Ə.Ş. Abdinov, R. F. Mehdiyev, T. X. HÜseynov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix05.02.2018
ölçüsü0,99 Mb.
#25168
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

 

34 

 

II FƏSİL 

TRANZİSTORLAR ELEKTRONİKADA 

 

§2.1. Fiziki elektronikanın üçüncü inkişaf mərhələsi 

 

Tranzistorların  yaranması  –  yarımkeçiricilərin  tədqiqi  ilə 

məşğul olan yüzlərlə tədqiqatçının yorulmaq bilmədən uzun 

müddət sərf etdikləri əməyinin nəticəsidir. Onların sırasında 

təkcə  fiziklər  deyil,  eləcədə  elektronika,  fiziki  kimya  və 

materialşünaslıq üzrə də mütəxəssislər var idi. 

1833‐cü ildə Maykl Faradey Ag

2

S (gümüş‐sulfid) birləşməsi 



üzərində  işləyərkən  aşkar  etdi  ki,  temperatur  yüksəldikcə 

metallardan fərqli olaraq, bu materialın keçiriciliyi artır. 

Uzun  müddət  aparılan  tədqiqatlar  nəticəsində  yarımke‐

çiricilər  adlanan  belə  materialların  üç  əsas  xassəsi  müəyyən 

edildi: 

 



İşığın  təsiri  ilə  yarımkeçirici‐metal  kontaktında  e.h.q.‐nin 

yaranması. 

 

İşığın  təsiri  ilə  yarımkeçiricilərdə  elektrik  keçiriciliyinin 



artması. 

 



Yarımkeçirici‐metal  kontaktının  düzləndirmə  xassəsinə 

malik olması. 

XX əsrin 20‐ci illərində radiotexnikada yarımkeçirici‐metal 

kontaktının  düzləndirmə  xassəsi  tətbiq  edilməyə  başlandı. 

1922‐ci ildə Rusiyanın Nijeqorod şəhərində radiotexnika labo‐

ratoriyasında  işləyən  Oleq  Losev  polad‐sink  kontaktından 

detektor  hazırladı  ki,  bu  düzləndirici  detektor  «Kristadin» 

qəbuledicisində  istifadə  edildi  (şəkil  2.1a).  Kristadinin  sxemi 

kökləyici L

1

C



1

 konturundan, yerlə birləşdirilən A – qəbuedici  

 

35 

 

Şəkil 2.1. Kristadinin prinsipial sxemi (a) və VAX‐ı (b). 

 

antenadan ibarətdir. K‐açarının köməyi ilə D detektoru sxemə 



qoşulur.  Bu  cür  detektor  detektəetmədən  əlavə,  həm  də,  işçi 

nöqtəsi voltamper  xarakteristikasının  (VAX) düşmə  hissəsin‐

də  olduqda  (şəkil  2.1b)  giriş  siqnalını  gücləndirmə  xassəsinə 

də  malikdir.  VAX‐ın  düşmə  hissəsinə  uyğun  nöqtədə 

detektorda müqavimət mənfi qiymət alır. Bunun nəticəsində 

L

1



C

1

  konturunda  enerji  itkisi  azacıq  kompensə  olunur  və 



qəbuledici  generator  rejiminə  keçir.  R  –  potensiometri 

detektordakı  gərginliyi  tənzimləyir.  Telefonun  sarğıları  Dr  – 

drosseli  və  L

2

  –  induktivliyi  ilə  sabit  gərginlik  mənbəyinə 



йер 

Л

2



 

а) 


Р 

-  + 


Др

 

Л



1

 

Д



 

А 

2/3 



 

 



Ъ

2

 



Т 

1/3 


Ъ

1

 



Ы

0

, мА 



б) 

U,

 



В

 

10 








 

36 

birləşdirilir. Beləliklə, radiostansiyadan gələn siqnalı aşağı sə‐

viyyəli telefonda da eşitmək mümkün olur. 

Kristadinin  ilk  nümunəsini  1923‐cü  ildə  rus  alimi  Losev 

hazırlamışdır.  Elə  həmin  ildən  Moskvada  Mərkəzi  Radiote‐

lefon  stansiyası  işə  başlamışdır.  Stansiya  ancaq  yaxın  ətrafa 

siqnal ötürə bilirdi. Losevin kristadini həm sadə, həm də ucuz 

başa  gəlirdi.  Ona  görə  də  kristadinə  böyük  ehtiyac  var  idi. 

1924‐cü  ilin  sentyabrında  Amerikanın  Radio  Nyus  jurnalı  öz 

səhifələrində  Losevin  işlərinə  həsr  edilmiş  sensasiyalı  ixtira  – 

başlığı  altında  məqalə  çap  etdi.  Losevin  kəşfi  yeni  eranın 

başlanğıcıdır,  ‐  deyə  jurnal  yazırdı  və  qeyd  olunurdu  ki,  bu 

kəşf  tezliklə  mürəkkəb  quruluşlu  elektrovakuum  cihazlarını 

əvəz edəcəkdir. 

Kristal detektorlarda tədqiqat işlərini davam etdirən Losev, 

müəyyənləşdirdi  ki,  kömürdən  elektrik  cərəyanı  keçdikdə 

işıqlanma yaranır. 20 ildən sonra bu hadisəni Amerikalı fizik 

Destrio öz tədqiqatlarında yenidən müşahidə etdi və hadisəni 

elektrolüminessensiya adlandırdı. 

XX  əsrin  30‐cu  illərində  yarımkeçiricilərin  nəzəriyyəsinin 

yaradılmasında  Rusiya  Elmlər  Akademiyasının  akademiki 

A.F.İoffenin  xidmətləri  xüsusi  qeyd  edilməlidir.  O,  1931‐ci 

ildə  mətbuatda  dərc  etdiyi  məqalənin  başlığında  yazırdı: 

«Yarımkeçiricilər  –  elektronikanın  yeni  materiallarıdır».  Bü‐

tün  Rusiyada  yarımkeçiricilərin  geniş  tədqiqi  aparılırdı. 

Yarımkeçiricilərin  tədqiqində  B.V.Kurçatovun,  V.P.Juze  və 

digər rus alimlərinin xidmətləri əvəzsizdir. Mis‐oksidin elektrik 



keçiriciliyi haqqında məqaləsində onlar göstərirdilər ki, materi‐

alda  elektrik  keçiriciliyinin  qiyməti  aşqarın  təbiətindən  asılı‐

dır.  Bir  qədər  sonra  Y.N.Frenkel  yarımkeçiricilərdə  elektron‐

deşik  yükdaşıyıcılar  cütünün  həyəcanlanma  nəzəriyyəsini 

 

37 

irəli sürdü. 



Tranzistor. XX əsrin 40‐cı illərində tranzistorun ixtira olun‐

ması elektronikanın tarixində nəhəng sıçrayışlardan oldu. Bu 

vaxtadək uzun müddət radio‐ və digər elektron qurğularının 

əvəzolunmaz  və  başlıca  elementləri  olan  elektron  lampala‐

rının hamısı bir sıra çatışmazlıqlara malik idi. Həmin cihazlar 

mürəkkəbləşdikcə və onlara olan ümumi tələblər artdıqca bu 

çatışmazlıqlar özünü daha da kəskin göstərirdi. Bu çatışmaz‐

lıqlara ilk növbədə onların tərkibindəki elektron lampalarının 

mexaniki  davamsızlığı,  xidmət  müddətlərinin  kiçikliyi,  hən‐

dəsi ölçülərinin böyüklüyü, anoddan istilik itkilərinin yüksək 

olması  nəticəsində  faydalı  iş  əmsalının  kiçik  olması  aiddir. 

Məhz  bu  səbəblərdən  XX  əsrin  ikinci  yarısında  vakuum 

lampalarını  yarımkeçirici  cihazlar  əvəz  etməyə  başladı. 

Yuxarıda  adı  çəkilən  çatışmazlıqların  aradan  qalxması 

nəticəsində radiotexnika və elektronikada əsil bir çevriliş baş 

verdi. 


Qeyd  etmək  lazımdır  ki,  yarımkeçirici  materialların  ecaz‐

kar  sirləri  insanlara  dərhal  açmayıb.  İlk  olaraq  1874‐cü  ildə 

Braun  piritin  kontaktında  düzləndirmə  hadisəsini  müşahidə 

etdi  və  bu  sistemin  əsasında  detektor  yaratdı.  Digər  təd‐

qiqatçılar  aşqarların  yarımkeçirici  materialların  xassələrinə 

güclü təsir göstərdiyini müəyyənləşdirdilər. 

Yarımkeçirici  elementlər  elektron  lampalarını  keçən  əsrin 

40‐cı  illərinin  əvvəllərindən  etibarən  sıxışdırmağa  başladı. 

1940‐cı ildən radioelektron qurğularında nöqtəvi germanium 

diodları geniş tətbiq tapmağa başladı.

 

Nəhayət  1938‐ci  ildə  İngiltərədə  Mott,  Rusiyada  Davıdov, 



Almaniyada Valter Şottki bir‐birindən asılı olmayaraq metal‐

yarımkeçirici  kontaktının  düzləndirmə  nəzəriyyəsini  işləyib 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə