ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   2   3   4   5   6   7   8   9   10   ...   37

XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
23 
anaya göst
ərilən hörmət,  qayğı  və  ehtiram nəzərə  çatdırılır, 
onun 
əvəzedilməz və  müqəddəs  bir  varlıq  kimi  səcdəsində 
durulduğu göstərilirdi. 
Anaya-
qadına  məhəbbət və  ehtiramın  bariz  nümunəsi 
əsirlikdə  olan  oğulla  ana  arasındakı  danışıqdan  da  aydın 
görünür. Bel
ə  ki,  anasının  (Burla    Xatunun)  düşmən (Şöklü 
M
əlik) tərəfindən  tanınıb  ləkələnməməsi  üçün  oğul  (Uruz) 
anasına  “Qoy bəni,  qadın  ana,  çəngələ  ursunlar! Qoy ətimdən 
ç
əksünlər, qara qaurma etsünlər,  qırq  bəg  qızının  öginə 
il
ətsünlər. Anlar bir yedigində  sən iki yegil! Səni kafərlər 
bilm
əsünlər, tuymasunlar.  Ta  kim,  sası  dinlü  kafərin  döşəginə 
varmıyasan.  Sağrağın  sürmiyəsən.  Atam  Qazan  namusını 
sımayasan. Saqın!”- deyir (40,47).     
Kiçik ail
ələrdə əmək bölgüsü böyük ailələrdə olduğu kimi 
idi. Burada da fiziki v
ə çöl–təsərrüfat  işlərini kişilər, evdarlıqla 
bağlı məsələləri isə qadın, qız və gəlinlər həyata keçirərdi. Varlı 
ail
ələrdən fərqli olaraq, maddi və  iqtisadi durumu babat 
olmayan  ail
ələrdə  orta  yaşlı  qadınlar  kişilərlə  birgə  həm çöl–
t
əsərrüfat  işlərində  çalışır,  həm də  daxili  iş–gücü sahmana 
sal
ırdı.  Məsələn, “Quba bölgəsində  meyvəçilikdə, Lənkəranda 
ç
əltikçilikdə,  Şəki,  Şirvan,  Qarabağ  və  Naxçıvanda  bara-
maçılıqda, Qazax, Zəngilan və İrəvanda qoyunçuluqda” (5,306), 
Gürcüstan az
ərbaycanlıları  arasında  isə  qoyunçuluq və  
t
ərəvəzçilikdə qadın əməyindən geniş istifadə edilirdi.  Bununla 
bel
ə, qadın  vaxt ayırıb  uşaqların tərbiyəsi ilə də məşğul olurdu. 


Əsəd Əliyev 
 
 
24 
Bel
əliklə,  aparılan  araşdırma  bir daha  göstərir ki, 
Az
ərbaycanda, eləcə də Qafqazın digər xalqlarında olduğu kimi, 
XIX–XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlıları arasında 
böyük ail
ə  icmaları  qalıq  şəklində  mövcud  olmuş  və  bu ailə 
icmalarının  parçalanması  nəticəsində  patronimik qruplar–kiçik 
ail
ələr  yaranmışdı. Kiçik ailələr bir–birindən ayrı yaşasalar da, 
yaxın keçmişədək ictimai, iqtisadi, mənəvi birliklərini və uzaq 
əsrlərin dərinliklərindən boy göstərən milli adət-ənənələrini, bir 
sözl
ə, varislik əlaqələrini qoruyub saxlamışlar. 
 
 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
25 
 
NİKAH 
 
İnsanların  həyatında  əlamətdar hadisə  sayılan  və  ailənin 
hüquqi 
əsasını təşkil edən nikah, günümüzdə olduğu kimi, XIX-
XX 
əsrin  əvvəllərində  Gürcüstan azərbaycanlılarının  ailə 
m
əişətində mühüm yer tutmuşdur.  
T
ədqiqatçılar nikahla bağlı fikirlərini aşağıdakı kimi təsnif 
edirl
ər: 
Nikah formaları- təkkəbinlilik (monoqam) və ikiarvadlılıq 
(poliqam); nikah qaydal
arı-ekzoqam və  endoqam; nikah 
ad
ətləri-göbəkkəsmə  (beşikkərtmə),  levirat, sororat və  kuzen; 
nikahagirm
ə üsulları-qızqaçırma və elçilik yolu ilə (47,121 ). 
 Tarixi-etnoqrafik materiallardan 
aydınlaşır  ki, XIX-XX 
əsrin  əvvəllərində  tədqiq etdiyimiz bölgələrdə  əsas nikah 
forması  təkkəbinlilik    olmuşdur.  İkiarvadlılıq    isə  müstəsna 
hallarda  baş  vermişdir. Məlumatçılar  söyləyir  ki,  bunun  əsas 
s
əbəbi ailədə  oğlan  uşağının  olmaması  və  ya  birinci  arvadın 
doğmaması idi. Çünki, oğlan uşağı, ümumiyyətlə, övladı olma-
y
an  şəxslərə  varissiz  kişi  kimi  baxılaraq  xalq  arasında  pis 
münasib
ət göstərilirdi. 
 K
işinin evə gətirdiyi ikinci arvad birinci arvadın “günü”sü 
sayılırdı.  Əksər hallarda birinci arvad günüsü ilə  bir evdə 
yaşamağı özünə təhqir bilərək, boşanıb ata evinə qayıdırdı. Xalq 
arasında  dolaşan  “günü ilə  bir evdə  yaşamaqdansa,  gedib 
yeng
əmin süpürgəsi olaram”, “günü kimdir ki, qalam ona uşaq 


Əsəd Əliyev 
 
 
26 
saxlayam, vers
əydi, Allah özümə verərdi” və s. kimi deyimlər 
d
ə çox güman ki, bu münasibətlə yaranmışdır. 
Yaşlı adamların dediyinə görə, “üzürlü səbəbdən” üstünə 
günü g
ətirilən birinci arvad müstəsna hallarda ər evində qalardı. 
Bu  o  zaman  baş  verərdi ki, ya onun heç kəsi  olmazdı,  ya  da  
boşanıb  ata  evinə  qayıtmağın  nəsil-nəcabətinə  əksiklik gətirə-
c
əyini  düşünərək:  -  “neynəyim, bəxtim belə  gətirib, zəhər də 
olsa yalamalıyam, mənim bu evdən yalnız cənazəm çıxa bilər”- 
dey
ərdi. Bəzən  isə  “uşağı  olmayan  qadının  özü  ərinə  ikinci 
arvad almas
ını təklif etmiş və ərinin razılığı ilə ailədə qalıb ev 
işlərində  əsas  rol  oynamış,  günüsü  ilə  mehriban münasibət 
qurmuş, hətta ərinin ikinci arvaddan olan uşaqlarına öz doğma 
övlad
ları  kimi  münasibət bəsləyərək  onların  təlim-tərbiyəsi ilə 
m
əşğul olmuşdur” (5,310). 
 “Qurani-K
ərim”də  ikinci arvad almaq istəyən  kişilər 
bar
ədə deyilir: “Əgər bir arvadın yerinə başqa bir arvad almaq 
ist
əsəniz, onlardan birinə  (birinciyə)  çoxlu  mal  vermiş  olsanız 
da ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq 
v
ə  aşkar  bir  günah  iş  görməklə  gerimi  alacaqsınız?!  Siz  onu 
nec
ə  geri ala bilərsiniz ki,   (vaxtilə)    bir-birinizlə  yaxınlıq 
etmişdiniz və onlar (qadınlarınız)  sizdən möhkəm əhd-peyman 
almışdır”(Qurani-Kərim. Ən-Nisa surəsi, ayə 20-21 ). 
Yeri g
əlmişkən qeyd edək ki,  ümumazərbaycanlılardan 
f
ərqli olaraq Gürcüstanda yaşayan xevsurlar övladı olmayan ilk 
qadınını  boşadıqda  ona  16, birincini  boşamadan  üstünə  ikinci 
arvad aldıqda isə 5 baş inək verirdi (104,101).   


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə