ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə17/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   13   14   15   16   17   18   19   20   ...   66

ibtidai adamlar yaşamış, heç bir millət və xalq olmamışdır. 
Yazıçı  Sero  Xanzadyan  tarixi  saxtalaşdırmaqda  daha 
irəli  getmişdir  («Avanqard»  jurnalı,  5.1.  Yerevan,  1988), 
həmin  rəyi  S.Xanzadyan  II  dəfə  1989-cu  ilin  aprelində 
Ermənistanda 
çıxan 
«Kommunist» 
qəzetində 
çap 
etdirmişdir.  Rəydə  deyilir  ki,  guya  Azərbaycan  alimlərinin 
Azıx  mağarasında  apardıqları  tədqiqatlar  göstərmişdir  ki, 
düşərgənin II salonunda olan dirək həqiqətən Aşel dövründə 
yaşamış  erməni  qadınının  heykəlidir  və  geyimi  də  müasir 
erməni  qadınlarının  geyiminə  yaxındır.  Azərbaycan 
alimlərinin düşərgədə apardıqları tədqiqat işləri nəticəsində 
yazılmış  əsərlərdə  belə  cəfəngiyat  olmamışdı.  Əgər  onlar 
Azərbaycan alimlərinin əsərləri ilə tanış olsaydılar, bəlkə də 
belə  yanlış,  əsassız  fikir  söyləməzdilər.  Azıxın  maddi 
mədəniyyət  tapıntılar,  o  cümlədən  mağaranın  II  salonunda 
təbii  yolla  əmələ  gələn  stalaqnat  dirəklər  haqqında  da 
məlumat  vardır.  Bu  dirəklər  təbii  prosesdə  əhənglə  suyun 
qarışığında  əmələ  gəlmişlər.  Bu  cür  elmi  əsası  olmayan 
yanlış məlumatları yazanlar dağların, qayaların, stalak- tit və 
stalaqnat  dirəklərin  əmələgəlmə  xüsusiyyətlərini  ya  bilmir, 
ya da bilərəkdən süni yolla tarixi saxtalaşdırmağa çalışırlar. 
Bu  isə  geniş  xalq  kütləsində  əsl  tarixi  və  təbii  proseslərin 
qanunauyğun  şəkildə  formalaşma  xüsusiyyətləri  haqqında 
yanlış, elmi əsası olmayan fikirlərin əmələ gəlməsinə səbəb 
olur.  Bu  yolla  tarixi  saxtalaşdırmağa  çalışanlar  əvvəl-axır 
gülünc vəziyyətə düşmüş olarlar (Şəkil 11). 
55 


MUSTYE
 MƏDƏNIYYƏTI
 
Aparılan elmi tədqiqatlar göstərir ki, son Aşel- Mustye 
dövrü  insanların  həyatında  mühüm  dəyişikliklər  baş 
vermişdir. Məhz bu dövrdən başlayaraq qədim insanlar yeni 
tipli  əmək  alətləri  hazırlamağa  başlamışlar.  Bu,  onların 
inkişafı ilə əlaqədar olaraq meydana çıxmışdır. Artıq əvvəlki 
dövrlərdə hazırlanmış əmək alətləri - kobud çapma alətləri, 
əl  çapacaqları  insanların  yeni  tələbatını  ödəmir  və  daha 
mükəmməl  universal  əmək  alətlərinin  hazırlanması  əsas 
məsələ  kimi  qarşıda  dururdu.  Qədim  Azıx  sakinləri  yeni 
tələbata  uyğun  əmək  alətləri  hazırlamaq  üçün  çay 
kənarlarından  müxtəlif  növ  daşları  götürüb  təcrübədə 
yoxlayır və həmin daşlardan əmək alətləri hazırlayırdılar. Bu 
isə  yeni  dövrün  başlanması  demək  idi.  Bu  dövrün  maddi 
mədəniyyət  qalıqları  ilk  dəfə  Fransanın  Le-Mustye 
düşərgəsində müəyyən olduğuna görə, tapıldığı yerin adı ilə 
Mustye  mədəniyyəti  adlandırılmışdır.  Mustye  mədəniyyəti 
Avropada,  Şimali  Afrikada,  Orta  Asiyada,  Yaxın  və  Orta 
Şərq  ölkələri  ərazisində  yayılmışdır.  Arxeoloji  tədqiqatlar 
zamanı  müəyyən  olunmuşdur  ki,  Mustye  mədəniyyətinin 
120-100  min  il  bundan  qabaq  başlanması  və  35-33  min  il 
əvvəl sona çatması müəyyən edilmişdir. 
Mustye mədəniyyəti dövründə qədim insanların bədən 
quruluşunda,  əmək  alətləri  hazırlanmasında,  təsərrüfatında 
və həyat tərzində böyük dəyişilikliklər baş vermişdir. 
Mustye  dövrünün  sakinləri  neandertal  tipli  insanlar 
olmuşlar.  Onlar  yaşamaq  üçün  özlərinə  mağaralarda,  açıq 
yaşayış  yerlərində  və  komalarda  yer  hazırlayırdılar. 
Neandertal  tipli  insanlar  düşərgələrdə  yaşayış  tikililərini, 
əsasən nəhəng heyvan sümüklərindən və iri qaya daşlarından 
düzəldirdilər. 
56 


Mustye mədəniyyəti dövründə də qədim insanların əsas 
məşğuliyyəti ovçuluq olmuşdur. Lakin ulu sakinlər təbiətin 
hazır nemətlərindən də istifadə etmişlər. 
Arxeoloji qazıntılar zamanı Mustye mədəniyyətinə aid 
olan düşərgələrdə neandertal  tipli insanların  qəbirləri aşkar 
olunmuşdur. Demək artıq Mustye dövründə neandertal tipli 
insanların  həyatında  dəfn  mərasimi  olmuş  və  onlarda  bəzi 
dini görüşlər formalaşmağa başlamışdır. Bu fikirləri müxtəlif 
Mustye abidələrində tapılmış antropoloji tapıntılar da təsdiq 
edir. 
1924-cü  ildə  Krımın  Kiik-Koba  mağarasında  yaşlı 
adamın  ətraf  sümükləri  və  onun  yanında  uşaq  skeletinin 
sümük qırıqları tapılmışdır. 
1953-cü  ildə  Krımın  Staroselye  düşərgəsində  1  yaş  8 
aylıq uşaq skeleti aşkar edilmişdir. 
Mustye  dövrünün  daha  maraqlı  tapıntılarından  biri 
1938-ci  ildə  Özbəkistanın  Teşik-Taş  mağarasında  qeydə 
alınmışdır. Bu 8-9 yaşlı neandertal oğlan uşağının kəlləsi və 
digər sümük qalıqlarından ibarət olmuşdur. 
Aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  Gürcüstanın 
Sakajiya,  Curuçula,  Kudaro,  Şimali  Qafqazın  Barakayevsk 
və başqa Mustye düşərgələrində də neandertal tipli insanların 
sümük, kəllə, çənə və dişləri aşkar olunmuşdur. Neandertal 
insana aid skeletin qalıqları 
1949-
 
cu  ildə  İranın  Bisitun  mağara  düşərgəsində 
tapılmışdır. 
1950-
 
1960-cı  illərdə  İraqda  olan  Şanidar  Mustye 
düşərgəsində  aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində 
Mustye  mədəniyyətinə aid  təbəqədə altı  nəfər  yaşlı adamın 
və bir uşaqğın skeleti tapılmışdır. 
Ümumiyyətlə, aparılan arxeoloji tədqiqatlar nəticəsində 
dünyanın  160-dan  çox  abidəsində  qədim  insan  qalıqları 
tapılıb öyrənilmişdir. 
Azərbaycan  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar 
zamanı Mustye mədəniyyətinə aid Azıx (III təbəqə). 
57 


Tağlar,  Daşsalahlı,  Damcılı,  Qazma  və  Buzeyir  mağara 
düşərgələri aşkar olunmuşdur. 
Azıx  düşərgəsinin  III  təbəqəsində  aparılan  arxeoloji 
qazıntılar  nəticəsində  3  mindən  çox  daş  məmulatı  və  50 
mindən  çox  fauna  qalıqları  (heyvan  sümükləri)  aşkar 
edilmişdir. Həmin təbəqədə aşkar olunmuş daş məmulatının 
əksəriyyəti  çaxmaq  və  slaneç  daşlarından  hazırlanmışdır. 
Lakin daş məmulatı arasında dəvəgözü daşından hazırlanmış 
əmək  alətləri  də  qeydə  alınmışdır.  Bu  göstərir  ki,  Azıx 
düşərgəsində  Mustye  dövrü  adamları  əmək  alətləri 
hazırlanmasında  çaxmaq  və  slaneç  daşlarına  üstünlük 
vermişlər.  Bu  heç  də  təsadüfi  olmamışdır.  Qədim  insanlar 
təcrübədə görmüşlər ki, çaxmaq daşından istənilən formada 
əmək  aləti  hazırlamaq  olur  və  ondan  müxtəlif  məqsədlər 
üçün istifadə etmək əlverişlidir. Azıx Mustye düşərgəsi daş 
məmulatının elmi təhlili göstərir ki, mağara sakinləri əmək 
alətlərinin bir hissəsini mağarının özündə, digər hissəsini isə 
ondan  kənarda  hazırlamışlar.  Eyni  zamanda  Mustye 
mədəniyyəti  dövründə  neandertal  tipli  insanlar  Azıx 
mağarasında  daimi  yaşamışlar.  Maraqlıdır  ki.  Azıx 
düşərgəsinin  qədim,  orta  və  son  Aşel  dövründə  aid  olan 
təbəqələrində  bir  ədəd  də  olsun  dəvəgözü  daşından 
hazırlanmış əmək aləti qeydə alınmamışdır. Deməli, Azıxın 
qədim  sakinləri  dəvəgözü  daşı  ilə  ilk  dəfə  100-90  min  il 
bundan əvvəl tanış olmuş və ondan özləri üçün əmək alətləri 
hazırlamağa başlamışlar. 
Yeri  gəlmişkən  qeyd  etmək  maraqlı  olar  ki, 
Azərbaycanın  Qarabağ  ərazisində  çaxmaq  daşı  daha  çox 
yayılmışdır. Dəvəgözü daşı isə Kəlbəcər rayonu ərazisində 
və  Göyçə  gölü  ətrafında  daha  çoxdur.  Mustye  dövründə 
daşdan  əmək  alətləri  hazırlamaq  üçün  xammal  toplamaqla 
xüsusi  qrup  məşğul  olurdu.  Digər  insan  qrupu  isə 
düşərgələrə  gətirilmiş  çay  daşlarından  əmək  alətləri 
hazırlayırdı.  Ona  görə  də  daimi  yaşayış  yeri  olan 
düşərgələrdə arxeoloji qazıntılar zamanı təbii çay 
58 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə