Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə8/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

www.vivo-book.com 
 
38 
Sahil  tərəfdə  buludlar  dağ  kimi  ucalmışdı.  Onların 
arxasındakı  təpələr  göyümtül-boz  rəngdə  idi.  Liman 
boyunca elə bil yaşıl bir xətt uzanırdı. Sular tünd-mavi rəngə 
çalırdı,  dəniz  isə  bənövşəyi  görünürdü.  Qoca  dənizin 
dərinliklərinə  nəzər  salanda  qaranlıqda  üzən  qırmızımtıl 
planktonları  gördü.  Onlar  gün  işığında  necə  də  əlvan 
şəfəqlər  saçırdı.  Qoca  tilov  iplərini  yoxlayıb  yan-yörəsinə 
göz  gəzdirdi,  dənizdə  həddən  artıq  plankton  olduğunu 
gördükdə  bərk  sevindi:  “Plankton  varsa,  mütləq  balıq  da 
olmalıdır”.  
Gün  bir  xeyli  qalxmışdı.  Sahildə  buludların  silsilətək 
ucalması  havanın  xoş  olacağından  xəbər  verirdi.  Amma 
yırtıcı  quş  indi  çox  uzaqdaydı.  Günəş  şüalarının  altında 
sarıya çalan Sarqas yosunlarından başqa, suyun səthində ayrı 
heç  bir  şey  gözə  dəymirdi.  Yalnız  qırmızı  rəngli  portuqal 
fizaliyası  –  həlməşiklər  qayığın  yaxınlığında  az-çox  diqqəti 
cəlb  edirdi.  Qayıq  hazırda  həlməşiklərin  arasıyla  üzürdü; 
birdən  fizaliya  yanpörtü  çevrilib  sonra  yenə  əvvəlki 
vəziyyətini  aldı  və daha  cəld  üzməyə  başladı: o, bir  yardlıq 


www.vivo-book.com 
 
39 
məsafəyə  öldürücü  zəhər  saçan  bənövşəyi  qol-budaqlarını 
arxasınca sürüyüb apardı.  
– Ay səni qancıq! – qoca özünü saxlaya bilmədi. 
O,  astadan  avar  çəkə-çəkə  dənizə  diqqətlə  göz  qoydu. 
Sabun  köpüyünü  andıran  əlvan  fizaliyanın  qovuğu  altında, 
qol-budaqları  arasında  xırda  balıqlar  üzürdü;  fizaliyanın 
buraxdığı  zəhər  xırda  balıqlara  zərər  yetirə  bilməsə  də, 
adamlara  çox  tez,  çox  da  pis  təsir  edir:  zəhər  ifraz  edən 
bənövşəyi rəngli sürüşkən qol-budaqlar tilov iplərinə dolaşıb 
qalırdı.  Qarmağa  keçmiş  balığı  çıxartmaqçün  əllərini  suya 
salanda  tilov  ipinə  sarınmış  fizaliyanın  zəhərli  qol-budağı 
qocanın  biləklərinə  yapışır,  zəhər  qana  keçəndə  bədəni  elə 
göynəyirdi  ki,  elə  bil  onu  qırmancla  döyürdün.  Dözülməz, 
dəhşətli ağrılar başlayırdı. 
Al-əlvan 
qovuqcuqların 
qəşəngliyinə, 
onların 
görkəminə  söz  ola  bilməzdi,  intəhası  bu  bərli-bəzəkli 
canlılar  dənizin  ən  hiyləgər  və  ən  amansız  sakinləriydi. 
Qoca onlara yaxşı bələd idi; onu da bilirdi ki, heyvərə dəniz 
tısbağaları bu qovuqcuqları necə iştahla, necə ləzzətlə yeyir; 
o,  hər  dəfə  belə  mənzərəyə  rast  gələndə  dayanıb  həvəslə 


www.vivo-book.com 
 
40 
tamaşa  edər,  həm  də  sevinərdi.  Gözlərinə  ziyan  dəyməsin 
deyə,  çanaqlı  bağalar  onları  görəndə  gözlərini  bərk-bərk 
yumub  ön  tərəfdən  qarşılarını  kəsir  və  qovuqcuqları  qol-
budaqları  ilə  birlikdə  hərisliklə  içəri  ötürürdülər.  Fırtına 
vaxtı  dalğalar  sahilə  çoxlu  fizaliya  tullayırdı;  qoca  sakit 
havada  onları  tapdalaya-tapdalaya  gəzirdi.  Yeridikcə 
qovuqlar onun qabarlı ayaqları altında qalıb partlayır, bu da 
qocaya xüsusi ləzzət verirdi.  
Nərmə-nazik  və  çevikliyinə,  həm  də  baha  qiymətə 
satıldıqlarına  görə  yaşıl  tısbağaları  qoca  çox  xoşlayırdı, 
sarımtıl  zirehli  yöndəmsiz  və  səfeh  bağaların  cinsi  əlaqədə 
şıltaq  davranışları,  portuqal  fizaliyalarını  gözüyumulu 
vəziyyətdə hərisliklə sümürmələri isə onda ikrah doğururdu.   
Qocanın qəlbində tısbağalardan yana heç bir mövhumi 
qorxu xofu yox idi, baxmayaraq ki, çanaqlı bağa ovçularıyla 
birgə  uzun  illər  ardıcıl  şəkildə  bağa  ovuna  getmişdi. 
Qocanın  onlara  yazığı  gəlirdi;  lap  bir  ton  ağırlığı  olan  ən 
nataraz  bağalara,  adına  lut  dedikləri  qayıq  uzunluqdakı 
qalınqabıq tısbağalara da acıyırdı.  


www.vivo-book.com 
 
41 
Adamların böyük əksəriyyətinin tısbağalara münasibəti 
qəddar  və  amansızdır,  neyçün  ki,  bağa  ürəyi  onları 
öldürəndən  və  tikə-tikə  kəsib-doğrayandan  sonra  da  hələ 
xeyli müddət döyünməkdən qalmır. Qoca düşündü: “Mənim 
ürəyim  xalis  bağa  ürəyidir  ki,  var;  elə  əl-ayağım  da  eynən 
çanaqlı  bağaların  pəncəsi  kimidir”.  O,  gücü  artsın  deyə 
vaxtaşırı  çoxlu  ağ  bağa  yumurtası  yeyirdi.  May  ayının 
əvvəlindən  axırına  qədər  bu  yumurtalarla  qidalanırdı  ki, 
sentyabr və oktyabr aylarında – balıq ovunun qızğın çağında 
qüvvəsi daha da çoxalsın.  
Qəsəbədə xüsusi bir dam vardı, balıqçıların bəziləri ov 
şeylərini gətirib ora yığardı; orada köpəkbalığının ciyərindən 
emal  edilmiş  yağ  saxlanan  çəlləklər  vardı  və  kim  istəsə, 
gedib bu yağdan içə bilərdi. Qoca da tez-tez yolunu buradan 
salıb  hər  dəfə  tayqulp  dolusu  yağ  içərdi.  Çoxları  yağın 
tamını  bəyənməsə  də,  qoca  belə  düşünürdü  ki,  hər  halda, 
onu  içmək,  səhərin  gözü  açılmamış  şirin  yuxudan  durub 
alaqaranlıqda dənizə getməkdən heç də bəd deyildi. Bu, çox 
faydalı yağ idi; içəndə adamın gözlərinə işıq gəlirdi, həm də 


www.vivo-book.com 
 
42 
adamı  soyuqdan  və  şaxtadan,  hər  cür  soyuqdəymədən  və 
zökəmdən qoruyurdu.  
Qoca  göyə  baxanda  yırtıcı  quşun  yenə  də  havada 
hərləndiyini gördü. 
– Heç oyan-buyanı yoxdur, hərifin gözünə haradasa bu 
aralarda balıq sataşıb, ona görə əl çəkmir. 
Bir dənə  də  olsun qanadlı balıq sudan  baş  qaldırmırdı; 
xırda  balıqlardan  da  əsər-əlamət  yox  idi.  Qoca  diqqətlə 
dənizə baxdı; elə bu vaxt bir tunes sudan sıçrayaraq havada 
mayallaq  aşdı,  sonra  da  cəld,  başıaşağı  dənizə  düşdü. 
Havada  ikən  onun  ağ  gövdəsi  gün  işığında  gümüş  təki 
parıldadı. Dənizə düşməyə bəndmiş kimi, su köpükləndi və 
xeyli  tunes  yer-yerdən  havaya  sıçrayıb  hərəsi  bir  səmtə 
tullandı,  suyu  ləpələndirib  xırda  tıxlara  hücuma  keçdilər; 
onları qabaqlarına qatıb araya aldılar. 
Qoca düşündü: “Belə cəld üzməsəydilər, özümü onlara 
çatdırardım”. 
O, 
tunes 
sürüsünün 
suyu 
necə 
köpükləndirməsinə  baxırdı;  qorxudan  dəhşətə  gəlib  pərən-
pərən  olmuş  xırda  balıqların  hamısı  suyun  üzünə  çıxmışdı; 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə