Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 5  Yeni evə keçid lazımi şəkildə hazırlanır və 



həssas formada həyata keçirilir  

 

 



Qayğı forması haqqında qərar verildikdən sonra uşağın yerləşdirilməsi nəzərdə tutulan 

“məkan” uşağın qəbuluna hərtərəfli hazırlaşmalıdır. Qarşılama mərhələli keçirilməli və 

mümkün qədər az narahatlıq doğurmalıdır. Yerdəyişmənin məqsədi uşağın maraqlarının 

ən uyğun şəkildə qorunması və aidiyyatı bütün tərəflərin rifahının təmin olunmasıdır.   

 

“Gələcək himayədar valideynlər uşaqla görüşməyə başlayırlar, amma keçid prosesi 

tələsdirilmir.  Əvvəlcə onlar uşaqlarla 1-2 saata görüşürdülər, daha sonra isə ünsiyyət vaxtı 

artırılır. Xanım həyat yoldaşının uşaqları uşaq evindən götürməsi və onları məktəbə aparmasını 

xatırlayır. Dərslər bitdikdən sonra xanım da, uşaqlarla qalıb dərslərində onlara kömək edər

sonra isə onları yaşadıqları uşaq evinə götürərdi.(…) Proses zamanı uşaqlar da gələcək ailələri  

ilə tanış olmuşdular. Bu proses 6 ay davam etdi, sonra uşaqlar, nəhayət ki, yeni himayədar 

ailələrinə yerləşdirildilər. Hər kəs bu yerdəyişməyə hazır idi.” 

(Maltalı tərbiyəçi, kod 19.06.01) 

 

A) Öhdəliklər 

 

 

 



Uşaq Müdafiə Xidməti 

 



Qəbul prosesinin qayğı təşkilatları və tərbiyəçilərlə birgə 

əməkdaşlıq şəraitində peşəkar hazırlanması və yerinə 

yetirilməsini təmin edir. 

 

 



 

Qayğı təşkilatı 

 



Tərbiyəçinin adekvat resurslara malik olduğuna əmin olmaq 

və uşağın götürülməsi, ona lazımi qayğının göstərilməsinə 

kömək göstərir. 

 

 



 

Tərbiyəçi 

 



Uşaqların uyğun şəkildə qarşılanması və qəbul prosesinin 

peşəkar şəkildə aparılmasını təmin edir.  

 

 

 



B) Qaydalar 

 

1. Qəbul prosesi peşəkar səviyyədə hazırlanır və həyata keçirilir 

Qəbul prosesi aidiyyatı  tərəflərlə  əməkdaşlıq  şəraitində hazırlanır və  həyata keçirilir. Uşağın 

qəbul prosesinin hazırlanmasına kifayət qədər vaxt və resurslar ayrılmalıdır. 

 

Uşaq Müdafiə Xidmətinin məsul işçisi hazırlıq işlərinin həyata keçirildiyinə  və danışıqların 



bütün aidiyyatı  tərəflərlə aparıldığına, razılaşmaların realistik, düzgün və  tərəflər üçün icbari 

olduğuna əmin olmalıdır. 

 

Qayğı təşkilatı və tərbiyəçinin uşağa qayğı göstərmək imkanları nəzərdən keçirilir. Təhlilin əsas 



məqsədi tərbiyəçinin adekvat şəkildə ixtisaslaşmasını, davamlı olaraq təlim olunduğunu və 

 

25




 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

yoxlandığını, həmçinin tərbiyəçinin lazımi resurslarla təmin olunub olunmadığını müəyyən 



etməkdən ibarətdir. 

 

2. Bioloji ailə tam şəkildə qəbul prosesinə cəlb olunur 

Uşaq Müdafiə Xidməti və  gələcək qayğı müəssisəsi uşaq və onun bioloji ailəsinin qəbul 

prosesinə cəlb olunduğunu, dəstəkləndiyini və məsləhətlər aldığını təmin etməlidir.  

 

3. Uşaq öz gələcək evi ilə tanış olur 

Məsul şəxs uşağın gələcək evi və gələcək tərbiyəçisi ilə tanış olmasını təmin edir. 

 

4. Yeni evə keçid mümkün qədər az narahatçılıq yaratmalıdır 

Məsul  şəxs yeni evə keçidin uşaq və onun bioloji ailəsı üçün mümkün qədər az narahatçılıq 

yaratmasını təmin etməlidir 

 

 



C) Həyəcan siqnalları 

 



Qəbul prosesi peşəkarcasına hazırlanıb həyata keçirilməmişdir 

 



Tərbiyəçi uşağı qayğıya qəbul etməyə hazır deyildir 

 



Tərbiyəçi kifayət qədər resurslara malik deyildir 

 



Tərbyəçi Uşaq Müdafiə Xidməti ilə əməkdaşlıq etmir 

 



Uşaq və onun bioloji ailəsi yeni ev haqda kifayət qədər məlumata malik deyillər 

 



Razılaşmalar realistik, düzgün və icbari deyil 

 



Maraqlı tərəflərin heç də hamısı prosesə cəlb olunmamışlar 

 



Qəbuldan əvvəl uşaq və gələcək tərbiyəçi arasında ünsiyyət qurulmamışdır 

 



Qarşılama mərasimi keçirilməmişdir  

 



Uşaq hiss edir ki, qəbul prosesi onun ailəsi və ya sosial mühiti üçün narahatçılıq yaradır 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



26


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 6  Evdən kənar qayğı prosesi fərdi qayğı planına 



əsaslanır 

 

Qərarvermə prosesi zamanı  fərdi qayğı planı hazırlanır.  Bu  plan  gələcəkdə inkişaf 



etdirilir və bütün evdənkənar qayğı prosesi zamanı həyata keçirilir. Bu plan bütövlükdə 

uşağın inkişafına nəzarət etmək üçün nəzərdə tutulmuşdur.  

 

Ümumilikdə, qayğı planı uşağın inkişaf statusunu müəyyən edir, məqsəd və ölçüləri təyin 

edir, uşağın inkişafını dəstəkləmək üçün lazımi resursları aydınlaşdırır. Evdənkənar qayğı 

prosesi zamanı hər bir qərar plana əsasən qəbul olunur. 

 

 

“Təşkilatın işçi komandası  və sosial işçi, bütün heyətlə, eləcə  də  uşaq və onun qardaşı ilə 

görüşlər keçirdi. Bu görüşlər zamanı oğlanın ehtiyacları müəyyən olundu, sonra isə  potensial  

resurslar  və peşəkar müdaxilə limiti nəzərə alınaraq tədbirlər planı hazırlandı..” 

(Bolqarıstnlı oğlan haqda əhvalat, kod 3.01.03) 

 

 

A) Öhdəliklər 

 

 



 

Uşaq Müdafiə Xidməti 

 



uşağın potensialının detallı şəkildə qiymətləndirilməsinə, onun 

hərtərəfli inkişafını təmin edəcək fərdi qayğı planının işlənib 

hazırlanmasına məsuliyyət daşıyır. 

 

 



 

Qayğı təşkilatı 

 



Evdənkənar qayğı prosesinin fərdi qayğı planına əsasən 

aparıldığını təmin edir 

 

Təmin edilən qayğının qayğı planına uyğun olduğuna əmin 



olur. 

 



Qayğı planının təkmilləşdirilməsində tərtib edilməsində 

tərbiyəçini dəstəkləyir 

 

 

 



Tərbiyəçi 

 



Fərdi qayğı planının yerinə yetirilməsi və gələcəkdə 

təkmilləşdirilməsinə görə cavabdehdir.  

 

 

 



 

B) Qaydalar 

 

1. Fərdi qayğı planı hazırlanır 

Müxtəlif sahələri  əhatə edən mütəxəssislərdən ibarət işçi qrupu ilə  məsləhətləşmələr aparan 

Uşaq Müdafiə Xidməti uşağın potensialını, mənşəyini və resurslarını  nəzərə alan fərdi qayğı 

planı işləyib hazırlayır 

 

 



27


Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə