Ernst & young cis


Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)



Yüklə 361,99 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix14.09.2018
ölçüsü361,99 Kb.
#68243
1   2   3   4   5   6

 

 



Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı) 

 

Maliyyə aktivləri and öhdəlikləri (davamı) 

 

Maliyyə aktivlərinin və öhdəliklərinin tanınmasının dayandırılması 



 

Maliyyə aktivi (və ya müvafiq hallarda maliyyə aktivinin bir hissəsi və ya analoji maliyyə aktivləri qrupunun bir 

hissəsi) aşağıdakı hallarda uçotdan çıxarılır: 

 



Aktivdən pul vəsaitlərini əldə etmək hüquqlarının müddəti başa çatmışdır;

 



 

Şirkət özünün aktivdən pul vəsaitlərini almaq hüquqlarını üçüncü tərəfə köçürmüş və ya üzərinə 

aktivdən pul vəsaitlərini “tranzit” razılaşması əsasında tam məbləğdə və çox yubanmadan ödəmək 

öhdəliyini götürmüşdür; və

 



 



Şirkət: (a) aktiv üzrə risk və səmərələrin böyük hissəsini köçürmüş və ya (b) aktiv üzrə risk və 

səmərələrin böyük hissəsini nə köçürmüş, nə də özündə saxlamış, lakin aktiv üzrə nəzarət hüququnu 

köçürmüşdür.

 

 



Şirkət aktivdən pul vəsaitlərini almaq hüququnu köçürmüş və aktiv üzrə risk və səmərələrin böyük hissəsini 

nə köçürməmiş, nə də onları özündə saxlamamışdırsa, aktiv, Şirkətin həmin aktivdə davam edən iştirakı 

əsasında əks etdirilir. Köçürmüş aktiv üzrə zəmanət formasında davam edən iştirak aktivin balans dəyəri və 

ya Şirkətdən tələb oluna biləcək maksimal ödəniş məbləği ilə (hansı daha az olarsa) ölçülür. 

 

Maliyyə öhdəliyinin tanınması bu halda dayandırılır ki, həmin öhdəlik ya dayandırılmış, ya ləğv olunmuş, ya 



da müddəti bitmişdir. Əgər mövcud maliyyə öhdəliyi eyni kreditor tərəfindən çox fərqli şərtlərlə başqası ilə 

əvəz edilərsə və ya mövcud öhdəliyin şərtləri çox dəyişdirilərsə, bu cür dəyişiklik və ya əvəzedilmə ilkin 

öhdəliyin tanınmasının dayandırılması və yeni öhdəliyin tanınması kimi qəbul edilir və müvafiq balans 

dəyərlərindəki fərq mənfəət və ya zərərdə öz əksini tapır. 

 

Maliyyə aktivlərinin dəyərsizləşməsi 



 

Maliyyə aktivinin və ya maliyyə aktivləri qrupunun dəyərsizləşməsi ehtimalına dair obyektiv sübutların olub-

olmamasını müəyyən etmək üçün Qrup hər hesabat tarixində qiymətləndirmə aparır. Maliyyə aktivi və ya 

maliyyə aktivləri qrupu yalnız və yalnız aktivin ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə hadisə 

nəticəsində dəyərsizləşmənin obyektiv sübutu olanda (baş vermiş “zərər hadisəsi”) və zərər hadisəsi maliyyə 

aktivi və ya maliyyə aktivləri qrupundan gözlənilən və etibarlı şəkildə qiymətləndirilə bilən pul vəsaitləri 

hərəkətlərinə təsir göstərəndə dəyərsizləşmiş hesab edilir. Dəyərsizləşmənin sübutlarına borcalanın və ya 

borcalanlar qrupunun ciddi maliyyə çətinlikləri ilə rastlaşması, faizlərin və ya əsas məbləğin ödənilməsi 

öhdəliklərini pozması, yüksək müflisləşmə və ya digər maliyyə yenidənqurması ehtimalı ilə qarşılaşmasına 

dair sübutlar, habelə müşahidə edilə bilən bazar məlumatları əsasında qiymətləndirilən gələcək pul vəsaitləri 

hərəkətində ölçülə bilən azalmaya (misal üçün vaxtı keçmiş ödənişlərin səviyyələrində dəyişikliklərə və ya 

aktivlər üzrə zərərlərlə uzlaşan iqtisadi şəraitlərə) dair sübutlar daxildir. 

 

Kredit təşkilatlarından alınacaq məbləğlər və debitor borcları 



 

Amortizasiya olunmuş dəyərlə uçota alınan kredit təşkilatlarından alınacaq məbləğlərlə və debitor borcları ilə 

bağlı Şirkət əvvəlcə fərdi olaraq mühüm maliyyə aktivləri üçün fərdi şəkildə, fərdi olaraq mühüm olmayan 

maliyyə aktivləri üçün isə məcmu şəkildə dəyərsizləşməyə dair obyektiv sübutların olub-olmamasını 

qiymətləndirir.  

 

Dəyərsizləşmə zərərinə dair obyektiv sübut mövcud olarsa, zərərin məbləği aktivlərin balans dəyəri ilə 



qiymətləndirilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri (hələ çəkilməmiş gələcəkdə gözlənilən kredit 

zərərləri nəzərə alınmadan) arasında fərq kimi ölçülür. Aktivin balans dəyəri ehtiyat hesabından istifadə 

etməklə azaldılır və zərərin məbləği mənfəət və ya zərərdə əks etdirilir. Azaldılmış balans dəyəri üzrə aktivin 

ilkin effektiv faiz dərəcəsi ilə faiz gəliri hesablanmağa davam edir. Ödəniləcək məbləğlərin qaytarılmasının 

realistik perspektivləri olmayanda debitor borcları və müvafiq ehtiyat silinir. Əgər növbəti ildə 

qiymətləndirilmiş dəyərsizləşmə zərərinin məbləği dəyərsizləşmə tanındıqdan sonra baş vermiş hadisə 

nəticəsində artar və ya azalarsa, əvvəl tanınmış dəyərsizləşmə zərəri ehtiyat hesabında düzəliş aparmaqla 

əks etdirilir. Gələcək silinmə sonradan bərpa edilirsə, bərpa məbləği mənfəət və ya zərərdə əks etdirilir.  

 



 

 



Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı) 

 

Maliyyə aktivləri and öhdəlikləri (davamı) 

 

Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə investisiya alətləri 



 

Ödəmə müddəti tamamlanana qədər saxlanılan alətlər üçün Şirkət dəyərsizləşməyə dair obyektiv sübutun 

olub-olmamasını qiymətləndirir. Dəyərsizləşmə zərərinin mövcudluğu barədə obyektiv sübut olarsa, zərərin 

məbləği aktivin balans dəyəri ilə ehtimal edilən gələcək pul hərəkətlərinin cari dəyəri arasında fərq kimi 

ölçülür. Aktivin balans dəyəri azaldılır və zərərin məbləği mənfəət və ya zərərdə əks etdirilir.  

 

Əgər sonrakı ildə proqnozlaşdırılan dəyərsizləşmə zərərinin məbləği dəyərsizləşmə tanındıqdan sonra baş 



vermiş hadisə nəticəsində azalırsa, əvvəl tutulmuş məbləğlər mənfəət və ya zərərdə əks edilməlidir. 

 

Satış üçün mövcud olan maliyyə investisiyaları 



 

Satış üçün mövcud olan maliyyə investisiyaları üçün Şirkət hər hesabat tarixində aktiv və ya aktivlər 

qrupunun dəyərsizləşməsinə dair obyektiv sübutun olub-olmamasını qiymətləndirir. 

 

Satış üçün mövcud olan maliyyə investisiyaları kimi təsnif edilən kapital investisiyaların dəyərsizləşməsinə 



dair obyektiv sübutlara investisiyanın ədalətli dəyərinin ilkin dəyərindən əhəmiyyətli və ya davamlı şəkildə 

aşağı düşməsi daxildir. Dəyərsizləşmə sübutu mövcud olanda əvvəl mənfəət və ya zərərdə əks etdirilmiş 

investisiya üzrə dəyərsizləşmə zərərini çıxmaqla cari ədalətli dəyər ilə alış dəyəri arasındakı fərq kimi ölçülən 

məcmu gəlir digər ümumi gəlirin tərkibindən çıxarılır və mənfəət və ya zərərdə əks etdirilir. Kapital 

investisiyaları üzrə dəyərsizləşmə zərərləri mənfəət və ya zərər haqqında hesabat vasitəsilə bərpa edilmir, 

onların dəyərsizləşmədən sonra ədalətli dəyərinin artması digər ümumi gəlirdə əks etdirilir.  

 

Borc alətləri satış üçün mövcud olan alətlər kimi təsnif ediləndə dəyərsizləşmə amortizasiya hesablanmış 



dəyərlə uçota alınan maliyyə aktivləri ilə eyni prinsiplərlə qiymətləndirilir. Gələcək faiz gəliri azaldılmış balans 

dəyərinə əsaslanır və dəyərsizləşmə zərərinin ölçülməsi məqsədilə gələcək pul vəsaitləri hərəkətlərinin 

diskont edilməsi üçün istifadə edilən faiz dərəcəsi ilə hesablanır. Faiz gəliri mənfəət və ya zərərdə əks 

etdirilir. Əgər növbəti ildə borc alətinin ədalətli dəyəri artırsa və bu artma obyektiv olaraq dəyərsizləşmə 

zərərləri mənfəət və ya zərərdə əks etdirildikdən sonra baş vermiş hadisə ilə bağlıdırsa, dəyərsizləşmə zərəri 

mənfəət və ya zərərdə bərpa edilir.  

 

Qarşılıqlı əvəzləşdirmə 



 

Maliyyə aktivləri və maliyyə öhdəlikləri yalnız və yalnız tanınmış məbləğləri qarşılıqlı əvəz etmək üçün hal-

hazırda qanuni hüquq olanda və müəssisənin ya hesablaşmanı netto əsasında həyata keçirmək, ya da eyni 

vaxtda aktivi reallaşdırılmaq və öhdəliyi yerinə yetirmək niyyəti vardırsa, qarşılıqlı əvəz olunur və maliyyə 

vəziyyəti haqqında hesabatda xalis məbləğ təqdim olunur. 

 

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 

 

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə bankda və kassada olan pul vəsaitləri və ödəmə müddəti 



verildiyi tarixdən etibarən doxsan gündən artıq olmayan və müqavilə əngəllərindən azad olan kredit 

təşkilatlarından alınacaq məbləğlər daxildir. 

 

Kredit təşkilatlarından alınacaq məbləğlər 

 

Normal iş fəaliyyətində Şirkət kredit təşkilatlarında müxtəlif müddətlərdə depozitlər saxlayır. Kredit 



təşkilatlarından alınacaq məbləğlər ilkin tanınma zamanı investisiya edilmiş vəsaitin ədalətli dəyərini əks 

etdirən dəyər ilə ölçülür. Müəyyən ödəmə vaxtı olan kredit təşkilatlarından alınacaq məbləğlər sonradan 

effektiv faiz dərəcəsi metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərlə ölçülür. Müəyyən ödəmə 

müddəti olmayan kredit təşkilatlarından alınacaq məbləğlər ilkin dəyəri ilə uçota alınır. Kredit təşkilatlarından 

alınacaq məbləğlər dəyərsizləşmə ehtiyatını çıxılmaqla əks etdirilir. 

 

 




Yüklə 361,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə