ƏSƏD ƏLİyev


XIX-XX  əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   2   3   4   5   6   7   8   9   ...   37

XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 

Ail
ə  məişətində  nikah, bəlgə-nişan,  toy  adətləri,  ailə 
şənliyi,  uşaqların  tərbiyəsi, böyüklərə  hörmət, dəfn-yas 
m
ərasimləri, inam-etiqad, ayinlər  və s. özünəməxsus yer tutur. 
Etnoqrafik 
ədəbiyyatda qeyd olunduğu kimi, bütün bunlar “bir 
t
ərəfdən yeni ailənin  yaranmasını  təmin edən xarakterik milli 
şərtlər kompleksidirsə, digər tərəfdən  hər  bir  etnik  varlığın 
m
ənəvi-etik və  estetik həyat duyumunu özündə  əks etdirən 
m
ənəviyyat sistemidir” (71, 170).  
Yuxarıda vurğuladığımız kimi, respublikamızdan kənarda, 
o cüml
ədən  Gürcüstanda  yaşayan  soydaşlarımızın  ailə  və  ailə 
m
əişəti indiyədək tarixi-etnoqrafik tədqiqat obyekti olmamışdır. 
Etnoqraf Ə.K.Əhmədov isə öz namizədlik dissertasiyasında (92) 
v
ə məqalələrində (93; 94)  yalnız Dmanisdə (Başkeçiddə-Ə.Ə.) 
yaşayan soydaşlarımızın ailə və ailə məişətinin tədqiqinə diqqət 
ç
əkdiyindən,  soydaşlarımız  yaşayan  digər  bölgələr (Tiflis-
Rustavi  şəhərləri,  Borçalı,  Qarayazı,  Bolus,  Qaraçöp,  Ağbulaq 
(Tetri-Tsxa
ro),  Barmaqsız  (Zalqa),  Laqodex, Msxeta, Telav, 
Kaspi  v
ə s.) araşdırmadan kənarda qalmışdır. XIX əsr müəllifi 
Arqutinski–Dolqorukov is
ə  Borçalının  iqtisadi  və  ticarət 
əlaqələrini qələmə  aldığından,  onun verdiyi məlumatda ailə 
m
əişəti ilə  bağlı  məsələlər  epizodik xarakter daşıyır  (87;  88). 
M
əhz təqdim edilən monoqrafiya bu sahədə  aparılan  ilk 
inc
ələmə olaraq mövcud boşluğu doldurmağa xidmət edir. 
Ağsaqqal  və  ağbirçəklərlə  apardığımız  söhbətlərin elmi 
t
əhlili və  mövcud  ədəbiyyat göstəriciləri sübut edir ki, 
Gürcüstan az
ərbaycanlılarının    yaşadıqları  bölgələrdə  obyektiv 


Əsəd Əliyev 
 
 

tarixi  şərait, spesifik ictimai-siyasi  inkişaf  və  təbii-coğrafi 
mühitl
ə  bağlı  olaraq,  ümumazərbaycan səciyyəli  ailə  və  ailə 
m
əişətinin lokal xüsusiyyətləri ilə fərqlənən məhəlli variantı ya-
ran
mış,  öz  daxili  imkanları  hesabına  daha da zənginləşmişdir. 
Ona gör
ə də əsərdə bir tərəfdən ümumilikdə Azərbaycan xalqı-
nın ailə və ailə məişəti məsələlərinin araşdırılmasına, digər  tə-
r
əfdən bu mədəniyyətin bir güclü qolunu təşkil edən Gürcüstan 
az
ərbaycanlılarının ailə və ailə məişətindəki ümumi və spesifik 
xüsusiyy
ətlərin, həmçinin qonşu gürcülərlə oxşar və fərqli cizgi-
l
ərin  üzə çıxarılmasına səy göstərilir. 
Yekun olaraq 
monoqrafiyanın geniş müzakirəsində iştirak 
ed
ən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərli-
yin
ə, başda akademik Teymur Bünyadov olmaqla “Tarixi etnoq-
rafi
ya” şöbəsinin işçilərinə, kitabın elmi redaktoru, tarix elmləri 
dokto
ru Şirin  Bünyadovaya, rəyçilər-AMEA-nın müxbir üzvü, 
professor Ramiz M
əmmədova, tarix üzrə  fəlsəfə  doktoru, pro-
fessor  Q
əzənfər Rəcəbliyə,  həmçinin  işin  yazılmasında  dəyərli 
t
əkliflər verən folklorşünas alim, filologiya elmləri doktoru, pro-
fes
sor Mahmud Allahmanlıya, tarix üzrə fəlsəfə doktoru, əmək-
dar m
ədəniyyət xadimi Baba Tofiqə, tarix elmləri doktoru Fə-
zail V
əliyevə,  tarix üzrə  fəlsəfə  doktoru Bəhman Faziloğluna,  
T
əranə  Quluzadəyə,  kəndlərdə  etnoqrafik materiallar toplama-
ğımda yardımçım olan  Kamran Cəfərova, Etibar Seyidova, Ni-
zami Qurbanova, Q
ənimət Cabbarova, kitabın çapına maliyyə yardı-
mı  göstərən Təhləli Rolan  Rizvan  oğlu  Əliyevə,  Tanrıverdi  Əsəd 
oğlu Təhləliyə dərin minnətdarlığımı bildirir, əsər haqqında vaxtilə 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 

tövsiyy
ələrini  əsirgəməyən  mərhum dostum,  əvəzsiz  tarixçi-
etnoqraf alim, t
ənqidçi, publisist  Məhəmməd  Allahmanlının 
ruhu qarşısında isə baş əyirəm. Əsərin bilgisayarda yığılmasında 
əməyi  olan  Sevda  Əsədliyə, Dilarə  və  Dinarə  Rizvan  qızı 
Əliyevalara Allah sizi qorusun deyirəm.   
 
                                                            
 


Əsəd Əliyev 
 
 

 
 
AİLƏ 
 
B
ÖYÜK AİLƏ 
 
 XIX-XX 
əsrin  əvvəllərində  Gürcüstan azərbaycanlıları 
arasında  qalıq  şəklində  olsa da,  böyük  ailə  forması  qorunub 
saxlanılmışdır.  Böyük ailələrin tərkibinə  qan  qohumluğuna 
əsaslanan  3-4, bəzən də  5 nəslin nümayəndəsini özündə 
birl
əşdirən  daha  yaxın  və  doğma  şəxslər  daxil idi. Məsələn: 
qardaşlar,  qardaş  uşaqları,  əmilər,  əmi  uşaqları,  onların 
xanımları,  övladları,  nəvələri, nəticələri və  s.  Etnoqrafik 
materiallar göst
ərir ki,  XIX  əsrin  axırlarında  Gürcüstan 
az
ərbaycanlılarının bu tipli ailələrində üzvlərin sayı 30-40, XX 
əsrin  əvvəllərində  isə  25-30  nəfərə  çatırdı.  Vurğuladığımız 
zaman ç
ərçivəsində  Qərbi  Gürcüstanda  yaşayan  moxev ailə 
icmalarının üzvlərinin sayı da  yuxarıda göstərilən rəqəmlərdən 
geri  qalmırdı    (104,97).  Telav qəzasının  Kaxet  bölgəsində  isə 
XIX 
əsrin 80-  ci illərində  böyük ailə  üzvlərinin  sayı  10-  15 
n
əfərdən artıq olmamışdır (104,98). 
Etnoqrafik materiallardan b
əlli olur ki, hər  bir  nəsil 
nümay
əndəsinin öz adı olmuşdur. Belə ki, birinci nəslə mənsub 
olan  kişilər “atalar”, ikincilər  “oğullar”,  üçüncülər “nəvələr”, 
dördüncül
ər    “nəticələr”,  beşincilər  “kötükcələr”,  altıncılar 
“yadıcalar” yeddincilər isə “iticələr” adlanırdı. Qadın cinsi üzrə 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə