nəzərə alaraq ölü su ehtiyatı da deyilir. Soluxma əmsalı
sabit və ya dəyişməz kəmiyyət deyildir.
Pərdə suya gəldikdə bu hiqroskopik suyun əmələ
gətirdiyi su pərdəsinin üstünə bir neçə molekulyar təbəqə
şəklində yığılır və həmin təbəqə torpaq hissəciklərinin
cazibə qüvvəsi vasitəsi ilə saxlanılır. Son məlumata görə
pərdə sudan bitkilər qismən istifadə edə bilirlər.
Torpağın rütubəti artıb pərdə rütubət həddini
keçəndə - Menisk suyu adlanan rütubət əmələ gəlir.
Bitkilərin mənimsəyə biləcəyi şəkildə olduğundan
(xüsusilə vegetasiya dövründə) bu suyun çox böyük
praktiki əhəmiyyəti vardır.
4) Kapillyar su (latınca – tükvari deməkdir)
Torpağın ən incə məsamə və kapillyarlarını
dolduran kapillyar qüvvələrinin təsiri ilə hərəkət edən suya
kapillyar su deyilir. Kapillyar su damcı – maye şəklində
olur və menisk qüvvəsinin təsiri ilə torpaqda ən müxtəlif
istiqamətlərdə hərəkət edir.
Kapilyarlarla yuxarı qalxan su, eyni zamanda
ağırlıq qüvvəsinə tabe olduğu üçün bu qalxmanın öz
həddi vardır və boru şəkilli kanalcıqlarla yuxarıya qalxan
su sütuncuqlarının ağırlığı kapilyar divarlarının islanma
qüvvələri ilə tarazlaşıncaya qədər davam edir.
Ümumiyyətlə, qalxma yüksəkliyi torpağın struktur
xüsusiyyətlərindən, onun qranulometrik tərkibindən,
dənələrin formasından, onların mineroloji tərkibi və s-dən
asılıdır. Hesablamalar göstərir ki, müxtəlif torpaqlarda
suyun kapilyarlarla qalxması bərabər deyildir. Məsələn,
qumsal torpaqlarda kapillyar qalxma 30–60sm,
lössəbənzər gillicələrdə 3–4m, ağır gillicəli torpaqlarda 6–
7m - ə, qalxma yüksəkliyi 15m-ə çata bilir.
Kapilyar sudan bitkilər tamamilə istifadə edə
bilirlər.
72
5) Qravitasion su (gravts – latınca ağır deməkdir).
Bütün kapillyar və qeyri–kapillyar aralıqları dolduran,
torpaqda sərbəst hərəkət edən və öz hərəkətindən yalnız
ağırlıq qüvvəsinə tabe olan bu rütubətə qravitasiya suyu
deyilir.
Qravitasiya rütubəti, ağırlıq qüvvəsinin təsiri altında
olduğu üçün torpağın daxilində yalnız yuxarı qatlardan
aşağıya doğru hərəkət edə bilir. Bu səbəbə görə rütubətin
həmin növü torpağın üst qatından əsasən yağış yağan
dövrdə və ya suvarma zamanı ola bilər; sonra isə alt
qatlara gedir, yaxud torpaq tərəfindən sorularaq kapilyar
və ya pərdə - mensk rütubətə çevrilir, oranı doyurur.
Bütün qeyri–kapillyar aralıqların qravitasiya rütubəti ilə
doyması rütubətlənmənin son dərəcəsini və ya torpağın
maksimal rütubət tutumunu xarakterizə edir.
Qravitasiya suyundan bitkilər tamamilə istifadə edə
bilir. Lakin onun uzun müddət torpaqda qalması bitkilər
üçün ziyanlıdır. Çünki bu zaman bitkilər hava və qida
çatışmamazlığından əziyyət çəkirlər.
5.3. Torpağın istilik xassəsi və istilik rejimi
Torpağın istilik rejimi orada gedən mexaniki,
geokimyəvi və bioloji proseslərin intensivliyini əhəmiyyətli
dərəcədə təyin edir. İstilik rejimi bitkilərin cücərməsində,
böyümə və inkişaf şəraitində, xüsusilə onların yerüstü və
yeraltı hissələrinin inkişafında, torpaqda müntəzəm olaraq
cərəyan edən biokimyəvi proseslərdə mühüm rol oynayır.
Torpaq tərəfindən udulan və qəbul edilən bütün istilik
cəmi torpağın istilik rejimini təşkil edir. Bütün bu mənbələr
aşağıdakılardan ibarətdir: 1) günəşin şüa enerjisi; 2)
atmosfer radiasiyası; 3) yer kürəsinin daxili istiliyi; 4) üzvi
qalıqların biokimyəvi proseslər nəticəsində çürüməsindən
73
yaranan enerji; 5) radioaktiv parçalanmalardan yaranan
enerji.
Qeyd edək ki, son iki mənbə xeyli cüzi olduğundan
balans hesablanmalarında adətən onlar nəzərə alınmırlar.
Yerin daxili istiliyi də, aktiv vulkan fəaliyyəti olan rayonlar
müstəsna deyilsə, xeyli cüzidir.
Torpaqda istiliyin əsas mənbəyi günəş şüalarından
alınan enerjidir. Müəyyən olunub ki, 1 dəqiqədə, günəş
şüalarına normal vəziyyətdə olan 1 sm
2
sahəyə 1,946
kalori günəş enerjisi düşür ki, buna günəş sabiti deyilir.
Müxtəlif torpaqlarda temperaturun artması və onun nə
qədər dərinliyi isitməsi müxtəlif olur. Onlardan bəziləri
istiliyi yaxşı udur və yaxşı saxlayır, digərləri isə əksinə,
bunun nəticəsində həm isti, həm də soyuq torpaqlara
təsadüf edilir.
Torpağın istilik rejimini təyin edən istilik xassələri
aşağıdakılardan ibarətdir: 1) istilikudma qabiliyyəti; 2)
istilik tutumu; 3) istilikkeçirmə qabiliyyəti.
1.İstilikudma qabiliyyəti. Günəşdən gələn şüa
enerjisinin torpaq tərəfindən udulmasına istilikudma
qabiliyyəti deyilir və Albedo (A) kəmiyyəti ilə xarakterizə
olunur.
Albedo (A) torpağa düşən ümumi günəş
radiasiyasından əks olunan qısa dalğalı günəş
radiasiyasının faizlərlə miqdarıdır. Albedo kiçik olduqca
torpaq günəş radiasiyasını çox udur. Albedo, yəni günəş
radiasiyasının əks olunması, torpağın rəngindən,
rütubətliyindən, struktur vəziyyətindən, səthin
hamarlığından və bitki örtüyündən asılıdır (cədvəl 5.1).
Cədvəldən göründüyü kimi, torpaq səthinin şüa
enerjisini əks etdirmək diapazonu xeyli dəyişkən olub, 8-
10–dan 40%-ə kimi tərəddüd edir.
2.Torpağın istilik tutumu. Çəkisi 1qr və ya həcmi
1 sm
3
torpağı 1˚C qızdırmaq üçün sərf olunan istiliyin
74
Dostları ilə paylaş: |