Ə.Ş. Abdinov, R. F. Mehdiyev, T. X. HÜseynov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə40/40
tarix05.02.2018
ölçüsü0,99 Mb.
#25168
1   ...   32   33   34   35   36   37   38   39   40

 

158 

can MEA Fİ, akad. H.B.Abdullayev),  f.‐r.e.n., dos. N.Ə.Məm‐

mədov  (Leninqrad,  SSRI  EA  SCİ,  prof.  L.A.Sena),  f.‐r.e.n., 

dos. D.B.Davudov (Belarusiya EA, Fİ akad. M.A.Yelşayeviç), 

f.‐r.e.n., dos. K.M.Daşdəmirov (BDU, prof. Q.I.Əfəndiyev), f.‐

r.e.n.,  dos.  Q.İ.Qəribov  (BDU,  prof.  Q.İ.Əfəndiyev),  f.‐r.e.n., 

dos.  V.H.Səfərov  (BDU,  dos.  R.F.Mehdiyev),  f.‐r.e.n.,  dos. 

Sadıxzadə  (SSRİ  EA,  Yüksək  Temperaturlar  Fizikası,  Atom 

Enerjisi İnstitutu prof.A.V.Nedaspasov), f.‐r.e.n., dos. T.X.Hü‐

seynov  (BDU,  prof.  Ə.X.Muradov),  f.‐r.e.n.,  dos.  H.M.Məm‐

mədov (BDU, prof. Ə.Ş.Abdinov), f.‐r.e.n. M.N.Ağayev (BDU, 

prof.  Q.İ.Əfəndiyev),  f.‐r.e.n.  İ.G.Paşayev  (BDU,  prof. 

Ş.Q.Əsgərov),  f.‐r.e.n.  N.Ə.Rəhimova  (BDU,  prof.  Ə.Ş.Ab‐

dinov),  S.İ.Əmirova  (BDU,  prof.  Ə.Ş.Abdinov)  tərəfindən 

həyata keçirilir. 

Görülən  və  aparılan  işlərin  uğurları  Azərbaycan  Res‐

publikasında  çox  yaxın  gələcəkdə  fiziki  elektronikanın 

güclü elmi‐pedaqoji və mühəndis potensialı, maddi‐texniki 

bazası ilə yanaşı, həm də kifayət qədər yüksək əhəmiyyətə 

malik praktiki tətbiq sahələrinin də yaranacağını vəd edir. 

İndi də Azərbaycan MEA‐nın Fizika və Radiasiya Prob‐

lemləri  İnstitutlarında,  Bakı  Dövlət  Universitetinin  fizika 

fakültəsinin  kafedralarında  və  Fizika  Problemləri  Elmi‐Təd‐

qiqat  İnstitutunda,  Azərbaycan  Texniki  Universitetində, 

Azərbaycan  Memarlıq  və  İnşaat  Mühəndisləri  Univer‐

sitetində,  Azərbaycan  Pedaqoji  Universitetində,  Sumqayıt 

Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində bu 

sahələrdə  həm  fundamental,  həm  də  praktiki  əhəmiyyət  və 

maraq  kəsb  edən  kompleks  tədqiqatlar  aparılır.  Son  illər 

Azərbaycan  MEA‐nın  Fizika  İnstitutunda  və  Bakı  Dövlət 

Universitetində nanotexnologiya sahəsində də işlər aparılır. 

 

159 



§6.2. Əsas istiqamətlər 

 

1959‐cu  ildə  Azərbaycan  EA‐nın  Fizika  və  Riyaziyyat 



institutunun  bazasında  müstəqil  Fizika  İnstitutunun 

yaradılması,  respublikada  fiziki  elektronikanın  inkişafına 

güclü  təkan  vermişdir.  Qısa  müddətdə  institutda  fizikanın 

digər sahələri ilə yanaşı, yarımkeçirici çeviricilərin fizikası, 

bərk  cisim  elektronikası,  bərk  cisim  fizikası,  güclü  ani‐

zotrop  kristalların  fizikası,  yüksəkgərginliklər  fizikası  və 

texnikası,  yarımkeçiricilərdə  diffuziya  hadisələrini  kom‐

pleks  tədqiq  edən  laboratoriya  və  sahələr  formalaşdı‐

rılmışdır.  İnstitutun  Selen  Elm‐Istehsalat  Birliyi,  Reqistr  Xü‐

susi  Konstruktor  Bürosu

  yaradılmışdır.  Həm  Fizika  İnstitu‐

tunda,  həm  də  bu  tabe  qurumlarda  yarımkeçiricilər  və 

dielektriklər fizikası, kompozisiyalı bərk cisimlərin fizikası, 

elektrofizika  və  energetikanın  problemləri,  yarımkeçirici 

materialların  texnologiyası  sahələrində  tədqiqatlar  aparıl‐

mışdır.  Həmin  tədqiqatlar  ifratqəfəslər,  kvant  çuxurlar,  kvant 

nöqtələr

  haqqında  dəyərli  elmi  fikirlər  söyləməyə  imkan 

verməklə  yanaşı,  həm  də  geniş  diapazonda  istifadə  oluna 

bilən şüaqəbuledicilərinin, yarımkeçirici işıq diodlarının və 

lazerlərin  yaradılması  üçün  stimul  olmuşdur.  Eyni 

zamanda  laylı  kristal  quruluşlu  yeni  yarımkeçirici  mate‐

riallar  alınmış,  onların  elektron  və  rəqsi  hərəkət  spektrləri 

öyrənilmişdir.  Həmin  materiallarda  stimullaşdırılmış  şüa‐

lanma  müşahidə  olunmuş,  bərk  cisim  fizikasında  yeni  ob‐

yekt  –  elektron‐deşik  mayesi  aşkar  edilmişdir.  Tədqiq  olu‐

nan  laylı  kristallarda  elektron‐deşik  mayesinin  kritik 

temperaturunun  yüksək  qiymətinin  alınması  mümkün 

olmuşdur.  Laylı  kristallarda  həmçinin  daha  bir  maraqlı 



 

160 

hadisə – Holl müqavimətinin kvantlanması müşahidə edil‐

mişdir  ki,  bu  da  həmin  kristallarda  ikiölçülü  elektron 

qazının mövcud olmasına sübutdur. 

Məhz Azərbaycan Respublikasında aparılan tədqiqatlar 

sayəsində üçqat laylı birləşmələr əsasında yeni seqnetoelek‐

trik  yarımkeçirici  materiallar  sinfi  kəşf  edilmiş,  neytrono‐

qrafik  tədqiqatlarla  qeyri‐mütənasib  fazaların  mövcudluğu 

aşkar  olunmuşdur.  Həmçinin  daha  çox  minüatür  mik‐

roelektron  cihazların  yaradılması,  çoxkomponentli  yarım‐

keçirici  heterostrukturların  və  metal‐yarımkeçirici  kon‐

taktının,  yarımkeçiricilərdə  diffuziya  və  elektrodiffuziya 

hadisələrinin  tədqiqi  sahəsində  fundamental  işlər  həyata 

keçirilmiş, halkogenid yarımkeçiricilərdə bir sıra aşqarların 

miqrasiya mexanizmi aydınlaşdırılmışdır. 

Nadir  torpaq  və  qələvi  torpaq  elementləri  ilə 

aktivləşdirilmiş üçqat halkogenid yarımkeçiricilərin fizikası 

və  texnologiyasına  dair  aparılan  fundamental  tədqiqatlar 

sayəsində  spektrin  görünən  oblastında  müxtəlif  xarici 

amillərin  (elektrik  sahəsi,  sürətləndirilmiş  elektron  dəstəsi, 

ultrabənövşəyi  və  rentgen  şüaları)  təsiri  altında  şüalanan 

effektiv lüminessent materiallar alınmışdır. 

Kompozisiyalı  materialların  xassələrinin  formalaşması 

aydınlaşdırılmış,  yeni  kompozit  materiallar  kompleksi 

işlənilmişdir. 

 

§6.3. Qeydedicilər 

 

1968‐ci  ildə  Azərbaycan  EA  Fizika  İnstitutunda  və  Tel‐



lur Xüsusi Konstruktor Bürosunda

 alınan yarımkeçirici mate‐

rialların,  yaradılan  cihaz  və  qurğuların  kiçik  seriyalarda 

 

161 

buraxılmasını təşkil etmək üçün Selen Təcrübə Zavodu yara‐

dılmışdır. 

Zavoda ilk illərdən başlayaraq dünya təcrübəsində ana‐

loqu  olmayan  yüksək  tələblərə  cavab  verən  nadir  cihaz  və 

qurğular  ixtira  edilmişdir.  Bunlara  fotoelektron  çoxaldıcı‐

larında  tətbiq  olunan  Fototerm  və  təbabətdə  istifadə  olunan 



Hipoterm

 soyuducu cihazlarını misal göstərmək olar. Hər iki 

cihaz  1972‐ci  ildə  Almaniyada  Leypsik  Beynəlxalq  Yarmar‐

kasında  «Qızıl  Medala»  layiq  görülmüşdür.  Əlavə  olaraq 

fiziki  təcrübələrin  avtomatlaşdırılması  üçün  bir  sıra  nadir 

qurğular yaradılmışdır. 

Azərbaycan  EA  Fizika  İnstitutunun  1981‐ci  ildə  yara‐

dılmış  təcrübi‐istehsalat  Reqistr  Xüsusi  Kostruktor  Bürosu 

tərəfindən  texnologiyası  işlənmiş  kompozit  materiallar  əsa‐

sında  bir  sıra  yeni  qeydedici  və  çevirici  cihazların 

nümunələri  yaradılmış,  elektroakustik  (mikrofon,  telefon, 

çağırıcı  qurğular),  akusto‐elektron  (filtr,  faza  çeviriciləri, 

gücləndiricilər),  elektromexaniki  (larınqoton,  seysmik  qeyd‐

edici,  akselerometr,  hidrofon,  hidrolokator,  şüalanma  piro‐

detektorları,  temperaturqeydediciləri),  akustooptik  və  opto‐

akustik  çeviricilər  üçün  yüksək  effektli  aktiv  kompozit 

materiallar alınmışdır. 

Elektron  hesablama  maşınlarından  alınan  rəngli  təsvir‐

lərin  surətini  çıxarmaq  üçün  xüsusi  çapedici  qurğular  ixtira 

edilmişdir.  Bu  qurğulardan  Venera‐Qalley  Beynəlxalq  Eksperi‐



mentlərində

  istifadə  olunmuşdur.  İnformasiyanın  optik 

işlənməsi və ötürülməsi üçün uzunmüddətli yaddaşa malik, 

elektrik  gərginliyi  ilə  idarə  olunan  maye  kristal  elementlər 

əsasında proyeksiya ekranı hazırlanmışdır. 

 



 

162 

§6.4. İnfraqırmızı və aşağı temperaturlar 

elektronikası 

 

1972‐ci  ildən  2003‐cü  ilədək  müstəqil  Elmi‐Tədqiqat 



İnstitutu kimi fəaliyyət göstərmiş, sonra isə Azərbaycan EA 

Fizika  İnstitutunun  tərkibinə  daxil  edilmiş  Fotoelektronika 

İnstitutunda daha böyük uğurlar əldə edilmişdir. Əsas elmi 

istiqaməti  kvant  və  bərk  cisim  elektronikası  olan  bu 

institutda  spektrin  ultrabənövşəyi,  görünən,  yaxın,  orta  və 

uzaq  infraqırmızı  oblastlarda  işləyən  fotoqəbuledici 

qurğular,  elektron‐optik  çeviricilər,  onlar  üçün  elektron 

soyuducularının və yüksək effektivliyə malik yarımkeçirici 

materialların,  habelə  yüksək  həssaslıqlı  qeyri‐standart  ölçü 

cihazlarının  yaradılması,  tədqiqi  və  tətbiqi  üzrə  işlər 

aparılmışdır. 

Tədqiqatlar  darzolaqlı  yarımkeçiricilərdə  aşqar  və  səth 

hallarının  nəzəriyyəsini  yaratmağa,  termoelementlərin 

metal‐yarımkeçirici  sərhədində  gedən  fiziki‐kimyəvi  hadi‐

sələrin mexanizmlərini aydınlaşdırmağa, yeni elektrooptika 

effektlər  aşkar  edib  öyrənməyə  və  termoelektrik  çeviricilə‐

rində  bir  sıra  elektron  proseslərinin  təbiətini  aydınlaşdır‐

mağa imkan vermişdir. 

Bu  institutda  alınan  elmi  nəticələr  əsasında  keçmiş 

Sovet  İttifaqında  ilk  dəfə  olaraq  xüsusi  təyinatlı  elektron 

soyuducusu  və  fotoqəbuledicilər  ixtira  olunmuş,  onların 

seriya ilə istehsalı təşkil edilmiş, təsir tezliyi və həssaslığına 

görə yeganə olan Dunay fotoqəbuledicisi ixtira olunmuş, bu 

cihaz  SSRİ  Atom  Enerjisi  İnstitutunda  idarə  olunan 

termonüvə  sintez  qurğusunda  yüksəktemperaturlu  plaz‐

manın  sıxlıq  fluktasiyasına  nəzarət  edən  qurğuda,  lazer 

 

163 

nişanlanması  və  məsafəölçməsində,  Planeta‐SF  və  Arktur 

fotoqəbulediciləri  əsasında  yerin  təbii  sərvətlərini  tədqiq 

edən  Kosmos  və  Resurs  tipli  kosmik  aparatlarında,  Mars 

planeti  və  birinci  dəfə  olaraq  onun  Fobos  peykinin  şəklini 

çəkmək  və  tədqiq  etmək  üçün  buraxılan  Fobos  avtomatik 

stansiyada  istifadə  edilmişdir.  RO‐F  fotoqəbuledicisi 

vasitəsi  ilə  birinci  dəfə  olaraq  Marsın  əks  tərəfinin  istilik 

xəritəsi  çıxarılmış,  bu  planetdə  həyat  ehtimallı  zonalar 

müəyyən  edilmişdir.  BF‐31U,  BF‐32U‐tipli  fotoqəbul‐

ediciləri  uçan  pilotsuz  aparatlarda  yerləşdirilərək,  yerdə 

olan qurğuları, mina sahələrini və s. aşkar etməkdə, habelə 

1984‐cü  ildə  ilk  dəfə  Moskva  şəhərinin  istilik  xəritəsini 

çıxarmaqda  istifadə  edilmişdir.  Fotoelektronika  İnstitu‐

tunda  hazırlanan  texnologiya  əsasında  və  bu  institutun 

əməkdaşları  bilavasitə  iştirakı  ilə  ilk  dəfə  olaraq  kosmik 

aparatda  çəkisizlik  şəraitində  bir  sıra  yarımkeçirici  bərk 

məhlulların monokristalları göyərdilmişdir. 

Radiasiya  Problemləri  İnstitutunun  əməkdaşları  tərə‐

findən  ionlaşdırıcı  şüaların  enerjisinin  universal  enerji 

daşıyıcısı  olan  hidrogenə  çevrilməsinin  heterogen  radiasiya 

və termoradiasiya üsulları təkmilləşdirilmişdir. 

Hidroenergetika  və  fotoelektrokimyəvi  texnologiyalar‐

dan,  eləcə  də  günəş  enerjisindən  istifadə  etməklə  sudan 

hidrogen alınmasının effektiv qurğuları yaradılmışdır. 

 

 




 

164 

ƏDƏBİYYAT

 

 



Гапонов В.И. Электроника. I и II том. М.:  Физматгиз, 1961 

Дулин  В.Н.  Электронные  и  квантовые  приборы  СВЧ.  М.: 

Энергия, 1972 



Talibi  M.Ə.,  Qəribov  M.A.,  Hacıyev  M.C.  Mikroelektronika. 

Bakı, Elm, 1976 

Интегральные  микросхемы.  Справочник  под  ред.  Терабрина

М.: Радио и связь, 1983 

Полупроводниковые приборы. Справочник  под ред. Горюнова 

Н.Н. М.: Энерготомиздат, 1984 

Вестник Дальневосточного отделения РАН, 1993, №1 



Гершунский  Б.С.  Основы  электроники  и  микроэлектроники. 

Киев, Вища школа, 1989. 



Жеребцов  И.П.  Основы  электроники.  Санкт‐Петербург, 

Энергоатомиздат, 1989. 



Davudov  B.B.,  Daşdəmirov  K.M.  Radioelektronikanın  əsasları. 

Bakı, Maarif, 2002 



Hümbətov R.T. Elektronika, I və II hissə, Bakı, Maarif, 2002 

Под  ред.  Федоров  Н.Д.  Электронные,  квантовые  приборы  и 

микроэлектроника. Россия, “МО и ПО Россия” 2002, 560с. 

Савиных 

В.Л. 

Физические 

основы 

электроники. 



Новосибирск, Россия, 2003. 

Pənahov  M.M.,  Kərəməliyev  R.Ə.  Kvant  elektronikasının  əsas‐

ları. Bakı, Kür, 2003 



Щука А.А. Электроника. Москва, Россия, “BHV‐СПб”, 2004. 

Abdinov  Ə.Ş.,  Məmmədov  H.M.  Bərk  cisim  elektronikası.  Bakı, 

Təhsil, 2004  



Abdinov  Ə.Ş.,  Məmmədov  H.M.  Optoelektronika.  Bakı,  Maarif, 

2005  


Филачев А.М., Таубкин И.И., Тришенков М.А. Твердотельная 

фотоэлектроника, Москва, Физмат книги, 2005. 

 

 

165 



 

 

 



 

 

 



 

 

 



ABDİNOV Əhməd Şahvələd oğlu – 

professor, fizika‐riyaziyyat elmləri doktoru; 

MEHDİYEV Rəşid Fərzəli oğlu – 

dosent, fizika‐riyaziyyat elmləri namizədi; 

HÜSEYNOV Tərlan Xanbaba oğlu – 

dosent, fizika‐riyaziyyat elmləri namizədi 

 

 

 

FİZİKİ ELEKTRONİKANIN 

TARİXİ VƏ METODOLOGİYASI 

(dərs vəsaiti


 

166 

 

Əhməd  Şahvələd  oğlu  Abdinov  (1945)    Bakı 

Dövlət Universitetinin fizika fakültəsini (1968), SSRİ 

EA  Fizika  və  Texnika  İnstitutunun  aspiranturasını 

(1971) bitirmişdir. Fizika‐riyaziyyat elmləri doktoru 

(1979),  professor  (1981),  Nyu‐York  EA  həqiqi  üzvü 

(1995), 


Bakı 

Dövlət 


Universitetinin 

“Fiziki 


elektronika” kafedrasının müdiri (1992‐ci ildən), 30‐

dan çox namizədlik və doktorluq dissertasiyalarının 

elmi  rəhbəri,  300‐dan  çox  elmi  məqalənin  və 

ixtiranın,  ali  məktəb  tələbələri  üçün  3  dərsliyin 

müəllifidir.  Bərk  cisimlərdə  tarazlıqda  olmayan 

elektron  prosesləri  və  Bərk  cisim  elektronikası 

sahəsində tanınmış tədqiqatçı alimdir. 

 

Rəşid  Fərzalı  oğlu  Mehdiyev  (1935)    Bakı  Dövlət 

Universitetinin  fizika  fakültəsini  (1959) və  SSRİ  EA 

Fizika  və  Texnika  İnstitutunun  aspiranturasını 

(1962)  bitirmişdir.  Fizika‐riyaziyyat  elmləri  nami‐

zədidir  (1964).  Bakı  Dövlət  Universitetinin  Fizika 

fakültəsi  “Fiziki  elektronika”  kafedrasının  dosen‐

tidir  (1972‐ci  ildən).  1  namizədlik  dissertasiyasının 

elmi rəhbəri, ali məktəblər üçün 1 dərsliyin, 100‐dən 

çox  elmi  məqalənin  müəllifidir.  Bərk  cisimlərin 

elektronikası sahəsində tədqiqatlar aparır. 

 

Tərlan  Xanbaba  oğlu  Hüseynov  (1957)  –  Bakı 

Dövlət  Universitetinin  fizika  fakültəsini  (1984)  və 

aspiranturanı  (1993)  bitirmişdir.  Fizika‐riyaziyyat 

elmləri namizədidir (1994). Bakı Dövlət Universiteti 

fizika fakültəsinin dekan müavini (2000‐ci ildən) və 

“Fiziki elektronika” kafedrasının dosentidir (2006‐ci 

ildən). Ali məktəblər üçün 4 dərs vəsaitinin, 30‐dan 

çox  elmi  məqalənin  müəllifidir.  Qaz  boşalması  və 



plazma elektronikası sahəsində tədqiqatlar aparır.

 

 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə