Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə5/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   2   3   4   5   6   7   8   9   ...   30

www.vivo-book.com 
 
23 
Bunu  deyib  oğlan  komadan  çıxdı.  Bayaq  onlar  işığı 
yandırmadan,  elə  qaranlıqdaca  şam  eləmişdilər  və  indi  də 
qoca  şalvarını  soyunub  əlhavasına  çarpayıya  tərəf  getdi, 
qəzeti büküb şalvarın cibinə, şalvarı da balış əvəzinə başının 
altına  qoydu;  ədyala  bürünüb  dəmir  çarpayıya  döşənmiş 
köhnə qəzetlərin üstündə uzandı. 
O  saat  da  yuxuya  getdi.  Yuxuda  uşaqkən  sahillərində 
gəzdiyi  Afrikanı  gördü.  Sarımtıl  qumsallıq  qızılı  rəngə 
çalırdı. Ağ, yastı təpələr adamın gözünü qamaşdırırdı. Qonur 
qayalar  sanki  birbaşa  dənizin  içindən  baş  qaldırmışdı. 
Əzəmətli dağlar hamısı qəhvəyi rəngdəydi və bu yerlər hər 
gecə  qocanın  yuxusuna  girirdi.  O,  yuxusunda  dənizin 
kənarıyla  sahil  boyunca  o  baş-bu  başa  gəzir,  qayaların 
ətəyini  şiddətlə  döyəcləyən  dalğaların  qəzəbli  gurultusunu 
eşidirdi;  yerli  tayfaların  suları  yara-yara  dalğadan-dalğaya 
atlanan xırda qayıqlarını görür, gəmilərə xas olan qatran və 
şoranlıq 
qoxusunu 
açıq-aydın 
duyurdu. 
Afrikanın 
içərilərindən gələn təmiz səhər mehi onu məst edirdi.  
Adətən,  bu  qoxu  burnuna  dəyəndə  qoca  yuxudan 
ayılırdı  və  alaqaranlıqda  qalxıb  paltarını  əyninə  keçirir, 


www.vivo-book.com 
 
24 
sonra da oğlanı oyatmağa gedirdi; səhər mehini şirin yuxuda 
duymağa vərdiş eləmişdi. Lakin bu gecə qitədən əsən sərin 
külək,  nədənsə,  onu  həmişəkindən  tez  oyatdı.  Hələ  çox 
erkən  olduğunu  qoca  dərhal  ənkərdi  və  qərara  aldı  ki, 
yerindən  durmasın,  indicə  gördüyü  yuxuya  davam  eləsin. 
Dənizdən  ucalan  qayaların  ağ  zirvələrinə,  Kanar  adalarının 
limanlarına tamaşa etmək istəyirdi. 
Artıq çoxdandı ki, yuxusunda nə fırtına, nə qadın, nə iri 
balıq,  nə  vuruş,  nə  güləş,  nə  mərcləşmə,  nə  də  arvadını 
görürdü. İndi onun yuxusuna yalnız uzaq ölkələrin sahilləri, 
bir  də  oralarda  gəzişən  şirlər  girirdi.  Şirlər  dumanlı 
toranlıqda pişik balalarıtək bir-biriylə oynaşırdılar. Qoca bu 
şirləri çox sevirdi, lap oğlanı sevdiyi qədər sevirdi. İntəhası 
oğlan heç vaxt yuxusuna girməzdi. 
Qoca  qəfildən  ayılıb  yerindən  dikəldi,  açıq  qapıdan 
bayıra, göy üzündəki ayparaya baxdı və sonra balış əvəzinə 
başının  altına  qoyduğu  şalvarını  götürüb  əyninə  geydi. 
Komadan  çıxıb  əsnəyə-əsnəyə  oğlanı  oyatmağa  getdi. 
Obaşdanın sübh soyuğundan bərk titrədirdi, amma bilirdi ki, 


www.vivo-book.com 
 
25 
bir  az  qızışandan  sonra  üşütmə  keçib-gedəcək;  hamısı 
qayıqda oturub avar çəkməyə bənd idi. 
O, qapını aralayıb asta, yumşaq addımlarla otağa girdi. 
Oğlan qabaq tərəfdə, taxtın üstündə yatmışdı. İçəri solğun ay 
işığı  düşmüşdü  və  bu  işıq  qocanın  oğlanı  görməsi  üçün 
kifayət  elədi:  o,  uşağın  qıçından  yapışıb  ta  ayılana  qədər 
buraxmadı.  Oğlan  yerinin  içində  dikəlib  gözlərini  açdı,  bir 
qədər  çaşqın  halda  qocaya  baxdı.  Qoca  isə  başını  tərpədib 
işarə verdi ki, vaxtdır. Oğlan  əlini uzadıb böyürdəki kətilin 
üstündən  şalvarını  götürdü,  qalxıb  çarpayıda  oturdu  və 
şalvarını geyinməyə başladı.  
Qocanın  arxasınca  qapıdan  çıxanda  o  hələ  də 
yuxuluydu. Qoca qolunu oğlanın boynuna saldı: 
– Bağışla...  
–  Que  va!  –  oğlan  cavab  verdi.  –  Neyləməli,  biz 
kişilərin taleyi belədir.  
Onlar  daş  döşənmiş  yolla  üzüaşağı,  qocanın  komasına 
tərəf gedirdilər. Bayır adamla doluydu. Balıqçılar bellərində 
avadanlıq,  çiyinlərində  dorağacı,  əllərində  müxtəlif  şeylər 


www.vivo-book.com 
 
26 
qaranlıqda  hərəsi  öz  qayığına  tərəf  gedirdi.  Hamısının  da 
ayaqları yalındı.  
Onlar  komaya  gəlib  çatanda  oğlan  içəri  keçib  dünən 
qoyduğu  şeyləri  –  içərisində  tilov  ipi  olan  zənbili,  dəstəli 
nizəni  və  qarmağı  götürdü,  qoca  da  köhnə,  yamaqlı  yelkən 
sarınmış dorağacını çiyninə aldı.  
– Qəhvə içməyə meylin var? – oğlan soruşdu.  
– Əvvəl avadanlığı aparıb qayığa qoyaq, qəhvəni sonra 
içərik, – qoca cavab verdi.  
Şeyləri  aparıb  qayığa  yerləşdirəndən  sonra  qəsəbəyə 
qayıtdılar,  sübh  erkəndən  açılan  və  balıqçılara  xidmət 
göstərən aşxanaya gəlib konserv bankasında adama bir qab 
qəhvə içdilər.  
–  Necə  oldu,  yaxşı  yata  bildinmi?  –  oğlan  qocadan 
xəbər  aldı;  yuxudan  ayılmış  kimi  görünsə  də,  di  gəl,  onun 
gözlərindən hələ də yuxu tökülür, özü də tez-tez əsnəyirdi.  
– Çox yaxşı yatmışam, Manolin, – qoca cavab verdi. – 
Mənə elə gəlir ki, bu gün bəxtim gətirəcək. 
–  Mənə  də  elə  gəlir,  –  oğlan  ayağa  durdu.  –  İndi  isə 
gedim  bizim  sardinalarımızı  gətirim.  Hələ  sənin  tələ 


www.vivo-book.com 
 
27 
yemlərini  də  götürməliyəm.  Mən  işləyən  qayıqda  bütün 
işləri sahibkar özü görür; kömək edəndə acığı tutur.  
– Balıqçıların çoxu elədir, mənimlə özünə baxma. Hələ 
sən beş yaşında ikən icazə verirdim ki, avadanlığı daşıyasan.  
– Bilirəm, –  oğlan dedi. – Gözlə, bu saat gəlirəm. Mən 
qayıdanacan  sən  bir  az  da  qəhvə  iç.  Burda  bizə  nisyə 
verirlər. 
Oğlan yalın ayaqlarını şappıldada-şappıldada tələ yemi 
götürməkçün buzxanaya qaçdı. 
Qocanın  bütün  gün  ərzində  dilinə  heç  nə 
dəyməyəcəkdi;  bu  qəhvə  onun  həm  səhər  yeməyi,  həm 
naharı, həm də, kim bilir, bəlkə şam yeməyi idi, buna görə 
də qəhvəni ləzzət ala-ala, aramla içirdi. Axır vaxtlar yeməyə 
o  qədər  də  meyl  göstərmirdi.  Yemək  prosesi  çoxdan 
zəhləsini tökmüşdü, odur ki, dənizə gedəndə heç vaxt özüylə 
səhər  yeməyi  götürmürdü.  Sərin  qalsın  deyə  qayığın  burun 
tərəfində  həmişə  bir  şüşə  su  saxlayırdı,  vəssalam  – 
axşamacan ona lazım olan tək bu idi. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə