sahədə hegemonluğu öz əllərinə keçirməyə çalışırlar. 

Maraqlıdır ki, SSRİ-nin İrandakı səfiri erməni Danityanın köməyi ilə ermənilər İrandakı rüs səfirliyində də əsas 

vəzifələri  öz  əllərinə  keçirirlər.  Bir  sözlə,  ermənilər  İranda  xüsusi  iqtisadi,  ticarət  və  mədəni  imtiyazlar  əldə 

edirlər. Ancaq bununla kifayətlənmirlər. Hər  yerdə olduğu kimi, burada da siyasi  fəaliyyəti ön plana çəkir. er-

mənilərə xas olan təcavüzkarlıq siyasətini daha da gücləndirirlər. Təəssüflər olsun ki, İranın  “Təbriz”, “Pərvə-

riş” kimi qəzetləri də erməni daşnaklarının dəyirmanına su tökür, türklərə, o cümlədən azəri türklərinə qarşı təb-

liğatda onların əlində vasitəyə çevrilirlər.  

1920-ci  ildən  ta  üzü  bəri  İranda  erməni  millətçiləri  və  daşnaklarının  siyasi  təbliğatının  əsas  qayəsi  türk 

dünyasına, ilk növbədə isə Türkiyə və Azərbaycana qarşı yönəldilmişdir. İrandakı daşnaklar və mühacir erməni-

lər  İranda hakimiyyətə  gəlmiş  Pəhləvi  xanədanının  şovinist, paniranizm  və  ya panariyanizm  əhval-ruhiyyəsin-

dən məharətlə istifadə etməyə çalışır, onu daha da qızışdırırdılar. 

Ermənistanın sovetləşməsindən sonra Qərbi Avropa imperialistləri Lozanna konfransında Erməni məsələ-

si ilə  möhtəkirlik etməyə daha  bir cəhd göstərdilər.(61) “Erməni ocağı” yaratmaq, “milli azlıqlar”ın  müdafiəsi 

üçün Millətlər Birliyinin nəzarəti altında Konstantinopolda xüsusi orqan təsis etmək layihəsi irəli süüldü; lakin 

bu yalnız və  yalnız Türkiyə  nümayəndə heyətinin Mosul  məsələsində güzəştə getməyə  məcbur etmək  məqsədi 

güddüyü üçün lazımi güzəştlər edilən kimi layihə aradan götürüldü. Sonralar da Qərbi Avropa dövlətləri Kiliki-

yaya bitişik ərazilərdən—Mardin, Ayuqab, Urfadan türklərin qovulmasına və qırılmasına soyuqqanlı şahid kimi 

baxırdılar. 

Ermənilərə 1920-ci ildən sonra yeganə real “köməyi” Rusiya göstərdi. 1923-cü il yanvarın 27-də Çiçerin 

Lozanna konfransına bildirdi ki, Rusiya və Ukrayna hökumətləri xaricdəki erməni qaçqınların böyük bir hissəsi-

ni öz ərazilərində yerləşdirmək niyyətindədir. Bu zaman “Çiçerin yoldaş” tamamilə haqlı olaraq göstərdi ki, so-

vet nümayəndə heyəti Erməni məsələsinin müzakirəsində iştirak etməkdən uzaqlaşdırıldığına görə həmin məsə-

lə  lazımi  şəkildə  həll  oluna  bilməzdi.  Çiçerinin  məktubu  xaricdəki  erməni  dairələrində  hədsiz  dərəcədə  güclü 

əks-səda doğurdu; bir sıra siyasi və xeyriyyə cəmiyyətləri, partiyalar sovet hökumətinə minnətlarlıqlarını bildir-

dilər, həmçinin Rusiyanın təklifinin həyata keçirilməsinə dair planları haqqında məlumat verdilər.  

“Böyük Ermənistan” ideyası ölmədi. Bu Sovet Ermənistanında böyük təsərrüfat və mədəniyyət işləri “di-

aspor”dakı erməni siyasi partiyalarının ideologiyasına çevrildi. Daşnaklar, “Hnçak” və “Ramkavor”çular terror 

və silahlı müdaxilə yolu tutaraq, bu sahədə Qərbdəki əlaltıları ilə müdhiş və xain planlar cızmağa başladılar.  

___________________ 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



12 

1

 Gunter M. Contemparary Armenian Тerrorisм. Теrorism: An international journal, vol.8, N 3, 1986, р.24. 



2

 Qurko-Kryajin V. Erməni məsələsi. B., 1990, səh.7 (BSE-nin 1926-cı il nəşrindən məqalə. 1926-cı il. 

3

 Samuel A.Uims. Ermənistan terrorçu “xristian” ölkənin gizlinləri. Ermənilərin böyük fırıldaq seriyaları—I cild, B., 2004, səh.34. 



4

 Məmmədova F. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası, B., 1993, səh.215. 

 

5

 Наджафов Б. Лицо врага. История армянского национализма в Закавказье в конце XIX-начале ХХ в. Б., 1993 (часть первая), 



стр.26-29. 

6

 Nalbandian Louise. The Armenian Revolutionary Movement. Los Angeles. 1963, səh.71. 



7

 Армянский геноцид: миф и реальность. Б., 1992, стр.40. 

 

8

 Cordes B. Armenian теrrorisм in America. Sympozium on international теrrorisм. Ankara, Turkey (Ankara Universitu Press), 1984, 



p.46. 

9

 Величко В.Л. Кавказ. Русское дело и между племенные вопросы, МП, 1904, Б., 1990, стр.39. 



10

 Жаринов К.В. Терроризм и террористы. Минск, 1999, стр.47-48. 

11

 Борьба с терроризмом—общая самооборона.//Азия и Африка, N 3, 2002, с.18. 



12

 Дашнаки (Из материалов департамента полиции). Б., 1990, стр.6-8. 

13

 Siyasi tarix (mühazirə kursu). I hissə, B., 1995, səh.55. 



14

 Жасмин М.К. Армянский терроризм: как яд и противоядие, Анкара, 1984, стр.44-45. 

15

 Салахи Р.Соньел. Оттоманские армяне, Лондон (К.Рустам и братья), 1987, стр.44.  



16

 Турки обвиняют Грецию в предоставлении убежища армянскому боевику, только что освобожденному из тюрьмы 

югославскими властями –"Американ рипортер", 30 июля, 1987. 

17

 Hacıyev S. Türkiyə-Rusiya münasibətləri-erməni terroru (XIX əsrin sonu—1920-ci ilə qədər),B.,1998, səh.21-22. 



18

 Kennet Kartman. Terörizm: Orta Doğuda terör örçütleri ve terörü destekleyen devletler.//Avrasiya Dosyası, Ankara, 2002, N 7, 

s.56-57. 

19

 Hacıyev S. Yaxın və Orta Şərqdə separatçı terrorizm. Hədəf Türkiyə və Azərbaycan. “Dirçəliş-XXI əsr”, 2004, yanvar, N 71, 



səh.37. 

20

 Ordubadi M.S. Qanlı illər, B., 1991, səh.79. 



21

 Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. B., 1993, səh.17-18. 

22

 Дашнаки (из материалов департамента полиции), Б., 1990, стр.12-15. 



23

 Onullahi S.M. Erməni millətçiləri və İran. B., 2002, səh.37. 

24

 Ordubadi M.S. Qanlı illər, B., 1991, səh.34. 



25

 Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. B., 1993, səh.47-48. 

26

 Gunter M. The Armenian теrroriist campaign Against, Turkey. Orbis. summer. 1983, р.121-122. 



27

 httр://www/teror.gen.tr./türkce/yurtdışı/diger/ ermeni—PKK/işbirligi:html. 

28

 Хут У.Лоури. “Армянский терроризм XIX и XX веков: неразрывные нити”. Международный терроризм и его связь с нар-



котиками, Анкара, 1984, стр.74. 

29

 Esat Uras. Tarihte ermeniler və ermeni meselesi. İstanbul, 1987, s.28-29. 



30

 Asmi Süslü. Ermeniler ve 1915 tehcir olayı. Van, 1990, s.146-147. 

31

 Laury Н. Nineteenth and Twentieth Century Armenian теrrorisм. Symposium on International Теrrorisм. Ankara, Turkey (Ankara 



University Press), 1984, р.98.) 

 

32



 “Ermənilər terrorizmin ən iyrənc formasından istifadə edirlər”//“Azərbaycan” qəzeti, 28 fevral 2004-cü il. 

33

 Nejat Çöyünç. Osmanlı idaresinde ermeniler. İstanbul, 1983, s.106-107. 



34

 Məmmədov İ. Tariximiz, torpağımız, taleyimiz. B., 2002, səh.31-32. 

35

 Onullahi S.M. Erməni millətçiləri və İran. B., 2002, səh.39-40. 



36

 Həsənov N.F. Terrorçuluq və onun mahiyyəti. Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri (el-

mi məqalələr məcmuəsi), B., 2004, səh.21. 

37

 Alper A. Çazigipay. Ermeni terrörünün Kaynakları. İstanbul, 1982, s.91-92. 



38

 Тейлор Ф.К. Терроризм: полемика и контрмеры США//www.usinfo.state.gov (journals), р.41. 

39

 Gunter M. Нistorial Origins of Contemparary Armenian Теrrorisм. Journal of South Asian and Middle Eastem Studies, vol.9, N 1 



Fall, 1985. 

 

40



 http//www/teror.gen.tr./türkce/yurtdışı/diger/index.html. 

41

 Papazian K.S. Pаtriotisм Perverted: Armenian Revolutionary Federation: Boston, 1934, р.121-122. 



42

 Asadov S. Filosofiə revanşizma ili armənskaə krovojadnostğ. B., 2002, str.89-90. 

43

 Салимов К.Н. Современные проблемы терроризма. М., 1999, стр.36. 



44

 Салимов К.Н. Современные проблемы борьбы с терроризмом.//Методические указания. Б., 1998, стр.51-52. 

45

 “Haydad” və “ASALA” erməni terror təşkilatları. Hüquqi dövlət və qanun. 2001, N 45, səh.31. 



46

 İlyasov V. “Terrorçuluq ermənilərin dövlət siyasətidir”.//“Azərbaycan” qəzeti, 24 aprel 2004. 

47

 General J.C.Нarbord: American Military Mission to Armenia, International Coclusion, N 151, june, 1920, New York, р.141. 



48

 “Erməni terrorizmi ifşa olunur”//“Xalq qəzeti”, 29 aprel 2003-cü il. 

49

 “Terrorizm bəşəri bəladır”.//“Azərbaycan” qəzeti, 21 aprel 2004-cü il. 



50

 Нartill L.R. Men are like that. Indianopolis, 1928, р.97-99. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



13 

51

 Siyasi tarix, cild I, B., 1995, səh.58. 



52

 Sonyel S.R. Нow Armenian Propaganda Received the Cristian World. Bulletin, vol XLI, N 161. Ankara, January 1977. р.139-140. 

53

 Kayıbov İ., Şerifov A. Armənskiy terrorizm. B., 1991, str.29-30. 



 

54

 31 mart—Azərbaycanlıların soyqırımı günüdür”.//“Azərbaycan” qəzeti, 26 mart 2004-cü il. 



55

 Rəhimzadə A. Həyat bizi terrorizmə qarşı barışmaz mübarizəyə səsləyir.//Dirçəliş—XXI əsr. N 51, 2002, səh.41-42. 

56

 Laury Н. Nineteenth and Twentieth Century Armenian Теrrorisм. Symposium on International Теrrorisм. Ankara, Turkey (Ankara 



University Press), 1984, р.161-162. 

57

 Араслы Дж. Четвертая мировая война. Информационно-аналитический справочник по негосударственным системам, Б., 



2002, стр.71. 

58

 İsgəndərov A. 1918-ci il mart soyqırımının tarixşünaslığı, B., 1997, səh.29-30. 



59

 Samuel A.Uimz. Göstərilən əsəri. B., 2004, səh.132. 

60

 Məmmədzadə M.B. Ermənilər və İran, B., 1993, səh.4. 



61

 Esat Uras. Tarihte ermeniler ve ermeni meselesi. İstanbul, 1987, s.149-150. 



 

 

Yüklə 211,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə