Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

‘Uşaqlar üçün Keyfiyyət’ Standartlarının xülasəsi 

 

 

Standart Paketi 1: Qərarvermə və qəbul prosesləri 



 

 

Standart 1: 

Qərarvermə prosesi zamanı uşaq və onun bioloji ailəsi dəstəklənir 

 

Uşaq və onun bioloji ailəsi öz həyat  şəraitini dəyişmək istədikdə va ya 

vəziyyət bunu tələb etdikdə prosesə müdaxilə etmək hüququna malikdirlər. 

Bu zaman uşağın təhlükəsizliyi və maraqları  ən yüksək prioritet təşkil edir. 

Uşaq və bioloji ailənin fikirləri hər zaman dinlənilir və onlara hörmət 

bəslənir.   

 

Standart 2: 

Uşaq qərarvermə prosesi zamanı iştirak etmək hüququna malikdir 



 

Bütün tərəflər uşağı dinləyir və ona hörmət bəsləyir. Uşaq öz vəziyyəti haqda 

adekvat məlumatlandırılır, onun öz fikirlərini ifadə etməsi və anlama 

səviyyəsinə uyğun olaraq qərarvermə prosesində iştirakı dəstəklənir.  

 

Standart 3: 

Peşəkar qərarvermə prosesi uşaq üçün mümkün olan ən münasib qayğını 

təmin edir 

 

Qərarvermə prosesi 2 suala cavab axtarır: Hansı qərar uşağın maraqlarına ən 

uyğun  şəkildə cavab verir? Evdənkənar qayğı formasına ehtiyac 

dəqiqləşdirilməlidirmi, uşaq üçün ən uyğun yerdəyişmə hansıdır? 

 

Uşağın inkişafı ilə birbaşa məşğul olan bütün tərəflər öz təcrübələrindən çıxış 



edərək bir-birilə  əməkdaşlıq qururlar. Onlar qərarvermə prosesinə aid olan 

müvafiq məlumatları əldə edir və bir-birilə bölüşürlər. 

 

Əgər söhbət xüsusi qayğıya ehtiyacı olan uşaqlardan gedirsə, onların spesifik 



ehtiyacaları nəzəzə alınır. 

 

Standart 4: 

Bacı-qardaşlara birgə qayğı göstərilir 

 

Evdənkənar qayğı prosesi zamanı bacı-qardaşlar birgə qalırlar. Bioloji bacı-

qardaşların yalnız onların marağı  tələb etdikdə, bir-birindən ayrı 

yerləşdirilməsi mümkündür. Bu halda onlar arasında davamlı münasibətlərin 

saxlanması  təmin olunur (əgər bu cür münasbətlər uşaqlara mənfi təsir 

göstərmirsə). 

 

Standart 5: 

Yeni evə keçid lazımi şəkildə hazırlanır və həssas formada həyata keçirilir 

 

 

Qayğı forması haqqında qərar verildikdən sonra uşağın yerləşdirilməsi 

nəzərdə tutulan “məkan” uşağın qəbuluna hərtərəfli hazırlaşmalıdır. 

Qarşılama mərhələli keçirilməli və mümkün qədər az narahatlıq doğurmalıdır. 

Yerdəyişmənin məqsədi uşağın maraqlarının  ən uyğun  şəkildə qorunması  və 

aidiyyatı bütün tərəflərin rifahının təmin olunmasıdır.   

 

 

 



13


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 6: 

Evdən kənar qayğı prosesi fərdi qayğı planına əsaslanır 

 

 



Qərarvermə prosesi zamanı  fərdi qayğı planı hazırlanır. Bu plan gələcəkdə 

inkişaf etdirilir və bütün evdənkənar qayğı prosesi zamanı  həyata keçirilir. 

Bu plan bütövlükdə  uşağın inkişafına nəzarət etmək üçün nəzərdə 

tutulmuşdur.  

 

Ümumilikdə, qayğı planı uşağın inkişaf statusunu müəyyən edir, məqsəd və 



ölçüləri təyin edir, uşağın inkişafını  dəstəkləmək üçün lazımi resursları 

aydınlaşdırır. Evdənkənar qayğı prosesi zamanı  hər bir qərar plana əsasən 

qəbul olunur. 

 

 



 

 

 



Standart Paketi 2: qayğı göstərmə prosesi 

 

 

Standart 7:  

Uşaq ehtiyaclarına, həyat şəraitinə və mənsub olduğu sosial mühitə uyğun 

olaraq yerləşdirilir  

 

Uşaq inkiluziv, dəstəkverici, qoruyucu və qayğıkeş mühitdə böyüyür. Bunun 

üçün uşaq qayğıkeş ailə mühiti ilə təmin olunmalıdır.  

 

Yeni mühitdə  uşağın sabit münasibətlər qurmaq və  mənsub olduğu sosial 



mühitlə əlaqə saxlamaq imkanı olmalıdır 

 

Standart 8: 

Uşaq öz bioloji ailəsi ilə əlaqələri saxlayır 

 

 

Uşağın bioloji ailəsi ilə  əlaqələr saxalamsı üçün həvəsləndirilir və 

dəstəklənir, əgər bu, uşağın maraqlarına uyğundursa.  

 

Standart 9: 

Tərbiyəçilər ixtisaslıdırlar və adekvat iş şəraitinə malikdirlər 

 

 

Tərbiyəçilər uşaqlara qayğı  işinə  cəlb olunmazdan öncə diqqətlə 

qiymətləndirilir, seçilir və  təlim olunurlar. Onlar uşağın hərtərəfli inkişafını 

təmin etməkdən ötrü davamlı olaraq təlim olunur və peşəkar dəstək alırlar. 

 

Standart 10:  

 

Uşaqla tərbiyəçinin münasibətləri qarşılıqlı anlaşma və hörmətə əsaslanır  

 

 

Tərbiyəçi uşağa fərdi diqqət yetirir və etibar yaratmaq, bir-birini anlamaq 

üçün vicdanlı şəkildə səy göstərir. Tərbiyəçi uşaqla hər zaman açıq, dürüst və 

hörmətlə davranır. 

 

 

14




 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 11: 

Uşaq onun həyatına birbaşa təsir göstərən qərarların qəbul edilməsində fəal 

iştirak etmək hüququna malikdir  

 

 

Uşaq öz həyatı ilə bağlı  məsələlərdə ekspert qismində  qəbul olunur. Uşaq 

dinlənilir, məlumatlandırılır, onun fikirləri nəzərə alınır, onun dözümlülüyü 

güclü potensial kimi qəbul olunur. Uşağın öz hissləri və  təcrübəsi ilə 

bölüşməsi dəstəklənir. 

 

Standart 12: 

Uşağa uyğun bir həyat şəraitində qayğı göstərilir   

 

 

Həyat  şəraiti və qayğı  təşkilatının infrastrukturu komfort, təhlükəsizlik

sağlamlıq, təhsil və  cəmiyyətə  sərbəst çıxış  şərtləri nəzərə alınmaqla uşağın 

ehtiyaclarının təmin olunmasına xidmət edir. 

 

Standart 13: 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar münasib qayğı ilə təmin olunurlar 

 

 

Tərbiyəçilər öz öhdələrində olan uşaqların xüsusi ehtiyaclarını ödəmək 

məqsədilə davamlı olaraq təlim olunur və dəstəklənirlər 

 

Standart 14: 

Uşaq/gənc davamlı olaraq müstəqil həyata hazırlanır 

 

 

Uşaq/gənc özünə arxayın, inamlı olması  və  cəmiyyətin fəal iştirakçısına 



çevrilməsi üçün gələcəklə bağlı planlarının qurulmasında dəstəklənir; o, 

təhsil almaq və lazımi həyat vərdişlər almaq, dəyərləri qəbul etmək imkanına 

malikdir. 

 

Uşaq/gənc özünə hörmət hissinin inkişaf etdirilməsində dəstəklənir. Bu, ona 



özünü güclü və  təhlükəsiz  şəraitdə hiss etmək və  çətinliklərin öhdəsindən 

gəlmək imkanı verir. 

 

 

15




Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə