Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
  1   2   3   4   5   6   7   8   9   ...   17


Avropada evdənkənar qayğıya cəlb olunmuş

Uşaqlar üçün Keyfiyyət

Standartları

Bu sənəd AR Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə

tərcümə və nəşr edilmişdir.  


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Giriş 



 

Benita Ferrero-Valdner, Xarici Əlaqələr və Avropa Qonşuluğu Siyasəti üzrə 

Avropa Komissiyasının nümayəndəsi  

 

Bu gün Avropa mühüm iqtisadi, siyasi, ekoloji və sosial dəyişikliklər yaşayır, bu isə uşaqların 



həyatına böyük təsir göstərir. Yoxsul valideynlərlə birgə yaşayan uşaqlar və ya valideynsiz 

uşaqlar daha çox yoxsulluq, cəmiyyətdən təcrid olunma və diskriminasiyaya məruzdurlar, bu isə 

onları zorakılıq, qayğısızlıq və istismar problemləri ilə qarşılaşdırır. Uşağın böyüdüyü şərait 

onun həyatına çox böyük təsir göstərir. Təəssüf doğuran fakt ondan ibarətdir ki, Avropa Biriliyi 

üzrə yoxsulluq içində yaşayan uşaqların sayı yoxsulluq içində yaşayan böyüklərin sayından 

çoxdur. Buna görə də biz bütün uşaqlar üçün adekvat şərait və adekvat qayğını təmin etməliyik. 



 

Xarici  Əlaqələr və Avropa Qonşuluğu Siyasəti üzrə Avropa nümayəndəsi kimi mən uşaqların 

fərdi ehtiyaclarını  və imkanlarını  nəzərə almaqla yanaşı onların hüquqlarının effektiv şəkildə 

qorunmasına xüsusi diqqətlə yanaşıram, bu məsələdə Avropa Birliyi bütün dünyaya nümunə 

olmalıdır. Uşaq hüquqları probleminin işıqlandırılması, hüquqların qorunması  və  təmin 

olunması Avropa Birliyinin daxili və xarici siyasətinin prioriet məsələlərindən biri olmuşdur. 

Uşaq hüquqları insan hüquqlarının bir hissəsidir, beynəlxalq və Avropa sazişlərinə, o cümlədən, 

Uşaq Hüquqları üzrə BMT Konvensiyası  və onun əlavə protokolları, Millennium Inkişaf 

Məqsədləri, Insan Hüquqları üzrə Avropa Konvensiyası və Fundamental Hüquqlar üzrə Avropa 

Xartiyasına əsasən Avropa Birliyi və ona üzv dövlətlər həmin hüquqlara hörmətlə yanaşmalıdır. 

 

Bu kontekstdə, ‘Uşaqlar üçün Keyfiyyət’ standartları xüsusilə  də öz valideynləri ilə yaşama 



imkanından məhrum uşaqlarla bağlı siyasətlərin müəyyən olunması istiqamətində bizim 

apardığımız səyləri tamamlayır. Real həyata  əsaslanan bu ümumi standartlar Avropada evdən 

kənar qayğı sistemində  uşaqlar və  gənclərin inkişaf imkanlarının təmin olunması  məqsədini 

daşıyır.  Əminəm ki, bu standartlar Avropada uşağa qayğı sistemlərinin harmonizasiyası 

prosesinə öz qiymətli töhfəsini verərək bu istiqamətdə irəliyə atılmış bir addım olacaq.  

 

 



 

Benita Ferrero-Valdner 

Xarici Əlaqələr və Avropa Qonşuluğu Siyasəti üzrə  

Avropa Kommissiyasın nnümayəndəsi 

 

 



 

 

 

 

 




 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Təşəkkür 

 

163 uşaq və gənc, 36 bioloji valideyn, 106 himayəçi və 24 artırılmış ailə üzvləri, hüquqşünaslar 



və Avropadan olan hökumət nümayəndələrinin dəyərli iştirakı olmadan bu standartların işlənib 

hazırlanması mümkün olmazdı.  



 

 

Bizim ilk görüşümüzdə bir patronaj ananın münasibəti məni mütəəssir etmişdi. Onun davranışı 

məndə rahatlıq hissi oyatdı. O, dedi: “Mən insanam, bu gün mən sənə kömək edirəm, sabah isə 

sən mənə.” 

 

(Norveçli ana, kod 22.04.02) 

 

 

Ön söz 

 

Valideyn himayəsindən məhrum olmuş  uşaqların maraqlarının qorunması  FİCE (Beynəlxalq 



Təhsil Müəssisələri Feredasiyası), İFCO (Beynəlxalq Patronaj Qayğısı Təşkilatı) və SOS Uşaq 

Kəndləri təşkilatlarının apardığı  işin ümumi qayəsidir. ‘Uşaqlar üçün Keyfiyyət’ standartları 

vasitəsilə biz valideyn qayğısından məhrum olmuş və bioloji ailəsindən kənar qayğı sistemində 

yaşayan uşaqların vəziyyətini yaxşılaşdırmağa və onların inkişafını dəstəkləməyə çalışırıq. 

 

Biz əminik ki, evdən kənar qayğı sistemində yaşayan uşaqların vəziyyətinin effektiv və davamlı 



şəkildə yaxşılaşdırılması yalnız güclü əməkdaşlıq sahəsində mümkündür. Bu əminlik layihənin 

hazırlanması zamanı  hər üç təşkilatın bir-birilə  sıx  əməkdaşlığını  və  fəal iştirakını  təmin 

etmişdir. 

 

Bu nəşr ‘Uşaqlar üçün Keyfiyyət’ standartları layihəsini təqdim etməklə Avropada evdən kənar 



qayğı standartlarının yekun variantını özündə əks etdirir. 

 

1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Uşaq Haqqları Konvensiyası  qəbul edildikdən 



sonra hər üç təşkilatın məqsədləri beynəlxalq sənədlərdə öz əksini tapmışdır. 

 

Beynəlxalq səviyyədə  uşaq hüquqlarına hörmət, onların qorunması  və  təmin olunmasına olan 



sadiqliyimiz bizim fəaliyyəti daha da gücləndirdi. Bütün dünyada uşaq hüquqlarının pozulması 

halları artdığından biz ortaq fikrə  gəldik ki, yalnız beynəlxalq sazişlər imzalamaqla siyasi 

öhdəliklərin götürülməsi və ya uşaqların qorunmasına yönəlmiş  tədbilərin sayının artırılması 

kifayət deyil.  

 

Biz əminik ki, evdən kənar qayğı sistemində yaşayan uşaqların vəziyyətinin effektiv və davamlı 



şəkildə yaxşılaşdırılması yalnız güclü əməkdaşlıq sayəsində mümkündür. Bu əminlik layihənin 

hazırlanması zamanı  hər üç təşkilatın bir-birilə  sıx  əməkdaşlığını  və  fəal iştirakını  təmin 

etmişdir. 

 

Üç illik araşdırma və göstərdiyimiz birgə səylər nəticəsində hazırlanan standartları yaymaq və 



istər Avropa, istərsə  də dünyada valideyn qayğısından məhrum olmuş  uşaqların hüquqlarının 

müdafiəsi məqsədilə biz əməkdaşlığımızı artırmaq və bütün səviyyələrdə yeni tərəfdaşlığı 

inkişaf etdirmək əzmindəyik.   

 




Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə