6
düşür. Elektronika sahəsində qazanılan uğurlar mürəkkəb elmi‐
texniki problemləri həll etməyə imkan verir. Məhz bu uğurların
sayəsində elmi tədqiqatların effektivliyi yüksəlir, yeni növ
maşınlar və avadanlıqlar yaradılır, effektiv texnologiya və ida‐
rəetmə sistemləri hazırlanır, yeni xassələrə malik materiallar alınır,
informasiyanın toplanması və işlənməsi prosesləri təkmilləşdirilir.
Elmi‐texniki və istehsalat problemlərini əhatə edən elektronika –
elmin müxtəlif sahələrində qazanılan biliklərə istinad edir. Belə ki,
elektronika bir tərəfdən digər elmlər və istehsalat qarşısında
məsələ qoyur, onların sonrakı inkişafını stimullaşdırır, digər
tərəfdən isə onları yeni, keyfiyyətli texniki vasitələr və tədqiqat
üsulları ilə zənginləşdirir. Elektronikanın əsas elmi‐tədqiqat
obyektləri aşağıdakılardır:
1. Elektronun və digər yüklü zərrəciklərin elektromaqnit
sahəsi ilə qarşılıqlı təsir qanunlarının öyrənilməsi;
2. Elektron cihazlarının hazırlanmasında istifadə edilən enerji
çevrilmələri – informasiyanın ötürülməsi, işlənməsi və saxlanması,
istehsal proseslərinin avtomatlaşdırılması, enerji qurğularının ha‐
zırlanması, nəzarət‐ölçü cihazlarının yaradılması və təcrübələrdə
baş verən hadisələrin qarşılıqlı əlaqəsini aydınlaşdırması.
Elektronikanın sürətli inkişafı nəticəsində artıq kvant elektro‐
nikası, bərk cisim elektronikası, fotoelektronika, optoelektronika,
mikroelektronika, akustoelektronika, piroelektronika, bioelektro‐
nika, infraqırmızı dalğalar texnikası, krioelektronika, maqnitoelek‐
tronika və s. kimi yeni elmi‐texniki sahələr yaranmışdır. Hazırda
elektron cihazlarından və elektronikanın nailiyyətlərindən insan‐
ların bütün məşğulluq və məişət sahələrində (sənayedə, kənd təsər‐
rüfatında, tibbidə, kosmonavtikada, kibernetikada və s.) eləcə də,
fizika, kimya, astrofizika, iqtisadiyyat, dilçilik, biologiya, psixo‐
logiya, arxeologiya və başqa elm sahələrində geniş istifadə olunur.
7
I FƏSİL
FİZİKİ ELEKTRONİKANIN YARANMASI
§1.1. Fiziki elektronika ilkin mərhələdə
XVIII‐XIX əsrlər elmin sürətlə inkişaf etməsi əlamətləri ilə
yadda qalır. Məhz bu illərdə fizika, kimya və biologiya
sahəsində yeni qanunlar kəşf olunmuş, yeni cihaz və ma‐
şınlar yaradılmışdır. Həmin dövrdə fizika elmi digər elm‐
lərin uğurlarından da bəhrələnərək yeni bir sahəni – fiziki
elektronikanı yaratmaq mərhələsinə qədəm qoymuşdur.
Elektrik boşalması. Dünyada ilk dəfə rus alimləri Mixail
Vasilyeviç Lomonosov (1711‐1765) və Qeorq Vilhelm Rix‐
man (1711‐1753) və onlardan asılı olmadan amerikan alimi
Frankel havada elektrik boşalmasını tədqiq etmişlər. 1743‐cü
ildə M.V.Lomonosov «Allahın böyüklüyü haqqında axşam
düşüncələri» əsərində ildırımın və şimal qütb parıltısının
elektrik təbiətli olması ideyasını irəli sürmüşdür. Bir qədər
sonra (1752‐ci ildə) Frankel və Lomonosov ildırım maşınının
köməyi ilə göstərmişlər ki, ildırım və şimşək – havada güclü
elektrik boşalmasıdır. Bununla yanaşı aşkar edilmişdir ki,
hətta ildırım olmadıqda da havada elektrik boşalması baş
verir. İldırım maşını sadə quruluşa malik olub, yaşayış evində
qurulmuş Leyden bankalarından ibarət idi. Bankalardan
birinin qapağı naqil vasitəsi ilə açıq havada yerləşdirilmiş
metal darağa və ya dəmir milə birləşdirilirdi.
1753‐cü ildə tədqiqat apararkən professor Q.V.Rixman
dəmir milə toxunaraq ildırım təsirinə düşür və həlak olur.
Sonralar bu istiqamətdə tədqiqatları davam etdirən M.V.Lo‐
8
monosov ildırım hadisəsinin ümumi nəzəriyyəsini yarat‐
mışdır və həmin nəzəriyyə indi də istifadə edilir. Bundan
başqa, M.V.Lomonosov sürtünən maşının təsiri ilə havada
səyriyən boşalmanı da müşahidə edə bilmişdir.
Sankt‐Peterburq tibbi‐cərrahiyyə akademiyasının akade‐
miki Vasili Vladimiroviç Petrov (1761‐1834) M.V.Lomonoso‐
vun elmi işlərini inkişaf etdirərək, 1802‐ci ildə ilk dəfə olaraq
(ingilis fiziki Devidən bir neçə il əvvəl) havada iki kömür
elektrod arasında qövs boşalması hadisəsini müşahidə etmiş
və göstərmişdir ki, havadan elektrik cərəyanı keçərkən
elektrik boşalması baş verir. V.V.Petrov öz kəşfini belə təsvir
edirdi: «Əgər şüşə masanın üzərinə 2‐3 qırıntı ağac kömürü
qoyub, onları naqillər vasitəsi ilə güclü elektrik mənbəyinə
qoşsaq və bir‐birinə yaxınlaşdırsaq, həmin kömür qırıntıları
arasında parlaq (gözqamaşdırıcı) ağ işıqlanma (alov)
yaranacaq və bu alovun təsirindən kömürlər yanacaq».
V.V.Petrovun elmi işləri rus dilində dərc olduğuna görə,
onlar xarici ölkə alimləri üçün əlçatmaz idi. Rusiyada həmin
dövrdə elmi işlərə bir o qədər maraq göstərilmədiyindən
həmin işlər tezliklə unudulmuşdu və məhz bu səbəbdən də,
sonralar qövs boşalmasının kəşfi ingilis alimi Devinin adına
yazılmışdır.
Müxtəlif maddələrin udma və şüalanmasının öyrənilməsi
alman alimi Plukkeri Hesler borusunu yaratmağa sövq etmiş
və o, 1857‐ci ildə müəyyənləşdirmişdir ki, kapillyar boruya
daxil edilmiş Hesler borusu spektroskopun obyektivində
yerləşdirildikdə müşahidə olunan spektr bir‐qiymətli olaraq
ondakı qazın spektrini verir. Bununla da, Plukker ilk dəfə
olaraq Balmer seriyasına daxil olan hidrogenin üç xəttini
aşkar etmişdir. Sonralar Plukkerin şagirdi Hittorf onun
9
tədqiqatlarını davam etdirərək, 1869‐cu ildə alovsuz
boşalmanda elektrik keçiriciliyi haqqında silsilə məqalələr
çap etdirmişdir.
Hittorfun və Plukkerin işlərinə əsaslanan ingilis alimi
Kruks isə katod şüalarını kəşf etmişdir.
Qaz boşalmasının öyrənilməsində ingilis alimi D.Tomson
(1856‐1940) elmdə böyük sıçrayış yaratmış, elektronların və
ionların mövcudluğu fikrini söyləmişdir. Tomsonun elm
üçün ən böyük xidməti isə Kavendiş laboratoriyasını
yaratmasıdır. Bu laboratoriyada qazlarda elektrik boşalması
tədqiq edilirdi. Laboratoriya Tausent, Aston, Ernest Re‐
zerford (1871‐1937), Kruks və Riçardson kimi məşhur
tədqiqatçı alimləri yetişdirməklə yanaşı, elektronikanın inki‐
şafına da çoxlu dəyərli töhfələr vermişdir.
Qövs boşalmasının tədqiqi və tətbiqi sahəsində rus alim‐
lərinin də böyük xidmətləri olmuşdur. Bunların sırasında
metalların qövs boşalması ilə əridilməsi və qaynaqlan‐
masının müəllifləri olan Pavel Nikolayeviç Yabloçkov (1847‐
1894), Çikolev (1845‐1898), Nikolay Qavriloviç Slavyanov
(1839‐1896) qövs boşalmasından işıqlandırıcı vasitə kimi
istifadə edilməsini göstərən Nikolay Nikolayeviç Bernardos
(1842‐1905) kimi məşhur ixtiraçı alimlərin adlarını çəkmək
olar. Laçinov və Mitkeviç isə qövs boşalmasının tədqiqində
elmi işləri davam etdirərək bir qədər sonralar qövs boşal‐
ması katodunda baş verən hadisələrin təbiətini müəyyən‐
ləşdirmişdir.
Fotoeffekt. Stoletov Aleksandr Qriqoryeviç (1839‐1896)
uzun müddət (1881‐1891‐ci illərdə) qazlarda qeyri‐müstəqil
boşalma prosesini öyrənmişdir. O, Moskva Universitetində
işləyərkən tədqiqatlarını davam etdirmək üçün havada asılı