Ərtibçilər: Sevgiyə Əsədova Gülbahar Misirova Buraxılışa məsul və ixtisas redaktoru



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix08.07.2018
ölçüsü0,82 Mb.
#53881
1   2   3   4   5   6   7   8   9   ...   33

7
Azərbaycan  Mədəniyyət  və Turizm  Nazirliyinin  və
Azərbaycan  Aşıqlar  Birliyinin  “Aşıq Ələsgər”  ili  elan  etdiyi
2011-ci  ildə belə bir  kitabın  nəşrini  mən  ustadın  ruhuna
bağışlanan ən  qiymətli  hədiyyə hesab  edir,  bu  kitabın  araya-
ərsəyə gəlməsində zəhməti  keçən  hər  bir əməkdaşa  ürəkdən
təşəkkür edirəm.
Zəlimxan Yaqub,
Xalq şairi,
Azərbaycan Aşıqlar Birliyinin sədri


8
Aşıq Ələsgərin həyat və yaradıcılığı
Azərbaycan
aşıq  şeirinin ən  böyük  nümayəndələrindən
biri Aşıq Ələsgər - Ələsgər Alməmməd oğlu  1821-ci ildə İrə-
van  xanlığının  Göyçə  mahalının  Ağkilsə  kəndində  anadan  ol-
muşdur.
Ailəsi  böyük  olduğundan  Alməmməd  kişi Ələsgəri  14
yaşında  Kərbəlayi  Qurban  adlı  bir  varlıya  nökər  vermiş,
Ələsgər onun həyətində 4 il nökərçilik etmişdir.
Aşıq Ələsgər xüsusi təhsil ala bilməmiş, sənətin sirlərini
el  sənətkarlarının  və  ağsaqqalların  yanında öyrənmişdi.  İlk
şeirini  də  yeniyetməlik  çağlarında  aşıqların,  xalq  sənətkarları-
nın  təsiri ilə söyləmişdir.
Aşıq  qoşmalar,  təcnislər,  gəraylılar,  dodaqdəyməzlər
yazıb,  onları  şövqlə  sazda  ifa  etmiş,  dastanlar  söyləyən  aşıq
olmuşdur. O, aşıq sənətini müəllimi - böyük ustad Aşıq Alıdan
öyrənmişdi.
Aşıq  Alının  yanında  şəyirdlik  edən  Ələsgər  aşıqlıq
sənətinin  sirləri  ilə  bərabər ondan ədəb  və  mərifət  qaydalarını
da  öyrənmişdir.  Aşıq  Alı  toy  məclislərinin  birində  Ələsgərlə
deyişmiş  və şəyirdinin  söhrətini  qaldırmaq,  onu  el  içində
ucaltmaq  məqsədilə  qəsdən ona məğlub olaraq sazını  qalib
tərəfə - Ələsgərə    təslim  etmək  istəmişdir. Ələsgər  isə  böyük
təvazökarlıq  hissi  ilə  ustadının  qarşısında  baş əyib,  ona  öz
ehtiramını bu sözlərlə ifadə etmişdir:
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar.
Şəyirdlik  dövrünü  başa  vurduqdan  sonra Ələsgər  Göyçə
ilə  yanaşı  İrəvanda,  Naxçıvanda,  Qazaxda,  Qarabağda,
Gəncədə  də  məşhurlaşmış,  Göyçə aşıq  məktəbinə rəhbərlik
etmişdir.


9
Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislə-
rində  keçirən  Aşıq
Ələsgər  təkcə  Azərbaycanda  yox,
Türkiyədə, İranda  və  Dağıstanda  da  ustad  sənətkar  kimi
tanınmışdır.
1918-1919-cu  illərdə  daşnakların  türklərə  qarşı  törətdiyi
qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz
dədə-baba  yurdunu  tərk  edib  başqa  yerlərə  köçməyə  məcbur
olmuşdur.  İki  ilə  qədər  Yanşaqda  yaşayan  Aşıq Ələsgər  sonra
Tərtərə köçmüş, bir neçə ay da orada qalmışdır. Bu yerlərin hər
birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçə-
də  idi.  O  gözünü  açıb  gördüyü  doğma  yerlər:  Srınər,  Murov,
Muşoy dağları, Xaçbulaq yaylaqları üçün çox darıxırdı.
Nəhayət,  1921-ci  ildə  o,  Ağkilsəyə  qayıtmış,  ömrünün
son illərini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırlı
günləri  arxada  qalmışdı.  Ömrünü  toylarda,  şadlıqlarda  keçirən
aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayət-
lənirdi.  O,  tez-tez  keçmiş  günləri  xatırlayır,  dünya,  həyat
barədə düşünüb kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.
Aşıq Ələsgər  1926-cı  il  mart  ayının  7-də  doğulduğu
Ağkilsə  kəndində  vəfat  etmiş  və burada  da  dəfn  edilmişdir.
Lakin Dağlıq  Qarabağ  münaqişəsi  ilə  əlaqədar  olaraq  90-cı
illərin  əvvəllərində  Azərbaycanın  böyük  aşıq-şairinin  qəbri
ermənilər tərəfindən vəhşicəsinə yerlə yeksan edilmişdir.
Aşıq Ələsgərin  ilk  mətbu əsərləri -
“Dağlar”,  “Bizim
dağlar” şeirləri 1927-ci ildə “Yeni kənd” jurnalında (№3) çap
olunmuşdur.
Hümmət Əlizadə
nin onun haqqında ilk dəfə tərtib
etdiyi  “Aşıq Ələsgər”  adlı  kitabı  isə 1934-cü  ildə nəşr
olunmuşdur.


10
Aşıq Ələsgərin  sözlərinə  yüzlərlə  mahnı  və  romanslar
bəstələnmişdir. O, xalq tərəfindən bu gün də sevə-sevə dinləni-
lir.
1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi,
1998-ci  ildə  isə  175  illiyi  Azərbaycanın  hər  yerində  böyük
təntənə  ilə  qeyd  olunmuş,  bu  münasibətlə  Azərbaycan  Elmlər
Akademiyası  tərəfindən  onun  əsərlərinin  iki cildlik  elmi  nəşri
hazırlanmış və çap edilmişdir.
Aşıq Ələsgərin xatirəsi  dövlətimiz tərəfindən əbədiləşdi-
rilib.  Onun  adına  küçə,  mədəniyyət  sarayı,  respublika  Xalq
Yaradıcılığı  evi fəaliyyət  göstərir,  Bakıda isə Hüseyn  Hacı
Qulu oğlu tərəfindən “Aşıq Ələsgər muzeyi” yaradılmışdır.


11
ƏSƏRLƏRİ
Kitablar
1929
1. Azərbaycan aşıqları [Mətn] /toplayanı  Hümmət
Əlizadə.-Bakı:  Azərnəşr,  1929.- C.I: El ədəbiyyatı  nümunələ-
ri.- 293 s.
Kitabın içindəkindən: Əsərlərindən nümunələr: Deyişmə:
[Aşıq Ələsgərlə Aşıq Söyünün]; Təcnis; Dağlar:  [şeir]; Dodaq
dəyməzdən və ya  zərxətaji təcnis; Gözəlləmə; Deyişmə: [Aşıq
Ələsgərlə Həcər xanım].- [S.11-30].
1930
2. Azərbaycan  aşıqları [Mətn]  /toplayanı  Hümmət
Əlizadə.- Bakı: Azərnəşr, 1930.- C.II: El ədəbiyyatı nümunələ-
ri.- 273 s.
Kitabın içindəkindən: Aşıq Ələsgər:  Çərşənbə günündə,
çeşmə başında;  Ay  ariflər  gəlin  sizə söyləyim;  Can  deməkdən
candan can əksik olmaz;  Arif olan gəlin sizə söyləyim; Tovuz
kimi  qalxıb  çeşmə
başından;  Gedin  deyin  o  gəlinə;
Qabiliyyətdə, mərifətdə, camalda; Durum  dolanım başına; Can
qurban  eyləsən  layiqdi,  layiq;  Bir  bölük  pərilər,  pərizadələr;
Eşq  oduna  yanan  aşkara  yanmaz;  Gözəl  səndə nə qaydadı;
Göz-gözə baxanda məhəbbətnən; Güləbətin qıyı tər sinən üstə
[S.22 -28].
1934
3. Aşıq Ələsgər [Mətn]: [şeirlər]  /Aşıq Ələsgər; topl.
Hümmət Əlizadə.- Bakı: Azərnəşr.- 1934.- 183 s.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə