ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   2   3   4   5   6   7   8   9   ...   37

Əsəd Əliyev 
 
 
12 
d
ə səciyyəvi idi. Ot çalımı, taxıl biçimi, eləcə də onların yığılıb 
daşınması  ailənin  əmək qabiliyyətinə  malik  olan  bütün  kişi 
üzvl
ərinin fəal iştirakı ilə həyata keçirilirdi.       
Yaşlı  adamların  dediyinə  görə, böyük ailələrin 100-150, 
b
əzən də 300-350 baş xırdabuynuzlu heyvanı, 50-60 və ya 80-
100  baş  mal-qarası,  15-20  atı  vardı.  Bu  tip  ailələrin  təsərrüfat 
işlərini  idarə  edən  onların  ağsaqqalı  idi.  Ağsaqqalın  əmək 
prosesin
ə  nəzarəti, ailə  daxilində  olduğu  kimi,  çöl  –  təsərrüfat 
işlərinin səmərəli həyata keçirilməsində düzgün yol göstərməsi 
v
ə  sözbütövlüyü digər  kişilərin  işə  daha məsuliyyətlə 
yanaşmasını  təmin edirdi.  Ailənin  əmlakı  bütün ailə  üzvlərinə 
m
əxsus olsa da,  bunların  hamısı  icmaya böyüklük edən 
ağsaqqalın  diqqətində  idi. O, kiçicik bir səhvi görməməzliyə 
vursa da, b
öyük yanlışlıqları bağışlamazdı. 
Böyük ail
ələrdə  ikinci hörmətli  şəxs  evin  yaşlı  qadını-
ağbirçəyi sayılırdı. Ailədəki digər qız, gəlin və orta yaş qrupuna 
m
ənsub qadınlar onun tabeliyində idi. Görülən hər bir iş barədə 
ona m
əlumat verirdilər. Ondan  icazəsiz  evdən kənara  bir  şey 
çıxmazdı. Ailənin ərzaq ehtiyatına da o nəzarət edirdi. Bu qayda 
XIX-XX 
əsrin  əvvəllərində  gürcülərə  məxsus böyük ailələrdə 
(104,97) v
ə  Dağıstan  azərbaycanlıları  arasında  da  belə  idi 
(106,156). 
Etnoqrafik v
ə  ədəbiyyat  materialları  göstərir  ki, böyük 
ail
ələrdə  qadınların  öz  mövqelərinə  görə  müəyyən xidmət 
sah
ələri  olmuşdu.  Belə  ki,  əgər böyük ana çörək,  xörək 
bişirirdisə, böyük gəlinlər xəmir  yoğurur,  inək  sağır  və  süd 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
13 
m
əhsullarını  emal  edirdilər.  İkinci  yaş  qrupuna  daxil  olan 
g
əlinlər  isə  taxıl  xəlbirləyir, un ələyir,  ocaq  qalayır  (30,202), 
xalça, palaz, xurcun, çuval toxuyur, corab hörür v
ə ailə üzvləri 
üçün üst geyimi tikirdil
ər.  Xatırladaq  ki,  böyük ailələrdə 
qızların bacarığı, qabiliyyəti onların  xalça, kilim, palaz, corab 
toxumas
ı,  tikmə  işini  bilməsi ilə  ölçülürdü.  Bu  bacarığa  malik 
olan 
qızlar ailədə xüsusi hörmət sahibi idi (94,87).   
Qadınların  yun məmulatından  toxuduğu  əşyalara  diqqət 
ç
əkən Arqutinski-Dolqorukov  yazırdı  ki,  kustar  sənətkarlıq 
sah
ələrindən  əhali  arasında,  xüsusilə  tatarlarda (azərbaycan-
lılarda-Ə.Ə.)  daha  geniş  yayılmışı  xalçaçılıq  sənətidi.  Əsasən 
qadınların məşğul olduğu bu sahədə xalça, palaz, cecim, xurcun 
v
ə s. toxunurdu. Əmək alətləri çox primitiv idi. Bütün əməliy-
yatlar, o cüml
ədən boyaq otlarının yığılması və yunun boyadıl-
ması qadınların özləri tərəfindən həyata keçirilirdi (89,163).  
Zamanın  tələbindən irəli gələn  dəyişikliklər, kapitalist 
istehsal üsulunun  getdikc
ə  genişlənməsi, ailədaxili  çəkişmələr 
böyük ail
ələrin  parçalanmasını  labüdləşdirdi. Sözügedən 
m
əsələyə münasibət bildirən  görkəmli etnoqraf  Q.Qeybullayev 
yazır  ki,  böyük  ailələrin və  ya ailə  icmasının  aradan  qalxması 
icma torpaq mülkiyy
ətinin dağılması ilə əlaqədardı (47,98).  
Materiallar göst
ərir ki,  “tarixən  təzahür edən və  bütün 
xalqlar
ın  həyatından  keçən” (119,70)  böyük ailə  icması 
parçalanark
ən onlara məxsus olan torpaq  sahələrinə 
toxunulmurdu. Y
əni,  keçmiş  icma  üzvləri müstəqil ailə  təşkil 


Əsəd Əliyev 
 
 
14 
ets
ələr də, bölünməmiş torpaq sahəsi onların ümumi mülkiyyəti 
hesab  olunurdu.  Torpağı  birlikdə  əkib–becərir  və  əldə  edilən 
m
əhsuldan eyni dərəcədə  istifadə  edirdilər.  Aralarındakı  digər 
əmlak bölgüsünə  və  ayrı  yaşamalarına  baxmayaraq,    ictimai, 
ideoloji, m
ənəvi və təsərrüfat birliklərini qoruyub saxlayırdılar  
(5,302). M
əhz bu birliyi etnoqrafiya elmində  patronimiya 
adlandırırlar.  M.O.Kosven  yazırdı  ki,  patronimiya  təsərrüfat, 
ictimai v
ə ideoloji birliyi bu və  ya digər formada saxlayan bir 
patriarxal ail
ə  icmasının  böyüməsi və  bölünməsi nəticəsində 
yaranan böyük v
ə ya kiçik ailə qruplarıdır. (120,97). 
Topladığımız çöl–etnoqrafik və ədəbiyyat materiallarından 
aydın  olur  ki,  ailə  icmasının  parçalanması  yeni  qohum 
qrupların–patronimiyanın 
yaranmasına 
g
ətirib 
çıxardı. 
Gürcüstan az
ərbaycanlıları  arasında  patronimiyaya  daxil  olan 
ail
ələrin məcmusuna  “kök”,  “ocaq”, “nəsil”, “tayfa”, “arxa”, 
“cil
ək”(92,9), bu qrupa mənsublara  isə  “bir evdən  ayrılanlar”, 
“bir külf
ətdən qopanlar”, “bir beldən gələnlər”,  “bir  atanın 
uşaqları”,  “bir  kökdən olanlar”, “bir ciləkdən olanlar”, “bir 
arxadan dön
ənlər”, “bir babanın nəvələri” və s. deyilərdi. Onlar 
eyni oba, k
ənd, məhəllə  və  ya  basalaqda  yurd  salıb,  müəyyən 
işlərin  icrasında  bir-birinə  yardım  göstərərdilər. Patronimik 
qruplar  arasında  mövcud  olan  bu  iş  birliyi (bir–birinə  yardım) 
etnoqrafiya elmind
ə  “qarşılıqlı  yardım  forması”  kimi 
xarakteriz
ə  edilir. Zaman keçdikcə  əhali  arasında  daha  geniş 
şəkil alan bu adət,  ümumxalqın  həyat vərdişinə  dönərək 
“im
əcilik,  əvrəz və  ya avariz  (övrəz), hoy, hav, bədəl, cey, 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə