Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə6/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   2   3   4   5   6   7   8   9   ...   30

www.vivo-book.com 
 
28 
Oğlan sardina və tələ yemiylə qayıdıb gələn kimi sahilə 
yollandılar.  Yeridikcə  ayaqlarının  altından  ətrafa  daş-çınqıl 
sıçrayırdı. Sahilə çatıb qayığı suya saldılar.  
– İşin avand olsun, qoca! – oğlan çığırdı.  
– Elə sənin də!  
Qoca  avarların  kəndir  ilgəklərini  halqalardan  keçirə-
keçirə  mıxlara  bənd  elədi,  oturub  kürəkləri  əlinə  aldı, 
sinəsini  qabağa  verib  başını  yana  əydi  və  suyu  yara-yara 
dənizə  üz  tutdu.  Hava  qaranlıq  idi,  səhər  hələ  açılmamışdı. 
Sahil  boyu  səpələnmiş  başqa  qayıqlar  da  bir-bir  hərəkətə 
gəlib  dənizə  çıxırdı.  Qoca  onların  heç  birini  görməsə  də, 
avarların  səsini,  liman  sularının  şırıltısını  eşidirdi.  Aypara 
təpənin  arxasında  gizləndiyindən  qaranlıqda  heç  nə 
görükmürdü. Vaxtaşırı hansısa qayıqdan adam səsi gəlsə də, 
qayıqların çoxunda sakitlik idi; sükutu dənizin sinəsini tez-
tez yaran avarların səsi pozurdu.  
Bir  azdan  qayıqlar  limanı  arxada  qoyub  geniş  okeana 
səpələndilər  –  səxavətli  dənizin  tükənməz  nemətindən  nəsə 
ələ keçirtmək ümidiylə hərə bir səmtə üz tutdu. 


www.vivo-book.com 
 
29 
Qoca  bu  gün  çox  uzaqlara  getməyi  qət  eləmişdi. 
Okeanın  səhər  havası,  ucsuz-bucaqsız  mavi  sular  onu  öz 
ağuşuna  aldı.  Tozlu-tüstülü  sahildən  uzaqlaşdıqca  hava 
saflaşırdı. Suyun üzündə tək-tək dəniz yosunları işıldayırdı. 
Bu  fosforlu  işartılar  qocanın  diqqətini  dərhal  cəlb  etdi. 
Hardasa bu aralarda okeanın dərinliyi birdən-birə artıb yeddi 
yüz dəniz sajeninə çatırdı; ona görə də balıqçılar həmin yeri 
“dibsiz  quyu”  adlandırırdılar.  Müxtəlif  istiqamətli  sualtı 
axınlar  burada  toqquşub  bir-birinə  qarışır,  şiddətlə  sualtı 
qayalara  çırpılıb  burulğan  əmələ  gətirirdi.  “Dibsiz  quyu”da 
hər növ balıq vardı. Xırda balıqlar və dəniz xərçəngləri daha 
çox idi. Onlar axşamlar suyun üstünə çıxır, şikara çıxmış iri 
balıqlara yem olurdular.  
Hələ 
qaranlıq  olsa  da,  həssas  qoca  səhərin 
yaxınlaşdığını  duyurdu;  avarlar  hərəkət  etdikcə,  qayıq 
irəlilədikcə  qocanın  qulağına  səslər  dəyirdi  –  balıqlar 
oynaqlaşırmış  kimi  sudan  sıçrayıb  havada  mayallaq  aşır, 
təzədən  suya  düşürdülər.  Uçan  balıqların  havada  süzdükcə 
üzgəcləri  vıyıldayırdı.  Bu  qanadlı  balıqları  qoca  xüsusi 
şövqlə  sevirdi;  onları  balıqçıların  geniş  okeandakı  həqiqi 


www.vivo-book.com 
 
30 
dostları  sayırdı.  O,  quşları  da  çox  sevir,  eyni  zamanda, 
onlara yazığı gəlirdi. Daim yem axtaran, lakin dimdiyinə heç 
bir  şey  keçməyən  xırda,  zərif  su  qaranquşlarının  halına  lap 
çox  acıyırdı.  “Yazıq  quşların  həyatı  biz  insanlarınkından 
qat-qat  ağırdır,  –  qoca  düşünürdü.  –  Əlbəttə,  yırtıcı  quşları 
demirəm,  amma  bir  halda  ki,  okean  belə  amansızdır,  onda 
görəsən su qaranquşu kimi zəif quşcuğazlar niyə yaradılıb? 
Düzdür,  dəniz  çox  vaxt  mərhəmətli  olur,  amma  coşanda 
üzünü  görməyəsən.  Elə  kükrəyir,  elə  aşır-daşır  ki,  göz 
açmaq  olmur.  Yem  axtaran  bu  biçarə  quşlar  dəhşətli 
fırtınalarda  dənizə  baş  vurmalı  olur,  dimdiklərinə  keçən 
xırda balıqları dalğaların bağrından zorla dartıb qopardır, bir 
şey  çıxmayanda  da  civildəşə-civildəşə  haray  salıb  fəryad 
qoparır,  bir-birinə  şikayətlənib  sanki  dərdlərini  bölüşürlər. 
Bu cılız məxluqlar hüdudsuz okeanın əzəməti qarşısında heç 
nədir”.  
Dənizi  ürəkdən  sevən  qoca  onu  dəniz  aşiqlərinin 
ispanca  adlandırdığı  kimi  xəyalən  «la  mar»,  deyə 
əzizləyirdi. Dənizi sevən bəziləri hərdən acıqları tutanda onu 
pisləsələr  də,  amma  çox  vaxt  dənizi  qadın  cinsində,  məhz 


www.vivo-book.com 
 
31 
qadın  kimi  yad  edirdilər.  Qaravul  əvəzinə  avadanlığa  tıxac 
bağlayan, köpəkbalığının qaraciyəri tapılmayanda çoxlu pul 
qazanmaqçün balıq tutmağa barkasda, mühərrikli qayıqlarda 
gedən  cavanlar  isə  dənizə  rəqib  kimi  baxır,  onu  «el  mar», 
yəni  kişi  cinsində,  erkək  adlandırırdılar.  Onlar  yeri  gəldi-
gəlmədi, 
lazım 
oldu-olmadı, 
dənizi 
yamanlayır, 
lənətləyirdilər.  Lakin  qoca  üçün  dəniz  hər  şey  idi,  dəniz 
onun  həyatı  idi;  qoca  dənizə  ilahə  kimi  baxırdı.  Bu  ilahə 
bəşər  oğluna  nələr  bəxş  etmirdi?!  O  nə  qədər  səxavətli  və 
lütfkardır!  Dəniz  qəzəblənib  qocanı  incidəndə,  ondan  üz 
çevirib  heç  nə  vermədikdə  belə,  qoca  dənizdən 
şikayətlənmirdi. Neyləmək olar, dənizin təbiəti belədir. “Ay 
qadını  cuşa  gətirdiyi  kimi,  dənizi  də  coşdurur”,  –  qoca 
düşündü.  
Okean  sakit  olduğundan  qoca  özünü  gücə  salmadan 
aramla avar çəkirdi. Sualtı axınlar olan yerdə dalğalar qayığı 
sürükləyib aparır, işi xeyli asanlaşdırırdı.  
Dan  yeri  söküləndə  qoca  ətrafa  nəzər  saldı  və  güman 
etdiyindən  xeyli  uzaqlara  gəlib  çıxdığını  gördü.  “Su  dərin 
olan yerlərdə düz bir həftə qarmaq atdım, amma bir dənə də 


www.vivo-book.com 
 
32 
balıq  tuta  bilmədim,  –  deyə  fikirləşdi,  –  bu  gün  bopito  və 
albanor  cinsli  balıqların  bol  olduğu  yerdə  bəxtimi 
sınayacam. Bəlkə, axtardığım iri balıq onların arasındadır”.  
O, qarmaqlara yem keçirib tilovları suya atdı və axınla 
aram-aram  üzməyə  başladı.  Tilovlardan  birincisi  qırx, 
ikincisi yetmiş beş, üçüncüsü yüz, dördüncüsü isə yüz iyirmi 
beş dəniz sajeni dərinliyə düşdü. Qoca qarmaqlara cərgə ilə 
sardina  taxmışdı;  hamısının  da  gözlərini  qarmağa 
keçirtmişdi.  Qarmaqlar  yarımdairə  yem  çələngi  əmələ 
gətirirdi ki, bu da dənizdəki balıqları şirnikdirib aldadacaqdı; 
həm  də  iri  balıqlar  yemə  yaxınlaşmaqdan  qorxmayacaqdı, 
çünki  qarmağın  hər  tərəfində  eyni  dadı,  eyni  ləzzəti 
duyacaqdılar. 
Oğlanın  verdiyi  bir  cüt  təzə  tunes  balığını  qoca  ən 
dərinə  atdığı  tilovlara  keçirtmişdi,  digər  iki  tilovdan  birinə 
mavi  rəngə  çalan  yekə  skumbriya,  o  birisinə  isə  sarı  ümrin 
balığı  taxmışdı;  bu  yemləri  ötən  dəfə  istifadə  etməsinə 
baxmayaraq,  onlar  hələ  də  yaxşı  qalmışdı.  Əla  növlü 
sardinaların iyi balıqları şirnikdirib onları qarmağa keçməyə 
vadar  edəcəkdi.  Qələm  yoğunluğunda  olan  yaşıl  elastik 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə