ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə18/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

daşları  ilə  birlikdə  onlardan  hazırlanmış  əmək  alətləri, 
istehsal  tullantıları,  qəlpələr,  lövhələr  və  nukleuslar  aşkar 
olunmuşdur. 
Aparılan 
arxeoloji 
tədqiqatlar 
zamanı 
Azıx 
düşərgəsinin  Mustye  mədəniyyətinə  aid  olan  təbəqəsində 
çoxlu ovlanmış heyvan sümükləri tapılmışdır. Bu sümüklər 
içərisində vəhşi at, ibtidai öküz, vəhşi qulan, Qafqaz maralı, 
qaban,  mağara  ayısı,  kərgədan  və  s.  heyvanların  sümük 
qalıqları 
aşkar 
olunmuşdur. 
Sümüklərin 
bəziləri 
daşlaşmışdır.  Digər  bir  cəhətdə  maraq  doğurur.  Tapılmış 
sümüklərin əksəriyyəti ocaqda yandırılmışdır. Bu da Azıxın 
ulu  sakinlərinin  həyatında  Mustye  mədəniyyəti  dövründə 
odun əsas yer tutduğunu göstərir. 
Maraqlıdır  ki.  Azıx  düşərgəsinin  Mustye  dövrünə  aid 
təbəqəsindən 2 ədəd əl çapacağı tapılmışdır. Əl çapacaqları 
Mustye dövrü üçün xarakterik deyildir. Ona görə də Azıxın 
III  təbəqəsində  qeydə  alınmış  2  ədəd  əl  çapacağı  nadir 
tapıntılardan  hesab  olunur.  Hazırda  respublikamızın 
ərazisində  Mustye  mədəniyyətinə  aid  ən  möhtəşəm  və 
zəngin  maddi  mədəniyyət  qalıqlarına  malik  qədim  insan 
düşərgəsi  Tağlar  mağarasıdır.  Tağlar  Mustye  düşərgəsi 
Dağlıq Qarabağın ən mənzərəli və səfalı guşələrinin birində 
olub  Tuğ  və  Tağlar  kəndlərinin  arasında  yerləşir  (Şəkil 
19-20). 
Mağara  ilk  dəfə  M.Hüseynov  tərəfindən  1960-cı  ildə 
qeydə  alınmışdır.  Burada  arxeoloji  qazıntı  işlərini 
M.Hüseynov və Ə.Cəfərov aparmışlar. Mağara əhəng daşları 
içərisində  təbii  yolla  əmələ  gəlmişdir.  Mağaranın  bir  neçə 
metrliyindən  axan  Quruçay  Tağlar  düşərgəsində  yaşayan 
qədim insanların həyatında mühüm rol oynamış, ona görə də 
məhz bu ərazini özləri üçün daimi mərkəz seçmişlər. 
Tağlar  Mustye  düşərgəsi  özünün  maddi  mədəniyyət 
qalıqlarına, stratiqrafıyasma və yaşayışın uzunmüddətli 
59 


olmasına  görə  ölkəmizin  və  Yaxın  Şərq  abidələrinin 
içərisində mühüm yer tutur (Şəkil 21). 
Uzun müddət Tağlar mağarası  öz sirlərini insanlardan 
gizli saxlamışdır. Hətta Tağlar mağarası haqqında müxtəlif 
rəvayətlər  və  əfsanələr  danışılırdı.  Bəziləri  mağaranın 
ucsuz-bucaqsız  olduğunu  və  bir  hissəsinin  İran  ərazisinə 
gedib  çıxdığını,  düşərgələri  isə  buranın  müqəddəs  bir  yer 
olduğunu söyləyirdilər. Xüsusilə kənd gəncləri arasında belə 
bir şayiə yayılmışdı ki, guya bir çobanın iti mağaraya girmiş 
və gedib Şuşadan çıxmışdır. Yerli əhali bu ərazilərdə qoyun 
otararkən  ehtiyatlı  hərəkət  edir  və  sürünün  mağaraya 
yaxınlaşmasına  imkan  vermirdilər.  Onlar  belə  hesab 
edirdilər ki, sürü mağaraya girərsə, onu geri qaytarmaq çətin 
ola bilər. 
Arxeoloqlar hər hansı  bir ərazidə elmi  kəşfiyyat  işləri 
apararkən qabaqcadan yerli əhali ilə söhbət edir, adamların 
fikirlərini  dinləyir  və  həmin  fikirləri  elmi  süzgəcdən 
keçirirlər.  İlk  baxımdan  belə  məlum  olur  ki,  yerli  əhalinin 
uzaq keçmişimiz haqqında, onun maddi mədəniyyəti, ibtidai 
insanların məşğuliyyəti və yaşayış tərzi haqqında yanlış və 
uydurma fikirlərdən başqa heç bir məlumatı yoxdur. Ancaq 
elmi axtarışlar aparılması nəticəsində bu yanlış fikirlərə son 
qoymaq olur. 
Artıq  arxeoloqlar  Tağlar  mağarası  haqqında  müəyyən 
məlumatlar  əldə  etmiş,  burada  aparılacaq  kəşfiyyat 
qazıntısının  planı  hazırlanmış  və  qazıntı  sahəsi  müəyyən 
olunmuşdu (Şəkil 45). 
Beləliklə,  1963-cü  ildə  Tağlar  mağarasında  ilkin 
tədqiqat işləri başlandı. 
Düşərgədə  qazıntı  işləri  olduqca  diqqətlə  aparılırdı. 
Mağaranın  birinci  təbəqəsində  Eneolit,  Tunc  dövrlərinə  və 
orta  əsrlərə  aid  gil  qab  qırıqları  aşkar  olundu.  Çöküntünün 
15-20 sm dərinliyində qazıntı işləri davam edirdi. Torpağın 
rəngi  getdikcə dəyişirdi. Yeni bir arxeoloji təbəqənin izləri 
görünməkdə idi. Bu vaxt bir neçə daş alət diqqəti cəlb etdi. 
Nəzərə çarpan hər şey diqqətlə 
60 


nəzərdən keçirilirdi. Daşlar daha maraqlı görünürdü. Onların 
üzərində olan dişəklər daha cəlbedici idi və müəyyən etmək 
olunurdu  ki,  bu  əmək  alətləri  qədim  insanlar  tərəfindən 
hazırlanmışdır. Alətlərin işlənmə texnikası və tipologiyasına 
görə Mustye mədəniyyəti dövründə hazırlandığını söyləmək 
olardı.  Deməli,  Tağlar  mağarasının  II  təbəqəsində  qədim 
insanlar Mustye mədəniyyəti dövründə yaşamışlar. Tapılmış 
əmək  alətləri  levallua  və  mustye  itiuclusundan  ibarət  idi. 
Tağlar  düşərgəsinin  ilk  qaranquşu  olan  bu  2  ədəd  itiuclu 
burada daha yeni tapıntılar olacağı barədə ümidləri artırırdı. 
Arxeoloji  qazıntı  davam  edirdi.  Bir  az  sonra  onlarla  əmək 
aləti  və  levallua  itiucluları  və  heyvan  sümükləri  aşkar 
olundu.  Arxeoloji  kəşfiyyat  qazıntısı  çöküntünün  dərininə 
getdikcə  maddi  mədəniyyət  qalıqlarının  sayı  artmaqda 
davam edirdi. 
Bir neçə gün bundan əvvəl heç kəs güman edə bilməzdi 
ki,  Tağlar  Mustye  düşərgəsində  bu  qədər  zəngin  maddi 
mədəniyyət  qalıqları  aşkar  ediləcək.  Tağların  arxeoloji 
materialları dünyaya səs salacaqdır. 
Tağlar düşərgəsində aparılan ilk kəşfiyyat qazıntısının 
nəticələri olduqca sevindirici oldu. İlk dəfə olaraq müəyyən 
olundu  ki.  Tağlar  mağarasında  qədim  insanlar  Mustye 
mədəniyyət  dövründə  yaşamışlar.  İlkin  arxeoloji  kəşfiyyat 
qazıntısı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqları 
gələcəkdə  burada  aparılacaq  arxeoloji  qazıntı  işləri  üçün 
zəmin yaratmış oldu. 
1963-cü ildən 1986-cı ilədək müəyyən fasilələrlə Tağlar 
Mustye  düşərgəsində  arxeoloji  qazıntı  işləri  aparılmışdır. 
Arxeoloji  tədqiqat  işləri  nəticəsində  düşərgədən  7  mindən 
artıq  daş  məmulatı  və  100  mindən  çox  qədim  insanların 
ovladıqları heyvanların sümükləri aşkar olunmuşdur. 
Daş  məmulatı  içərisində  əmək  alətləri,  istehsal 
tullantıları və nüvələr əsas yer tutur. Daş məmulatının elmi 
tədqiqi göstərir ki. Tağlar mağarasının qədim sa 
61 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə