ƏSƏD ƏLİyev



Yüklə 6,73 Kb.

səhifə1/37
tarix12.10.2018
ölçüsü6,73 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   37


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU 
 
 
 
 
ƏSƏD ƏLİYEV 
 
 
 
 
 
 
XIX-XX 
ƏSRİN ƏVVƏLLƏRİNDƏ 
GÜRCÜSTAN AZ
ƏRBAYCANLILARININ 
A
İLƏ MƏİŞƏTİ 
(tarixi-etnoqrafik t
ədqiqat) 
 
 
 
 
 
 
 
 
«Елм вя тящсил» 
Bakы-2012 


Əsəd Əliyev 
 
 

Az
ərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 
Elmi Şurasının 2012-ci il 5 oktyabr tarixli iclasının  
9 № -li qərarı ilə çap olunur. 
 
Elmi redaktor:       
Şirin Bünyadova 
tarix elml
əri doktoru 
 R
əyçilər:                 Ramiz Məmmədov 
AMEA-
nın müxbir üzvü, professor 
Q
əzənfər Rəcəbli 
Tarix üzr
ə fəlsəfə doktoru, professor 
 
Ə.T.ƏLİYEV.  XIX-XX  əsrin  əvvəllərində  Gürcüstan azərbaycanlılarının  ailə 
m
əişəti (tarixi-etnoqrafik tədqiqat). Bakı, «Елм вя тящсил»,  2012. 156 səh

 
AMEA Arxeologiya v
ə Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə 
f
əlsəfə doktoru, şair-etnoqraf Ə.T.Əliyevin bu monoqrafiyasında ilk dəfə olaraq XIX-
XX 
əsrin  əvvəllərində  Gürcüstan azərbaycanlılarının  (türklərinin)  ailə  məişəti 
m
əsələləri araşdırılır. Burada böyük və kiçik ailələr, nikahın forma, qayda və üsulları, 
b
əlgə-nişan, toy adətləri, ailə şənliyi, uşaqların tərbiyəsi, böyüklərə hörmət, dəfn-yas 
m
ərasimləri, inamlar, ayinlər və s. tarixi-etnoqrafik süzgəncdən keçirilir, onların digər 
türk xalqlarıyla ortaq, oxşar, habelə spesifik xüsusiyyətlərinin üzə çıxarılmasına səy 
göst
ərilir. 
Kitab tarix, etnoqrafiya, folklor müt
əxəssisləri, tələbələr və  geniş  oxucu 
kütl
əsi üçün nəzərdə tutulmuşdur. 
 
2012
098
4702000000

N
 
грифли няшр
 
                       © 
«Елм вя тящсил», 2012
 
 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 

 
 
 
 
GİRİŞ 
 
   
 Ail
ə  məişətinin tədqiqi etnoqrafiya elminin  vacib 
m
əsələlərindən  biri kimi  mühüm  əhəmiyyət  kəsb edir.  Bu 
sah
ədə xeyli araşdırmalar aparılmış, müxtəlif yönlü dissertasiyar 
yazılmışdır.  Ancaq  mövcud  öyrənmələr Azərbaycanın  müasir 
çağındakı sərhədlərindən kənara çıxmamışdır. Bu, məsələnin bir 
t
ərəfidir.  Onun digər tərəfində  bütünlükdə  problemin türk 
xalqları  səviyyəsində  tədqiqi  dayanır.  Məhz ümumtədqiq 
say
əsində müqayisələrə, ciddi paralellərə və maraqlı qənaətlərə 
g
əlmək mümkündür. 
Son dövrl
ərdə problemə meyl regional səviyyədə olduqca 
gücl
ənməkdədir.  Bu istiqamətə  yönəldikdə,  Gürcüstanda-öz 
q
ədim  türk  yurdlarında  min illərdi  gürcülərlə  yanaşı  yaşayan 
az
ərbaycanlıların  ailə  məişətinin, folklorunun, tarixinin
toponimik m
ənzərəsinin  tədqiqi  daha çox önəm  daşıyır. 
T
əsadüfi deyil ki, müasir dünya  bu və  ya digər  ərazilərdə 
yaşayan xalqların məişətinin, maddi və mənəvi mədəniyyətinin
bir sözl
ə, milli dəyərlərinin ilkinlikdən  indiki məqama gələn 
yolunda  spesifikliyin
ə  maraqlıdır.  Digər tərəfdən,  Gürcüstanda 
yaşayan azərbaycanlıların ailə və ailə məişətinin öyrənilməsində 
t
əsir  faktları  da  gərəklilik  kəsb edir. Belə  ki, məsələnin 


Əsəd Əliyev 
 
 

araşdırılması gürcülərlə müqayisəyə, tarixi axarda hər iki xalqın 
yaxınlıq  və  fərqlilik tərəflərinin  açılmasına  imkan verir. 
Bununla bel
ə, həm də gələcək problem mövzuların işlənməsini 
z
əruriləşdirir. Çünki, ailə və ailə məişəti məsələsi bir günün, beş 
günün hadis
əsi deyil. Xalqın əsrlərlə, min illərlə düşüncəsindən, 
m
əişətindən, həyatından keçərək daşlaşan etiketlərdi. Olsa-olsa, 
zaman onlara özünün mü
əyyən  əlavələrini  edir.  Bu  baxımdan 
h
əllinə çalışdığımız problem çox ciddi, həm də aktualdır. 
Haqqında  sözü  gedən  məsələnin  sistemli  şəkildə 
araşdırılması xalqın qədim tarixinin, milli-mənəvi dəyərlərinin, 
özün
əməxsus zəngin maddi-mədəni irsinin dərinliklərinə nüfuz 
etm
əyə  və  bir çox  münasibətlərə  aydınlıq  gətirməyə  əsaslı 
z
əmin yaradır. Məhz bu deyilənləri nəzərə alsaq, şovinist Zviad 
Qamsaxurdiyanın  “Gürcüstan  gürcülər üçündür” mənfur 
siyas
ətinin  dədə-baba  yurdlarından  didərgin  saldığı  300 min 
yurddaşımızdan  sonra  sayı  təxminən 600 mini təşkil  edən 
Gürcüstan az
ərbaycanlılarının  (türklərinin)  ailə  və  ailə  məişəti 
m
əsələlərinə  diqqət çəkilməsinin  nə  dərəcədə  elmi  dəyər 
daşıdığı  bəlli olur. 
M
əlumdur ki, bəşər cəmiyyətinin özəyini ailə təşkil edir. 
Əgər belədirsə, onda  cəmiyyəti  “tarixi  kateqoriya”  sayılan 
ail
əsiz təsəvvür etmək  qeyri-mümkündür.  İctimai-iqtisadi, 
m
ədəni və siyasi mühitdə baş verən dəyişikliklər həmişə ailəyə 
d
ə  öz təsirini göstərir.  Deməli, ailənin taleyi və  inkişafı 
bilavasit
ə cəmiyyətin tərəqqisi ilə bağlıdır. 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə