ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
27 
Ə.K.Əhmədov XIX-XX  əsrin  əvvəllərində  Başkeçid 
bölg
əsində yaşayan azərbaycanlılar arasında monoqam, poliqam 
nikahla birg
ə, çoxarvadlılığın  bir  forması  olan  müvəqqəti 
nikahın-siğənin də mövcudluğunu qeyd etmişdir (92,11). Lakin 
apardığımız araşdırmadan aydın olur ki, müvəqqəti nikah–siğə 
n
ə  Başkeçid,  nə  də  tədqiqat obyekti kimi seçdiyimiz digər 
bölg
ələr üçün səciyyəvi deyildi və bu hal xalq arasında kəskin 
şəkildə  pislənirdi.  Burada  nikahın  əsas  forması  yalnız 
t
əkkəbinlilik – monoqam nikah olmuşdur.   
Az
ərbaycanda  olduğu  kimi,  Gürcüstan azərbaycanlıları 
arasında  həm endoqam, həm də  ekzoqam  nikah  qaydaları 
mövcud idi
. Bir sıra xalqlar, o cümlədən Sibir və Altay türkləri 
is
ə  (134,15-24,28-35) qohum  (endoqam)  şəxslərlə  nikah 
bağlamırdılar.  Adıgeylərdə  (127,205) ekzoqamiya nikah qay-
dasına indi də əməl edilməkdədir. Belə ki, onlar həm ana, həm 
d
ə  ata  soyadından  olan  qızlarla  nikaha  girmirlər.  Eyni  soyadı 
daşıyan qohum üzvlər arasında nikah bağlanması  qəti qadağan-
dır. 
T
ədqiqatçılara  görə, ekzoqamiya universal xarakter 
daşıyaraq  bütün  dünya  xalqları  üçün  səciyyəvidirsə, endo-
qamiya  nikah  qaydası  bütün  xalqlara  şamil  edilə  bilməz. 
Endoqamiya  nikah  qaydasına  ən çox Azərbaycanda, Qafqazda 
v
ə  Orta Asiyada (107,206-207), o cümlədən də  bizim tədqiq 
etdiyimiz Gürcüstan az
ərbaycanlıları arasında rast gəlinir. 
M
əqbul sayılmayan nikahlar barədə “Qurani-Kərim”də də 
m
əlumat verilir: “...analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, 


Əsəd Əliyev 
 
 
28 
xalalarınız,  qardaş  və  bacılarınızın  qızları,  süd  analarınız,  süd 
bacılarınız,  arvadlarınızın  anaları  və  yaxınlıq  etdiyiniz 
qadınlarınızın  himayənizdə  olan  qızları  (ögey  qızlarınız)  ilə 
evl
ənmək haram edildi. Cinsi əlaqədə  olmadığınız  qadınları-
nızın  qızları  ilə  evlənmək isə  sizin üçün günah deyildir. Öz 
belinizd
ən gələn  oğullarınızın  arvadları  ilə  evlənmək və  iki 
bacını birlikdə almaq da sizə haramdır”(Qurani-Kərim.Ən-Nisə 
sur
əsi. Ayə  23).  S.M.Abramzon  isə  qərəzli  şəkildə  yazırdı  ki, 
qırğız  adəti hətta  ananın  bacısı  (xala ilə-Ə.Ə)  ilə  nikah 
bağlamağa  imkan  verir  (84,56). Onun söylədiyi  əsassız  və 
gülünc fikird
ən belə çıxır ki, guya türkdilli xalqlardan biri olan 
qırğızlar  arasında  xala  ilə  evlənmək adəti  vardı.  Halbuki,  belə 
nikah qaydası həm islam dininin qanunlarıyla, həm də türkdilli 
xalqların  əxlaq  normalarıyla  daban-dabana  zidd  olmuşdu. 
Yaddan çıxarmaq lazım deyil ki, bu qəbilli nikah qaydası nəinki 
qırğızlar,  eləcə  də  digər türkdilli xalqlar, həmçinin  tuvalılar 
(101,28) v
ə Altaylar (113,20) üçün yasaq sayılmışdır. 
Qohumlar  arasındakı  nikah özlüyündə  dörd nikah 
qaydasını cəmləşdirir. Bunlar kroskuzen–dayı oğlu ilə bibi qızı 
v
ə  bibi  oğlu  ilə  dayı  qızı;  ortokuzen-əmi  oğlu  ilə  əmi  qızı  və 
xala  oğlu  ilə  xala  qızı  arasında  olan  nikahlardır.  Etnoqrafik 
materiallar
dan  aydın  olur  ki,  öyrəndiyimiz bölgələrdə  həm 
kroskuzen, h
əm də ortokuzen nikah formaları geniş yayılmışdı.  
Yaşlı  adamlarla  apardığımız  sorğuların  təhlili göstərir ki, 
t
ədqiq etdiyimiz dövrdə  bölgələrimizdə  əmi  oğlu  ilə  əmi  qızı 
ara
sındakı nikah (ortokuzen) üstünlük təşkil edirdi. “Əmi oğlu 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
29 
il
ə əmi qızının kəbinini göydə mələklər kəsib” məsəli də bunun 
t
əzahürü idi.  Əhalinin  yaddaşında  yaşayan  “Əmi  qızına  qız 
dem
ə, qızıl de”, “Barmağıma öz tikanım batsa yaxşıdı”, “Yadın 
ocağını qalayınca, öz ocağımın külünü çəkərəm”, “Yadın yağlı 
əppəyini yeyincə, özümünkünün kötəyini yeyərəm”, “Öz suyum 
öz arxımdan axsa yaxşıdı” və s. kimi deyimlər də çox güman ki, 
əmi  oğlu  ilə  əmi  qızı  arasındaki  nikahla  əlaqədardır.  Hətta 
qızların kənar şəxslərə verilməsinə etiraz əlaməti olaraq:-“Yaxşı 
q
ızı  yada  verəndə  gözüm  arxasında  qalır,  pisi  verəndə  söyü-
lür
əm,”-  kimi deyim də  yaranmışdı. Bu məsəl Azərbaycanda 
(Nax
çıvanda)  bir  qədər fərqli  şəkildə  işlədilmişdi:  “Yaxşı  qızı 
yada verm
ək hayıfdır, pisi yada vermək ayıb” (49,22;  131,120).   
Q.Ə.Qeybullayev  əmi  oğlu  ilə  əmi  qızı  arasındakı 
nikahdan b
əhs edərək  yazır  ki,  “kiçik  ailələrdə  qızın  əmisi 
oğluna  ərə  verilməsində  rol  oynayan  iqtisadi  amil  keçmişdə 
bacının öz qardaşı ilə birlikdə ata mirasının və torpağın bərabər 
payçısı,  kişi  varis  olmadıqda  isə  bu  mirasın  tam  sahibi  olması 
idi. M
əhz  mirasın  başqa  nəslə  keçməməsi  üçün  qızı  öz 
qohumuna, birinci növb
ədə  əmisi  oğluna  ərə  verirdilər” 
(47,141). Az
ərbaycanlılardan fərqli olaraq, türkmənlər arasında 
əmioğlu-əmiqızı  birləşməsindən  dayıoğlu-dayıqızı  nikahına 
daha 
çox üstünlük verilmişdir (102,194). 
Bölg
ələrimizdə  xala  oğlu  ilə  xala  qızı  arasındakı  nikah 
bağlantısı  da  geniş  yayılmışdır  .  Bu  nikahın  əsas səbəbkarı 
bacılar olurdu. “Zəhər olsa da yalamalıyam, neyləyim, öz bacım 
qızıdı”,  “Ağrım  yadın  ürəyinə, öz  bacım  qızından  yaxşı 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə