ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə10/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

də  yenicə  fəaliyyətə  başlayan  gənc  arxeoloq  Məmmədəli 
Hüseynovu  ruhdan  salmır,  əksinə  daha  yeni  axtarışlara 
ruhlandırırdı.  O,  tez-tez  Azərbaycan  xəritəsinə,  qədim 
tariximizə aid kitablara, tarixi geologiya və coğrafiyaya dair 
yazılmış əsərlərə müraciət etməli olurdu. 
1956-cı ildə Azərbaycanın Daş dövrü abidələrini tədqiq 
etmək məqsədilə Elmlər Akademiyası tərəfindən 
M.Hüseynovun  rəhbərliyi  altında  Paleolit  arxeoloji 
ekspedisiyası  təşkil  olundu.  Ekspedisiyanın  əsas  vəzifəsi 
respublikamızın  ərazisində  arxeoloji  kəşfiyyat  işləri 
aparmaq, Azərbaycanın qədim insan düşərgələrini müəyyən 
etmək və həmin abidələrdə elmi tədqiqat işləri aparmaqdan 
ibarət idi. 
Qarabağ  ərazisində  arxeoloji  kəşfiyyat  işləri  aparmaq 
M.Hüseynovun  çoxdankı  arzusu  idi.  Ona  görə  də  növbəti 
arxeoloji  kəşifiyyat  aparılacaq  ərazi  Qarabağ  bölgəsi 
müəyyən olundu. 
Dağlar  qoynunda  yerləşən  Eüzuli  rayonu  ərazisi 
Qarabağın  ən  səfalı  yerlərindən  biridir.  Rayonun  dağətəyi 
yerlərini gəzdikdə adam təbiətin yaratdıqlarına heyran olur. 
Füzuli  şəhərinin  özündə  bir  neçə  möhtəşəm  təpə  sıra  ilə 
düzülmüşdür.  Bu  təpələr  uzun  müddət  öz  sirlərini 
insanlardan  gizli  saxlamışdır.  Lakin  arxeoloqlarımız  dərin 
zəhmətlər  sayəsində  bu  təpələrin  sirlərini  açmış  və  yaşayış 
məskənləri  olmalarını  müəyyən  etmişlər.  Hazırda  Füzuli 
rayonu  ərazisində  Tunc  dövrünün  Qaraköpəktəpə, 
Günəştəpə,  Meynətəpə  və  başqa  abidələri  tədqiq 
olunmuşdur. 
Tədqiqatlar  zamanı  məlum  olmuşdur  ki,  Qarabağ 
ərazisi Tunc dövrünün yaşayış məskənləri ilə zəngindir. Bu 
yaşayış  düşərgələri  də  əsasən  Qarabağın  Quruçay  və 
Köndələnçay vadilərində qeydə alınmışdır. Bu ərazidə Tunc 
dövrünə  aid  yaşayış  düşərgələrinin  aşkar  olunması  göstərir 
ki,  bu  diyarda  xalqımızın  uzaq  keçmişinə  aid  çoxlu  maddi 
mədəniyyət nümunələri vardır. Bu tapm- 
34 


tılar  arxeoloqlarımızı  daha  qədim  dövrlər  haqqında 
düşündürdü. Görəsən təbiətin ən səfalı guşələrindən biri olan 
Qarabağ  diyarında,  Quruçay  və  Köndələnçay  vadilərində 
ibtidai  sakinlərimiz  yaşayıbmı?  Əgər  yaşayıb-  sa,  onun 
izlərini tapmaq görəsən arxeoloqlarımıza nəsib olacaqmı? Bu 
və  başqa  suallar  M.Hüseynovu  daha  çox  düşündürürdü. 
Bunlara cavab tapmaq üçün o, Qarabağ ərazisini qarış-qarış 
gəzməyi,  onun  hər  bir  daşına,  qaya  sığınacaqlarına,  çay 
terraslarma,  karst  mağaralarına  diqqətlə  nəzər  yetirməyi 
Paleolit arxeoloji ekspedisiyasının qarşısına əsas vəzifə kimi 
qoydu. Vəzifələrin həyata keçirilməsi uzun müddətli axtarış 
tələb edirdi. Ona görə də hər cür hazırlıq görülmüş, arxeoloji 
kəşfiyyat aparılacaq yerlər qabaqcadan müəyyən olunmuşdu. 
Arxeoloqların bu yolda aparacaqları tədqiqat işlərinin xüsusi 
bir taleyi var. Bu yol çətin, lakin şərəfli və olduqca zəhmət 
tələb edən tədqiqat yoludur. 
Arxeoloji  kəşfiyyatlar  zamanı  aydın  olmuşdur  ki,  çay 
vadiləri ən qədim zamanlardan başlayaraq ibtiadi adamların 
həyatında  mühüm  rol  oynamışdır.  İlk  zamanlar  ibtidai 
sakinlər  özlərinin  yaşayış  düşərgələrini  çay  kənarlarında 
salırdılar.  Paleolit  (qədim  Daş  dövrü)  dövrü  üzrə  arxeoloji 
kəşfiyyat işləri buna görə də çay terraslarmdan başlanır. 
Paleolit arxeoloji ekspedisiyasının üzvləri bir neçə gün 
idi  ki,  Quruçay  və  öndələnçay  vadilərində  olan  terraslarda 
arxeoloji  kəşfiyyat  işləri  aparırdı.  Bir  neçə  ümidverici  daş 
alət tapılmışdı. 
Quruçay  və  Köndələnçay  vadilərində,  ümumiyyətlə 
Qarabağın  dağlıq  hissəsində  karst  mağaraları  olduqca 
zəngindir. Ona görə də həmin mağaralara baxmaq və orada 
qədim  insanların  yaşayıb-yaşamadıqlarını  müəyyən  etmək 
lazım  idi.  Qarabağ  əhalisi  arasında  buradakı  mağaralar 
haqqında  müxtəlif  əfsanələr  və  rəvayətlər  söylənilir.  Guya 
burada olan mağaralara qoyun və ya keçi sürüsü daxil olursa, 
onlar o saat yox olurlar. 
35 


Bunun səbəbini mağaralarda dəhşətli əjdaha və pələnglərin 
olması ilə izah edirdilər. 
Füzulinin  rayon  mərkəzindən  10-12  km  qərbə  doğru 
getdikcə  dağlar  və  mağaralar  başlanır.  Onlar  olduqca 
möhtəşəm  və mənzərəli  olub  adamı heyran  edir.  Ətraf  çox 
sıx meşələrlə əhatə olunmuşdur. Mağaralar əsasən dağətəyi 
və yüksək dağ zirvələrində yerləşirlər. 
Qarabağın 
Tuğ 
çökəkliyinin 
özünəməxsus 
xüsusiyyətləri  diqqəti  cəlb  edir.  Onun  ətrafı  dağlarla  əhatə 
olunmuşdur. Tuğ çökəkliyinin mərkəzindən axan Qu- ruçay 
onu iki sahilə bölür. Çayın sol sahilindəki bir neçə mağara 
ekspedisiya  üzvlərinin  diqqətini  cəlb  etdi.  Yerli  Tuğ 
sakinlərindən Bəşirlə Əhməd Salakətin kəndinin zirvəsində 
yerləşən  mağaraya  getməyi  məsləhət  gördülər.  Onların 
dediyinə  görə  mağara  olduqca  böyükdür  və  onun  harada 
qurtardığı  bilinmir,  guya  onun  bir  çıxış  yolunun  Şuşada 
olduğunu bildirdilər. 
Ertəsi gün Paleolit arxeoloji ekspedisiyası Tuğ, Azıx və 
Salakətin  kəndləri  ətrafında  arxeoloji  kəşfiyyat  işlərinə 
başladı.  Əvvəlcə'  Quruçaym  yaxınlığında  olan  qaya 
sığınacaqlarına  baxıldı.  Sonra  isə  Salakətin  kəndinin 
zirvəsində  yerləşən  mağaraya  getmək  qərarına  gəldilər. 
Mağaraya  Azıx  kəndi  tərəfdən  qalxmaq  çətin  olduğu  üçün 
M.Hüseynov  Salakətin  kəndinə  gedib  oradan  mağaraya 
qalxmağı məsləhət gördü (Şəkil 4)... 
Mağaraya doğru  getdikcə Tuğ  çökəkliyinin mənzərəsi 
daha aydın görünürdü. Mağara olduqca əzəmətli idi, ətrafını 
kol-kos və başqa ağaclar örtmüşdü. Ona görə də mağaranın 
giriş  yolunu  tapmaq  çətin  idi.  Bir  qədər  axtardıqdan  sonra 
giriş yolu tapıldı. Elə həmin anda içəridən bir sürü keçi çıxdı. 
Tuğlulardan  kimsə  mağaranın  içərisində  vəhşi  heyvan 
olduğunu bildirdi. Onun deməsinə görə keçi sürüsünün belə 
həyəcanlı çıxması içəridə vəhşi heyvanın olması ilə əlaqədar 
ola  bilərdi.  Bəşir  və  Lətif  ekspedisiya  üzvlərinə  hələlik 
mağaraya daxil olmağın qorxulu olduğunu bildirdilər. Əh 
36 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə