Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə2/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   2   3   4   5   6   7   8   9   ...   30

www.vivo-book.com 
 

–  Beş  yaşındaydın.  Az  qalmışdı  dənizə  düşüb 
boğulasan.  Balığı  tutub  qayığa  çıxartdım.  Başladı 
çırpınmağa,  az  qaldı  qayığı  sındırıb  tikə-tikə  etsin. 
Yadındadır? 
–  Əlbəttə,  yadımdadır.  Hə,  yaman  çırpınırdı, 
quyruğuyla elə vurdu ki, qayığın oturacağı da sındı. Amma 
sən  də  toppuzla  o  ki  var  əzişdirdin  onu...  Yadımdadır  ki, 
qayıq  əsim-əsim  əsirdi,  sən  də  məni  götürüb  qayığın 
burnuna,  yaş  avadanlığın  üstünə  tulladın.  Sən  onu  elə 
döyəcləyirdin  ki,  elə  bil  odun  doğrayırdılar.  Hər  tərəf  qan 
içindəydi, qan iyindən nəfəs almaq olmurdu.  
–  Doğrudanmı,  yadında  belə  yaxşı  qalıb,  yoxsa  mən 
sonralar danışanda eşitmisən?  
– Səninlə dənizə çıxdığım birinci gündən bəri nə olub-
keçibsə, hamısı yadımdadır. 
Qoca  günün  altında  qalmaqdan  qan  çəkmiş  gözləriylə 
oğlanı oxşadı; onun baxışlarından etibar və nəvaziş yağırdı.  
–  Doğma  oğlum  olsaydın,  heç  nəyə  fikir  verməyib, 
riskə gedərdim, səni özümlə dənizə aparardım. Amma sənin 
öz atan-anan var, özün də uğurlu qayığa düşmüsən.  


www.vivo-book.com 
 

–  Qoy  mən  gedim  sardina dalınca.  Tilova  taxılası  tələ 
yeminin də yerini bilirəm. Dörd dənəsi bəsindir. 
–  Səhər  apardığım  yem  olduğu  kimi  qalır.  Qutuda 
duzun içinə qoymuşam.  
– Sənə dörd dənə təzəsini də gətirərəm.  
– Yaxşı, onda birini gətir, – qoca razılaşdı. 
O,  heç  vaxt  ümidini  itirmir,  gələcəyə  həmişə  inanırdı. 
Dənizdən əsməyə başlayan sərin meh indi onun inamını bir 
az da artırmışdı.  
– Onda qoy ikisini gətirim, – oğlan əl çəkmədi.  
– Yaxşı, sən deyən olsun, – qoca onun xətrinə dəymək 
istəmədi,  sonra  ehtiyatla  soruşdu:  –  Bura  bax,  birdən 
oğurluq olar ha?  
–  Yox,  pulla  almışam,  –  oğlan  dedi.  –  Amma  girimə 
keçsəydi, əlbət ki, çırpışdırardım.  
– Qonaqlığa görə sağ ol.  
Qoca təbiətən çox sadə, başıaşağı, təmiz ürəkli, həm də 
təvazökar  adamdı;  hiylənin,  kələyin  nə  olduğunu  bilməzdi; 
bu da onun şənini daha da artırırdı.  
– Axının səmti dəyişməsə, sabah yaxşı gün olacaq.  


www.vivo-book.com 
 

– Sabah sən balıq tutmağa hara gedəcəksən?  
–  Fikrim  uzaqlara  getməkdir.  Lap  erkən  çıxacam  ki, 
külək səmtini dəyişəndə geri qayıda biləm.  
–  Mən  də  qayığın  yiyəsini  dilə  tutub,  bəlkə,  onu 
uzaqlara apardım, – oğlan gülümsədi, – birdən qarmağına iri 
balıq keçsə, köməyinə gələrik.  
– Səninki uzağa getmir, sahildən çox da aralanmır.  
–  Hə,  düz  deyirsən,  amma  bəlkə  bu  dəfə  şirnikdirib 
apara  bildim.  Onsuz  da  gözləri  yaxşı  seçmir,  nəsə  tapıb 
göstərərəm,  lap  qoy  uzaqlarda  uçan  qağayılar  olsun,  nişan 
verib  deyərəm  ki,  oralarda  skumbriya  var.  Qızıl 
skumbriyadan ötrü o lap dünyanın o başına da gedər. 
– Yəni bu dərəcədə pis görür?  
– Kordur da.  
–  Qəribədir,  –  qoca  dodaqaltı  mızıldandı,  –  o  ki 
ömründə  çanaqlı  bağa  tutmağa  getməyib,  gözləri  nədən 
xarab olsun?  
– Sən ki neçə il moskit sahillərinə gedib, çanaqlı bağa 
tutmusan,  bəs  niyə  gözlərin  kor  olmayıb?  Məşəl  kimi 
parıldayır. 


www.vivo-book.com 
 
10 
– Ona görə ki, mən qəribə qocayam.  
–  Bəs  birdən  çox  iri  balığa  rast  gəlsən,  tilovuna  ən 
zırpısı düşsə, tutub çıxartmağa gücün çatar?  
–  Mənə  elə  gəlir  ki,  çatar.  Bu  işdə  gücdən  daha  çox 
fənd lazımdır.  
– Gedək, şeyləri yavaş-yavaş aparaq evə, – oğlan bunu 
deyib  ayağa  durdu,  –  oradan  da  mən  toru  götürüb,  sardina 
tutmağa gedərəm.  
Onlar  təzədən  sahilə  qayıtdılar  və  köməkləşib 
avadanlığı  qayığın  içindən  çıxartdılar.  Qoca  dorağacını 
çiyninə aldı, oğlan isə içərisində qəhvəyi rəngli tilov ipi olan 
köhnə  zənbili,  eləcə  də  qarmağı,  dəstəli  nizəni  götürdü  və 
yola  düzəldilər.  İçində  tələ  yemi  saxladıqları  qutunu,  yekə 
balıqların  başını  əzdikləri  toppuzu  isə  qayıqda  saxladılar. 
Əlbəttə,  qocanın  şey-şüyünü  heç  kəs  oğurlamazdı;  amma 
nəmişlikdən  kəndirlər  islana,  dəmir  alətlər  pas  ata  bilərdi. 
Qoca  yaxşı  bilirdi  ki,  qəsəbədə  ona  sataşan  olmaz,  lakin 
başqalarını  şərləyib  günaha  batmamaq  üçün  nəinki  yüngül 
şeyləri, hətta ağır nizə-qarmağı da hər dəfə evə  aparar, heç 
birini qayıqda saxlamazdı.  


www.vivo-book.com 
 
11 
Yoxuşu yanaşı qalxıb, qapısı həmişə açıq olan komaya 
girdilər.  Qoca  yelkən  sarınmış  dorağacını  divara  söykədi. 
Oğlan  da  əlindəki  zənbili  və  gətirdiyi  şey-şüyləri  onun 
yanına  qoydu.  Dorağacı  yetərincə  uzun  idi,  bu  yerlərdə 
diapo  deyilən  şahağacı  palmasının  çubuqlarından  hörülmüş 
komanın hündürlüyü boydaydı. Komada bir çarpayı, bir stol, 
bir  dənə  də  stul  vardı.  Ocaq  çoxdan  sönmüşdü.  Şahağacı 
palmasının  preslənmiş  yarpaqlarından  olan  divarların 
birindən  müqəddəs  Məryəmin,  digərindən  Həzrət  İsanın 
yağlı  boya  ilə  çəkilmiş  şəkilləri  asılmışdı;  Həzrət  İsanın 
geniş,  açıq  köksündə  ürəyi  şəfəq  saçırdı.  Hər  iki  şəkil 
qocaya  mərhum  arvadından  yadigar  idi.  Əvvəllər  elə 
arvadının  da  rəngli  fotoşəkli  divardan  asılmışdı.  Qoca  hər 
dəfə  şəklə  baxdıqda  tənhalığını  daha  dərindən  hiss  edir,  bu 
vaxt  ürəyi  olmazın  qüssə  ilə  dolurdu;  buna  görə  də  axırda 
onu  divardan  çıxardıb  küncdəki  taxçada,  təmiz  paltarların 
altında gizlətmişdi; şəkil indi də orada idi.  
– Şam yeməyinə nəyin var? – oğlan soruşdu.  
–  Bir  qab  düyü  daşması,  üstündə  də  balıq.  İstəyirsən, 
bir az ye!  


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə