tərəfindən göstərilmiş və tənqid edilmişdir. ”Torpaq
münbitliyinin azalması qanununun iqtisadi və sosial
tərəflərinin əsaslı olmaması kənd təsərrüfatı
məhsullarının tarixi dövr ərzində proqressiv şəkildə
yüksəlməsi ilə yaxşıca təsdiq olunur. Misal üçün, dənli
bitkilərin məhsuldarlığı XV-XVII əsrlərdə 6-7 s/h, XIX
əsrdə sənayesi inkişaf etmiş ölkələrdə 16 s/h, XX əsrin
ortalarında 30-40 s/h, hazırda qabaqcıl təsərrüfatlarda
suvarılan sahələrdə 50-60 s/h – a çatmışdır.
10.1. İnsanların torpaq örtüyünə təsiri
İnsan cəmiyyəti yaranan gündən onun bütün
fəaliyyəti, istehsal vasitəsi olan torpaqla bağlı olmuşdur.
Həm də bu bağlılıq və təsir ictimai – tarixi xarakter
daşımış, ölkənin sosial–ictimai quruluşunun xarakterindən
və cəmiyyətin istehsal qüvvələrinin inkişaf səviyyəsindən
asılı olaraq son zamanlarda daha da artmış və
güclənmişdir.
İnsan cəmiyyətinin torpaq örtüyünə təsiri onların
təbii mühitə təsirinin bir tərəfini təşkil edir.
Ayrı-ayrı dövrlərdə saysız-hesabsız sürülərlə bitki
örtüyü məhv edilmiş, arid landşaft olan ərazilərdə çim qatı
tapdalanmışdır. Deflyasiya prosesi torpağın məhvini başa
çatdırmışdır. Bizə bir qədər yaxın dövrlərdə drenajsız
suvarma nəticəsində 10 milyonlarla hektar torpaq sahəsi
şorlaşmış torpaqlara və şor səhralara çevrilmişdir. BMT-
nin məlumatına görə hər il şorlaşma və bataqlaşmadan
200-300 min hektar torpaq məhv olur. Bizim gözümüz
qarşısında böyük çaylar üzərində bənd və sututarların
tikilməsi nəticəsində geniş sahədə yüksək münbitliyə
malik subasar torpaqlar suya basdırılmış və ya
bataqlaşmışdır.
126
Lakin torpağın pozulması hadisəsi nə qədər böyük
olsa belə, insan cəmiyyətinin Yerin torpaq örtüyünə təsir
nəticəsinin ən kiçik hissəsidir. İnsanların torpağa təsirinin
əsas nəticəsi torpaqəmələgəlmə prosesinin tədricən
dəyişməsi, torpaqda kimyəvi elementlərin dövranını
dərindən tənzim etmək və torpaqda enerji transformasiya
etməkdən ibarətdir.
İnsanların torpağa və onun morfogenetik
xüsusiyyətlərinin dəyişməsinə təsiri iki formada özünü
aydın göstərir:
1) Torpağın ümumi profilində morfoloji cəhətdən
əmələ gələn fiziki-mexaniki dəyişikliklər.
2) Torpağın profilində genetik cəhətdən biokimyəvi
proseslərin təkamülü və inkişafı ilə əlaqədar baş verən
əsaslı dəyişikliklər.
Torpağın ümumi profilində morfoloji cəhətdən
əmələ gələn dəyişikliklər yuyulub gətirilən müxtəlif aşınma
məhsulları, onların çökdürülməsi və basdırılması ilə
əlaqədardır. Bəzən təbii bitki örtüyünün məhv edilməsi,
becərmə və aqrotexniki tədbirlərin düzgün aparılmaması
nəticəsində eroziya prosesi o dərəcədə intensiv və
əhatəli olur ki, dağətəyi düzənlik hissələrdə - delüvial
çöküntülərin toplandığı sahələrdə iki profilli (basdırılmış)
torpaq törəmələri əmələ gətirir.
Torpağın morfoloji quruluşunun dəyişməsinə
uzunmüddətli suvarma da təsir göstərir. O, torpağın
profilində kiplik yaradır, xeyli narın dispersləşmiş gil
hissəciklərinin və müxtəlif formalı karbonatların dərin
qatlara yuyulmasına, orada irriqasiya çöküntülərinin
təbəqələşməsinə, eləcə də, çoxlu yenitörəmə və
mədxulların (saxsı qırığı, bişmiş kərpic, şüşə qırıntıları və
s. məişət əşyaları) toplanmasına səbəb olur. Bunu
bəşəriyyət tarixində izi qalmış çoxlu mixi yazılar, arxeoloji
127
tapıntılar və tədqiqatlar zamanı qazılmış yüzlərlə torpaq
kəsimlərindəki relikt əlamətlər də təsdiq edir.
Torpağın morfogenetik xüsusiyyətlərinin və ekoloji
təbiətinin dəyişməsinə kənd təsərrüfatı texnikası (ağır
çəkili traktor, kombayn və b. k/t alətləri) də müəyyən təsir
göstərir. Bu təsir, xüsusilə, torpağın şum qatının
sıxılmasına, strukturunun pozulmasına, kipləşməsinə və
əkinaltı qatda mikroillüvi qatının yaranmasına, düzgün
suvarılmadıqda təkrar şorlaşma, eroziya prosesi, qaysaq
əmələgəlmə, qleyləşmə və bataqlaşma əlamətlərinə və s.
əlverişsiz hadisələrin baş verməsinə səbəb olur.
Torpağın intensiv mənimsənilməsi - ardıcıl olaraq
çoxlu yollar, yüksək gərginlikli elektrik xətləri çəkilməsi,
teleqraf dirəkləri basdırılması, xam torpaqların
şəhərsalmada mənimsənilməsi və s. özlüyündə “təbiət
təslim olur” kimi yanlış anlayış yaratmışsa da, bütün
bunlar torpaqda müəyyən struktur dəyişiklikləri və yeni
ekoloji mühit əmələ gətirmişdir.
Bir faktı da qeyd edək ki, antropogen amilin təsirilə
biosferdə baş verən və torpaqların deqradasiyasına
səbəb olan dəyişikliklər əksər hallarda aqrosenozların,
xüsusilə, meşə bitkilərinin qırılması, bataqlıqların plansız
qurudulması ilə əlaqədar olur.
Meşələrin nizamsız qırılması və onun ekoloji
mühitə mənfi təsiri və təzadları böyük maarifpərvər
təbiətçi pedaqoq – alim H.Zərdabinin də əsərlərində geniş
şərh edilmişdir.
Torpağa müsbət təsirlər: müasir əkinçilikdə
torpağı yaxşılaşdırmaq məqsədilə müxtəlif növ kompleks
aqrotexniki tədbirlər də həyata keçirilir. Bunlar suvarma
kanalları və drenaj – kollektor şəbəkəsinin çəkilməsi, turş
torpaqların əhənglənməsi, şorakət torpaqların
gipslənməsi, suvarma və qurutma meliorasiyasının
tətbiqi, plantaj şumu aparılması, ağır gilli torpaqların
128
Dostları ilə paylaş: |