ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   2   3   4   5   6   7   8   9   ...   37

XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
15 
modg
əm, avaza (havaca), dayaqdurma, bədircə,  damazlıq, 
ziyanlıq,  ortaqlıq,  şəriklik, pərəkar” (12,29-30;  51,101) və  s. 
adlan
mışdı. Tədqiqatçılar haqlı olaraq yazır ki, məzmunca bir–
birini tamamlayan bu yönlü el köm
əkliklərini bir zamanın, bir 
bölg
ənin deyil, bütün Azərbaycanın,  eləcə  də  bütün 
az
ərbaycanlıların mənəvi irsi hesab etmək olar (12,35). 
Patronimik ail
ələrin özlərinə mənəvi ata və ana saydıqları 
ağsaqqalı  və  ağbirçəyi olurdu. Toy–yas mərasimi,  qonaqlıqlar, 
kirv
ə qarşılama və  yola salma bu şəxslərin başbilənliyi altında 
icra edil
ərdi. Patronimiya üzvlərinə  aid  çətin və  ziddiyətli 
m
əsələləri onlar sahmana salırdı.  Ağsaqqal  titulu  qazanaraq 
patronimiyaya başbilənlik edən belə “katda” kişilərin yığışaraq 
m
əsləhət – məşvərət etdiyi yer kəndin ortası–“ortalıq” idi. 
Patronimik ail
ələr ölülərini eyni məzarlıqda  bir–birinə 
yaxın dəfn edərdilər. Bu qaydaya eyni kənddə və eyni basalaqda 
yaşayan  qohum-əqrəbalar  arasında  indi  də  əməl edilməkdədi. 
Xalq  arasında  işlədilən “məzarlıqda  sağ,  sol,  orta,  baş  və  ya 
ayaq cinahda filan n
əsildən, ocaqdan olan mərhumlar  yatır” 
deyimi d
ə məhz bu qaydanın nəticəsidi. 
Yaşlı  kişilərin dediyinə  görə, qohum (patronimik) ailələr 
qan  intiqamı  məsələsində  çox  ciddi  olmuşlar.  Onlar  “zədə” 
vurandan, “yara” yetir
əndən qisas almadan  başı  dik 
g
əzməmişlər. Qardaşları, oğul–uşaqları və ya adı hallanan qrupa 
daxil olan dig
ərisi kimsənin  əli ilə  qətlə  yetirilərdisə, mütləq 
h
əmin  şəxsdən  qisas  alınardı.  Qanı  qanla  yumaq  kişiliyin, 
m
ərdliyin, kökə bağlılığın rəmzi hesab edilərdi. Təsadüfi deyil 


Əsəd Əliyev 
 
 
16 
ki, patronimiyaya daxil olan ail
ələr “qisası qiyamətə qoymayan” 
oğullarına  “Qannı”,  “Laqan”  və  s. kimi ləqəblər qoyardılar 
(76,27-28). 
 T
ədqiqatlar göstərir ki, zaman keçdikcə  patronimik 
qrupların  daxilində  dəyişiklik  baş  vermişdir.  Onların  arasında 
qohumluq 
əlaqələrinin  artması  sayəsində  patronimiyaların 
qapalılığı aradan götürülərək iqtisadi, ictimai və mənəvi birliyi 
t
ədricən  əvvəlki mahiyyətini  itirmişdi. Nəticədə  patronimiya 
ist
ər  yaxın,  istərsə  də  uzaq  qohumların  “qalıqlar”  şəklində 
dövrümüz
ə  gəlib çatan arxaik ictimai institutuna  çevrilmişdir 
(5,303).  
 
 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
17 
 
K
İÇİK AİLƏ 
 
Böyük ail
ələrin qalıq halında mövcudluğuna baxmayaraq, 
XIX–XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlıları arasında 
ail
ənin  əsas  formasını  kiçik  ailə  təşkil  edirdi.  Kiçik  ailələrin 
yaranma s
əbəblərindən  başlıcası  böyük ailələrin  parçalanması, 
h
əmçinin  ailədəki  oğlan  uşaqlarının  evləndikdən sonra ata 
ocağından ayrılıb müstəqil ailə təşkil etmələri idi. 
Patriarxal ail
ələrdən fərqli olaraq, ata-ana və  onların 
uşaqları kiçik ailə sayılırdı. Kiçik ailələrin özü də mürəkkəb və 
sad
ə olmaqla iki yerə bölünürdü. Etnoqrafik ədəbiyyatda qeyd 
olunur ki, 
əgər ailədə üç və daha çox nəsil (məsələn, baba–nənə, 
ata–
ana, uşaqlar və nəvələr) yaşayırsa, belə ailə mürəkkəb ailə 
adlanır. Ailədə bir (ər–arvad) və iki (ata–ana və uşaqlar, ana və 
uşaqlar,  ata  və  uşaqlar)  nəsil  yaşayırsa, onda  belə  ailə  sadə 
(nuklear) ail
əyə aiddi (52,28). 
Etnoqraf  Q.Ə.Rəcəblinin mülahizəsinə  görə, böyük və 
kiçik ail
ələr  arasındakı  uyğunsuzluq  təkcə  ailə  üzvlərinin say 
t
ərkibində  deyildi. Bu iki ailə  tipi  arasında  kəmiyyətlə  yanaşı, 
iki keyfiyy
ət  fərqi də  mövcud idi. Birincisi, böyük ailənin 
varidatı  bütün  ailə  üzvlərinə  məxsus ikən, kiçik ailədə 
mülkiyy
ətin sahibi onun başçısı olan kişi hesab edilirdi.  İkinci 
f
ərq isə  özünü nəsillərin durumunda göstərirdi. Yəni böyük 
ail
ələr şaquli görünüşdə baba, ata, oğul və nəvələrin, üfüqi xətdə 
is
ə  qardaşların  ailələrinin birliyi idisə, kiçik ailələr üçün 


Əsəd Əliyev 
 
 
18 
s
əciyyəvi  görüntü  onun  yalnız  şaquli  istiqamətdə  iki və  üç 
n
əsildən ibarət olmasıydı (5,303). Həm də bütün ailə tiplərinin 
öz
əyi  sayılan  nuklear–sadə  ailə  üçün  uşaqların  sayı  həlledici 
sayılmırdı.  Çünki  belə  ailədə  uşaqların  sayı  1-2 nəfər olduqda 
azuşaqlı,  3-4 nəfər  olduqda  orta  saylı,  5  nəfər və  ondan  artıq 
olduqda is
ə çoxuşaqlı ailə hesab edilirdi (5,304). 
Çöl-etnoqrafik v
ə  ədəbiyyat  materialları  (87,87-88;88) 
göst
ərir ki, tədqiq etdiyimiz bölgələrdə  evlənən  oğulun  ata 
ocağından  ayrılması  ata  “malının”  (ailə  əmlakının) 
bölüşdürülməsinə  zəmin  yaradırdı.  Buna  baxmayaraq  atanın 
razılığı  olmadan  nə  oğulun  özəkdən  ayrılması,  nə  də  əmlakın 
bölüşdürülməsi mümkün deyildi. Heç kəsin “pay ummağa haqqı 
çatmayan” (115,72) ümumi mülkiyy
ətin “açarı” onun əlində idi. 
Torpaq yalnız  atanın razılığı və iştirakı ilə bölünə bilərdi. Bölgü 
zamanı  vəfat  etmiş  oğulun  uşaqlarına  da  eyni  miqdarda  pay 
düşürdü. Dul qalan uşaqsız gəlinə isə öz cehizindən başqa heç 
n
ə verilməzdi. Eyni bölgü qaydası ev və mal–qara bölgüsündə 
d
ə təkrar olunurdu. Amma bu bölgüdə oğullara nisbətən ata bir 
q
ədər artıq pay götürərək qadını, subay oğlu və qızı ilə bir evdə 
yaşayardı. Ata sağ deyildisə, torpaq istisna olmaqla anaya da bir 
q
ədər pay bölünürdü. Ana ona düşən payla bərabər yurdda qalan 
kiçik oğlunun  yanında olurdu. 
Atanın sağlığında ailə qurmamış qıza  cehizdən savayı heç 
n
ə  düşmürdü.  Əmlak  bölgüsü  ata  öldükdən  sonra  aparılardısa, 
ondan qalan vari
data  qardaşlarıyla  birgə  bacıları  da  şərik idi. 
Subay qardaşa isə ona düşən əmlakdan savayı toy xərci olaraq 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə