ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

Əsəd Əliyev 
 
 
50 
 
TOY 
 
Toy q
ədimdən  xalqımız,  o  cümlədən  dünya  xalqları 
arasında  xoş  əhval-ruhiyyə  yaradan,  insanları  daxilən 
saflaşdıran, zahirən gözəlləşdirən, təzələyən bir mərasim olmuş 
v
ə  bu gün də  olmaqdadı.  Toy nəinki iki gəncin bir-birinə 
qovuşması,  vüsala  yetişməsi, ailə-ocaq  qurması  şənliyidi, həm 
d
ə  “digər ictimai hadisələrdən zənginliyi ilə  fərqlənən”  (2,88), 
dolğun məzmunlu, eşq, məhəbbət, səadət mənalı mərasimdir. 
T
ədqiq etdiyimiz bölgələrin sakinləri toyu əsasən payızda 
ed
ərdilər. Bu həm payızda məhsulun yığılıb qurtarması, həm də 
maldarlıq-  qoyunçuluqla  məşğul  olan  əhalinin yaylaqdan ev-
eşiklərinə  yığışması  ilə  əlaqədar  idi.  Yaşlı  adamların  dediyinə 
gör
ə, bəzən toyu yaylaqda edən ailələr də olurdu. 
Toya  başlamazdan bir neçə  gün  əvvəl  oğlan  evindən  qız 
evin
ə  nümayəndə  heyəti  (oğlanın  ata-anası,  əmisi və  dayısı) 
ged
ərdi.  Onlar  qızın  ailəsi ilə  məsləhət-məşvərət edib,  toya 
veril
əcək  ətlik  heyvan  və  ərzaq məhsullarının  miqdarını,  eləcə 
d
ə toy  gününün vaxtını müəyyənləşdirərdilər. Həmin gün həm 
d
ə  nə  qədər  “başlıq”  və  ya “yol pulu” veriləcəyi 
aydınlaşdırılırdı.  Xatırladaq  ki,  bəzi kəndlərimizdə  “XX  əsrin 
əvvəllərində “yol pulu” təxminən 50 manat olmuşdu” (105,117). 
Acarlarda is
ə  “başlıq-yol pulu” 5 inək qiymətinə  bərabər idi 
(104,105).  Veril
ən  “başlıq”  və  ya  “yol  pulu”  qızın  cehizinə 
x
ərclənirdi. 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
51 
Bir m
əsələyə diqqət çəkək ki, o dövrdə qız alarkən başlıq 
verm
ək təkcə  xalqımız  arasında  deyil,  gürcülər  arasında  da 
geniş  yayılmışdır. Onlar bunu “ödənişli  izdivac”  adlandırırdı 
(33,165-178). 
Toy günü mü
əyyənləşdikdən sonra (bu ərəfədə oğlanla qız 
özl
ərinə sağdış-soldış seçir, anaları tərəfindən isə onlara  yengə 
t
əyin edilirdi)  oğlan  evi  qız  üçün  toy  paltarı,  bəzək-düzək 
əşyaları  və  müəyyən bəxşişlər  alardı.  Qız  evində  isə  cehiz 
t
ədarükünə  başlanar,  əvvəlcədən  hazırlanmış  yorğan-döşək, 
yastıq, mütəkkə, qab-qacaq, cehiz sandığı və s. sahmanlanıb bir 
otağa  yığılardı.  Etnoqrafik  ədəbiyyatda qeyd olunur ki
Az
ərbaycan adət-ənənələrinə  görə  hər bir ailə  öz  qızını  ərə 
ver
ərkən ona cehiz olaraq bir ədəd  sandıq  və  bir  ədəd təknə-
tabaq verm
əli idi. Həmin  əşyalar  qıza  verilən cehiz və  əmlak 
siyahısına  daxil  edilirdi.  Sandıq  və  təknə  ərə  gedən  qızın 
g
əlinlik sandığı və ya gəlinlik təknəsi adlandırılırdı (13,149). 
Yaşlı  qadınların  dediyinə  görə, toy olan qıza  cehiz 
hazırlığında  və  məişət  əşyalarının  alınmasında  yaxın  qohum-
qonşular  da  köməklik göstərərdi. Belə  bir məlumata XX əsrin 
əvvəllərində  Q.Çursinin  əsərində  də  rast gəlirik.  O  yazır  ki, 
Zaqafqaziya tatarları (azərbaycanlıları-Ə.Ə.) arasında ərə gedən 
qıza kömək məqsədilə qohumları qazan, səhəng, ləyən, sandıq 
v
ə s. kimi məişət əşyaları gətirirlər (139,29).  
Bölg
ələrimizin  əksər yerlərində  qıza  cehizlə  bərabər  at, 
in
ək və  bir neçə  qoyun da verirdilər.  Bunun  bariz nümunəsi 
M.Süleymanlının Borçalıdakı olayları əks etdirən və etnoqrafik 


Əsəd Əliyev 
 
 
52 
baxımdan  çox  zəngin olan “Köç”  romanında  da  təsvir 
edilmişdir:  “Atı  sənə  muraz verirəm, inəyi bərəkət,  qoyunları 
damazlıq. Murazın yeyin, bərəkətin bol, damazlığın artıq olsun. 
Atın  yalmanı  qannan,  inəyin bərəkəti haramnan, qoyunun 
damazlığı  oğurluqdan  uzaqdı,  halal  elə  qız”  (73,67).  Bu adət 
Başkeçid  bölgəsinin  bir  sıra  kəndlərində, o cümlədən 
Qarabulaqda XX 
əsrin 60-cı illərinə kimi qorunub saxlanılmışdı 
(105,117). 
Yeri g
əlmişkən deyək  ki,  gürcü  alimi  İ.Cavaxişvili  toy 
m
ərasimində  gəlinə  verilən bəxşişləri  “urvadi”  adlandıraraq 
başlıq  hesab edirdi.  Bu fikirlə  razılaşmayan  T.İvelaşvili  haqlı 
olaraq 
yazır  ki,  urvadi  heç də  başlıq  demək  deyildi, o, 
evl
ənərkən  qıza  çəkilən  kiçik xərclərlə  bağlı  termindi.  Müəllif 
ona da aydınlıq gətirir ki, Axıska, Acar, Borçalı və Qaraçöpdə 
qıza  toy  paltarı,  həmçinin bəzək-düzək  əşyaları  almaq  bəy 
evinin adi v
əzifəsi idi.  Həmin paylar cehizlə  birgə  geri-oğlan 
evin
ə qaytarılırdı. Ona görə  gəlinə verilən bu nəsnələr nə başlıq 
adla
ndırılmalı, nə də qızın satın alınması fikrini oyatmamalıdır 
(33,165-178).  
Etnoqrafik-çöl 
materiallarından  aydın  olur  ki,  bəzən toy 
günü, b
əzən də toydan 1-2 gün əvvəl mollanın iştirakı ilə kəbin 
k
əsilərdi. “Kəbin kəsmə”də  evlənən tərəflərin  valideynləri  və 
onların səlahiyyətli vəkilləri iştirak edirdi. Molla əvvəlcə qızın, 
sonra is
ə  oğlanın  atasından  bu  izdivaca  razı  olub-olmadığını 
soruşardı. Bu zaman qızın atası:- “qızımı verirəm”, oğlanın atası 
is
ə  “oğluma  alıram”-  deyərdi. Kəbin  kağızında  hər iki 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
53 
valideynin  v
ə  vəkillərin  özlərinin  və  atalarının  adı  göstərilirdi. 
H
əmin sənəd bir müddət  qızın  anasında  qaldıqdan  sonra 
kür
əkəninə və qızına qaytarılardı. 
 
Əksər kəndlərdə toy mərasimi əvvəlcə oğlan evində olsa 
da, b
əzi yerlərdə “qız evinin toyu oğlan evinin toyundan əvvəl 
başlardı” (56,52). Toydan üç gün əvvəl oğlanın atası öz evində 
qonaqlıq  təşkil  edirdi.  Elə  həmin  qonaqlıqda  o,  ağsaqqalların 
m
əsləhət bildiyi nüfuzlu  bir  şəxsi  toya  başçı  seçərdi.  Toya 
başçılıq  edən  şəxs  xalq  arasında  “toybaşı”,  “toybabası”  və  ya 
“m
əclis  ağsaqqalı”  adlanırdı.  Toybabası  məclisin  urvatlı 
keçm
əsinin qarantı idi. 
Toydan  bir  gün  qabaq  oğlan  tərəfin  adamlarından  biri 
b
əzədilmiş  atı  minərək kənd  camaatını  toya  çağırardı.  Qız 
toyuna is
ə onun yengəsi və başqa bir qadın qohumu “çağırışçı” 
olurdu. 
Qeyd ed
ək  ki,  oğlan  toyundan  əvvəl  qız  evində  “paltar 
biçimi” v
ə  yaxud “paltarkəsdi” mərasiminə  yığışırdılar.  Oğlan 
t
ərəfin bir neçə  qadın  qohumu  qız  üçün  alınmış  parça  və 
şirniyyat  məmulatları  ilə  birgə,  parçanı  kəsmək  üçün  qızgilə 
t
əzə  qayçı  da  aparırdı.  Onlar gətirdikləri  parçaları  parça 
biçimin
ə  yığışan  qadınlara  və  qızın  rəfiqələrinə  göstərirdilər. 
Sonra cavan bir g
əlin  qayçını  əlinə  alıb  parçaya  sürtər və  “ a 
qızlar, bu qayçı ki, kəsmir” deyərdi. Parça kəsən gəlinə oğlanın 
anası,  xalası  və  ya bibisi nəmər verdikdən sonra “ bax, indi 
k
əsdi” deyərək gülərdi. Qazax-Ağstafa bölgəsində olduğu kimi 
(43,58),    “parça biçimi”nd
ə  iştirak  edən  qadınlardan  nəmər 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə