Ernst & young cis


Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)



Yüklə 361,99 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix14.09.2018
ölçüsü361,99 Kb.
#68243
1   2   3   4   5   6

 

 



Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı) 

 

Maliyyə aktivləri və öhdəlikləri 

 

39 saylı MUBS-un əhatə etdiyi maliyyə aktivləri müvafiq qaydada ədalətli dəyərinin dəyişməsi mənfəət və ya 



zərərdə əks olunan maliyyə aktivləri, debitor borcları, ödəmə müddəti tamamlanana qədər saxlanılan 

investisiya alətləri və ya satış üçün mövcud olan maliyyə aktivlərinə təsnif edilir. İlkin tanıma zamanı maliyyə 

aktivləri ədalətli dəyərlə ölçülür, ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks olunmayan 

investisiyaların ədalətli dəyərlərinə əməliyyatla birbaşa əlaqəsi olan xərclər əlavə edilir. Şirkət maliyyə 

aktivlərini ilkin tanınmadan sonra təsnifləşdirir və icazə verildiyi və münasib olduğu hallarda və hər maliyyə 

ilinin sonunda bu təsnifatı yenidən qiymətləndirir. 

 

Qanunvericiliklə və ya bazar razılaşmaları ilə ümumi şəkildə müəyyən edilmiş müddət ərzində aktivlərin 



çatdırılmasını tələb edən maliyyə aktivlərinin alınması və ya satılması əməliyyatları alqı-satqı tarixində, yəni 

Şirkət aktivi almaq və ya satmaq öhdəliyini üzərinə götürdüyü tarixdə tanınır.  

 

Debitor borcları 



 

Debitor borcları fəal bazarda dövr etməyən, sabit və ya müəyyən edilə bilən ödənişli qeyri-törəmə maliyyə 

aktivləridir. Onlar dərhal və ya qısa zamanda satılmaq niyyəti ilə əldə edilmir və ticarət qiymətli kağızları və 

ya satış üçün mövcud olan investisiya qiymətli kağızları kimi təyin edilmir. Belə aktivlər effektiv faiz 

metodundan istifadə etməklə amortizasiya hesablanmış dəyərlə uçota alınır. Gəlir və zərərlər mənfəət və ya 

zərərdə, habelə amortizasiya prosesi vasitəsilə debitor borcları uçotdan çıxarılanda və ya dəyərdən düşəndə 

əks etdirilir. 

 

Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə aktivləri 



 

Müəyyən və ya müəyyən edilə bilən ödənişli və müəyyən müddəti olan qeyri-törəmə maliyyə aktivləri Şirkətin 

onları ödəmə müddəti tamamlanana qədər saxlamaq niyyəti və imkanı olanda, ödəmə müddəti tamamlanana 

qədər saxlanılan maliyyə aktivləri kimi təsnif edilir. Qeyri-müəyyən müddətdə saxlanması nəzərdə tutulan 

investisiyalar bu sinfə daxil edilmir. Ödəmə müddəti tamamlanana qədər saxlanılan investisiya alətləri 

sonradan amortizasiya olunmuş dəyərlə ölçülür. Gəlir və zərərlər mənfəət və ya zərərdə, habelə amortizasiya 

prosesində əks etdirilir. 

 

Satış üçün mövcud olan maliyyə aktivləri 



 

Satış üçün mövcud olan maliyyə aktivləri satış üçün mövcud olan maliyyə aktivləri kimi təsnif edilən və ya 

mənfəət və ya zərərdə ədalətli dəyərlə uçota alınan aktivlər kateqoriyasına təsnif edilməyən və ya qeyd 

olunmuş iki sinifdən birinə daxil olmayan qeyri-törəmə maliyyə aktivləridir. İlkin tanımadan sonra satış üçün 

mövcud olan maliyyə aktivləri ədalətli dəyərlə ölçülür və bu zaman gəlir və zərərlər investisiya uçotdan 

çıxana qədər və ya investisiyanın dəyərsizləşməsi müəyyən edilənə qədər digər ümumi gəlirdə tanınır. Belə 

halda əvvəl digər ümumi gəlirin tərkibində əks etdirilmiş gəlir və ya zərər, mənfəət və ya zərərə yenidən 

təsnif edilir. Lakin, effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faizlər mənfəət və ya zərərdə əks etdirilir. 

 

Ədalətli dəyərin müəyyən edilməsi 



 

Hər maliyyə vəziyyəti haqqında hesabatın tarixində Şirkət satış üçün mövcud olan investisiya qiymətli 

kağızları kimi maliyyə alətlərini ədalətli dəyərlə ölçür. Həmçinin, amortizasiya olunmuş dəyərlə ölçülmüş 

maliyyə alətlərinin ədalətli dəyərləri açıqlanır. 

 

Ədalətli dəyər ölçmə tarixində bazar iştirakçıları arasında aparılan müntəzəm əməliyyatlar zamanı aktivin 



satılmasından alına bilən və ya öhdəliyin köçürülməsinə görə ödənilə bilən məbləğdir. Ədalətli dəyər 

ölçülərkən aktivin satılması və ya öhdəliyin köçürülməsi əməliyyatının aşağıdakı yerlərdən birində aparılması 

ehtimal edilir: 

 



Aktivin və ya öhdəliyin əsas bazarı; və ya 

 



Əsas bazar olmayanda, aktivin və ya öhdəliyin ən əlverişli bazarı. 

 



 

 



Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı) 

 

Maliyyə aktivləri and öhdəlikləri (davamı) 

 

Şirkətin əsas və ya ən əlverişli bazara çıxışı olmalıdır. Aktivin və ya öhdəliyin ədalətli dəyəri bazar iştirakçıları 



aktivi və ya öhdəliyi qiymətləndirərkən istifadə etdiyi fərziyyələri istifadə etməklə ölçülür və ehtimal edilir ki, 

bazar iştirakçıları bu zaman öz hərəkətlərində ən yaxşı iqtisadi mənafelərini güdürlər. Qeyri-maliyyə aktivinin 

ədalətli dəyəri ölçülərkən bazar iştirakçısının, aktivi maksimal və ən yaxşı şəkildə istifadə etməklə və ya 

həmin aktivi maksimal və ən yaxşı şəkildə istifadə edəcək digər bazar iştirakçısına satmaqla, iqtisadi fayda 

əldə etmək qabiliyyəti nəzərə alınır.  

 

Şirkət mövcud şəraitdə münasib olan və ədalətli dəyəri ölçmək üçün kifayət qədər məlumatları olan, müvafiq 



bazar məlumatlarını maksimal istifadə edən və müşahidə edilməyən məlumatların istifadəsini minimuma 

endirən qiymətləndirmə 

üsullarını

 istifadə edir. 

 

Maliyyə hesabatlarında ədalətli dəyəri ölçülən və ya təqdim edilən bütün aktivlər və öhdəliklər ədalətli dəyərin 



ölçülməsi üçün ümumiyyətlə əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları əsasında ədalətli dəyər 

iyerarxiyasının daxilində aşağıda təsvir olunan kateqoriyalara bölünür: 

 

Səviyyə 1 – Oxşar aktivlər və ya öhdəliklər üçün fəal bazarlarda kvotasiya edilmiş (təshih edilməmiş) 



qiymətləri mövcud olanlar; 

 



Səviyyə 2 – Ədalətli dəyərin ölçülməsi üçün əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları 

birbaşa və ya dolayısı ilə müşahidə edilən qiymətləndirmə üsulları; 

 

Səviyyə 3 – Ədalətli dəyərin ölçülməsi üçün əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları 



müşahidə edilməyən qiymətləndirmə üsulları. 

 

Maliyyə hesabatlarında dövri şəkildə tanınan aktivlər və öhdəliklər üçün Şirkət hər hesabat dövrünün 



sonunda kateqoriyalara bölməni yenidən qiymətləndirərək iyerarxiyanın daxilində Səviyyələr arasında 

köçürmələrin baş verib-vermədiyini müəyyən edir (ədalətli dəyərin ölçülməsi üçün ümumiyyətlə əhəmiyyətli 

olan ən aşağı səviyyəli giriş məlumatları əsasında).  

 

Maliyyə öhdəlikləri ilk öncə birbaşa aidiyyəti olan əməliyyat xərclərini çıxmaqla alınmış vəsaitin ədalətli dəyəri 



ilə tanınır. İlkin tanınmadan sonra maliyyə öhdəlikləri effektiv faiz dərəcəsi metodundan istifadə etməklə 

amortizasiya olunmuş dəyərlə ölçülür. 

 

Gəlir və zərərlər mənfəət və ya zərərdə öhdəliklərin tanınması dayandırılanda və həmçinin amortizasiya 



prosesi əsnasında tanınır. 

 

Maliyyə aktivlərinin yenidən təsnif edilməsi 



 

Satış üçün mövcud olan aktiv kimi təsnif edilmiş və debitor borcu tərifinə uyğun gələn maliyyə aktivi bu halda 

debitor borcları kateqoriyasına yenidən təsnif edilə bilər ki, Şirkət onu yaxın gələcəkdə və ya ödəmə müddəti 

tamamlanana qədər saxlamaq niyyətinə və imkanına malik olsun. 

 

Maliyyə aktivləri yenidən təsnif etmə tarixində ədalətli dəyərlə yenidən təsnif edilir. Mənfəət və ya zərərdə 



tanınmış gəlir və ya zərər ləğv edilmir. Yenidən təsnif etmə tarixində maliyyə aktivinin ədalətli dəyəri, 

müvafiq olaraq, onun yeni dəyəri və ya amortizasiya edilmiş dəyəri olur. 

 

 

 



 


Yüklə 361,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə