Ernst & young cis



Yüklə 167.14 Kb.

səhifə1/6
tarix14.09.2018
ölçüsü167.14 Kb.
  1   2   3   4   5   6


 

 



“PAŞA Sığorta” ASC 

 

        Uçot siyasəti 



 

 

 



 

 

Mühüm mühasibat uçotu prinsiplərinin icmalı 

 

Sığorta məhsulunun təsnifatı 

 

Sığorta müqavilələrinə əsasən, Şirkət (sığortaçı) digər tərəfin (sığortalı) əhəmiyyətli sığorta riskini qəbul 



edərək, xüsusi göstərilmiş qeyri-müəyyən gələcək hadisə (sığorta hadisəsi) sığortalıya mənfi təsir göstərərsə

sığortalıya kompensasiya ödəməyə razılaşır. Ümumi qayda olaraq, Şirkət sığorta hadisəsi baş vermədiyi 

təqdirdə ödənilmiş haqlarla ödəniləcək haqları müqayisə edərək əhəmiyyətli riskin mövcud olub-olmadığını 

müəyyən edir. Sığorta müqavilələri həmçinin maliyyə riskini ötürə bilər. 

 

Hər hansı bir müqavilə sığorta müqaviləsi kimi təsnif edilmişdirsə, həmin müqavilə qalan müddət ərzində, 



sığorta riski bu müddət ərzində əhəmiyyətli azalsa belə, bütün hüquq və öhdəliklər yerinə yetirilənə və ya 

müddəti başa çatana qədər sığorta müqaviləsi olaraq qalır. 

 

Sığorta müqavilələri üzrə öhdəliklər 

 

Şirkətin sığorta müqavilələri üzrə öhdəliklərinə zərər ehtiyatı, qazanılmamış sığorta haqları ehtiyatı və sığorta 



haqqının çatışmazlığı ehtiyatı daxildir. Zərər ehtiyatı, hesabat tarixinə bildirilməsindən asılı olmayaraq baş 

vermiş, lakin tənzimlənməmiş bütün sığorta hadisələrinin qiymətləndirilmiş yekun dəyəri ilə tənzimləmə 

xərclərinə və digər qaytarmaların gözlənilən dəyərinə əsaslanır. Müəyyən növ ödənişlərin bildirilməsi və 

tənzimlənməsi yubandırıla bilər, buna görə də bunların yekun dəyəri hesabat tarixində dəqiqliklə məlum ola 

bilməz. Öhdəlik təcrübə nəticələrinə və mənfi kənarlaşma təfavütünü daxil edə bilən cari fərziyyələrə 

əsaslanan müxtəlif növ standart aktuar proqnozlaşdırma üsullarından istifadə etməklə hesabat tarixində 

hesablanır. Öhdəlik pulların vaxt dəyərini nəzərə almaqla diskont edilmir. Bərabərləşdirmə və ya katastrofik 

zərərlər üzrə ehtiyatlar tanınmır. Öhdəliklərin tanınması tələbi ödəmə öhdəliyinin vaxtı başa çatanda, tələb 

ödənildikdə və ya ləğv edildikdə dayandırılır. 

 

Qazanılmamış sığorta haqları ehtiyatı alınmış və ya alınacaq haqların başlamış, lakin hesabat tarixində vaxtı 



tamamlanmamış risklərə aid olan hissəsindən ibarətdir. Ehtiyat müqavilələr imzalananda, sığorta təminatı 

başlayanda və haqlar hesablananda tanınır və müqavilə əsasında göstərilən sığorta xidmətinin sxeminə 

uyğun olaraq müqavilənin müddəti ərzində qazanılmış haqq kimi hesaba alınır.  

 

Hər hesabat tarixində Şirkət vaxtı tamamlanmamış riskləri nəzərdən keçirir və eləcə də gözlənilən sığorta 



hadisələri xərclərinin və təxirə salınmış əldəetmə xərclərinin qazanılmamış haqları aşıb-aşmamasını müəyyən 

etmək məqsədilə zərərlilik əmsalı 90%-dən yuxarı olan məhsullar üçün öhdəliyin adekvatlığı testini keçirir. Bu 

hesablama müvafiq sığorta müqavilələri üzrə öhdəliklərə aid olan aktivlər üzrə yaranması gözlənilən 

investisiya gəliri nəzərə alındıqdan sonra müqavilə əsasında pul vəsaitlərinin gələcək hərəkətlərinin cari 

qiymətləndirmələrini istifadə edir. Bu hesablamalar qazanılmamış sığorta haqları ehtiyatının balans dəyərinin 

(əlaqəli təxirə salınmış əldəetmə xərclərini çıxmaqla) qeyri-münasib olmasını göstərərsə, çatışmazlıq mənfəət 

və ya zərərdə haqqın çatışmazlığı üçün ehtiyat ayırmaqla tanınır. 

 



 

 



Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı) 

 

Təkrarsığorta 

 

Şirkət fəaliyyətinin adi gedişində bütün fəaliyyətləri üzrə sığorta risklərini ötürür. Təkrarsığorta aktivlərinə 



təkrarsığorta şirkətlərindən alınacaq məbləğlərin qalıqları və qazanılmamış sığorta haqları ehtiyatında 

təkrarsığortaçıların payı daxildir. Təkrarsığortaçılar tərəfindən əvəzi ödəniləcək qalıq tənzimlənməmiş tələblər 

üzrə ehtiyat və ya təkrarsığortaçının şəhadətnamələri ilə bağlı tənzimlənmiş tələblərlə eyni qaydada ehtimal 

edilir və əlaqəli təkrarsığorta müqaviləsinə uyğun olur. 

 

Təkrarsığortaçılara ötürülmüş sığorta haqları və qazanılmamış sığorta haqları ehtiyatında təkrarsığortaçıların 



payı sığortalanan əlaqəli şirkətdə, müvafiq olaraq, ümumi sığorta haqları və qazanılmamış sığorta haqları 

ehtiyatı ilə eyni qaydada uçota alınır.  

 

Təkrarsığorta aktivlərinin dəyərsizləşməsi baxımından təhlil hər hesabat tarixində və ya hesabat ili ərzində 



dəyərsizləşmə əlaməti yarandıqda daha tez-tez aparılır. Təkrarsığorta aktivinin ilkin tanınmasından sonra baş 

vermiş hadisə nəticəsində Şirkətin müqavilənin şərtləri əsasında bütün ödənilməmiş məbləğləri ala 

bilməyəcəyinə dair obyektiv sübut yarandıqda və Şirkətin təkrarsığortaçıdan alacağı məbləğlərə təsir etibarlı 

şəkildə ölçülə bildikdə dəyərsizləşmə yaranır. Dəyərsizləşmə zərəri mənfəət və ya zərərdə tanınır. 

Təkrarsığortanın alınması üzrə gəlirlər və ya zərərlər mənfəət və ya zərərdə birbaşa alındığı tarixdə tanınır və 

üzərinə amortizasiya hesablanmır. 

 

Ötürülmüş təkrarsığorta razılaşmaları Şirkəti sığortalılar qarşısında öhdəliklərdən azad etmir. 



 

Bundan əlavə, Şirkət fəaliyyətinin adi gedişində müvafiq hallarda sığorta müqavilələri üzrə təkrarsığorta 

riskini qəbul edir. Alınmış təkrarsığorta üzrə haqlar və ödənişlər, təkrarsığortalanan risklərin məhsul 

təsnifatından asılı olaraq, təkrarsığortanın birbaşa sığorta fəaliyyəti olduğu təqdirdə tanınacaq gəlir və ya xərc 

kimi tanınır. 

 

Təkrarsığorta əməliyyatları üzrə kreditor borcları təkrarsığorta şirkətlərinə ödəniləcək qalıqları təmsil edir və 



Maliyyə vəziyyəti haqqında hesabatda sığorta əməliyyatları üzrə kreditor borclarının tərkibində tanınır. 

Ödəniləcək məbləğlər əlaqəli təkrarsığorta müqaviləsinə uyğun olaraq qiymətləndirilir. 

 

Təkrarsığorta əməliyyatları üzrə debitor borcları qəbul edilmiş sığorta öhdəlikləri üzrə sığorta və təkrarsığorta 



şirkətlərindən alınacaq məbləğlərdən ibarətdir və Maliyyə vəziyyəti haqqında hesabatda sığorta əməliyyatları 

üzrə debitor borclarının tərkibində tanınır. Təkrarsığorta əməliyyatları üzrə debitor borcları yalnız o halda 

dəyərsizləşir ki, Şirkətin müqavilənin şərtləri əsasında bütün məbləğləri ala bilməyəcəyinə dair obyektiv sübut 

olsun və onlar etibarlı şəkildə ölçülə bilsin. 

 

Ötürülmüş və alınmış təkrarsığortalar üçün sığorta haqları və ödənişləri ümumi əsasla təqdim edilir. 



 

Təkrarsığorta aktivlərinin və ya öhdəliklərinin tanınması müqavilə hüquqları qüvvədən düşəndə, vaxtı başa 

çatanda və ya müqavilə digər tərəfə keçəndə dayandırılır. 

 

Gəlir və xərclərin tanınması



 

 

Ümumi sığorta haqları 



 

Qısamüddətli və uzunmüddətli sığorta müqavilələri üzrə ümumi sığorta haqları hesabat dövrü ərzində 

imzalanmış birbaşa sığorta müqavilələrin nəzərdə tutduğu tam müddət üzrə alınacaq cəmi sığorta 

haqlarından ibarətdir. Onlar sığorta müddəti başladığı tarixdə tanınır. Sığorta haqlarına əvvəlki hesabat 

dövrlərində qəbul edilmiş risklər üzrə alınacaq sığorta haqları ilə bağlı hesabat dövründə yaranan bütün 

təshihlər daxildir, bunlar vasitəçilərə ödəniləcək komissiya haqqı ilə ümumi şəkildə və müvafiq vergi və 

rüsumları daxil etmədən göstərilir.  

 

 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə