Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə14/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

www.vivo-book.com 
 
68 
keyimişdi.  O,  ağır  ipdən  bərk-bərk  yapışıb,  yaralanmış  sol 
əlinə nəzər saldı. 
–  Sən  nə  təhər  əlsən!  –  dedi,  –  bir  halda  ki,  keyimək 
istəyirsən,  onda  buyur  keyi!  Yığılıb  lap  quş  caynağına 
dönsən də, bir xeyri yoxdur. 
«Ye, əlinə də qüvvət gəlsin, – qoca tutqun rəngə çalan 
suya, köndələninə dənizin dərinliyinə gedən tilov ipinə nəzər 
salıb düşündü. – Axı, əl yazığın nə günahı? Gör neçə saatdır 
o ağırlıqda balığı saxlayır. Amma sən bu balıqdan axıracan 
əl çəkən deyilsən ha. Hələliksə ye». 
Tikəni ağzına qoyub ehmalca, ağır-ağır çeynədi. Tunes 
o qədər də pis dadmırdı. Öz-özünə dedi: “Elə ki, bütün şirəsi 
çıxsın;  azca  turşu,  ya  lumu,  ya  da,  heç  olmasa,  bir  çimdik 
duz olsaydı, pis dadmazdı”. 
– Hə, mənim əlim, de görüm, indi necəsən? – keyiyib 
ölü  əli  kimi  qaxaca  dönmüş  əlinə  baxa-baxa  soruşdu.  – 
Sənin xətrinə bu dadsız balıqdan gərək bir tikə də yeyim. Bir 
az da yeməliyəm ki, sən cana gələsən. 
Kəsdiyi  ətin  ikinci  tikəsini  də  çeynəyib  uddu,  ağzında 
qalmış qabığı suya tüpürdü. 


www.vivo-book.com 
 
69 
– Hə, indi necəsən? Yoxsa hələ tezdir? 
O,  tunesin  ətindən  daha  bir  tikəni  götürüb  ağzına  atdı 
və çeynəyə-çeynəyə düşündü: “Pis deyil, yaxşı balıqdır, qanı 
da  üstündədir.  Bəxtim  onda  gətirdi  ki,  qarmağıma 
skumbriya yox, tunes keçdi. Skumbriya həddən ziyadə şirin 
olur.  Tunesin  ətində  isə  heç  şirinlik  yoxdur.  Amma  lazım 
olmayan 
şeylər 
haqqında 
düşünüb 
fikrimi 
yayındırmamalıyam,  –  deyə  tunesin  bir  tikəsini  də  ağzına 
qoydu.  –  Kaş  bircə  çimdik  duz  olaydı.  Heç  bilmirəm  bu 
tikələr gün altında qalsa xarab olar, ya yox? Ac olmasam da, 
hamısını yeyəcəm. Mənim nəhəng balığım hələ ki, şıltaqlıq 
eləmir.  Doğradığım  tikələrin  hamısını  yeməliyəm  ki, 
dostumun hər hoqqasına qarşı hazır olum”. 
–  Mənim  əlim,  bir  az  hövsələli  ol,  –  qoca  əlinə 
müraciət  elədi.  –  Özün  görürsən  ki,  səndən  heç  nə 
əsirgəmirəm,  çalışıram  ki,  sağalasan.  Bacarsaydım,  öz 
nəhəng balığımı da yemləyərdim, axı o mənim qardaşımdır. 
Bununla  belə,  mən  onu  öldürməliyəm.  Öldürmək  üçün  də 
gərəkdir ki, güclü və gümrah olum.  


www.vivo-book.com 
 
70 
Qoca nazik, uzunsov tikələrin hamısını bir-bir çeynəyib 
uddu, sonra dikəlib əlini şalvarına sildi və ucadan dedi:  
–  Hə,  sol  əlim,  indi  sən  ipi  buraxıb  dincələ  bilərsən. 
Sənin şıltaqlığından qurtarmaq üçün qaytanı sağ əlimlə idarə 
edirəm.  
O,  sol  ayağını  bayaqdan  bəri  sol  əliylə  tutduğu  yoğun 
ipin  üstünə  qoydu,  geriyə  əyilib  bütün  ağırlığı  kürəyinə 
verdi. 
–  İlahi,  özün  kömək  elə  ki,  sol  əlimin  keyi  açılsın, 
yoxsa bu yekə balıq başıma oyun açar. 
“Hələ  ki  sakitdir;  əvvəldən  nə  cür  başlamışdısa,  o  cür 
də  davam  edir,  –  qoca  düşündü.  –    Görəsən,  neyləmək 
istəyir?  Yaxşı,  bəs  mən  özüm  nə  etməliyəm?  Natarazın 
hərəkətlərindən nəticə çıxarıb, gərək elə buradaca, ayaqüstü 
bir  qərara  gəlim.  Üzə  çıxsa,  onda  mən  onu  öldürərəm. 
Amma çıxmır axı, deyəsən, heç çıxana da oxşamır. Hərgah 
çıxmasa,  onda  bəs  mən  neyləməliyəm?  Özümü  suya  atıb 
həmişəlik onunla bərabərmi qalmalıyam?” 
Keyləşmiş  sol  əlini  şalvarına  sürtüb  barmaqlarını 
açmağa  cəhd  göstərsə  də,  bir  şey  çıxmadı.  Düşündü:  “Gün 


www.vivo-book.com 
 
71 
dəysə bəlkə açılar. Ya da qarnımdakı çiy ət həzmə gedəndən 
sonra açılacaq. Lazım olsa, lap zorla açılmalıdır. Ancaq indi 
heç  mən  özüm  də  onu  zor  gücünə  açmaq  istəmirəm.  Qoy 
özü yumşalıb açılsın. Gecə cürbəcür kəndir-qaytanı götürüb 
doğrayanda,  bir-birinin  ucuna  calayıb  düyünləyəndə  mən 
onu  çox  incitdim,  çox  işlətdim,  axırda  da  yorub  heydən 
saldım”. 
Ətrafa nəzər yetirib göz işlədikcə uzanan dənizə baxdı, 
tək-tənha  olduğunu  yalnız  indi  anladı.  O,  günəş  tellərinin 
tünd  sulara  necə  dəyib  sınmasına,  parçalanaraq  əlvan 
rənglərə  çevrilməsinə,  dənizin  dərinliklərinə  gedən  tilov 
ipinə,  okeanın  hamar  səthinin  qəribə  tərzdə  ləpələnməsinə 
tamaşa  edirdi.  Tropik  sahil  küləyinin  əsəcəyindən  xəbər 
verən  buludlar  göydə  get-gedə  daha  çox  sıxlaşıb 
komalaşırdı.  Qoca  başını  qaldırıb  baxanda  yuxarıda  vəhşi 
ördəklərin qatarla uçduğunu gördü. Mavi, bozumtul səmada 
onlar necə də aydın nəzərə çarpırdılar! Ördək qatarı qəfildən 
dağılışdı,  sonra  təzədən  bir  dəstədə  süzməyə  başladı.  Qoca 
başa düşdü ki, insan dənizdə heç vaxt tək qalmır. 


www.vivo-book.com 
 
72 
O,  bəzilərinin  kiçik  qayıqda,  açıq  dənizdə  tək 
qalmaqdan necə qorxduqlarını yada saldı; düşündü ki, təkcə 
havanın  qəfil  dəyişdiyi  aylarda  dənizdə  tək  qalmaqdan 
çəkinmək olar. İndi tufan-fırtına fəsli olsa da, hələ arada heç 
bir şey yox idi: ilin ən yaxşı çağlarıydı.  
Qoca 
fikirləşdi 
ki,  dənizdə  fırtına  olacağını 
qabaqcadan, özü də bir neçə gün öncədən asanlıqla duymaq 
olur. Bunun xüsusi  əlamətləri var. Sahildə isə bu nişanələri 
sezmək olmur, çünki baxılası bir şey yoxdur. Bir də sahildə 
buludların  forması,  görkəmi  tamam  başqa  cür  olur. 
Hələliksə heç bir fırtına təhlükəsi gözlənilmir. 
O, göyə baxanda qalaq-qalaq ağ bulud topalarını gördü; 
dondurmaya  oxşadığından  qoca  onları  yaman  xoşlayırdı, 
daha yüksəklərdə isə pərquvari, şəffaf buludlar uçurdu. 
– Balıq, bu əsən sahil küləyi mənim xeyrimə, sənin isə 
ziyanına olacaq, – qoca dedi. 
Onun sol əli yavaş-yavaş hərəkətə gəlsə də, hələ qıc idi. 
Qoca  düşündü:  “Qıcolmadan  zəhləm  gedir.  İşin  qızğın 
yerində  bədənin  qıc  olması  namərdlikdir.  Balıqdan 
zəhərlənib  adamların  yanında  qusmaq,  ishala  düşmək  nə 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə