ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

Əsəd Əliyev 
 
 
30 
olmayacaq ki?!”, “Öl
əndə meyidimin yiyəsi yenə öz bacım qızı 
olar”,  “Öz  bacım  qızıdı, yad  ha deyil, həm gəlinim, həm də 
qızım kimi baxaram”, “Yad mənə başında tac ha gətirməyəcək, 
pisdi-hisdi, özümünküdü” v
ə  s. kimi deyimlər çox güman ki, 
xala oğlu ilə xala qızı arasındakı nikahla əlaqədar yaranmışdır. 
Öyr
əndiyimiz bölgələrdə  qohumla  bağlanan  nikahlar 
s
ırasına dayı oğlu ilə bibi qızı arasındakı (kroskuzen) nikah da 
daxildi. Mü
əyyən zaman çərçivəsində bu nikaha meyl daha çox 
gücl
ənmişdir. Tədqiqatçı-alim  Hacı  Qadir  Qədirzadəyə  görə, 
“ail
ədaxili münasibətlərdə, xüsusən qayınana-gəlin münasibətlə-
rind
ə  qaynananın  rolunun  artması,  tayfadaxili  münasibətlərdə 
qan  qohumluğu  məsələsinin zəifləməsi  süd  qohumları 
arasındakı  nikahlara  üstünlük  verilməsinə  gətirib  çıxarmışdır” 
(49,23). 
M
əlumatçılarımızın  söyləmələrinə  görə,  uşaq  əmidən tez 
dayıya isinişirdi. O, dayını arxası, dayağı sanaraq onunla daha 
sıcaq  münasibət  qurur və  hər bir hərəkətində  ozünü  ona 
b
ənzətməyə  çalışırdı.  Xalq  arasında  dolaşan  “oğul  dayıya,  qız 
bibiy
ə çəkər” məsəli çox güman ki, bu münasibətlə deyilmişdi. 
Dayı  daha  məhrəm  sayıldığı  üçün  onun  canına  and  içilmişdi. 
Fikrimizc
ə,  kroskuzen  nikahın  meydana  gəlməsinin səbəb-
l
ərindən biri də  dayının  yüksək mövqedə  dayanması  idi.  Belə 
nikahlar XX 
əsrin ortalarına kimi Dağıstan xalqları arasında da 
mövcud  olmuşdur  (107,147).  Qohum  nikahların  Azərbaycan 
türkl
əri, o cümlədən  Cənubi  Qafqaz müsəlmanları  arasında 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
31 
mövcudluğundan A.Zaxarov (117,125) və M.M. Kovalevski də 
(123,91) b
əhs etmişdir. 
Bütün bunlara baxmayaraq, b
əzən qohuma verilən qızların 
gileyi, narazılığı da eşidilirdi. Biz bunu aşağıdaki bayatıdan da 
ayırd edə bilərik: 
 
Hara g
əldim, 
M
ən hardan-hara gəldim? 
 M
əni qohuma verdin, 
Ərə yox, gora gəldim (17,37). 
 
 Dem
əli, qohum nikah həmişə  xoşbəxtlik gətirmirdi.  Bu 
nikahın  acısı,  dərd-qəmi naləyə  dönərək qohuma verilən  qızın 

ağzında dilini, əynində donunu yandırırdı”. Nəticədə ər evi ona 
gor evi (q
əbir evi) təsiri bağışlayırdı. 
Gürcüstan  az
ərbaycanlılarının  keçmiş  ailə  məişətində 
geniş  yer  alan  nikah  adətlərindən biri  “beşikkərtmə” idi. 
“Beşikkərtmə” adəti  “beşikkəsmə”, “deyikli”, “göbəkkəsmə”, 
“qundaq  nişanlısı”, “sözkəsdi”  və  s. kimi terminlərlə    ifadə 
edilirdi. 
Yaşlı  adamların  dediyinə  görə,  bu adətə  ciddi riayət 
olunurdu v
ə  bu adət  qardaşlar,  qohumlar,  qonşular,  dostlar 
arasında  gələcək körpələri  ücün  bağlanmış  əhd-peyman 
xarakteri  daşıyırdı.  Belə  ki,  qohum,  qonşu  və  ya  yaxın 
münasib
ətdə olan iki nəfər bir-birinə bağlılıqlarını, qohumluq və 
dostluq 
əlaqələrini daha da möhkəmlətmək üçün  arvadlarının 
hamil
əlik dövründə  öz  aralarında  əvvəlcədən  razılaşırdılar  ki, 


Əsəd Əliyev 
 
 
32 
hansımızın  oğlumuz  və  ya  qızımız  olsa,  onlar  bir-birinin 
deyiklisidir,  h
əddi-buluğa  çatdıqdan  sonra  ailə  quracaqlar.  İki 
körp
ənin  nikahının  rəmzi  kimi  beşiyin  baş  tərəfini  iti  bıçaqla 
k
ərtirdilər (nişanlayırdılar). “Beşikkərtmə” və ya “beşikkəsmə” 
anlayışı da məhz buradan yaranmışdır. 
T
ədqiqatçılara  görə, Azərbaycanın  şimal-qərb bölgəsinin 
əhalisi içərisində beşikkərtmə zamanı oğlan anasının qundaqda 
olan  qızı  köynəyinin  yaxasından  salıb  ətəyindən  çıxarması  ilə 
kifay
ətlənirdilər (50,19). 
“Beşikkərtmə”  adəti barədə  “Kitabı-Dədə  Qorqud” 
dastanının  “Baybörənin  oğlu  Bamsı  Beyrək boyu”nda da 
m
əlumat verilir (40,150). Buradan aydın olur ki, bu adətin  kökü 
çox q
ədim dövrlərə gedib çıxır.  
“Göb
əkkəsmə” barədə  məlumata XIV əsrin  şairi  Yusif 
M
əddahın “Vərqa və Gülşah” əsərində də rast gəlirik: 
              B
ən qızımı namizəd eyləmişəm 
              
Kim,qardaşım oğluçün söyləmişəm (6,178). 
Haqq
ında  danışdığımız  adətə  Dağıstan  tərəkəmələri 
“beşikkərtmə” (106,167), xakas türkləri isə  “çaxsıda  alısxanı” 
v
ə ya “sablığ toy” (81,10) deyərdilər. 
Xatırladaq  ki,  deyiklənənlər həmişə  eyni  yaşda  olmurdu. 
B
əzən  qız  uşağını  özündən  əvvəl  doğulmuş  oğlana 
deyikl
əyirdilər. Buna görə mamaça yeni doğulmuş qız uşağının 
göb
əyini kəsərkən  pıçıltı  ilə  onun  qulağına  “sənin göbəyini 
filank
əsin  adına kəsirəm, bu gündən sən onun halal–hümmət 
deyiklisis
ən”,-  sözlərini deyirdi.  Bəzən  oğlanın  ata-anası 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
33 
deyikl
ənən qız uşağının boynuna qızıl və ya gümüş boyunbağı 
da taxardı. Bu haqda etnoqrafik ədəbiyyatda da məlumat verilir 
(93,65). 
Etnoqrafik  materiallardan  aydın  olur  ki,  beşikdə  ikən 
adaxlananlar 
h
əddi-buluğa 
çatan 
zaman 
atalarının 
“sözk
əsdi”sini poza bilməzdilər.  Əks  təqdirdə,  bu,  hər  iki ailə 
arasında  ədavətə  səbəb olurdu.  Bunun bariz nümunəsini 
Qarayazı  bölgəsinin  Ağtəhlə  kəndində  qocalardan  aldığımız 
m
əlumatdan  da görürük. Belə  ki, XX əsrin təxminən 30-cu 
ill
ərində  ataları  tərəfindən  “göbəkkəsmə” edilən körpələrin 
böyüdükd
ə qızın narazılığı səbəbindən birləşə bilməməsi hər iki 
ail
ə  arasında  xoşagəlməz anlar  yaşatmışdı.  “Sözkəsdi” elədiyi 
şəxsə  dost,  qardaş  münasibəti  göstərən  oğlan  atası  nəinki 
qızgilin  ailəsini, hətta  onların  bütün  əqrəbalarını  dindirib-
danışdırmamışdı.  Bu cür  hallarla  Gürcüstanda  yaşayan  pşavlar 
da 
barışmaz  olmuşlar.  (104,113). Həm də  körpə  vaxtından 
“göb
əkkəsmə”  olan  qız  həddi-buluğa  çatarkən  ona  başqasının 
göz  qoyması  və  ya elçi göndərməsi qəti  qadağan  idi.  Belə 
qadağalara  el-obada ciddi fikir verilirdi.  Öyrəndiyimiz  əhali  
arasında bununla bağlı  bayatı da dolaşmaqdadır: 
 
Söz vermişəm,  
Söz alıb, söz vermişəm. 
And poza
nı and kəsər, 
Beşikdən qız vermişəm. 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə