ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə11/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

məd  və  Məmmədəli  müəllimlə  birlikdə  deyilənlərə 
əhəmiyyət verməyib mağaranın içərisinə girdilər. Mağaranın 
yuxarı  hissəsindən  iri  qaya  parçaları  qopub  giriş  yolunu 
tutmuşdu. Qaya parçaları kənara atıldı və giriş yolu bir qədər 
açılmış oldu (Şəkil 5-6). 
Mağaranın içərisinə doğru getdikcə buradakı möhtəşəm 
sütunlar, qartal və ayrı-ayrı quşları xatırladan qaya fiqurları 
diqqəti  cəlb  edirdi.  Bunların  hamısı  təbii  yolla  əmələ 
gəlmişdi.  Suyun  və  əhəngin  qarışığından  formalaşan 
stalaktik,  stalaqmit  və  stalaqnat  hissələri  olduqca  maraq 
doğururdu.  Xüsusilə  mağaranın  II  ən  böyük  salonunda 
stalaqnat  dirəklər  möcüzəli  görünürdü.  Adam  təbiətin 
yaratdığı bu mənzərəyə heyran olurdu (Şəkil 11). 
Mağaranın  giriş  yolu  cənub-qərbə,  çıxış  yolu  isə 
şimal-qərbə  baxır.  Çıxış  yolu  torpaq  çöküntüsü  olmayan 
çılpaq qayadan ibarətdir. İlk baxışda məlum oldu ki, burada 
heç bir möcüzə yoxdur və mağara təbii yolla əhəng və suyun 
qarışığından əmələ gəlmiş karst mağarasıdır. Mağara müasir 
Azıx  kəndinin  yaxınlığında  yerləşdiyinə  görə  ona  Azıx 
mağarası adı verildi (Şəkil 8
).
 
Azıx mağarasında torpaq çöküntüsü olduğu üçün burada 
qədim  insanların  yaşadığını  ehtimal  etmək  olurdu.  Lakin 
bunun  dəqiq  müəyyən  olunması  üçün  arxeoloji  kəşfiyyat 
işləri  aparılması  məqsədəuyğun  idi.  Yalnız  bunun  əsasında 
Azıx  mağarasının  möcüzəli  görünən  sirlərini  açmaq  və 
burada  ibtidai  insanların  yaşayıb-yaşamadığını  söyləmək 
olardı. Ona görə də Azıx mağarsmm əsas giriş yolunun sağ 
tərəfində  arxeoloji  kəşfiyyat  qazıntısı  aparılması  qərara 
alındı. Əvvəlcə Azıx mağarasının fotosu, planı çəkildi, sonra 
isə  torpaq  çöküntüsü  olan  sahələr  ayrı-ayrı  kvadratlara 
bölündü. 
Azıx  mağarasında  1960-cı  ilin  yay  aylarında  ilkin 
arxeoloji kəşfiyyat qazıntısı başlandı. Arxeoloqlar bu 
37 


rada  tədqiqat  işlərin  çox  ehtiyatla  aparırdılar.  Çöküntünün 
içərisindən  çıxan  hər  bir  saxsı  qırağına,  daş  və  sümük 
məmulatlarına  çox  diqqətlə  baxırdılar.  Mağaranın  I,  II 
təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı orta əsrlər
Tunc və Eneolit dövrlərinə aid maddi mədəniyyət nümunələri 
aşkar  olundu.  Düşərgənin  III  təbəqəsindən  Mustye,  V 
təbəqəsindən orta Aşel, VI təbəqəsindən qədim Aşel, VII-X 
təbəqələrində  aparılan  tədqiqatlar  zamanı  isə  yeni  bir 
arxeoloji  mədəniyyətə  -  Quruçay  mədəniyyətinə  aid  maddi 
mədəniyyət qalıqları tapılmışdır. Mağaranın IV təbəqəsindən 
isə heç bir arxeoloji material qeydə alnımamışdır. 
Arxeoloji tədqiqat işlərinə başlanarkən heç kəs güman 
edə  bilməzdi  ki.  Azıx  düşərgəsində  aparılan  elmi  tədqiqat 
işlərinin müddəti 30 ildən artıq bir dövrü (1960-1986) əhatə 
edəcək və burada aşkar edilən maddi mədəniyyət nümunələri 
bəşər tarixinə yeni səhifələrin yazılmasına səbəb olacaq və bu 
abidənin tədqiqi beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb 
edəcəkdir. 
1960-1986-cı  illərdə  Azıx  qədim  insan  düşərgəsində 
aparılan  arxeoloji  qazıntılar  zamanı  burada  10  arxeoloji 
təbəqə  qeydə  alınmış  və  tədqiq  olunmuşdur.  Maraqlıdır  ki, 
düşərgənin çöküntülərindən 10 mindən artıq daş məmulatı və 
100  mindən  artıq  sümük  məmulatı  tapılmışdır.  Abidədən 
aşkar olunmuş maddi mədəniyyət qalıqlarının elmi tədqiqi bu 
gün də davam etdirilir. 
Quruçay dərəsi bir tərəfdən Mil düzü ilə, digər tərəfdən 
Qarabağın dağətəyi və yüksək dağlıq ərazisi ilə birləşmişdir. 
Bu  diyarda  aparılmış  elmi  tədqiqatlar  göstərmişdir  ki,  hələ 
çox  qədim  zamanlardan  burada  canlı  həyatın  inkişafı  üçün 
əlverişli  təbii  coğrafi  şərait  olmuşdur.  Ərazidə  aparılmış 
kompleks  elmi  tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki, 
hələ  1,5  milyon  il  əvvəl  Quruçay  dərəsində  mülayim  iqlim 
şəraitində yaşayan çoxlu heyvan olmuşdur. 
38 


Quruçay  vadisi,  Azıx  və  Tağlar  mağaraları  yerləşən 
ərazidən  ibtidai  insanlar  əmək  alətləri  hazırlamaq  üçün 
xammal  mənbəyi  kimi  istifadə  etmişlər.  Quruçayda  kvars, 
kvarsit,  bazalt,  çaxmaq,  fezlit,  yaşma  və  s.  daşlar  mövcud 
olmuşdur. 
Azıx  düşərgəsinin  ən  aşağı  təbəqələrində  aparılan 
(VII-X  təbəqələr)  arxeoloji  qazıntılar  nəticəsində  mühüm 
elmi  əhəmiyyətə  malik  maddi  mədəniyyət  nümunələri, 
0
 
cümlədən 400-dən artıq daş məmulatı aşkar olunmuşdur. Daş 
məmulatı  içərisində  əsas  yeri  əmək  alətləri  təşkil  edir.  Daş 
məmulatı  içərisində  həmçinin  kobud  çapacaqlar,  kubvari 
alətlər, kobud qaşovlar, vurma səthi yaxşı saxlanmış qəlpələr 
və s. qeydə alınmışdır. Təbəqələrin yerləşmə səviyyəsindən 
asılı  olmayaraq  yeddi-onuncu  təbəqələrin  daş  məmulatı 
arxeoloji  cəhətdən  eyni  texniki  üsulla  hazırlanmışdır.  Bu 
xüsusiyyətlər  əmək  alətlərinin  ümumi  görünüşündə,  çənglə 
öldürülməsindən asılı olaraq saxlanılma dərəcəsində, texniki 
və tipoloji əlamətlərində özünü göstərir. 
Azıx düşərgəsinin aşağı təbəqələrinin daş alətləri əsasən 
kənarlarından  mərkəzə  doğru  vurub  qoparma  üsulu  ilə  çox 
kobud formada hazırlanmışdır. Bu üsulla hazırlanmış alətlər 
daş  məmulatı  içərisində  çoxluq  təşkil  edir.  Təsvir  olunan 
alətləri uzunsov çay daşının bir ucu və ya onun uzununa bir 
kənarının qoparılması yolu ilə hazırlanmışlar. Göstərilən tip 
əmək alətlərinin meydana gəlməsi bir daha sübut edir ki, bu 
cür  daş  məmulatı  iki  üzü  işlənilmiş  protoçoppinqlərin  ilk 
istehsal  pilləsini  təşkil  edir.  Yeddi-onuncu  təbəqələrin  daş 
məmulatı arasında qəlpələrdən hazırlanmış alətlər içərisində 
əsas yeri qaşov tipli alətlər tutur. 
Azıx  mağarasının  aşağı  təbəqələrinin  daş  məmulatı 
arasında  4-5  kq  ağırlığında  olan  nəhəng  çoppervari  alətlər 
diqqəti daha çox cəlb edir. Hələlik ölkəmizin ərazisində olan 
paleolit abidələrindən belə alətlər qeydə 
39 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə