ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə12/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

alınmamışdır.  Belə  alətləri  hələlik  şərti  olaraq  Azıx  tipli 
çapma alətlər adlandırmaq olar (Şəkil 25-26). 
Azıx  qədim  insan  düşərgəsində  aparılan  arxeoloji 
tədqiqat işlərində əvvəllər ancaq Azərbaycan alimləri iştirak 
edirdilər.  Lakin  sonralar  abidədə  aşkar  olunmuş  elmi 
materialların  zənginliyi  burada  kompleks  şəkildə  tədqiqat 
işləri  aparılmasının  zəruriliyini  meydana  çıxardı.  Odur  ki, 
Azıx  düşərgəsinin  kompleks  şəkildə  tədqiq  olunmasında 
Azərbaycan  alimləri  ilə  birlikdə  Moskva,  Leninqrad  və 
Fransa mütəxəssisləri də iştirak etməyə başladılar. Abidədə 
tədqiqat  aparan  M.Hüseynov,  D.Hacıyev,  Ə.Məmmədov, 
N.Şirinov,  V.Veliçko,  Ə.Cəfərov,  V.Hacıyev,  S.Əliyev, 
M.Süleymanov  və  başqa  alimlərin  işləri  nəticəsində  uzaq 
keçmişimizə aid zəngin məlumatlar əldə olunmuşdur. 
Azıx  mağarasının  VII-X  təbəqələrində  aşkar  olunmuş 
arxeoloji  materialların  olduqca  mühüm  elmi  əhəmiyyəti 
vardır.  Buranın  maddi  mədəniyyət  nümunələri  mağarada 
qədim  insanların  ilkin  məskunlaşmasından  xəbər  verir. 
İbtidai  insanların  həyatında  mağaranın  yaxınlığından  axan 
Quruçaym  mühüm  rolu  olmuşdur.  Qədim  insanlar  əmək 
alətləri hazırlamaq üçün daşları məhz Quruçaydan toplayıb 
mağaraya  gətirərmişlər.  Eyni  zamanda  Azıx  sakinləri 
Quruçay dərəsində ovçu- luqla da məşğul olmuşlar. Quruçay 
dərəsində ibtidai insanların yaşaması üçün zəruri olan bütün 
nemətlər  var  idi.  VII-X  təbəqələrdən  tapılmış  maddi 
mədəniyyət  nümunələri  tamamilə  yeni  bir  mədəniyyətdən 
xəbər  verirdi.  Təbəqələrdə  tapılmış  əmək  alətlərinin 
hazırlanma  texnikası  və  tipologiyasının  özünəməxsus 
xüsusiyyətlərinə görə yeni aşkar olunmuş maddi mədəniyyət 
nümunələrinə 
Quruçay 
adı 
verilmişdir. 
Quruçay 
mədəniyyətinin  bir  neçə  inkişaf  mərhələsi  müəyyən 
olunmuşdur. Mədəniyyətin ilkin mərhələsində əmək alətləri 
olduqca  bəsit  hazırlandığı  halda,  sonrakı  mərhələlərdə 
onların 
40 


hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri 
yaranmağa başlamışdır (Şəkil 22-26). 
Azıx  qədim  düşərgəsinin  VII-X  təbəqələrində  aşkar 
olunmuş  əmək  alətlərinin  əksəriyyəti  mağaradan  kənarda 
hazırlanmış  və  sonradan  düşərgəyə  gətirilmişdir.  Çünki 
düşərgənin ən aşağı təbəqələrində ancaq hazır əmək alətləri 
tapılmışdır.  İstehsal  tullantıları  isə  qeydə  alınmamışdır. 
Deməli,  qədim  Azıx  düşərgəsinin  sakinləri  mağarada 
yaşamamışdan əvvəl Quruçay dərəsinin kənarlarında yaşayıb 
fəaliyyət  göstərmişlər.  Əmək  alətlərini  də  məhz  əvvəllər 
Quruçay  vadisində  hazırlamışlar.  Ona  görə  də  aşağı 
təbəqələrin  daş  məmulatı  içərisində  istehsal  tullantıları 
yoxdur. 
Azıx  qədim  insan  düşərgəsinin  VII-X  təbəqələrindən 
aşkar olunmuş Quruçay mədəniyyətinin əmək alətləri Şərqi 
Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil 
edir.  Lakin  Azıx  düşərgəsinin  ən  aşağı  təbəqələrinin  əmək 
alətlərinin  tipologiyasında  fərqli  cəhətlər  vardır  ki,  bu  da 
VII-X  təqələrin  materialları  əsasında  yeni  arxeoloji 
mədəniyyətin müəyyən edilməsinə səbəb olmuşdur. Quruçay 
mədəniyyətinin 1,8 milyon il bundan qabaq başlayıb 700 min 
il əvvəl sona çatması müəyyən olunmuşdur. 
Hazırda ölkəmizin ərazisində Quruçay mədəniyyəti ən 
qədim  arxeoloji  mədəniyyət  hesab  olunur.  Məhz  bu 
mədəniyyətin  maddi  mədəniyyət  qalıqları  əsasında 
respublikamızın  ərazisində  ibtidai  insanların  1,8  milyon 
bundan  əvvəl  yaşamağa  başlaması  və  əmək  alətləri 
hazırlanması elmi əsaslarla sübuta yetirilmişdir. 
Aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  Quruçay 
mədəniyyəti  dövründə  qədim  insanların  əsasən  ovçu-  luqla 
və  yığıcılıqla  məşğul  olmaları  müəyyən  edilmişdir. 
Həmçinin  Azərbaycan  ərazisində  bəşər  tarixi  Quruçay 
mədəniyyəti dövründən başlanır. 
41 


AŞEL MƏDƏNİYYƏTİ 
Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  müəyyən 
olunmuşdur  ki,  Azıx  qədim  insan  düşərgəsində  Quru-  çay 
mədəniyyəti  dövrü  uzun  müddətdən  sonra  qədim  Aşel 
mədəniyyəti ilə əvəz olunmuşdur. Azıx yaşayış məskənində 
qədim Aşel dövrünə aid maddi mədəniyyət qalıqları yeddinci 
təbəqənin üstündə olan altıncı təbəqədə aşkar olunmuşdur. 
Bəşəriyyət  tarixində  qədim,  orta  və  son  Aşel 
mədəniyyətləri  ilk  dəfə  Fransanın  Sent  Aşel  düşərgəsində 
müəyyən  olunmuşdur.  Ona  görə  də  ilk  dəfə  tapıldığı  yerin 
adı  ilə  Aşel  mədəniyyəti  adlandırılmışdır.  Aparılan  elmi 
tədqiqatlar nəticəsində Aşel mədəniyyətinin bəşər tarixində 
daha  geniş  ərazilərə  yayılması  müəyyən  olunmuşdur. 
Hazırda qədim, orta və son Aşel mədəniyyətlərinə aid maddi 
mədəniyyət  qalıqları  Afrikada,  Avropada,  Asiya  və 
Zaqafqaziya ərazilərində qeydə alınmışdır. 
Aşel  mədəniyyəti  öz  inkişafında  bir  neçə  inkişaf 
mərhələdən keçmişdir. Birinci mərhələ bəsit formada, qalın 
qəlpələr  üzərində  hazırlanmış  qaşov  tipli  əmək  alətləri  və 
disk şəkilli nukleuslarla (nüvələr) xarakterizə olunur. 
Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqat işləri 
nəticəsində  Aşel  mədəniyyətinə  aid  əmək  alətləri  Azıx 
düşərgəsinin  V  və  VI  təbəqələrində.  Qazax  rayonunun 
Qayalı,  Acıdərə,  Əli  Bayramh  və  Şişquzey  açıq  paleolit 
düşərgələrində  tapılmışdır.  Eyni  zamanda  respublikamızın 
Lerik,  Kəlbəcər  və  Naxçıvan  ərazilərində  də  Aşel 
mədəniyyətinə aid tək-tək əmək alətləri tapılmışdır. 
Azərbaycan o cümlədən də bütün Qafqaz və Yaxın Şərq 
ərazilərindən ancaq Azıx düşərgəsinin V və VI təbəqələrində 
Aşel  mədəniyyətinə  aid  ən  zəngin  maddi  mədəniyyət 
nümunələri aşkar olunmuşdur. Maraqlıdır 
42 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə