Ernst & young cis


Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)



Yüklə 361,99 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix14.09.2018
ölçüsü361,99 Kb.
#68243
1   2   3   4   5   6

 

 



Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı) 

 

Gəlir və xərclərin tanınması (davamı)



 

 

Ümumi sığorta haqları (davamı) 



 

Sığorta tarifinin bir hissəsi olan güzəştlər, məsələn sığorta hadisələrinin olmamasına görə güzəştlər və cari və 

keçmiş hesabat dövrlərində alınmış sığorta haqlarının bir hissəsi olan xitam verilmiş sığorta müqavilələri üzrə 

qaytarmalar ümumi sığorta haqqından çıxılır. Hesabat dövrünün sonunda baş vermiş, lakin bildirilməmiş və 

vasitəçilərin topladığı və ya qəbul etdiyi, lakin alınmamış haqlar anderraytinq proqnozları və ya keçmiş 

təcrübə əsasında qiymətləndirilir və qazanılmış haqlara daxil edilir. 

 

Qazanılmamış sığorta haqları il ərzində qəbul edilmiş sığorta haqlarının hesabat tarixindən sonrakı risk 



dövrlərinə aid olan hissəsini təmsil edir. Qazanılmamış sığorta haqları gündəlik əsasla proporsional qaydada 

hesablanır. Sonrakı dövrlərə aid olan nisbət qazanılmamış sığorta haqları ehtiyatı kimi təxirə salınır. 

 

Təkrarsığorta haqları 



 

Ümumi təkrarsığorta haqları dövr ərzində imzalanmış qəbul edilmiş təkrarsığorta müqavilələrinin nəzərdə 

tutduğu tam müddət üzrə alınacaq sığorta haqlarından ibarətdir və ümumi sığorta haqları ilə eyni qaydada 

uçota alınır.  

 

Qazanılmamış təkrarsığorta haqları il ərzində ötürülmüş təkrarsığorta haqlarının hesabat tarixindən sonrakı 



risk dövrlərinə aid olan hissəsini təmsil edir. Qazanılmamış təkrarsığorta haqları riskə məruz qoyan 

müqavilələrlə bağlı hallarda müvafiq birbaşa sığorta şəhadətnamələrinin müddəti üzrə, sığorta hadisələrinin 

baş verdiyi müqavilələr ilə bağlı hallarda isə təkrarsığorta müqaviləsinin müddəti üzrə təxirə salınır. 

 

Haqq və komissiya gəliri 



 

Sığortalılar və təkrarsığortaçılardan şəhadətnaməyə xidmət göstərmə, vasitəçilik və digər müqavilə haqları 

tutulur. Bu haqlar müqavilə müddəti ərzində əlaqəli xidmətlərin göstərilməsi üzrə gəlir kimi tanınır. Əgər bu 

haqlar gələcək dövrlərdə görüləcək xidmətlərə aid olarsa, təxirə salınır və gələcək dövrlər üzrə tanınır. 

 

İnvestisiya gəliri 



 

İnvestisiya gəliri mənfəət və ya zərərdə hesablandıqca tanınır və effektiv faiz dərəcəsini tətbiq etməklə 

hesablanır. Effektiv faiz dərəcəsi, təxmin edilən gələcək pul ödənişlərini və ya daxilolmaları maliyyə alətinin 

gözlənilən fəaliyyət müddəti ərzində və ya müvafiq hallarda daha qısa müddət ərzində maliyyə aktivi və ya 

öhdəliyinin xalis balans dəyərinə diskontlaşdıran dəqiq dərəcədir. Maliyyə aktivinin və ya öhdəliyinin faktiki 

gəlirlilik dərəcəsinin tərkib hissəsi olan haqq və komissiyalar maliyyə alətinin effektiv faiz dərəcəsinə düzəliş 

kimi tanınır.  

 

Digər gəlir və xərclər 



 

Digər gəlir gələcəkdə Şirkətə iqtisadi faydanın daxil olması ehtimal ediləndə və etibarlı ölçülə bildikdə tanınır. 

Xərclər isə çəkildikcə tanınır. 

 

Sığorta hadisələri  

 

Ümumi sığorta hadisələri 



 

Ümumi sığorta hadisələri xərclərinə, bildirilib-bildirilmədiyindən asılı olmayaraq, il ərzində baş vermiş bütün 

sığorta hadisələri, qalıq dəyəri və digər azalmalar daxildir, subroqasiya və əvvəlki dövrlərin zərər ehtiyatına 

dəyişikliklər isə daxil edilmir. 

 

 

 



 

 



Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı) 

 

Sığorta hadisələri (davamı) 

 

Təkrarsığorta hadisələri 



 

Müvafiq müqavilənin şərtlərinə uyğun olaraq təkrarsığorta hadisələri əlaqəli ümumi sığorta hadisəsi tanınan 

zaman tanınır. 

 

Təxirə salınmış xərclər 

 

Təxirə salınmış xərclər Təxirə salınmış komissiya xərclərindən (TSKX) və hesabat dövrünün sonuna qüvvədə 



olmayan təkrarsığorta müqavilələri üzrə təxirə salınmış təkrarsığorta haqlarından ibarətdir. 

 

Maliyyə dövrü ərzində çəkilmiş, sığorta müqavilələrinin qəbul edilməsi və ya yenilənməsindən irəli gələn 



birbaşa sığorta və qəbul edilmiş təkrarsığorta müqavilələri üzrə komissiyalar, müəyyən edilə bilən və 

kəmiyyət baxımından ölçülə bilən birbaşa və dolayı xərclər gələcək sığorta haqları hesabına bərpa olunduğu 

təqdirdə TSKX daxilində təxirə salınır. Bütün digər komissiya xərcləri çəkildiyi zaman xərc kimi tanınır.  

 

İlkin tanınmadan sonra TSKX əlaqəli haqların qazanıldığı dövr üzrə amortizasiya olunaraq silinir. 



 

Dəyərsizləşmə baxımından təhlil hər hesabat tarixində və ya dəyərsizləşmə əlaməti yarananda daha tez-tez 

aparılır. Bərpa oluna bilən dəyər balans dəyərindən aşağı olduqda dəyərsizləşmə zərəri mənfəət və ya 

zərərdə tanınır. TSKX, həmçinin, hər hesabat dövrü üçün öhdəliyin adekvatlığı testində də nəzərə alınır.  

 

Əlaqəli müqavilələr tənzimlənəndə və ya ləğv ediləndə, TSKX-nin tanınması dayandırılır. 



 

Təxirə salınmış gəlir 

 

Təxirə salınmış gəlirlər hesabat dövrünün sonunda qüvvədə olmayan sığorta müqavilələri üzrə avans kimi 



qəbul edilmiş sığorta haqlarından, eləcə də təxirə salınan və müvafiq müqavilənin müddəti üzrə bərabər 

hissələrə bölünməklə amortizasiya olunan ötürülmüş risklər üzrə təkrarsığorta müqavilələrindən və vasitəçilik 

əməliyyatlarından (məsələn, frontinq əməliyyatından) əldə edilən haqq və komissiya gəlirlərindən ibarətdir. 

 

Sığorta əməliyyatları üzrə debitor və kreditor borcları 

 

Sığorta əməliyyatları üzrə debitor borcları müvafiq sığorta müqavilələri qüvvədə olduqda tanınır və ilkin 



tanınma zamanı alınmış və ya alınacaq ödənişin ədalətli dəyəri ilə ölçülür. İlkin tanınmadan sonra, sığorta 

əməliyyatları üzrə debitor borcları effektiv faiz dərəcəsi metodundan istifadə etməklə amortizasiya olunmuş 

dəyərlə ölçülür. Sığorta əməliyyatları üzrə debitor borclarının balans dəyəri hər hansı hadisə və ya şəraitlər 

balans dəyərinin qaytarıla bilməyəcəyini göstərəndə dəyərsizləşmə baxımından nəzərdən keçirilir, 

dəyərsizləşmə zərəri isə mənfəət və ya zərərdə əks etdirilir. 

 

Sığorta əməliyyatları üzrə debitor borclarının tanınması maliyyə aktivləri ilə eyni qaydada dayandırılır. 



 

Sığorta əməliyyatları üzrə kreditor borcları sığorta əməliyyatları üzrə debitor borcları ilə eyni qaydada tanınır 

və ilkin tanınma zamanı birbaşa aid olan əməliyyat xərclərini çıxmaqla alınmış ödənişin ədalətli dəyəri ilə 

ölçülür. İlkin tanınmadan sonra onlar effektiv faiz dərəcəsi metodundan istifadə etməklə amortizasiya 

olunmuş dəyərlə ölçülür. Sığorta əməliyyatları üzrə kreditor borcları tanınması öhdəlik yerinə yetiriləndə, ləğv 

ediləndə və ya vaxtı başa çatanda dayandırılır. 

 

 



Yüklə 361,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə