ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.

səhifə1/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   66


 


AZƏRBAYCAN  MİLLİ  ELMLƏR  AKADEMİYASI 
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTLITü 
ƏSƏDULLA QÜBRƏT OĞLU CƏFƏROV 
AZƏRBAYCANIN 
İLK 
SAKİNLƏRİ 
Bakı-Elm-2004 


Rəyçilər: 
1. Vəli Əliyev - Azərbaycan Milli 
A.kcıcİ€ffiiycısiHiH 
fyıüxbiv üz\ larix elmləri doktoru, 
professor 
2.
 
Qüdrət İsmayılzadə 
tarix elmləri doktoru, professor 
Əsədulla Cəfərov. Azərbaycanın ilk sakinləri. Bakı, Elm- 
2004, 220 səh. + fotolar və əmək alətlərinin şəkilləri. 
ISBN 5-8066-1662-2 
Əsərdə  Azərbaycan  ərazisində  aparılmış  arxeoloji  tədqiqatlar 
əsasında  Respublikamızın  ərazisində  yaşamış  ilk  sakinlərin  uzaq 
keçmişindən,  əmək  alətləri  hazırlamasından,  ovçuluq,  yığıcılıq 
təsərrüfatından, ibtidai yaşayış tikililəri yaratması, odu kəşf etməsi, öz 
istək  və  arzularını  qayalar  üzərinə  həkk  etməsindən  və  Qarabağın  ən 
qədim tarixindən başlamış müasir dövrə qədərki insanlığın keçdiyi tarixi 
inkişaf mərhələləri şərh olunur. 

0503020907 
655(07)-2004 


MÜNDƏRİCAT 
GİRİŞ ................................................................................. 4 
Coğrafi şərait və qədim insanlar ........................................ 9 
İnsanlığın şəhəri - bəşərin ulu düşərgəsi .......................... 14 
Olduvay mədəniyyəti ....................................................... 26 
Azərbaycanın ilk sakinləri. Quruçay mədəniyyəti .......... 32 
Aşel mədəniyyəti ............................................................. 42 
Mustye mədəniyyəti ......................................................... 56 
Üst paleolit ....................................................................... 77 
Mezolit və neolit mədəniyyəti ......................................... 79 
Ovçuluq, yığıcılıq və heyvanat aləmi .............................. 86 
Fransanın paleolit düşərgələri .......................................... 95 
Qafqazın paleolit düşərgələri ......................................... 102 
Arxeoloji düşərgələrdən tapılmış qədim insan 
qalıqları ................................................................... 108 
Eneolit dövrü ................................................................  114 
Azərbaycan tunc dövründə ............................................ 116 
Azərbaycan antik və orta əsrlərdə .................................. 120 
Azərbaycan xalqının təşəkkül tarixinin mərhələləri... 125 
İlk sakinlərin mənəvi aləmi ........................................... 129 
Erməni terrorçularının fitnəkar əməlləri ........................ 145 
Qarabağ arxeoloji və tarixi mənbələrdə ......................... 153 
Qarabağın ilkin adları və onun tarixini 
saxtalaşdırmaq cəhdləri .......................................... 198 
Nəticə ............................................................................. 204 
İstifadə olunmuş ədəbiyyat ............................................ 214 
Fotolar və əmək alətlərinin şəkilləri .............................. 221 


Kitab dünyasını dəyişmiş Azərbaycan 
alimlərinin və Qarabağ uğranda həlak 
olmuş oğul və qızlarımızın əziz xatirəsinə 
həsr olunmuşdur. 
GİRİŞ 
İlk  ibtidai  insanların  meydana  gəlməsi,  inkişaf  etməsi 
və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən 
əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq 
keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir. 
1969-
 
cu  ilədək  belə  hesab  edilirdi  ki,  ilk  ibtidai 
insanların meydana gəlməsi və onların daşdan əmək alətləri 
hazırlayıb  istifadə  etməsi  800  min  il  bundan  əvvəldən 
başlanır.  Lakin  1960-cı  illərin  sonunda  və  1970-ci  illərdə 
Şərqi  Afrika  ərazisində  aparılan  arxeoloji  tədqiqat  işləri 
zamanı  ən  qədim  ibtidai  insanların  2,6-3  milyon  il  bundan 
əvvəllərdən  başlayaraq  çay  daşlarından  əmək  alətləri 
hazırlamağa  başlamalarına  aid  zəngin  arxeoloji  materiallar 
aşkar  olunmuşdur.  Şərqi  Afrikanın  Olduvay  dərəsində, 
Efiopiya və Keniya ərazilərində aparılan arxeoloji tədqiqatlar 
zamanı  tapılmış  maddi  mədəniyyət  qalıqları  insanlığın 
yaranma tarixinin 3 milyon il bundan əvvəldən başlanmasını 
söyləməyə imkan verdi  və bu, tarixin  daha qədim olduğunu 
göstərdi.  Məhz qeyd olunan ölkələrin ərazilərindən tapılmış 
maddi  mədəniyyət  nümunələri  əsasında  YUNESKOnun 
1969-cu  ildə  olan  xüsusi  elmi  konqresi  qədim  insanların  ilk 
əmək  aləti  hazırlaması  tarixinin  2,6-3  milyon  il  bundan 
əvvəldən başlanması haqqında qərar qəbul etmişdir. Bu farix 
beynəlxalq  elmi  ictimaiyyət  tərəfindən  qəbul  olunmuşdur. 
Elmi  tədqiqatlar  zamanı  müəyyən  edilmişdir  ki,  qədim 
insanların  ilk  dəfə  düzəltdikləri  daş  alətlər  olduqca  kobud 
şəkildə  hazırlanmış  çapma  alətlərdən  ibarətdir.  Zaman 
keçdikcə insan şüu 

4
 


ru,  təfəkkürü  inkişaf  etmiş  və  bunun  nəticəsində  ibtidai 
insanların  hazırladıqları  əmək  alətləri  də  təkmilləşmişdir. 
Qədim  insanların  əmək  alətləri  əsasən  çay  daşından 
hazırlandığına görə bu dövrə Daş dövrü adı verilmişdir. Daş 
dövründə  insanlığın  uzaq  keçmişinin  inkişafı  daş  alətlərin 
təkmilləşməsində və yeni-yeni alətlərin meydana çıxmasında 
öz əksini tapmışdır. 
Şərqi Afrikanın Olduvay dərəsində, Efiopiya və Keniya 
ərazilərində  aşkar  olunmuş  maddi  mədəniyyət  qalıqları 
tarixə  Olduvay  mədəniyyəti  kimi  daxil  olmuşdur.  Olduvay 
mədəniyyəti  planetimizin  ilk  sakinlərinin  ən  qədim  inkişaf 
mərhələsi olub, 2,6-3 milyon il bundan əvvəl başlanmış və 
700 min il bundan qabaq sona çatması müəyyən olunmuşdur. 
Lakin son 12 ildə Şərqi Afrikanın Keniya, Tanzaniya və 
Efiopiya ərazilərində aparılan kompleks arxeoloji tədqiqatlar 
zamanı  yaşı  3-6  milyon  illərə  aid  yeni  arxeoloji  və 
paleoantropoloji tapıntılar aşkar olunmuşdur. 
1992-ci  ildə  Efiopiyanın  Aramis  adlı  paleolit 
düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  yaşı  4,4 
milyon ilə bərabər olan  «Ardipikekus ramidus»  adlı qədim 
insan kəlləsi və primitiv hazırlanmış daş alətlər tapılmışdır. 
1994-2002-ci  illərdə  Keniyanın  Türkanə  gölü  yaxınlığında 
aparılan  arxeoloji  tədqiqatlar  zamanı  bir  neçə  qədim  insan 
kəlləsi  ilə  birlikdə  kobud  daş  alətlər  aşkar  olunmuşdur. 
Aparılan elmi araşdırmalar zamanı kəllələrin birinin yaşı 3,5 
milyon il, digərlərinin  yaşı  isə 6 milyon ilə bərabər olması 
müəyyən edilmişdir. Ümumiyyətlə, Şərqi Afrika ərazisində 
aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  21  paleolit 
düşərgəsindən  yaşı  3  milyon  il  ilə  6  milyon  illər  arasında 
arxeoloji  və  paleoantropoloji  tapıntılar  qeydə  alınmışdır. 
Beləliklə,  son  12  ildə  Şərqi  Afrika  ərazisində  aparılan 
kompleks  arxeoloji  tədqiqatlar  nəticəsində  əldə  olunmuş 
arxeoloji 
və paleoantropoloji tapıntılar qədim insanın və onun 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə