ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   2   3   4   5   6   7   8   9   ...   37

XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
19 
əlavə (məs: 8-10 baş qoyun və s. ) pay da verilərdi. Vəfat etmiş 
atanın  şəxsi  əşyalarını  (tüfəngini, xəncərini-xançalını,  cib 
saatını, atını və s.) əsasən böyük oğul götürərdi. 
Xatırladaq  ki,  əmlak  bölgüsü  yalnız  ailənin ümumi 
mülkiyy
ətinə  şamil  edilirdi  (5,304). Ana və  gəlinlərin cehizi
b
əzək-düzək məmulatları,  qayınata, qayın və ya qohum-əqrəba 
t
ərəfindən  onlara  bağışlanılan  zinət  əşyaları  qadınların  şəxsi 
mülkiyy
əti hesab olunaraq toxunulmurdu.  
Yeri g
əlmişkən,  tədqiqatlar göstərir ki, böyük ailənin 
kiçik ail
ələrə  parçalanması  zamanı  əmlak  bölgüsü  aparılarkən 
istehsal al
ət və  vasitələri  qardaşların  sayına  bərabər 
olmadığından,  çox  vaxt  əmək alətləri (kotan,  xış),  istehsal 
vasit
ələri (cəhrə, hana, toxucu dəzgahı,  su  dəyirmanı,  su  dingi 
v
ə  qoşqu  heyvanları), həmçinin məişətlə  bağlı  bəzi  əşyalar 
(m
əclis  qazanı  və  samovarı,  arxıd-ağac  nehrə) və  s. 
bölüşdürülmür,  qardaşların  ümumi  mülkiyyəti hesab olunaraq 
ata  sağdırsa onun, vəfat  etmişsə  ata  ocağında  qalan  qardaşın 
öhd
əsinə  verilirdi.  Adı  çəkilən istehsal vasitələrindən yeni 
ayrılmış kiçik ailələr növbə ilə, məişət əşyalarından isə zərurət 
yarandıqda istifadə edərdilər (5,305).                        
Böyük ail
ələrdə  olduğu  kimi,  kiçik  ailələrdə  də  evin 
başbiləni,  ağsaqqalı,  sözü  qeyd-şərtsiz yerinə  yetirilən  ən 
hörm
ətli sakini  ata  idi. Ümumzərbaycanlıların  ailə  məişətinə 
yaxından  bələd  olan  N.Dubrovin  yazırdı  ki,  böyüklərə  hörmət 
tatarların (azərbaycanlıların–Ə.Ə.) ailə məişətinin əsasını təşkil 
edir. Başqa üzvlərə nisbətən ailənin başçısı daha böyük hörmətə 


Əsəd Əliyev 
 
 
20 
malikdi. Atanın vəfatından sonra böyük oğlu onun yerini tutur. 
Kiçik  qardaşlar  böyük  qardaşı  özlərinin  başçısı  bilirlər 
(112,368). 
Adı çəkilən müəllifin XIX əsrin axırlarında söylədiyi 
bu fikir, 
araşdırdığımız  dövrdə  olduğu  kimi,  tədqiq etdiyimiz 
bölg
ələrin  əhalisi  arasında  yenə  də  aktualdı. Belə  ki, indinin 
özünd
ə  də  atanın  ölümündən  sonra    kiçik  qardaşlar  böyük 
qardaşı özlərinə ata əvəzi, ağsaqqal bilirlər. 
Böyüy
ə hörmət, onun şərəf və ləyaqətini qorumaq insanda 
qürur  yaratmış,  məğrurluq  hissi  oyatmışdı. Təsadüfi deyil ki, 
türksoylu  albanlar  vaxtil
ə  təkcə  öz valideynlərinə  deyil, digər 
ağsaqqal və  ağbirçəklərə hörmət etməkdən də şərəf duymuşlar 
(125,143). Bu haqda müasir müllifl
ərin əsərlərində də məlumat 
verilir (7,43). 
Ağsaqqal yolunu gözləmək, onun qədir–qiymətini bilmək 
Qafqazın digər xalqları üçün də səciyyəvi olmuşdu. Məsələn, üç 
n
əslin nümayəndəsini özündə birləşdirən abxaz ailəsində ailənin 
ən  yaşlı  kişisi  qocalığına  görə  ailəni idarə  etmək  iqtidarında 
olmasa da, ail
ənin əsas siması sayılırdı. Yaşına görə o, nəinki öz 
ail
əsində, ailəsindən kənarda da böyük hörmətə  malik idi 
(98,45-46). 
Yaşlı adamların dediyinə görə, etik normalara riayət edən 
ail
ə  üzvlərinin  heç  biri  atanın  sağlığında  onun  oturduğu  yerdə 
əyləşməzdi. Onun yerində  əyləşmək  sərhəddi  aşmaq,  elin  adət 
v
ə  ədəb-ərkan  qaydalarına  hörmət etməmək  kimi 
qiym
ətləndirilirdi. Özü də ata süfrə qırağında ən görkəmli yerdə 
-“dör”-
ün  başında  arxası  divara,  üzü  isə  otağın  giriş  qapısına 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
21 
t
ərəf oturardı. Bu zaman o, süfrə arxasında əyləşən ailə üzvlərini 
asanlıqla görə bilirdi. Həmçinin onun üçün elə şərait yaradılırdı 
ki, o, süfr
ə arxasına maneəsiz keçib, maneəsiz durmaq imkanına 
malik olurdu.   
Ağsaqqalların  məsləhət və  tövsiyəsinə  qulaq asmaqla 
m
ənəvi bütövlüyə,  ağıl–kamal üstünlüyünə  nail olmaq olar-
deyibl
ər. Dahi Nizami nahaq yerə yazmırdı ki: 
 
Cavan bilikd
ə nə qədər üstün olsa da, 
Qocaların məsləhətinə həmişə möhtacdır. 
 
 “Böyük sözün
ə baxmayan böyürə-böyürə qalar”, “Böyük 
m
əsləhəti həyat məktəbidi”, “Böyüyü dinləməsən böyüməzsən”, 
“Böyüy
ə  yan çevirənin  arxası  yerdə  qalar”,  “Ağsaqqalın  bir 
k
əlməsi  yüz  cavanın  sözünü  kəsər”,  “Ağsaqqal  sözü  qan 
yatırar”, “Allahsız  yerdə otur, ağsaqqalsız  yerdə  oturma” və s. 
kimi deyiml
ər də  məhz atalara–böyüklərə,  ağsaqqal–
ağbirçəklərə olan ehtiramın düzümü–nişanəsidir (16,213-214). 
N.Tusinin  “Əxlaqi–Nasiri”  əsərində  qeyd edilir ki, 
böyükl
ərə-atalara hörmət etmək hamının borcudur. Əvvəla, ona 
gör
ə ki, ata övladın ana bətninə düşməsinin birinci səbəbkarıdı. 
İkincisi ona görə ki, övladı tərbiyə edib kamala  çatdırır, övlad 
h
əm ataya aid olan maddi–ləzzətlərdən, yemək, içmək, geymək, 
yaşamaq,  boy–buxuna  çatmaq  üçün  lazım  olan  nemətlərdən 
istifad
ə  edir, həm də  onun sayəsində  mənəvi məziyyətlərə
t
ərbiyə, ədəb, savad, elm, mədəniyyət, peşə, sənət, yəni nəfsani 


Əsəd Əliyev 
 
 
22 
yaşamağa və kamilliyə çatmağa səbəb olan nemətlərə yiyələnir 
(79,167). 
Onu da qeyd ed
ək ki, ailədə ən hörmətli şəxs və əsas söz 
yiy
əsi  olan  ata,  qadınına  nəzakət göstərib, onun arzu və 
ist
əklərinə sayğı ilə yanaşardı. Bununla da o, əsrlərdən üzü bəri 
yaşayan  Azərbaycan-türk milli ənənəsinə  sadiqliyini  nümayiş 
etdir
ərdi. Ümumiyyətlə, ailənin böyük–kiçikliyindən  asılı 
olmayaraq, türk xalqları həmişə qadının–ananın  hörmətini uca 
tutmuşdur. Təsadüfi deyil ki, “Kitabi–Dədə Qorqud” dastanında 
ev–
eşiyi, mal–mülkü talanmış, oğlu, qız–gəlini, halalı – qadını 
v
ə  qoca  anası  əsir  götürülmüş  Salur  Qazan  düşməni  Şökli 
M
əlikdən məhz təkcə anasını qaytarmağı tələb edir:   
M
ərə Şökli Məlik! 
Dünlügi altun ban evl
ərimi gətürüb durursan, sana kölgə olsun! 
Ağır xəzinəm, bol aqçam gətürüb durursan, sana xərclıq olsun! 
Qırq incə bellü qızla Burla xatunı gətürüb durursan,  
sana yesir  olsun! 
Qırq yigidlən oğlum Uruzı gətürüb durursan, qulun olsun! 
Tavla – 
tavla şahbaz atlarım gətürüb durursan, sana binət olsun! 
Qatar – qatar d
əvələrim gətürüb durursan, sana yüklət olsun! 
Qarıcıq anam gətürüb durursan, mərə kafər, anamı vergil mana. 
Savaşmadın, uruşmadın qayıdayım – gerü dönəyim, gedəyim, 
b
əllü bilgil, - dedi (40,48). 
Əlbəttə,  Salur  Qazan  anasını  düşməndən xilas etdikdən 
sonra çıxıb getməyəcəkdi, nəyin bahasına olursa-olsun, qadınını 
v
ə qız-gəlinini də  əsarətdən qurtaracaqdı. Sadəcə olaraq, burada 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə