Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standartların hazırlanması və tətbiqi 

 

Əhatə dairəsi 

Bu standartlar evdən kənar qayğı sisteminə  cəlb olunmuş  tərəfləri məlumatlandırmaq, onlara 

yol göstərmək və təsir etmək üçün hazırlanmışdır, bunlara aiddir: evdən kənar qayğı sistemində 

yaşayan və ya yaşamaq  ərəfəsində olan uşaqlar və  gənclər, uşaqları evdən kənar qayğı 

sistemində yaşayan və ya yaşamaq  ərəfəsində olan bioloji ailələr, tərbiyəçilər, qayğı 

müəssisələrinin rəhbərləri, sosial işçilər, Uşaq Müdafiə Xidmətlərinin işçi heyəti, uşaq və 

gənclərlə maraqlanan tədqiqatçılar, uşaq və gənclərin inkişafı ilə bağlı sahədə çalışan QHT-lər, 

bütün səviyyələrdə hakimiyyət nümayəndələri və s.  



 

 

Hədəf ölkələr 

Avstriya, Belçika, Bolqariya, Xorvatiya, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, 

Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Islandiya, Irlandiya, Italiya, Latviya, 

Litva, Lüksemburq , Malta, Hollandiya Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, 

Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Birləşmiş Krallıq. Araşdırma  

 

 



Araşdırma 

32 iştirakçı ölkədə müsbət təcrübəyə əsaslanan əhvalatların toplanması, onların təhlili və alınan 

məlumatın ardıcıl olaraq keyfiyyət standartlarının hazırlanması zamanı istifadə olunması 

məqsəd kimi qarşıya qoyulmuşdu. 

 

Əhvalat nəql etmə məlumat toplama üsulu kimi seçilmişdir, bu üsul müsahiblərin standartların 



əsasının yaradılmasında birbaşa iştirakını təmin edir.  

 

Evdən kənar qayğı sisteminə  cəlb olunmuş  tərəflərin müsbət təcrübəyə  əsaslanan  əhvalatları 



araşdırma obyekti olmuşdur. 

 

26 ölkədən ümumilikdə 332 əhvalat toplanaraq təhlil olunmuşdur. Hər ölkə üzrə tolanmış 



əhvalatların orta sayı 10.5 əhvalat təşkil edir. Əhvalatların 49%-i evdən kənar qayğı sistemində 

yaşayan uşaq və  gənclərdən (layihənin  ən vacib demoqrafik qrupu), 11.5%-i bioloji 

valideynlərdən, 32%-i tərbiyəçilərdən (götürmə/patronaj və SOS ailələr, gənclər liderləri və 

qayğı müəssisələrinin digər işçiləri) və 7.5%-i digər mənbələrdən (sosial işçilər, hüquqşünaslar 

və s.) toplanmışdır.  

 

Məlumatın təhlili və nəticələr 

Obyekt çoxluğunun (kateqoriyalar, anlayışlar, xüsusiyyətlər və onların nəql olunan əhvalatlarla 

qarşılıqlı  əlaqələri) müəyyənləşdirilməsi üçün mətn məlumatlarının keyfiyyət təhlilinin 

aparılması bu yanaşmanın əsas ideyası olmuşdur. 

 

Əhvalatları  təhlil edən qrup nəticələri məlumat matrisası  şəklində birləşdirdi və buna əsasən 



hesabat hazırladı.  Hesabatda intervyu olunanların ümidləri, təcübəsi və ehtiyacları  əks 

olunmuşdur. Əhvalatlarda müəyyən olunan kateqoriyalar yuxarıda qeyd olunmuşdur (bax: Əsas 

Anlayışlar). 

 

 

 

10




 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standartların hazırlanması 

Uşaqlar üçün Keyfiyyət’ standartları üzrə layihə komandası (LK) 3 təşkilatdan azı birinin fəal 

olduğu 32 Avropa ölkəsində milli səviyyədə  məsləhətləşmələrin aparılması  təşəbbüsünü irəli 

sürmüşdür. Məsləhətləşmələr nəticəsində Milli Komanda (MK) ilə birgə yerli səviyyədə 

araşdırmaların aparılması  və standartların hazırlanması üçün Milli Koordinatorlar təyin 

olunmuşdur. Milli Komanda qarşısında qoyulmuş ilk vəzifə evdən kənar qayğıya birbaşa cəlb 

olunmuş şəxslərdən müsbət təcrübəyə əsaslanan əhvalatların toplanması və təhlil olunması idi. 

Təhlilin nəticələri standartların hazırlanması üçün əsas kimi götürülmüşdür. 

 

‘Uşaqlar üçün Keyfiyyət’ standartlarının ilkin versiyası Layihə Komandasının dəstəyi ilə Milli 



Komanda tərəfindən hazırlanmışdır. Gənclərin iştirakı ilə 3 beynəlxalq komanda görüşləri 

zamanı layihə  sənədi təkmilləşdirilmişdir. Layihə üzərində  iş bitdikdən sonra müsahiblər və 

Milli Komanda üzvlərinin öz rəylərini Layihə Komandasına göndərmək imkanı olmuşdur. Bu 

tövsiyələr son beynəlxalq görüş zamanı sənədə daxil edilmişdir. 

 

Bir nəfər gənc, Milli və Layihə Komandası üzvlərindən ibarət heyət standartları  nəzərdən 



keçirərək redaktə etmiş və yekun standartları təqdim etmişdir. 

 

 



Uşaqlar üçün Keyfiyyət Standartlarının tətbiqi 

Bərabərlik, iştirakçılıq kimi vacib prinsiplərə  əsaslanaraq ‘Uşaqlar üçün Keyfiyyət’ 

standartlarının missiyasının yerinə yetirilməsinə nail olmaq üçün qarşıya aşağıdakı  məqsədlər 

qoyulmuşdur: 

 



 



evdən kənar qayğı sistemində yaşayan uşaqlar üçün milli və Avropa səviyyəsində keyfiyyət 

standartlarının qəbulu üçün ictimai vəkillik / advokasi  

 

‘Uşaqlar üçün Keyfiyyət’ Standartlarının, həmçinin standartların əsasına qoyulmuş yanaşma 



və fəlsəfənin milli, Avropa və dünya səviyyəsində yayılması  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

11




 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Uşaqlar üçün Keyfiyyət Standartlarının strukturu və xülasəsi 

 

‘Uşaqlar üçün Keyfiyyət’ standartları Avropada evdənkənar qayğı sistemində uşaq və gənclərin 



vəziyyətini yaxşılaşdırmaq və inkişaf imkanlarını təmin etmək məqsədilə işlənib hazırlanmışdır. 

Standartların digər məqsədi uşaq və  gənclər üçün evdənkənar qayğı sistemində maraqlı olan 

tərəfləri dəstəkləməkdir. Maraqlı  tərəflər dedikdə  uşaqlar, gənclər, bioloji ailələr, tərbiyəçilər, 

qayğı müəssisələri, Uşaq Müdafiə Xidmətləri, həmçinin milli və beynəlxalq hökumətlərarası 

təsisatlar nəzərdə tutulur.  

 

Struktur 

‘Uşaqlar üçün Keyfiyyət’ Standartları 18 standartdan ibarətdir, stndartlar araşdırma nəticələrinə 

uyğun olaraq qayğı mərhələsinə görə təşkil olunmuşdur (a). Hər Standart 4 elementdən ibarətdir 

(b).  

 

a) Standart paketi 



bu sənəddə evdənkənar qayğı prosesi 3 sahəyə bölünmüşdür: 

 

Qərarvermə və qəbul prosesi 



Proses 2 mərhələdən ibarətdir:  ən uyğun qərarın qəbul olunması üçün uşağın vəziyyətinin 

qiymətləndirilməsi və onun gələcək həyat  şəraitinə inteqrasiyası isiqamətində addımların 

atılması. 

 

Qayğı göstərmə prosesi: 



Proses qayğıya qəbul və qayğıdan ayrılma arasındakı  mərhələni, yəni tərbiyəçinin faktiki 

göstərdiyi qayğını və dəstəyi əhatə edir.  

 

Qayğıdan ayrılma prosesi  



Bu prosesi keçməklə  uşaq/gənc müstəqil olur, öz bioloji ailəsinə qayıdır və ya digər bir yerə 

köçür. Buraya onun keçmiş tərbiyəçisi/himayəçisindən dəstək alması da daxildir. 

 

 

b) Standartın elementləri 



Standartın adı və təsviri 

Tələb olunan keyfiyyət səviyyəsinə aid aydın təriflər. Standartlar uşaqlarla evdənkənar iş üçün 

struktur və istiqamətləri müəyyənləşdirir. 

 

Sitatlar 



Real əhvalatlardan seçilmiş sitatlar, sitatlar ‘Uşaqlar üçün Keyfiyyət’ məlumat bazasına uyğun 

olaraq kodlaşdırılmışdır. 

 

Öhdəliklər 



Uyğun standartın həyata keçirilməsi ilə bağlı bütün maraqlı  tərəflər qarşısında vəzifələr və 

müəyyən olunmuş səlahiyyət sahəsi. 

 

Qaydalar 



Uyğun standartın yerinə yetirilməsi ilə bağlı tələblər 

 

Həyəcan siqnalları 



Uyğun standartın yerinə yetirilməsi zamanı “nəyə yol vermək olmaz” barədə təsvir 

 

12




Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə