ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə14/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   10   11   12   13   14   15   16   17   ...   66

min  il  bundan  qabaq  başlamış  və  200  min  il  əvvəl  sona 
çatmışdır. 
Arxeoloji  qazıntılar  zamanı  Azıx  düşərgəsinin  V 
təbəqəsində  tapılmış  daş  alətlərin  əsasını  kobud  çapma 
alətləri və əl çapacaqları təşkil edir. Daş məmulatı arasında 
müxtəlif  klekton  tipli  əmək  alətləri  və  kobud  hazırlanmış 
itiucİLi  alətlər  də  qeydə  alınmışdır.  Beşinci  təbəqənin  daş 
məmulatı  texniki-tipoloji  xüsusiyyətlərinə  görə  özündən 
aşağıda yerləşən VI təbəqənin materialları ilə yaxınlıq təşkil 
edir.  Eyni  zamanda  V  təpəqənin  əmək  alətləri  qədim  Aşel 
dövrü  məmulatının  bəzi  oxşar  xüsusiyyətlərini  özündə 
birləşdirir (Şəkil 33-36). 
Uzun  illər  ərzində  Azıx  mağarasının  V  təbəqəsində 
aparılan arxeoloji tədqiqatlar nəticəsində minlərlə ovlanmış 
heyvan sümükləri aşkar olunmuşdur. Bu tapıntılar sübut edir 
ki, orta Aşel dövründə Azıx düşərgəsində yaşayan sakinlərin 
məşğuliyyətlərində  əsas  yeri  ovçuluq  tutmuşdur.  Sümük 
məmulatlarının  elmi  tədqiqi  ilə  professor  Dəmir  Hacıyev 
məşğul  olmuşdur.  Qədim  insanların  orta  Aşel  dövründə 
ovçuluqla məşğul olması, maral və mağara ayılarını ovlaması 
əsas yer tutmuşdur. 
Azıx düşərgəsinin qədim və orta Aşel mədəniyyətlərinə 
aid  tapılmış  arxeoloji  materiallar  arxeoloqlarla  yanaşı 
paleocoğraflarm,  antropoloqlarm,  paleontoloqla-  rm, 
paleogemorfoloqlarm və habelə geoloqların diqqətini özünə 
cəlb  etmişdir.  Onlar  da  arxeoloqlarla  birlikdə  Azıx 
mağarasındakı  IV  dövr  çöküntülərinin  tədqiqi  ilə  məşğul 
olmağa başlanmış və insanın formalaşdığı dövrə aid zəngin 
elmi materiallar əldə etmişlər. Elmi ədəbiyyatlarda IV dövrə 
antropogen  də  deyilir,  yəni  insanın  meydana  gəlməsi  və 
formalaşması dövrü. Məhz bu dövrdən başlayaraq insanın ilk 
əmək  alətləri  hazırlanması  dövrü  başlanmış,  bu  dövrün 
inkişaf prosesi 6 milyon il davam etmidir. 
Maraqlıdır ki,  V təbəqədə ancaq ovçuluq  üçün  yararlı 
olan əmək alətləri tapılmışdır. Burada aşkar 
46 


olunmuş  əmək  alətlərinin  sayı  400-ə  yaxındır.  İstehsal 
tullantıları  isə  tamamilə  yoxdur.  Deməli,  əmək  alətləri 
kənarda hazırlanmışdır. Orta Aşel mədəniyyəti dövründə də 
qədim insanlar Azıx düşərgəsində yaşamış, əsas fəaliyyətləri 
ovçuluqdan ibarət olmuşdur. Ovçuluq qədim insanları nəinki 
yeməklə  təmin  edirdi,  eyni  zamanda  adamlara  geyim  və 
yaşayış  yerləri  hazırlamağa  da  imkan  verirdi.  Azıx 
düşərgəsində aşkar olunmuş fauna qalıqları göstərir ki, orta 
Aşel  dövründə  ovçuluq  özünün  ən  yüksək  zirvəsinə 
çatmışdır.  Əgər  qədim  Aşel  dövründə  11  növ  iri  heyvan 
ovlanmışdısa,  orta  Aşeldə  isə  45  növ  heyvan  və  quş 
ovlanmışdı. 
İllər  ötdükcə.  Azıx  düşərgəsində  aşkar  olunmuş 
arxeoloji  materialların  şöhrəti  artır  və  burada  tapılan 
materiallar  daha  da  zənginləşirdi.  Azıx  düşərgəsində  ən 
maraqlı  və  mühüm  elmi  əhəmiyyətli  tapıntı  1968-ci  ilin 
yayında  əldə  olunmuşdu.  Elmi  axtarışların  ən  qızğın  vaxtı 
idi. Arxeoloji qazıntı işləri V təbəqənin içərisində gedirdi. Bu 
vaxt  əl  çapacaqları  ilə  birlikdə  bir  çənənin  sınmış  hissəsi 
aşkar edildi. Çənə çox diqqətlə nəzərdən keçirildi. Bu ibtidai 
insan  çənəsinə  oxşayırdı.  Lakin  çənənin  daha  dəqiq  təyin 
olunması  vacib  idi.  Ona  görə  də  professor  D.Hacıyev 
yenidən Azıx düşərgəsinə dəvət  olundu.  Tapıntı  professoru 
çox sevindirdi. O dedi ki, bu, ölkəmizin ərazisində ən qədim 
insana aid olan çənədir. Dəmir müəllim çənə üzərində elmi 
tədqiqat  işini  uzun  müddət  davam  etdirdi.  Aşkar  olunmuş 
çənə  Azıx  düşərgəsinin  elmi  əhəmiyyətini  daha  da  artırdı 
(Şəkil 13). 
Çənənin  iri  olması  açıq  nəzərə  çarpırdı  və  gövdəsi 
nisbətən  qalın  idi.  Bu  baxımdan  Azıx  adamının  çənəsi 
avstrolopiteklərdən  fərqlənir  və  müəyyən  cəhətlərinə  görə 
arxantroplarm  arasında  özünə  xüsusi  yer  tutur.  Tapıntıya 
şərti olaraq azıxantrop - yəni Azıx adamı adı verilmişdir. 
47 


Azıx  qədim  insan  düşərgəsində  aşkar  olunmuş  çənə 
quruluşundakı  spesifik  cəhətlərə  əsasən,  bir  tərəfdən 
pitikantroplara  xüsusilə  Mauer  adamının  çənəsinə,  digər 
tərəfdən  də,  bir  çox  cəhətlərinə  görə  Fransanın  Ara-  qo 
düşərgəsinin Aşel təbəqələrində tapılmış prenean- dertallara 
daha yaxındır. 
Aparılan elmi tədqiqat zamanı D.Hacıyev müəyyən etdi 
ki,  Azıxda  aşkar  olunmuş  çənə  ölkəmizin  ərazisində  ən 
qədim insan çənəsi olub, 18-22 yaşlı qadına məxsusdur və bu 
qadın  350  min  il  bundan  əvvəl  Azərbaycan  ərazisində 
yaşamışdır (Şəkil 15). 
Aparılan  arxeoloji  tədqiqat  zamanı  müəyyən 
olunmuşdu ki, ibtidai insanların Aşel dövrü həyatlarında ilk 
dini təsəvvürlərin meydana çıxması və formalaşması prosesi 
başlanmışdır. Bu barədə elmi ədəbiyyatlarda müxtəlif fikirlər 
mövcuddur.  Bəzi  alimlər  ilk  dini  təsəvvürlərin  meydana 
çıxmasını Mustye mədəniyyəti ilə əlaqələndirir, digər alimlər 
isə  ilk  dini  təsəvvürlərin  orta  Aşel  mədəniyyəti  zamanı 
meydana  çıxdığını  bildirirdilər.  Lakin  son  illərdə  aparılan 
arxeoloji  tədqiqatlar  zamanı  ilk  dini  görüşlərin  meydana 
çıxması  probleminə  aid  yeni-yeni  elmi  məlumatlar  əldə 
edilmişdir.  Xüsusilə  Şərqi  Afrikanın  Olduvay,  Fransanın 
Araqo,  Lazeret,  Gürcüstanın  Kudaro,  Azərbaycanın  Azıx 
qədim insan düşərgəsində aşkar olunmuş elmi materialların 
mühüm əhəmiyyəti vardır. 
Azıx  paleolit  düşərgəsində  aşkar  olunmuş  maddi 
mədəniyyət qalıqlarının elmi təhlili ibtidai adamların ilk dini 
təsəvvürləri  haqqında  yeni-yeni  fikirlər  söyləməyə  imkan 
verir.  1972-ci  ilin  arxeoloji  tədqiqatları  zamanı  Azıx 
düşərgəsinin sağ divarında qaranlıq bir yerdə 3 ədəd mağara 
ayısının  kəlləsi  aşkar  edildi.  Bu  yer  mağaranın  içərisində 
olduqca  möcüzəli  bir  guşədə  yerləşirdi.  Mağaranın  sağ 
divarında  iki  qaya  son  dərəcə  qabarıq  formada  irəliyə 
uzanaraq orta hissəyə işıq düşməsinə mane olur və nəticədə 
bura zülmətə qərq 
48 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə