Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə9/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

www.vivo-book.com 
 
43 
yırtıcı  quş  da  fürsətdən  istifadə  edərək  özünü  tez-tez  suya 
vurub şikarla havaya qalxır, sonra təzədən aşağı şığıyırdı.  
–  Quşlardan  balıqçılara  çox  kömək  dəyir,  –  qoca 
düşündü. 
Elə bu vaxt ayağı altındakı nazik ipin tarım çəkildiyini 
hiss etdi. Qoca bir ucunu əlində tutduğu ipdən bərk yapışdı, 
kürəyi  kənara  qoyub  kəndiri  yavaş-yavaş  yığmağa  başladı; 
bilirdi  ki,  qarmağa  balaca  bir  tunes  balığı  ilişib.  Əlindəki 
tilov  ipi  getdikcə  daha  şiddətlə  titrəyirdi.  Çox  keçmədi  ki, 
qoca beli abı, böyürləri qızılı rəngə çalan balığı gördü. Onu 
qarmaqdan çıxardıb qayığın içinə atdı. 
Tunes qayığın arxa tərəfinə, günün altına düşüb qaldı. 
O,  qəşəng  quyruğu  ilə  döşəməni  döyəcləyirdi;  iri  gözlərini 
bərəldib əsə-əsə həyata vida edirdi; özü də kök və yağlıydı. 
Qocanın  ona  yazığı  gəldi,  əziyyət  çəkməsin  deyə  toppuzla 
başını  əzdi,  sonra  da  ayağı  ilə  oturacağın  altına,  gün 
düşməyən sərin yerə itələdi. Balıq hələ də çapalayırdı.  
– Albakore... azından on girvənkə gələr, – qoca dedi. – 
Yem əvəzinə qarmağa taxmağa yaxşıdır. 


www.vivo-book.com 
 
44 
O,  həmişə  tək  qalanda  özüylə  danışardı,  buna  nə 
vaxtdan adət etdiyi isə yadında deyildi. Əvvəllər tək olanda 
zümzümə  eləyərdi;  yelkənli  gəmilərdə  gecə  növbəsinə 
çıxanda da, çanaqlı bağa ovuna yollananda da həmişə mahnı 
oxuyardı.  Özüylə  danışmağa  başlaması  yəqin  oğlan  başqa 
qayığa  keçəndən  sonra  olmuşdu.  Nəsə,  dəqiq  yadına 
düşmürdü.  Oğlanla  bir  yerdə  balıq  tutduqları  vaxt  onlar 
yalnız  lazım  olanda  –  gecələr,  bir  də  pis  havalarda  bekar 
qalarkən  danışardılar:  dənizdə  boş-boşuna  laqqırtı  vurmaq 
adət deyildi və qoca bu adətə ciddi riayət edərdi. Amma axır 
vaxtlar  fikrindən  keçənləri  tez-tez  dilə  gətirirdi;  əlbəttə, 
orasını da yaxşı bilirdi ki, onun tənhalıqda bu cür öz-özünə 
danışmağı kiminsə zəhləsini töküb başını ağrıtmır.  
“Öz-özümlə  danışmağımı  kənardan  eşitsələr,  yəqin  ki, 
başıma  hava  gəldiyini  güman  edərlər”,  –  o,  hələ  də 
çapalayan  tunesə  baxıb  dedi.  –  Hərgah,  doğrudan  da 
havalanmamışamsa,  onda  öz-özümlə  danışmağım  kimin  nə 
işinə  qalıb?  Varlıların  nə  vecinə:  qayıqlarına  radio  qoyub 
istədikləri  şeyə  qulaq  asırlar,  beysbol  yeniliklərindən  də 
vaxtında xəbər tuturlar”.  


www.vivo-book.com 
 
45 
“İndi beysbolu fikirləşmək vaxtı deyil, – qoca öz-özünə 
dedi,  –  indi  düşünüləsi  bir  şey  varsa,  o  da  mənim  nə  üçün 
doğulmağımdır.  Doğrudan  da,  axı  mən  neyçün,  nədən  ötrü 
doğulmuşam?  Əlbəttə,  balıq  tutmaqçün.  Yəqin  mənim  iri 
balığım bu xırım-xırda balıqlarla bir yerdə üzür, mənsə vur-
tut  dəstədən  azmış  balaca  bir  albakore  tuta  bilmişəm.  Bu 
balıqlar  sahildən  çox  uzaqda üzürlər,  özü  də  yaman  sürətlə 
üzürlər.  Bu  gün  nəsə  dənizdəki  şeylər  hamısı  çox  cəld 
tərpənir, hamısı da gündoğana tərəf tələsir. Bəlkə günün bu 
vaxtında  həmişə  belə  olur?  Ya  bəlkə  hamısı  havanın 
dəyişməyindəndir?  Hər  nədirsə  bilmirəm,  səbəbi  mənə 
məlum deyil”.  
Dənizin  qırağındakı  yaşıl  zolaq  yoxa  çıxmışdı,  yalnız 
uzaqda  mavi  təpələr  görünürdü.  Onların  arxasından  göyə 
yüksələn buludlar başı qarlı uca dağları andırırdı. Dəniz tünd 
rəngə  çalırdı,  günəşin  qızılı  telləri  sularda  bərq  vurduqca 
ətrafa  rəngarəng  şəfəqlər  yayılırdı.  Qoca  yalnız  şüaların 
əmələ gətirdiyi ayrı-ayrı əlvan ləkələri, bir də dənizin dibinə 
bir mildən ziyadə getmiş yoğun tilov iplərini görürdü. 


www.vivo-book.com 
 
46 
Balıqçılar  bu  növdən  olan  bütün  balıqlara  tunes 
deyirdilər.  Yalnız  bazara  satmağa  aparanda  və  tələ  yemi 
yem kimi istifadə etdikdə onların əsl adlarını, yəni, hərəsinin 
öz  doğru  adını  dilə  gətirirdilər.  Günəş  göydən  yerə  od 
ələyirdi.  Qoca bunu peysərinin  yanmasından  duyurdu;  avar 
çəkdikcə  tər  kürəyindən  sel  kimi  axırdı.  “İndi  bir  az  yatıb 
dincələ  bilərəm,  hər  ehtimala  qarşı  tilov  ipini  də  ayağımın 
baş  barmağına bağlayım  ki,  tərpənən kimi  yuxudan  ayılım. 
Qayığı  axın  özü  aparacaq.  Bu  gün  səksən  beşinci  gündür, 
mütləq balıq tutacam”.  
Bu  vaxt  qələmvarı  yaşıl  çubuqlardan  biri  suya  tərəf 
əyildi.  
– Bax belə, – o dedi, – mən istəyən elə budur! 
Qoca  avarları  ehmalca  sudan  çıxartdı.  Sakitcə  əyilib 
tilov  ipindən  yapışdı  və  onu  sağ  əlinin  baş  barmağıyla 
şəhadət barmağı arasında saxladı. Nə gərginlik, nə də ağırlıq 
duydu;  ipi  boş  tutmuşdu.  Birdən  qaytan  dartıldı.  Hərəkət 
yavaş və yüngül idi. Bunun nə olduğunu qoca dərhal anladı. 
Marlin  balığı  yüz  dəniz  sajeni  dərinliyindəki  qarmağın 
ucuna keçirilmiş sardinaları yeyirdi.  


www.vivo-book.com 
 
47 
Qoca  sağ  əlində  boş  tutduğu  ipi  sol  əliylə  tilov 
ağacından  ehmalca  açdı.  İndi  o,  balığa  heç  nə  hiss 
etdirmədən  kəndiri  suya  istədiyi  qədər  buraxa  bilərdi.  “İlin 
bu  fəslində,  sahildən  bu  qədər  aralıda  xırda  balıq  olmaz; 
yəqin  çox  yekə  balıqdır.  Ye,  balığım,  buyur,  nuş  elə 
sardinanı!  Yem  təzədir.  Altı  yüz  fut  dərinlikdə,  yəqin  ki, 
sənin yerin çox soyuqdur, üşüyürsən. Həm qaranlıqdır, həm 
də  soyuq.  İndi  o  qaranlıqda  bir  dəfə  çevril,  sonra  əvvəlki 
vəziyyətinə qayıdıb yenə yeməyində ol!”  
Tillov  ipi  yavaşca  titrəyib  tərpəndi.  Sonra  bərkdən 
dartıldı; görünür, balıq sardinanı qarmaqdan qopara bilmirdi. 
Sonra daha heç nə baş vermədi. Qoca səsləndi:  
–  Hə,  gəl  görüm.  Bir  də,  hə!  Yaxşı-yaxşı  iylə!  Qoy 
ləzzətli  iy  səni  məst  eləsin.  İştahla  ye!  Onları  yeyəndən 
sonra tunesin də dadına bax. Tunesin əti bir az bərk olsa da, 
əcəb ləzzətlidir. Çəkinmə, balığım, ye getsin!  
Tilov ipini baş barmağıyla və şəhadət barmağı arasında 
tutduğu halda, qoca başqa iplərə də nəzər yetirdi. Sonra yenə 
yüngülvari təkan hiss elədi.  


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə