ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə13/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

ki,  Azıx  mağarısının  VI  təbəqəsində  aparılan  arxeoloji 
qazıntılar  zamanı  ilk  dəfə  olaraq  mükəmməl  işlənmiş  əl 
çapacaqları tapılmışdır. Əl çapacaqlarının meydana çıxması 
ibtidai insanların həyatında mühüm rol oynamışdır. Bununla 
əlaqədar  olaraq  ulu  sakinlər  ovçuluq  təsərrüfatını  daha  da 
inkişaf etdirməyə başlamışlar. 
Azıx  düşərgəsinin  VI  təbəqəsində  aparılan  arxeoloji 
qazıntılar zamanı 2 mindən artıq daş məmulatı tapılmışdır. 
Aşkar  olunmuş  daş  məmulatı  içərisində  526  ədəd  əmək 
alətləri qeydə alınmışdır. Daş məmulatının qalan hissəsini isə 
istehsal tullantıları, nukleuslar və təbii çay daşları təşkil edir. 
Qədim  Aşel  mədəniyyətinə  aid  təbəqədə  tapılmış  əmək 
alətləri içərisində əl çapacaqları və qaşov tipli alətlər çoxluq 
təşkil edir. Altıncı təbəqədə əmək alətləri ilə birlikdə istehsal 
tullantılarının  və  nukleusların  aşkar  olunması  qədim  Aşel 
dövründə  düşərgədə  qədim  insanların  əmək  alətləri  ha- 
zniadıqlarmı  göstərir.  Məhz  VI  təbəqədə  aşkar  olunmuş 
əmək  alətlərinin  texniki  və  tipoloji  xüsusiyyətlərinə  əsasən 
onların  qədim  Aşel  mədəniyyəti  dövründə  hazırladıqlarını 
söyləmək olur. 
Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  müəyyən 
olunmuşdur ki, bəşəriyyət tarixində qədim Aşel mədəniyyəti 
650-450 min illər arasında mövcud olmuş 200 min ildən bir 
qədər  artıq  davam  etmişdir.  Bu  dövrdə  əmək  alətlərinin 
təkmilləşməsi, yeni-yeni əmək alətlərinin meydana çıxması 
başlanır. Bu qədim insanların həyat tərzinin inkişaf etməsini 
göstərir.  Azıx  düşərgəsinin  VI  təbəqəsində  aşkar  olunmuş 
əmək alətlərinin zənginliyi dediklərimizi bir daha təsdiq edir 
(Şəkil 27- 32). 
Azıx  mağarasının  VI  təbəqəsində  daş  dövrü  məmulatı 
ilə birlikdə çoxlu ovlanmış heyvan sümükləri də tapılmışdır. 
Tapılmış sümüklər əsasında təyin edilmiş heyvanat aləminin 
növləri  göstərir  ki,  qədim  Aşel  dövründə  Azərbaycan 
ərazisində soyuqlaşmaya doğru 
43 


dəyişikliklər  baş  vermişdir.  Düşərgənin  qədim  Aşel 
mədəniyyətinə  aid  olan  fauna  qalıqları  Bakı  söküntülərinin 
yaranma dövrünə uyğun gəlir. Ona görə də Azıx mağarasının 
VI  təbəqəsi  tədqiqatçıların  əksəriyyəti  tərəfindən  mindel 
buzlağı  dövrünə  aid  edilir.  Qeyd  olunan  fauna  qalıqları  ilə 
yanaşı,  qədim  Aşel  təbəqəsində  tiras-  pol  kompleksi 
nümunələrindən  Şotenzak  bizonu,  Mer-  ka  kərgədanı  və  s. 
fauna  qalıqlarının  aşkar  olunması  təbəqənin  Bakı  dövrünə 
(mindeldən əvvəlki dövrə) aid olduğunu göstərir. 
Alimləri  uzun  müddət  qədim  Aşel  dövrü  adamlarının 
fiziki  tipii  düşündürmüş  və  bu  sahədə  elmi  tədqiqat  işləri 
aparmışlar.  Dünyanın  müxtəlif  ölkələri  ərazisində  aparılan 
arxeoloji  tədqiqat  işləri  nəticəsində  müəyyən  edilmişdir  ki, 
qədim  Aşel  dövrü  adamlarının  fiziki  tipli  pitikantrop, 
sinantrop və heydelberq adamından ibarət olmuşdur. 
Pitikantrop  ilk  dəfə  olaraq  1891-ci  ildə  hollandiyalı 
həkim Dyuba tərəfindən Yava adasında tapılmışdır. Sonralar 
Yava  adasında  aparılan  arxeoloji  qazıntılar  zamanı 
tipikantropun  sümük  qalıqları  aşkara  çıxarılmışdır.  Elmi 
araşdırmalar nəticəsində antropoloqlar müəyyən etmişlər ki, 
pitikantropun  boyu  160-170  sm,  beyin  tutumu  isə  850-950 
sm-"* olmuşdur. 
İbtidai insan qalıqları içərisində sinantrop xüsusi maraq 
doğurur.  Sinantropun  qalıqları  1927-ci  ildə  kanadalı  alim 
Devidson  Bleyk  tərəfindən  Çinin  Çjouka-  udyan  kəndində 
tapılmışdır. Bu kənd Pekin şəhərindən 54 km cənub qərbdə 
yerləşir.  Arxeoloji  qazıntılar  zamanı  tapılan  qədim  insan 
çənəsi  həmin  yerin  adı  ilə  sinantrop  -  Çin  adamı 
adlandırılmışdır. 
1929-1930-
CLI 
illərdə  çinli  alim  Pey  Ven-Çjun  Çjo- 
ukoudyan  mağara  düşərgəsində  bir  uşağın  və  30-35  yaşlı 
qadının kəllə sümüyünü tapmışdır. 
Sinantrop fiziki inkişafına görə pitikantropa oxşasa da, 
bir az ondan çox inkişaf etmişdir. Məlum olmuşdur 
44 


ki,  sinantropun  boyu  144-156  sm,  beyin  tutumu  isə 
1050-1200 sm^-ə qədər olmuşdur. Sinantroplar mağaralarda 
yaşamış və ovçuluqla məşğul olmuşlar. 
1907-ci 
ildə  Almaniyanın  Heydelberq  şəhəri 
yaxınlığında,  Mauer  kəndi  ərazisində  qədim  insanın  alt 
çənəsi aşkar olunmuşdur. Çənəyə tapıldığı yerin adı verilmiş 
və Heydelberq adamı adlandırılmışdır. 
Avropa üçün ən böyük elmi əhəmiyyətə malik arxeoloji 
tapıntılar  Fransanın  Araqo  mağaralarında  aparılan 
tədqiqatlar zamanı əldə olunmuşdur. Professor A.Lümley bu 
düşərgələrdə zəngin əmək alətləri və qədim insanın çənə və 
kəllə  sümüklərini  aşkar  etmişdir.  Araqo  mağaralarından 
tapılmış maddi mədəniyyət nümunələrinin əksəriyyəti qədim 
Aşel mədəniyyətinə aiddir. 
Azıx  düşərgəsinin  qədim  Aşel  təbəqəsində  aparılan 
elmi  tədqiqatlar  zamanı  aşkar  olunmuş  fauna  qalıqlarının 
xüsusi  elmi  əhəmiyyəti  vardır.  Fauna  qalıqları  içərisində 
ayrı-ayrı çənələr, kəllə sümükləri çoxluq təşkil edir. Sümük 
məmulatının  təyinatı  əsasında  qədim  Aşel  adamlarının 
ovçuluq  fəaliyyətində  əsas  yeri  mağara  ayıları  və  nəhəng 
marallar tutmuşdur. Bu, eyni zamanda qədim Aşel dövründə 
Quruçay dərəsinin meşəliklərində mağara ayıları və nəhəng 
maralların mövcud olduğunu göstərir. 
Qədim  Aşel  təbəqəsində  aşkar  olunmuş  maddi 
mədəniyyət qalıqlarının zənginliyi Azıx düşərgəsində qədim 
insanların  uzun  müddət  və  daimi  yaşadıqlarını  söyləməyə 
imkan verir. 
Azıx qədim insan düşərgəsinin V təbəqəsində aparılan 
arxeoloji  tədqiqatlar  zamanı  orta  Aşel  mədəniyyətinə  aid 
maddi  mədəniyyət  nümunələri  tapılmışdır.  Bu,  Azıxda 
qədim Aşel dövrünün sonralar orta Aşel mədəniyyəti ilə əvəz 
olunduğunu  göstərir.  Elmi  araşdırmalar  zamanı  məlum 
olmuşdur ki, orta Aşel mədəniyyəti 400 
45 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə