Ə.Ş. Abdinov, R. F. Mehdiyev, T. X. HÜseynov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix05.02.2018
ölçüsü0,99 Mb.
#25168
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

 

30 

1910‐cu  ildə  rus  alimi  Şmakov  yaratmışdır  və  Timofeyev 

Zvorikinin  işlərini  təkmilləşdirərək  1933‐cü  ildə  əvvəlki  iko‐

noskoplardan  daha  çox  həssas  olan  superikonoskop  hazır‐

lamışdır.  Bu  superikonoskop  zəif  işıqlanmış  görüntüləri  də 

əks  etdirmək  qabiliyyətinə  malik  idi.  Şmakov  1885‐ci  ildə 

Rusiyada  doğulmuş,  1912‐ci  ildə  Moskva  Dövlət  Univer‐

sitetini (MDU) bitirmiş, 1924‐30‐cu illərdə Moskva Ali Texniki 

Peşə  məktəbində  (MATPM),  1930‐32‐ci  illərdə  Moskva 

Energetika İnstitutunda işləmişdir. Ondan bir qədər gənc olan 

Timofeyev  isə,  1902‐ci  ildə  Rusiyada  doğulmuş,  1925‐ci  ildə 

MDU‐nu  bitirmiş,  1925‐28‐ci  illərdə  MATPM‐da  Şmakovla 

birgə işləmişdir. Timofeyev elmi işlərini həmçinin fotoeffektə, 

ikinci elektron emissiyasına, qazlarda boşalmalara və elektron 

optikasına həsr etmişdir. Bütün bunlardan başqa, o, elektron 

çoxaldıcılarının  və  elektron‐optik  çeviricilərinin  də  müəl‐

lifidir. 

İkonoskop elektron‐şüa borusu olub, elektron dəstəsinin və 

işığahəssas  mozaikanın  köməyi  ilə  işıq  enerjisini  video 

impulslara  çevirən  elektrovakuum  cihazıdır  (şəkil  1.6).  İko‐

noskop  şüşə  balondan  (4)  ibarət  olub,  içərisində  işığahəssas 

mozaika  (6)  yerləşdirilir.  Mozaika  sezium  (Cs)  örtüklü,  bir‐

birindən  təcrid  olunmuş  gümüş  (Ag)  dənəciklərindən 

ibarətdir.  Mozaika  ölçüsü  100x100  mm  olan  nazik  slyuda 

lövhəsinin  üzərinə  çəkilir.  Slyuda  lövhəsinin  əks  tərəfində 

siqnal lövhəcikləri (5) yerləşir. Siqnal lövhəcikləri işığın təsiri 

altında  özündən  sərbəst  elektronlar  şüalandıran  xüsusi 

hazırlanmış  fotokatoddur.  İşığahəssas  mozaika  dənəcikləri 

siqnal  lövhəcikləri  ilə  birlikdə  köynəkləri  arasındakı  dielek‐

triki  slyuda  olan  elementar  kondensator  rolunu  oynayır. 

Şəkildən göründüyü kimi, (1) obyektindən əks olunan işıq (2)  

 

31 

 

 

Şəkil 1.6. Ikonoskopun prinsipial sxemi. 1 – obyekt, 2 – şəffaf linza, 3 

kollektor, 4 – şüşə balon, 5 – fotokatod, 6 – işığahəssas mozaika, 7 – 

meyletdirici sistem, 8 – elektron mənbəyi, R

y

 –yük müqaviməti, C – 



kondensator. 

 

linzasından  keçərək  mozaika  üzərinə  düşür  və  mozaika 



kondensatorlar  sisteminə  çevrilir.  Kondensator  sistemindəki 

yük  mozaika  dənələrinin  işıqlanması  ilə  mütənasibdir.  (5) 

fotokatoddan  emissiya  olunan  sərbəst  elektronlar  (3)  kollek‐

torunda  toplanır.  Kollektor  siqnal  lövhəciklərinə  nəzərən 

müsbət yüklənir. Kollektor ikonoskopun daxili səthinə çəkil‐

miş  nazik  keçirici  laydır.  (8)  elektron  mənbəyinin  yaratdığı 

şüa  (7)  meyletdirici  sistemin  köməyi  ilə  mozaika  üzərinə 

düşərək  onu  müsbət  yüklərdən  azad  edir.  Mikrokondensa‐

К 

С 



Р

й

 












 

32 

torlarda  toplanan  elektrik  yükləri  R

y

  –  yük  müqavimətindən 



keçərək  K  –  elektron  mənbəyinin  katoduna  keçir.  R

y

  –  yük 



müqavimətində  gərginlik  düşküsünün  qiyməti  mozaikanın 

elementar  hissələrinin  işıqlanması  ilə  mütənasibdir.  İkonos‐

kopun  çatışmayan  cəhəti,  onda  faydalı  iş  əmsalının  və 

həssaslığın  kiçik  olmasıdır.  Bu  tip  ikonoskopların  normal 

işləməsi üçün obyekt yaxşı işıqlandırılmalıdır. 

Vidikon. Vidikonların yaradılması ideyası ilk dəfə 1925‐ci 

ildə rus alimi Çernışev tərəfindən verilmişdir. Rusiyada 1930‐

cu ildən tətbiq edildiyi halda, ABŞ‐da cihazın ilk nümunələri 

1946‐cı ildən meydana gəlmişdir. Şəkil 1.7‐da vidikonun prin‐

sipial təsviri verilmişdir. Vidikonun silindrik balonunun otu‐

racaqlarından birinin daxili səthinə yarımşəffaf qızıl təbəqə (9) 

çəkilir.  Qızıl  təbəqə  siqnal  lövhəsi  rolunu  oynayır.  Siqnal 

lövhəciyinin  üzərinə  selen  kristalı  və  ya  SbS

3

  çəkilir  – 



fotorezistor (8). (K) – katodundan şüalanan sərbəst elektronlar 

idarəedici (11) elektrodun və iki sürətləndirici anodların (5 və 

6) köməyi ilə dəstə halında formalaşır. (3) sarğıların təsiri ilə 

elektron  dəstəsi  fokuslanır.  Fotorezistorun  önündə  yerləşən 

(7)  toru  bircinsli  ləngidici  sahə  yaradaraq  ion  ləkələrinin 

yaranmasının  qarşısını  alır  və  elektron  dəstəsinin  normal 

düşküsünü  təmin  edir.  (4)  meyletdirici  sarğılar  cərəyanla 

qidalanır  və  bu  da  öz  növbəsində  elektron  dəstəsinin  (8) 

fotorezistorundan tez keçməsini təmin edir. Korrektəedici (1) 

və  mərkəzləşdirici  (2)  sarğıları  elektron  dəstəsinin  qarşılıqlı 

perpendikulyar  istiqamətdə  yer‐dəyişməsinə  şərait  yaradır. 

Fotorezistorun  elektrikkeçiriciliyi  onun  işıqlandırılmasından 

asılıdır.  Elektron  dəstəsi  hədəfin  səthinə  düşərək  ondan  2‐ci 

elektronları  çıxarır.  2‐ci  elektronların  sayı  1‐ci  elektronların 

sayından çox olduğuna görə elektron mənbəyinə çevrilən  

 

33 

 

Şəkil 1.7. Vidikonun prinsipial sxemi. 1 – korrektəedici sarğı, 2 –

mərkəzləşdirici sarğı, 3 – fokuslayıcı sarğı, 4 – meyletdirici sarğı, 

5,  6  –  sürətləndirici  anodlar,  7  –  tor,  8  –  fotorezistor,  9  –  siqnal 

lövhəcikləri, 10 – linza, 11 – idarəedici elektrod 

 

hədəf sürətləndirici (5) anod potensialına malik olur. Hədəfin 



əks  tərəfində,  yəni  təsviri  verən  hissədə  potensialın  qiyməti 

siqnal lövhəsinin potensialının qiymətinə bərabər olur. Hədə‐

fin  hər  bir  elementinə  elektrik  elektrik  keçiriciliyi  işıqlanma‐

nın  intensivliyindən  asılı  olan  bir  kondensator  kimi  baxmaq 

olar. Elektron dəstəsi ilə hədəfin elementlərinin potensialının 

dəyişdirilməsi  R

y

  –  yük  müqavimətindən  götürülmüş  görü‐



nən siqnallardır. R

y

 – yük müqavimətindən götürülən gərgin‐



liyin elektron dəstəsi mövcud olan elementin işıqlandırılması 

ilə düz mütənasibdir. 



1 2 















10 















11 

R

y

 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə