Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə1/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
  1   2   3   4   5   6   7   8   9   ...   30


www.vivo-book.com 
 

 
ERNEST HEMİNQUEY  
QOCA VƏ DƏNİZ 
(P O V E S T) 
 
 


www.vivo-book.com 
 

 
 
 
QOCA VƏ DƏNİZ 
 
Qoca  ikiavarlı  balaca  qayıqda  Qolfstrimdə
1
  təkbaşına 
balıq tuturdu. Düz səksən dörd gün idi ki, dənizə çıxır, hər 
dəfə də əliboş qayıdırdı. İlk qırx gün  ərzində oğlan da qoca 
ilə bərabər getmişdi, lakin sonra ata-anası onu başa salmışdı 
ki,  bəs  qoca  açıq-aşkar  salao  adamdır,  yəni  bəxtsizin-
uğursuzun  biridir;  o  da  valideynlərinin  təkidi  ilə  qocadan 
ayrılıb  başqa  qayığa  keçmişdi,  özü  də  elə  birinci  həftə 
ərzində evlərinə üç iri balıq gətirmişdi. Qocanın halı oğlanı 
yaman  kədərləndirirdi;  hər  gün  əliboş  qayıtdığını  görəndə 
ona əməlli-başlı yazığı gəlirdi. Oğlan axşamlar sahilə gedib 
qayıqdakı şey-şüyləri – kəndiri, yelkən dolanmış dorağacını, 
ya  da  nizəni  daşımaqda  qocaya  kömək  edirdi.  Yelkən 
başdan-başa  yamaq  içindəydi.  Dorağacına  sarınmış  bu 
                                                 
1
Qolfstrim– Atlantik okeanında isti cərəyan (axın
). 
 


www.vivo-book.com 
 

köhnə  kətan  parçası  ardıcıl  məğlubiyyətlərə  düçar  olub 
darmadağın edilmiş alay bayrağına oxşayırdı.  
Taqətdən  düşmüş,  heyi  kəsilmiş  yorğun  qoca  çox  arıq 
idi; peysərini dərin qırışlar örtmüş, qonur rəngə çalan sifətini 
ləkələr  bürümüşdü.  Hər  iki  yanağı  boyunca  üzüaşağı 
səpələnmiş bu ləkələr qocanın ta boynuna qədər yayılırdı.  
Dənizdən  ağır,  nataraz  balıqları  dartıb  çıxartmaqdan 
kəndir  onun  əllərini  kəsib  yarıq-yarıq  eləmişdi.  Özü  də 
yarıqların  heç  biri  təzə  deyildi;  onlar  eynən  susuz 
səhralardakı köhnə, quru çatlara bənzəyirdi.  
Gözlərindən  başqa,  onun  hər  yeri,  hər  şeyi 
köhnəlmişdi,  təkcə  dəniz  kimi  mavi  gözləri  xalis  gənclik 
ehtirasıyla  alışıb-yanırdı;  bu  gözlər  qocanın  nə  qədər 
məğlubedilməz olduğunu təsdiqləyirdi.  
– Santyaqo, – deyə oğlan qayığı sahildə yerbəyer edib 
yoxuşla  qəsəbəyə  qalxdıqları  zaman  qocaya  üz  tutdu,  – 
bundan sonra mən dənizə yenə də səninlə gedəcəm. Biz artıq 
bir az pul qazanmışıq. 
Balıq tutmağın bütün sirlərini ona öyrətdiyi üçün oğlan 
qocanı çox sevirdi. 


www.vivo-book.com 
 

– Yox, bala, – qoca razılaşmadı, – indiki yerin yaxşıdır, 
bir halda ki, bəxtin gətirir, elə orada qal.  
–  Bir  dəfə  sən  səksən  yeddi  gün  hər  səhər  dənizə 
getdin,  amma  bir  dənə  də  olsun  balıq  tuta  bilmədin,  amma 
sonra  biz  üç  həftə  dalbadal  dənizə  çıxıb,  gündə  də  iri  bir 
balıqla qayıtdıq, yadındadır?  
– Yadımdadır, – qoca onun sözünü təsdiqlədi, – bilirəm 
ki,  yanımdan  öz  xoşunla  getməmisən.  Mənə  inandığına 
qətiyyən şübhəm yoxdur. 
–  Məni  atam  məcbur  elədi,  –  oğlan  özünü  təmizə 
çıxartmağa  çalışdı,  –  mən  hələ  uşağam,  atama  qulaq 
asmalıyam. 
–  Doğrudur,  –  qoca  dedi,  –  çox  yaxşı  iş  tutmusan, 
başqa cür ola da bilməzdi.  
– Atam, nədənsə, sizin bəxtinizə o qədər də inanmır. 
– Amma biz inanırıq, elə deyil? 
– Əlbəttə, elədir. İstəyirsən gedək Terrasda bir az pivə 
içək,  şeyləri  sonra  gəlib  apararıq.  Pivənin  pulunu  mən 
verəcəm. 


www.vivo-book.com 
 

– Nə deyirəm ki?! İçək deyirsən, içək! Balıqçı balıqçını 
qonaq eləyər də.  
Onlar  Terrasa  gəlib  oturdular.  İçəridə  çoxlu  balıqçı 
vardı;  qocanı  görəndə  zarafatlaşmağa  başladılar.  Qoca 
zarafatlardan incimirdi. Yaşlı balıqçılar onun halına acısalar 
da,  üzdə  heç  nə  büruzə  vermir,  qocanın  hörmətini 
saxlayırdılar.  İndi  balıqçılar  axından, havanın  necəliyindən, 
tilovu  hansı  dərinliyə  atmaqlarından  danışırdılar;  dənizdə 
gördüklərindən,  başlarına  gələnlərdən  dəm  vururdular.  Bu 
gün  balıq  ovunda  bəxti  gətirənlərin,  dənizdən  əlidolu 
qayıdanların  da  hamısı  buradaydı.  İçalatını  çıxardıb 
təmizlədikdən  sonra  balıqları  bir-birinə  bərkidilmiş  qoşa 
taxtaların üstünə köndələninə düzmüşdülər və indi iki adam 
hərəsi taxtanın bir tərəfindən yapışıb onları anbara daşıyırdı; 
anbarda  balıqları  soyuducuya  doldurub,  sonra  da  Havana 
bazarına aparacaqdılar.  
Köpəkbalığı  tutanlar  öz  ovlarını  limanın  o  biri 
başındakı balıq zavoduna təhvil vermişdilər; orada balıqları 
tirlərdən  asıb  üzgəclərini  kəsmiş,  qara  ciyərlərini  çıxartmış, 


www.vivo-book.com 
 

dərilərini  soymuşdular;  duza  qoymaqçün  hamısını  uzununa 
nazik-nazik yarmışdılar.  
Külək  gündoğandan  əsəndə  balıq  zavodundan  üfunət 
iyi  gəlirdi.  Amma  bu  gün  külək  səmtini  dəyişmişdi:  əvvəl 
şimaldan  əssə  də,  sonra  tamamilə  səngimişdi,  iy-qoxu  da 
xeyli azalmışdı. İndi Terrasda oturub özünü günə verməyin 
ləzzəti ayrıydı.  
– Santyaqo... – oğlan dedi. 
– Hə, nolub?  – Qoca pivə stəkanını  əlində  tutub dərin 
fikrə getmişdi; keçmişləri yadına salırdı.  
–  İcazə  ver,  gedib  səninçün  sabaha  bir  neçə  sardina 
tutum.  
– Yox! Lazım deyil. Sən get, beysbol oyna. Mən hələ 
özüm avar çəkə bilirəm. Toru isə Rocelio atar.  
–  Yox,  gedəcəm.  Bir  halda  ki,  səninlə  balığa  gedə 
bilmirəm,  qoy  heç  olmasa,  başqa  işlərdə  sənə  bir  köməyim 
dəysin.  
– Məni pivəyə qonaq etdiyin üçün çox sağ ol, maşallah, 
daha yekə oğlansan.  
– Məni birinci dəfə dənizə aparanda neçə yaşım vardı? 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə