ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə15/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   11   12   13   14   15   16   17   18   ...   66

olurdu.  Bu  hissədə  qaya  rəfi  təbii  surətdə  əmələ  gəlmişdi. 
Məhz  bu  rəfə  yuxanda  qeyd  olunan  mağara  ayılarının 
kəllələri  və  çənələri  qoyulmuşdu.  Müəyyən  olundu  ki, 
insanlar tərəfindən qoyulmuşdur. Bu proses qədim insanların 
ilk dini görüşləri barədə məlumat verir, həm də qədim Azıx 
sakinlərinin  mağara  ayılarının  kəllələrinə  bir  növ  sitayiş 
etdiklərini göstərirdi. Belə görünürdü ki, düşərgənin məhz bu 
hissəsi müqəddəs yer sayılmışdır. Qeyd olunan proses ibtidai 
insanlarda  ilk  dini  təsəvvürlərin  meydana  çıxdığını 
göstərirdi. Ona görə də ibtidai adamlarda ilk dini görüşlərin 
meydana çıxmasının orta Aşel dövründən yəni 350-200 min 
il bundan əvvəldən başlandığını söyləmək daha doğru olardı. 
Bəlkə  də  qədim  Azıx  sakinləri  bu  gizli  yeri  özlərinə 
müqəddəs yer hesab etmiş, ayı kəllələrinə və çənələrinə də 
müqəddəs  bir  şey  kimi  baxmışlar.  Beləliklə,  qədim 
insanlarda Dinin ilk rüşeymiəri əmələ gəlməyə başlamışdır. 
Son illərdə aparılan arxeoloji kəşfiyyat və tədqiqat işləri 
nəticəsində  dünyanın  başqa  qədim  insan  düşərgələrində  də 
ilk dini etiqadların meydana çıxmasına aid elmi məlumatlar 
əldə  edilmişdir.  Bu  məlumatlara  əsasən  hazırda  ilk  dini 
görüşlərin  meydana  çıxmağa  başlamasını  orta  Aşel 
dövründən hesablayırlar. 
Azıx mağarasının V təbəqəsinin xəlvət yerində tapılmış 
ayı  kəllələri  daha  çox  maraq  doğurur.  Bu  ayı  kəllələrinin 
birinin  üzərində  8  əyri  xətt  çəkilmişdir.  Xətlərin 
ayrı-ayrılıqda  uzunluğu  15,  18,  20,  24,  30,  36,  45  və  47 
mm-dir.  Bu  ölçülərdən  müəyyən  etmək  olur  ki,  xətlərin 
uzunluğu  və  onların  arasında  qoyulmuş  məsafələr  bərabər 
deyildir.  Göstərilən  xətlərin  hamısı  dişli  daş  alətlə 
çəkilmişdir. Güman edilir ki, kəllə üzərində çəkilmiş xətlər 
azıxantropların ideoloji təsəvvürləri ilə bağlı olmuşdur. Azıx 
düşərgəsində  tapılmış  ayı  kəlləsi  üzərində  xətlər  hələlik 
dünyada yeganə tapıntı olsa da 
49 


buna  bənzər  tapıntı  Almaniyanın  Turinqi  ərazisində  olan 
Bilsinsibendə də aşkar olunmuşdur. 
Azıx düşərgəsinin mədəni təbəqələrində ocaq yerlərinin 
aşkar edilməsi xüsusi maraq doğurur. 
Artıq  qədim  insan  özünə  daimi  yaşayış  yeri  tapmış, 
əmək  alətləri  hazırlanmış  və  ovçuluq  təsərrüfatına 
yiyələnmişdi. 
Azıx  düşərgəsinin  qədim  və  orta  Aşel  təbəqələrində 
aparılan  arxeoloji  qazıntılar  zamanı  ocaq  yerlərinin  aşkar 
olunması  Azıx  sakinlərinin  qədim  və  orta  Aşel 
mədəniyyətləri  dövründə  odla  tanış  olub  ondan  istifadə 
etmələrini göstərir. 
Arxeoloji  tədqiqatlar  göstərir  ki,  qədim  Azıx 
düşərgəsinin  sakinləri  torpaqda  qazma  üsulu  ilə  ocaqlar 
qurmuşlar. Maraqlıdır ki, düşərgənin orta Aşel təbəqəsindən 
üç ocaq yeri qeydə alınmışdır. Ocaqlardan biri 4 m2 sahəni 
əhatə  edir.  Ocağın  hər  tərəfinə  yandırılmış  ağac  külündən 
qalın  sədd  çəkilmişdir.  Ən  maraqlı  cəhət  ocağın  yanında 
əhəng  daşlarından  qurulmuş  divar  qalığının  qeydə 
alınmasıdır. Divar qalığının hündürlüyü 30 sm-dən bir qədər 
artıq idi. Bu divarın yanında daha bir kiçik ocaq yeri aşkar 
olunmuşdur. Ocağın hər 2 tərəfi yastı əhəng daşları ilə əhatə 
edilmişdir. 
Azıxın  orta  Aşel  dövrünə  aid  olan  təbəqəsində  ocaq 
yerlərinin  aşkar  olunması  düşərgənin  qədim  sakinlərinin 
həyatında ocağın mühüm yer tutduğunu göstərir. 
Maraqlıdır ki,  professor  V.Lyubinin Cənubi  Ose- tiya 
ərazisindəki  Kudaro  mağaralarında  apardığı  arxeoloji 
qazıntılar  zamanı  Aşel  mədəniyyətinə  aid  zəngin  maddi 
mədəniyyət  qalıqları  aşkar  olunmuşdur.  Kudaro  mağara 
düşərgələrində tapılmış əl çapacaqları xüsusi maraq doğurur. 
Qədim Kudaro sakinlərinin ovçuluq təsərrüfatında əsas yeri 
mağara  ayıları  tutmuşdur.  Bunu  düşərgələrdən  tapılmış 
heyvan sümükləri sübut edir. Maraqlıdır ki, burada ovlanmış 
heyvan  sümüklərinin  95%-ni  mağara  ayılarının  sümükləri 
təşkil edir. 
50 


Avropa ölkələri ərazisində aparılan tədqiqatlar zamanı 
qədim  və  orta  Aşel  mədəniyyətinə  aid  zəngin  arxeoloji 
abidələr  qeydə  alınmışdır.  Maraqlıdır  ki,  Avropa  ölkələri 
ərazisində  Paleolit  dövrü  üzrə  aparılan  arxeoloji  tədqiqat 
işlərinin tarixi 100 ildən bir qədər artıqdır. Paleolitşünaslığm 
tədqiqi  tarixində  bu  ölkələrin  ərazisində  aşkar  olunmuş 
arxeoloji abidələrin özünəməxsus xüsusiyyətləri vardır. Heç 
də  təsadüfi  deyildir  ki,  Fransa  ərazisində  tapılmış  paleolit 
dövrünün  qədim  insan  məskənləri  bu  dövrün  tədqiqinin 
təməl  daşını  qoymuşdur.  Məhz  ona  görə  də  Paleolit 
dövrünün  əsas  mədəniyyət  ocaqları  Fransa  ərazisində  ilk 
dəfə tapıldığına görə fransızca adlandırılmışdır. Artıq dünya 
şöhrəti  qazanmış  Şel,  Aşel,  Mustye,  Orinyak,  Solyutre  və 
başqa arxeoloji mədəniyyət abidələri Fransadakı qədim insan 
düşərgələrində tapılmışdır. Bu ərazidə aşkar olunmuş qədim 
insan düşərgələri içərisində Vallone, Terra-Amata, Araqo və 
Lazaret  xüsusi  maraq  doğurur  və  qeydə  alınmış  maddi 
mədəniyyət qalıqları ilə diqqəti cəlb edir. 
Fransanın  Vallone  qədim  insan  məskənində  Avropa 
üçün ən qədim daş dövrünün mədəniyyət nümunələri aşkar 
olunmuşdur.  Bu  düşərgədən  tapılmış  maddi  mədəniyyət 
qalıqlarının yaşı milyon ilə bərabərdir. Hələlik Avropada bu 
tarixə malik II bir abidə qeydə alınmamışdır. Düşərgədən daş 
məmulatı  ilə  yanaşı  ovlanmış  heyvan  sümükləri  də 
tapılmışdır. 
Fransa  ərazisində  aşkar  olunmuş  ən  maraqlı  və  ən 
zəngin  abidələrdən  biri  də  Terra-Amata  düşərgəsidir. 
Düşərgə  Fransanın  cənub-şərqində  olub  Nitsa  şəhəri 
ərazisindədir.  Burada  arxeoloji  tədqiqat  işlərini  professor 
A.Lümley  aparmışdır.  Tədqiqatlar  zamanı  burada  qədim 
Aşel  dövrünə  aid  çopperlər,  çoppinqlər,  əl  çapacaqları  və 
başqa  daş  alətlər  tapılmışdır.  Düşərgədən  daş  alətlərlə 
birlikdə ovlanmış heyvanların sümük qalıqları da tapılmışdır. 
Sümük məmulatı içərisində Mer- 
51 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə