Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 16 Qayğıdan ayrılma prosesində ünsiyyət 



səmərəli və məqbul şəkildə aparılır  

 

 



Maraqlı bütün tərəflər proses zamanı oynadıqları rola uyğun olaraq müvafiq məlumatla 

təmin olunurlar. Eyni zamanda uşaq/gənc və onun bioloji ailəsi məxfilik  və təhlükəsizlik 

hüquqlarına malikdirlər.  

 

 



“Bacı-qardaşlarını  tərk edərək gənclər evinə köçməsi onu narahat edir, bir qədər də 

acıqlandırırdı (...) Bir gün yeni mühitlə tanış olmaq üçün qız gənclər evinə getdi. O, evdə başqa 

bir qıza rast gəld. Həmin qızın söylədiklərinə görə ona burada çox rahat idi, onun öz ayrıca 

otağı,  şəxsi həyatı var idi (...) Gənclər evində gördyü və  eşitdikləri qızın xoşuna gəldi. Birdən 

birə onun bütün narahatlıqları yox oldu. O, indi daha nikbindir və  gələcəyi ilə bağlı yeni 

arzuları vardır.” 

(Şimali Kiprdən olan bir qızın əhvalatı, kod 21.02.05) 

 

 

A) Öhdəliklər 

 

 



 

Uşaq Müdafiə Xidməti 

 



Qayğıdan ayrılma prosesini lazımınca planlaşdırmaq və həyata 

keçirmək  üçün bütün tərəflərin məlumat almasına və onu 

düzgün başa düşməsinə əmin olur. 

 



Bütün məlumatların məxfi saxlanıldığına əmin olur. 

 

 



 

Qayğı təşkilatı 

 



Tərbiyəçinin uşaq/gənclə düzgün davrandığına əmin olur. 

 

 



 

Tərbiyəçi 

 



Qayğıdan ayrılma prosesinə aid məlumatın uşaq/gənc 

tərəfindən düzgün başa düşüldüyünə əmin olur. 

 

Uşaq/gənclə elə tərzdə ünsiyyət edir ki, proses zamanı 



uşaq/gənc özünü rahat hiss edir.  

 



Bioloji ailə ilə əməkdaşlıq edir.  

 

 



 

B) Qaydalar 

 

1. Aidiyyatı məlumatlara peşəkarcasına yanaşma 

Uşaq Müdafiə Xidməti, qayğı  təşkilatı  və  tərbiyəçi uşaq/gənc və onun bioloji ailəsinin lazımi 

məlumatla təmin olunması vacibliyini qəbul edir. 

 

Uşaq Müdafiə Xidməti bütün məlumatlara peşəkarcasına yanaşır, məxfiliyin saxlanmasını, 



lazımi sənədləşmənin aparıldığını  və maraqlı  tərəflərin həmin məlumatlarla tanış olmaq 

imkanını təmin edir. 

 

49



 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

2. Uşaq/gənc ayrılma prosesi haqda lazımınca məlumatlandırılmışdır 

Tərbiyəçi uşaq/gənc və onun doğma ailəsinin qayğıdan ayrılma prosesinə dair bütün lazımi 

məlumatla tanış olduğuna və onu düzgün anladığına  əmin olmalıdır, uşaq/gənc həmçinin 

müxtəlif imkanlar və  gələcək həyatın aspektləri haqda məlumatlandırılır – müstəqil olmaq, 

doğma ailəsinə qayıtmaq və ya hər hansı bir başqa yerə köçmək imkanları. 

 

3. Adekvat ünsiyyətin təmin olunması məqsədilə bir sıra tələblərə riayət olunur 

Ayrılma prosesi zamanı bütün maraqlı  tərəflər aşağıdakı minimal şərtlər  əsasında uşaq/gəncə 

dəstək verirlər: 

 



 

Tərəflər uşaq/gəncin düşüncə tərzinə uyğun dildə danışmaq üçün yetərincə səriştələrə 

malikdirlər. Onlar uşaq/gənclə yaxın əlaqə qururlar, yaxşı dinləmə və anlama qabiliyyətinə 

malik, həssas və səbrli olurlar; 

 

Mehriban və ünsiyyət üçün rahat mühit yaradırlar. 



 

4. Uşaq, bioloji ailə, tərbiyəçi, Uşaq Müdafiə Xidməti və qayğı təşkilatı birlikdə çalışırlar 

Proses zamanı  uşaq/gəncin dəstəklənməsi işinə  cəlb olunmuş  tərəflər arasında  əməkdaşlıq 

qarşılıqlı inama əsaslanaraq ünsiyyət, müvafiq məlumat mübadiləsi vasitəsilə möhkəmləndirilir. 

Onlar: 


 

 



qanunvericilik, qaydalar və Uşaqlar üçün Keyfiyyət standartlarına əməl edirlər; 

 



bu standartı (16-ci standartı) Uşaq Müdafiə Xidməti, qayğı təşkilatı və tərbiyəçilərin təlimat 

və iş şərtlərinə daxil edirlər;  

 

uşağa qayğı şəbəkəsinin bir hissəsi olurlar. 



 

 

C) Həyəcan siqnalları 

 

 



Uşaq/gənc düzgün başa düşülmədiyini hiss edir 

 



Uşaq/gəncin məxfilik hüququ pozulur 

 



Uşaq/gənc və ya istənilən digər bir tərəfin müvafiq məlumatı almaq və ya həmin məlumatı 

anlamaq imkanı yoxdur  

 

Məlumat mübadiləsi aparılmır 



 

Uşaq/gənc tərbiyəçi ilə öz arasında ünsiyyət qıtlığını hiss edir 



 

Uşaq/gənc öz bioloji ailəsi və ya sosial mühiti ilə öz arasında ünsiyyət qıtlığını hiss edir 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



50


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 17 Uşaq/gəncə qayğıdan ayrılma prosesində 



iştirak etmək hüququ təmin edilir. 

 

 



Qayğıdan ayrılma prosesi fərdi qayğı planına  əsaslanır. Uşaq/gənc öz fikirlərini 

bildirmək, hazırki vəziyyəti və gələcəyi ilə bağlı istəklərini bildirmək hüququna malikdir. 

O, qayğıdan qyrılma prosesinin planlaşdırılması və həyata keçirilməsində iştirak edir.  

 

 



“Planlaşdırma zamanı qızın iştirakı ona qərarın necə qəbul olunduğunu görmək, özünün qayğı 

təşkilatında nə müddətə qalacağını bilmək və evə qayıdacağı tarixi planlaşdırmaq imkanı 

verir.” 

 (Sosial işçi/Portuqaliya, kod 24.07.01) 

 

“Anam xəbər verəndə ki ev tapıb, atam dedi ki, mən artıq evə gedə bilərəm. Lakin mən 

istəmirdim, çünki məktəb və dərnəkləri çox  xoşlayırdım (...) Mən anamla atamın yaşadığı evə 

18-ci ad günümü qeyd etdikdən sonra getdim və seçimlərimdən çox razıyam.” 

(Yunanıstanlı oğlan, kod 11.02.04)  

 

 



A) Öhdəliklər 

 

 



 

Uşaq Müdafiə Xidməti 

 



Uşaq/gəncin iştirakını təmin edir.  

 

 



 

Qayğı təşkilatı 

 



Uşaq/gəncin qayğıdan ayrılma prosesində iştirakına dair 

tələblərin yerinə yetirilməsini təmin edir. 

 

 

 



Tərbiyəçi 

 



Uşaq/gəncin qayğıdan ayrılma prosesində iştirakını təmin edir. 

 



Uşaq/gənci onun anlayış səviyyəsinə uyğun olaraq qayğıdan 

ayrılma prosesinin planlaşdırılması və həyata keçirilməsinə 

cəlb edir 

 



Bioloji ailə ilə əməkdaşlıq edir 

 

 



 

B) Qaydalar 

 

1. Uşaq/gəncin iştirakına dair aşağıdakı tələblər nəzərə alınır 

Ayrılma prosesinə  cəlb olunmuş bütün tərəflər  ən azı  aşağıdakı  tələbləri nəzərə alır və yerinə 

yetirirlər: 

 



 



uşaq/gənc qayğıdan ayrılma prosesinin planlaşdırılması və həyata keçirilməsi zamanı öz 

hüquqlarından istifadə edir; 

 

uşaq/gənc dinlənilir, onun öz planlarını, tərəddüd və ümidlərini bildirməsi dəstəklənir; 



 

51


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 



 

uşaq/gəncin anlama səviyyəsinə uyğun olaraq qararvermə prosesində iştirakı dəstəklənir; 

 

uşaq/gənc öz həyatı üzrə ekspert sayılır; 



 

qayğıdan ayrılma prosesi zamanı bioloji ailə iştirak edir; 



 

uşaq/gəncə onun doğma ailəsinin prosesdə hansı həddə kimi iştirak etməsini 



müəyyənləşdirmək imkanı verilir; 

 



Uşaq/gənc sənədləşmə və hüquqi prosedurlar zamanı dinlənilir və dəstəklənir. 

 

2. Uşaq/gənc bütün aidiyyatı məlumatları əldə edir 

Qayğıdan ayrılma prosesinə dair qərarvermə zamanı  uşaq/gənci dəstəkləmək məqsədilə 

tərbiyəçi uşaq/gəncin lazımi bütün məlumatlarla təmin olunmasına əmin olmalıdır.  

 

O, uşaq/gəncin aldığı bütün məlumatı düzgün anlamasına əmin olmalıdır. 



 

3. Qayğıdan ayrılma prosesinin planlaşdırılması və həyata keçirilməsi fərdi qayğı planına 

əsasən aparılır 

Uşaq/gənc öz fərdi qayğı planının hazırlanmasında iştirak edir. Plan uşaq/gəncin fikirləri ilə 

yanaşı, məqsədlər və qayğıdan ayrılma prosesinin lazımınca planlaşdırılması  və  həyata 

keçirilməsi üçün tələb olunan resursları nəzərə alır. 

 

C) Həyəcan siqnalları 

 

 



uşaq/gəncin qayğıdan ayrılma prosesində iştirakına dair minimal tələblər müəyyən 

olunmamışdır. 

 

minimal tələblər yerinə yetirilmir. 



 

uşaq/gəncin fikrincə, o, prosesdə kifayət qədər iştirak edə bilmir.  



 

uşaq/gənc özünü kifayət qədər məlumatlı hiss etmir. 



 

prosesin planlaşdırılması və həyata keçirilməsi fərdi qayğı planına əsaslanmır. 



 

uşaq/gəncin fikrincə, onun mövqeyi ciddi nəzərə alınmır. 



 

müvafiq qərarlar uşaq/gəncin iştirakı olmadan verilir. 



 

uşaq/gəncin üzərinə öhdəsindən gələ biləcəyindən artıq məsuliyyət qoyulur. 



 

uşaq/gənc rəsmiyyət və hüquqi prosedurlar zamanı dinlənilmir və dəstəklənmir. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

52


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 18 Müşahidə, davamlı dəstək və əlaqə saxlamaq 



üçün imkanlar təmin olunur 

 

 

Uşaq/gənc evdənkənar qayğıdan ayrıldıqdan sonra da dəstək almaq imkanına malikdir. 

Qayğı  təşkilatı  uşağın prosesi qaçılmaz yeni ziddiyyət kimi qəbul etməməsi üçün səy 

göstərir.  

 

Əgər gənc yetkinlik yaşına çatmışdırsa, qayğı  təşkilatı onunla əlaqələri və ona dəstəyi 

davam etdirməlidir. 

 

 



“Qapının zəngi çalındı (...) qapını açdım və sosial işçimi gördüm: onun əlləri yeməklə dolu idi. 

O, soruşdu: “Mənimlə yemək yeyərsən?” Mən isə elə bunu istəyirdim (...) O, içəri girdi və bir 

qədər bizimlə qaldı - sırf mənə görə - bu çox gözəl bir axşam idi, mən həmin gecə çox rahat 

yatdım.”  

(Norveçli oğlan, kod 22.01.01) 

 

 “SOS Uşaq Kəndləri nə zaman lazım gəlsə, öz xidmətlərini təklif etməyə hazırdır, çünki onlar 

Uşaq Kəndini tərk etdikdən sonra biz onları taleyin ümidinə buraxmırıq. Hətta bəzi hallarda, 

qısa müddətə olsa da onların geri qayıtmaq imkanı olur,  bu da onlara ehtiyac duyduqları 

sabitlik hissini verir.”  

(Qayğı təşkilatının direktoru / Poruqaliya, kod 24.07.02) 

 

 



A) Öhdəliklər 

 

 



 

Uşaq Müdafiə Xidməti 

 



Uşaq yetkinlik yaşına çatmamışdan əvvəl və sonra da ona 

dəstək göstərməyə davam edir. 

 

Qayğı göstərildiyi zaman uşaq/gəncin öz emosional mühiti ilə 



əlaqə saxlamaq imkanı təmin olunur. 

 

 



 

Qayğı təşkilatı 

 



Qayğı sonrası planın hazırlanması və həyata keçirilməsini 

təmin edir. 

 

Qayğı sonrası iş və davamlı dəstək üçün tələb olunan 



resursları, uşaq/gəncin keçmiş tərbyəçisi ilə və qayğı zamanı 

cəlb olunduğu emosional mühitlə əlaqə saxlamasını təmin 

edir. 

 

 



 

Tərbiyəçi 

 



Uşaq/gənclə birlikdə qayğı sonrası planı hazırlayır və həyata 

keçirir.  

 

Uşaq/gəncə yardım edir, onun qayğı aldığı zaman təmasda 



olduğu emosional mühitlə əlaqə saxlamasını dəstəkləyir.  

 

 



53


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

B) Qaydalar 

 

1. Növbəti addımlar və göstəriləcək dəstək qayğı sonrası plana əsaslanır 

Qayğı  təşkilatı  və  tərbiyəçi uşaq/gənclə birlikdə qayğı sonrası plan hazırlayır və onu həyata 

keçirirlər. Plan mövcud fərdi qayğı planına  əsaslanır. Qayğı sonrası planın hazırlanmasında 

tətbiq olunan üsullar qayğı təşkilatının yazılı bəyannaməsində qeyd olunur. 

 

Qayğı sonrası planın fərdi yönümlü olması  və  uşaq/gəncin mənşəyini nəzərə alması vacibdir. 



Ümumiyyətlə, qayğı sonrası plan uşaq/gəncin inkişaf statusunu, məqsədlər və onlara nail olma 

yollarını, uşaq/gəncin qayğıdan ayrıldıqdan sonra dəstəklənməsi üçün tələb olunan resursları 

müəyyən edir. 

 

2. Növbəti addımlar və dəstək təmin olunur 

Tərbiyəçi uşaq/gəncin sonrakı həyatı ilə maraqlanır, lazım gəldikdə qayğı sonrası plana əsasən 

ona dəstək göstərir. Lazımi  resurslar təmin olunur. Tərbiyəçi uşaq/gənclə ünsiyyət saxlamağa 

çalışır. 

 

3. Uşaq/gəncin öz emosional mühiti ilə əlaqə saxlamaq imkanı var  

Keçmiş  tərbiyəçi uşaq/gənc və onun qayğı aldığı müddətdə yaxın olduğu emosional mühit 

arasında əlaqələrin qorunması üçün lazımi resursları təmin edir. 



 

 

C) Həyəcan siqnalları 

 

 



Qayğı sonrası plan mövcud deyil. 

 



Müşahidə və ya dəstək təmin olunmur. 

 



Uşaq/gənc qayğı sonrası planın hazırlanmasına lazımi səviyyədə cəlb olunmamışdır. 

 



Uşaq/gənc sonrakı müşahidə və dəstəkdən imtina edir.  

 



Uşaq/gənc 18 yaşa çatdıqdan sonra dəstəklənmir. 

 



Uşaq/gəncin onun qayğı aldığı müddətdə yaxın olduğu emosional mühitlə əlaqələr saxlamaq 

imkanı yoxdur. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

54




 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Istifadə olunmuş əsas terminlərin lüğəti 



 

Bioloji ailə  

Uşaq/gəncin bioloji bağları olduğu insanlar – valideynlər, bacı-qardaşlar, digər qohumlar. 

 

Tərbiyəçi 

Uşaq/gəncə qayğı göstərən ailə üzvü və ya peşəkar. Bu, həm ailə  əsaslı, həm də rezident tipli 

qayğı göstərən tərbiyəçilər ola bilər. 

 

Qayğı təşkilatı 

Uşaq/gəncin evdənkənar qayğısı zamanı onun gündəlik həyatına məsul təşkilat. Buna patronaj 

ailələr, ailə  əsaslı digər formalar (məs., SOS Uşaq Kəndləri) və ya rezident müəssisələr (uşaq 

evləri, internatlar və s.) daxildir. 

 

Fərdi qayğı planı 

Uşağın fərdi fiziki, koqnitiv, emosional və sosial inkişafını  tənzimləyən bu plan.qərarvermə 

prosesi zamanı  qəbul edilərək sonralar inkişaf etdirilir və evdənkənar qayğı zamanı  həyata 

keçirilir.  Ümumiyyətlə, qayğı planı  uşağın inkişaf statusunu, məqsədlər və onlara nail olma 

üsullarını, uşağın hərtərəfli inkişafı üçün tələb olunan resursları müəyyən edir. Evdənkənar 

qayğı zamanı qəbul edilən istənilən qərar bu plana əsaslanır. 

 

Uşaq 

18 yaşına çatmamış şəxs. 

 

Uşaq Müdafiə Xidməti 

Bioloji ailə və ya tərbiyəçi uşaq/gəncin ehtiyaclarını ödəyə bilmədiyi halda qayğının, dəstək və 

müdafiənin təmin olunmasına cavabdeh olan təşkilatlar, müəssisələr, xidmətlər və ya qurumlar. 

Uşaq Müdafiə Xidməti lazımi məlumat dəstəyi, sosial, tibbi, hüquqi xidmət və ya qəyyumluq 

qayğısının təmin olunmasına cavabdehdir. Uşaq Müdafiə Xidməti dövlət və ya özəl ola bilər 

(Sosial Müdafiə Xidməti, Gənclərin Rifahı Xidməti, qeyri-hökumət təşkilatları və s.) 

 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar 

Psixoloji, fiziki, intellektual qüsurları, mədəni kökləri, zorakılıq tarixçəsi olan, sayılmama və 

digər amillər səbəbindən xüsusi diqqət və evdənkənar qayğıya cəlb olunduqları müddətdə 

ixtisaslı tərbiyəçilər və terapistlər tərəfindən qayğı tədbirləri  tələb edən uşaqlar.  

 

 



Multi-peşəkar komanda 

Bu komanda uşaq/gəncin evdənkənar qayğı zamanı hərtərəfli inkişafının dəstəklənməsinə görə 

məsuliyyət daşıyır. Buraya daxildir: tərbiyəçilər, müəllimlər, qayğı  təşkilatının dəstək işçiləri 

(psixoloqlar, sosial işçilər və s.). 

 

Gənc 

18 yaşı ötmüş insan.  



 

 

55



Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə