Ə.Ş. Abdinov, R. F. Mehdiyev, T. X. HÜseynov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix05.02.2018
ölçüsü0,99 Mb.
#25168
1   2   3   4   5   6   7   8   9   10   ...   40

 

26 

sentrasiyasını  yaratmağın  mümkünlüyünü  irəli  sürdü.  Yara‐

dılan  konsentrasiyada  səyriyən  boşalma  yaratmaq  olurdu. 

Rusiyada  isə  səyriyən  boşalma  tiratronları  1940‐cı  ildə 



Svetlana zavodunun laboratoriyasında işlənib hazırlandı. 

Dekatron.  Vitlinin  müşahidə  etdiyi  effekt  «Erikson» 

firmasının  yaratdığı  dekatronda  da  tətbiq  edildi.  Dekatron 

bir (A) anoddan və 10 ədəd çevirici katoddan ibarət olan ion 

lampasıdır  (şəkil  1.5).  Bir  katoddan  digərinə  elektrik  yükü 

katodaltlıqlarının  köməyi  ilə  ötürülür.  Məsələn,  K1  katodu 

ilə  A  anodu  arasında  səyriyən  boşalma  mövcud  olarsa  və 

əgər  1  katodaltlığında  potensial  K1  katoduna  nisbətən 

kiçikdirsə, onda elektrik yükü 1 katodaltlığına keçəcəkdir. 1 

katodaltlığına sonra isə 2‐yə mənfi impuls verməklə elektrik 

yükü K1 katodundan K2 katoduna keçir. 

 

Şəkil 1.5. Dekatron. A – anod, K1, K2 – katodlar. 

1, 2 – isə katodaltlıqlarıdır. 

 

Televideniya.  XX  əsrin  ən  diqqətəlayiq  və  avtomobil, 

təyyarə,  kompüter,  nüvə  reaktoru  ilə  bərabər  səviyyədə 

tutulan ixtiralarından biri də məhz televideniyadır. 



К2 



К1 

А 

 



27 

İlk  praktik televiziya  sistemi  1923‐cü  ildə  Çarlz  Cenkinsin 

hərəkətsiz xəyalı radio vasitəsi ilə Vaşinqtondan Filadelfiyaya 

və  Bostona,  1925‐ci  ildə  isə  hərəkət  edən  fiqurun  xəyalını 

məsafəyə ötürməsi ilə başlasa da, televideniyanın əsaslandığı 

fiziki  hadisə  və  effektlər  hələ  xeyli  əvvəl  meydana  gəlmişdi. 

Belə ki, televidenyanın yaranmasında 1843‐cü ildə Aleksandr 

Benin  yaratdığı,  surət  köçürən  teleqrafın,  1873‐cü  ildə  Smit 

tərəfindən  selendə  müşahidə  olunan  daxili  fotoeffektin,  rus 

fiziki  Uilyam  tərəfindən  1888‐ci  ildə  hazırlanmış  metal‐selen 

kontaktı  əsasında  yaratdığı  ilk  fotoqəbuledicinin  böyük 

rolunu danmaq olmaz. 

Elektron  televiziyası  erası  elektron‐şüa  borusunun  ixtirası 

ilə başlanmışdır. Elektron‐şüa borusunun ilk uluforması 1856‐

cı  ildə  alman  şüşəüfürəni  Hesler  tərəfindən  icad  edilmiş 

qazboşalması lampası olmuşdur. 

Sonra  1858‐ci  ildə  alman  professoru  Plyukker  «katod» 

şüalanmasını,  1869‐cu  ildə  isə  alman  fiziki  Hittorf  katod 

şüasının  maqnit  sahəsinin  təsiri  altında  meyl  etməsini  aşkar 

etmişdir.  1879‐cu  ildə  ingilis  fiziki  Uilyam  Kruks  katod 

şüalarının  fundamental  tədqiqatlarını  apardı  və  göstərdi  ki, 

katodu  qızdırarkən  onun  səthindən  hansısa  hissəciklərin  seli 

(katod  şüaları)  buraxılır.  1897‐ci  ildə  katod  şüalarının  yüklü 

hissəciklərin (elektronların) seli olduğu sübut edildi. Kruks öz 

təcrübələrini aparmaq üçün tarixdə ilk katod‐şüa borusu olan 

xüsusi  boru  yaratdı.  Bununla  yanaşı  o,  göstərmişdir  ki,  bəzi 

maddələr  (onlar  lüminofor  adı  almışlar)  katod  şüaları  ilə 

bombalandırıldıqda  işıq  saçmağa  başlayır.  1894‐cü  ildə 

Lenard  müəyyənləşdirdi  ki,  katod  cərəyanının  şiddəti  art‐

dıqca  lüminoforların  işıq  saçması  da  güclənir.  1895‐ci  ildə 

Strasburq  Universitetinin  professoru  Karl  Braun  Kruksun 



 

28 

düzəltdiyi  boru  əsasında  müxtəlif  elektrik  cərəyanlarını 

tədqiq  etmək  üçün  istifadə  olunan  ilk  katod  (elektron) 

ossiloqraf borusunu yaratdı. 

Braunun  hazırladığı  boruda  katod  dar  yarıqlı  bir  diaf‐

raqma ilə örtüldüyündən, bu boruda Kruks borusundan fərqli 

olaraq katoddan geniş yox, çox nazik şüa buraxılırdı. Tədqiq 

olunan cərəyan isə şüşə kolbanın xaricindəki sarğıdan axırdı. 

Bu  cərəyan  elektron  dəstəsini  şaquli  müstəvidə  meyletdirən 

dəyişən  maqnit  sahəsi  yaradırdı.  Ekran  rolunu  isə  üzərinə 

katod tərəfdən lüminofor çəkilmiş şüşə lövhə oynayırdı. 1902‐

ci  ildə  rus  alimi  Petrovski  bu  borunu  bir  qədər  də 

təkmilləşdirdi – şüanı üfüqi istiqamətdə də hərəkət etdirmək 

üçün qurğuya ikinci bir cərəyanlı sarğı da əlavə etdi. 1903‐cü 

ildə  isə  alman  fiziki  daha  bir  təkmilləşdirmə  apardı  –  o, 

boruya  yüklənmiş  silindrik  elektrod  əlavə  etdi.  Bu  elektroda 

tətbiq  edilmiş  gərginliyi  dəyişməklə  ekrandakı  ləkənin  par‐

laqlığını artırıb‐azaltmaq mümkün olurdu. 1907‐ci ildə Leonid 

Mandelştam  Braun  borusunda  şüanı  idarə  etmək  üçün 

mişarvarı  gərginlik  tətbiq  olunmuş  qarşılıqlı‐perpendikulyar 

iki cüt lövhədən istifadə etməyi təklif etdi. 

Elektron‐şüa  borusunun  televiziya  verilişlərində  tətbiq 

olunmasını  ilk  dəfə  1907‐ci  ildə  rus  fiziki  Boris  Rozinq  təklif 

etdi və xəyalın məsafəyə ötürülməsi üsulu üçün patent aldı. 

1911‐ci  ildə  ingilis  mühəndisi  Alen  Suinton  televiziya 

qurğusunun  layihəsini  təklif  etdi.  Bu  qurğuda  elektron‐şüa 

borusu  təkcə  qəbuledici  kimi  deyil,  həm  də  ötürücü  kimi 

tətbiq olunurdu. 

1923‐cü ildə Rozinqin şagirdi Vladimir Zvorıkin ötürücü və 

qəbüledicidən  ibarət  televiziya  qurğusunun  tam  sistemini 

patentlədi.  Ötürücü  boruda  Zvorıkin  ikitərəfli  üçqat  hədəf 

 

29 

tətbiq edirdi. Lakin bu boru da işləyə bilən model ola bilmədi. 

Yalnız  1929‐cu  ildə  Zvorıkin  yüksək  vakuumlu  elektron‐şüa 

borusu hazırladı. O, bu borunu ikonoskop adlandırdı. Həmin 

boru sonralar ilk televizorlarda istifadə olundu. Beləliklə artıq 

keçən  əsrin  30‐cu  illərində  qəbul  edən  elektron‐şüa  borusu 

hazır idi. 

Ötürücü  boru  ilə  bağlı  olan  problem  isə  mürəkkəb  idi. 

Keçən əsrin 20‐ci illərində bu məqsədlə təklif edilən boruların 

hamısı çox kiçik həssaslığa malik idi. Bu problemi həll etməyə 

cəhd  göstərənlərdən  biri  amerikan  mühəndisi  Çarlz  Cenkins 

oldu.  1928‐ci  ildə  o,  televizor  borusunda  yükün  toplanması 

üçün qurğu təklif etdi. 



İkonoskop.  İlk  televizorlar  1930‐cu  ildə  yaradılmışdır. 

Yaradılan televizorun elektron‐şüa borusunu Konstantinov və 

Katayev birgə hazırlamışlar. İkonoskop adlandırılan elektron 

şüa  borusu  ABŞ‐da  Vladimir  Konstantinoviç  Zvorikin  tərə‐

findən  ixtira  edilmişdir.  Ç.Cenkinsin  ideyasının  çox  məhsul‐

dar  olmasına  baxmayaraq,  ciddi  təkmilləşdirmələrə  ehtiyac 

var idi. 1933‐cü ildə V.Zvorıkin radiomühəndislərin cəmiyyə‐

tinin  Çikaqo  şəhərində  keçirilən  qurultayında  elan  etdi  ki, 

onun fəal televiziya borusu hazırlamaq sahəsində apardığı 10 

illik işi uğurla nəticələnib və o, hazırladığı boruya ikonoskop 

adı verdi. 

İkonoskop  elektron  televiziyasının  yaradılması  istiqamə‐

tindəki ixtiraların sonuncu həlqəsi idi. 

Zvorikin 1912‐ci ildə Peterburq İqtisad İnstitutunu, 1914‐cü 

ildə  Parisdə  De  Frans  kollecini  bitirərək  1917‐ci  ildə  ABŞ‐a 

köçmüş, 1920‐ci ildə Vestinqaus elektrik firmasına işə düzəlmiş, 

1929‐cu ildə isə Amerikanın Kamdem və Priston radioşirkətinin 

laboratoriyasına rəhbərlik etməyə başlamışdır. İlk ikonoskopu 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə