ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə19/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

kinləri əmək alətlərini əsasən düşərgədə hazırlamışlar. Əmək 
alətləri içərisində əsas yeri levallua və mustye iti udulan ilə 
birlikdə qaşov tipli alətlər tutur. Bütün Zaqafqaziya və Yaxın 
Şərq  abidələri  içərisində  Tağlar  Mustye  düşərgəsi  yeganə 
abidədir  ki,  buradan  tapılan  əmək  alətləri  olduqca  zəngin 
tarixə  malik  olmaqla  bərabər,  yeni-yeni  əmək  alətlərinin 
meydana gəlmə xüsusiyyətlərini öyrənməyə geniş imkanlar 
açılır. 
Tağlar  Mustye  düşərgəsinin  çöküntülərində  6  mədəni 
təbəqə  qeydə  alınmışdır.  I  təbəqədən  orta  əsrlər.  Tunc  və 
Eneolit  dövrlərinə  aid  gil  qab  qırıqları  tapılmışdır.  II  və 
bütün aşağı təbəqələrdə aparılan arxeoloji tədqiqatlar zamanı 
Mustye  mədəniyyətinə  aid  maddi  mədəniyyət  nümunələri 
aşkar  olunmuşdur.  Maraqlıdır  ki.  Tağlar  mağara 
düşərgəsində  aşkar  olunmuş  əmək  alətlərinin  əksəriyyəti 
çaxmaq  daşından  hazırlanmışdır.  Eyni  zamanda  çaxmaq 
daşları  bir  neçə  rəngdədir.  Bu  da  xüsusi  maraq  doğurur. 
Onların  içərisində  qırmızı,  sarı,  yaşıl  və  başqa  rənglilər  də 
vardır.  Əmək  alətləri  içərisində  əsas  yeri  iti  uclu  və  qaşov 
tipli alətlər tutur. Daş alətlər içərisində tək-tək bıçaq, kəsici, 
biz, dişli və kəzli alətlər də qeydə alınmışdır. 
Tağlar  Mustye  düşərgəsi  daş  məmulatının  texniki  və 
tipoloji tədqiqi zamanı Paleolit dövrü üçün  yeni tipli əmək 
alətləri qeydə alınmış və onlara Tağlar tipli əmək alətləri adı 
verilmişdir.  Həmin  alətlər  olduqca  zərif  hazırlanmış  və  bir 
neçə işlək ağızca malikdir. Maraqlı haldır ki. Azıx paleolit 
düşərgəsinin üçüncü təbəqəsinin daş alətləri içərisində də bir 
neçə ədəd Tağlar tipli əmək alətləri qeydə alınmışdır. 
Tağlar  Mustye  düşərgəsinin  mədəni  təbəqələrində  daş 
məmulatı  ilə  birlikdə  ovlanmış  heyvan  sümükləri  də  aşkar 
olunmuşdur.  Bu  göstərir  ki,  Mustye  mədəniyyəti  dövründə 
Tağlar mağarasında yaşayan qədim insanların əsas fəaliyyəti 
ovçuluqdan  ibarət  olmuşdur.  Sümük  məmulatı  həddindən 
artıq çapılıb doğrandığından on- 
62 


larm əksəriyyətinin hansı heyvan növünə aid olmasını təyin 
etmək qeyri-mümkündür. Təyin olunanlar isə ancaq ayrı-ayrı 
çənə və dişlərdən ibarətdir. Sümük məmulatının təyinatı və 
elmi tədqiqi ilə professor Dəmir Hacıyev məşğul olmuşdur. 
Sümük məmulatı arasında maral, mağara ayısı, ibtidai at və 
başqa heyvanların sümük qalıqları çoxluq təşkil edir. 
Ən  maraqlı  tapıntılardan  biri  də  Tağlar  düşərgəsində 
çoxlu  ocaq  laylarının  qeydə  alınmasıdır.  Bu  göstərir  ki, 
qədim  insanların  həyatında  ocaq  mühüm  yer  tutmuşdur. 
Maraqlıdır  ki,  sümük  məmulatının  əksəriyyəti  ocaqda 
yandırılmışdır. 
Tağlar çoxtəbəqəli Mustye düşərgəsi Qafqaz və Yaxın 
Şərq ərazisində yeganə abidədir ki, burada əmək alətlərinin 
uzunmüddətli  inkişafını  və  yeni-yeni  əmək  alətlərinin 
meydana 
gəlməsi 
xüsusiyyətlərini 
izləmək 
və 
aydınlaşdırmaq  mümkün  olmuşdur.  Aydındır  ki,  əmək 
alətləri  öz-özülüyündə  inkişaf  edə  bilməz.  Bu  inkişaf 
insanların  özünün  təkamülünün  və  inkişafının  təzahürüdür. 
Məhz  ona  görə  də  əmək  alətlərinin  inkişaf  tarixi  insan 
cəmiyyətinin, insanın özünün inkişaf tarixi deməkdir (Şəkil 
46-55). 
Tağlar  Mustye  düşərgəsində  aparılan  arxeoloji 
tədqiqatlar 
respubilkamızm 
ərazisində 
Mustye 
mədəniyyətinin  özünəməxsus  xüsusiyyətləri  olduğunu 
göstərdi. 
Maraqlı  cəhət  ondan  ibarətdir  ki.  Azıx  paleolit 
düşərgəsində  aparılan  elmi  tədqiqat  işləri  Azərbaycan 
ərazisində  ibtidai  insanların  uzun  müddət  yaşadıqlarını 
göstərirdisə.  Tağlar  Mustye  düşərgəsindəki  arxeoloji 
tədqiqatlar neandertal tipli adamların inkişaf etdiyini, müasir 
insanların ulu əcdadlarının bu ərazidə yaşayıb formalaşdığını 
elmi əsaslarla təsdiq etdi. 
Tağlar  Mustye  düşərgəsində  kompleks  şəkildə  elmi 
tədqiqat  işləri  aparılmışdır.  Burada  arxeoloqlarla  yanaşı, 
paleontoloqlar, 
paleogeoloqlar, 
paleocoğraflar, 
pa- 
leobotaniklər və başqa elm sahəsinin mütəxəssisləri də 
63 


elmi  tədqiqat  işləri  aparmışlar.  Bu  tədqiqatlar  nəticəsində 
düşərgə ətrafının və qonşu ərazilərin erkən Xvalın əsrindəki 
təbii  iqlim  şəraiti  bərpa  edilmişdir.  Həmin  dövrdə  Kiçik 
Qafqazın  cənub-şərq  hissəsində  bütün  müasir  landşaft 
qurşaqları  mövcud  olmuşdur.  Lakin  onların  sərhədləri 
indikindən  alçaqda,  dəniz  səviyyəsindən  800-1000  metr 
yüksəkdə  yerləşmişdir.  Bu  da  qeyd  olunan  dövrdə  iqlimin 
çox soyuq olması ilə əlaqədardır. Ərazinin iqlimi istiləşmə və 
soyuqlaşma  istiqamətində  inkişaf  etmişdir.  İqlimin  bu 
ümumi  inkişafı  fonunda  üç  nisbi  istiləşmə  fazası  birincisi 
64-63  min  il,  ikincisi  58  min  il,  üçüncüsü  isə  52  min  il 
müəyyən  olunur.  Bu,  Qərbi  Avropanın  Vyurm  buzlaşma 
dövründə qeydə alınmış broyurun, adderade və modershofd 
isti  fazaları  ilə  müqayisə  olunur.  Düşərgənin  kompleks 
tədqiqi ilə M.Hüseynov, D.Hacıyev, Ə.Məmmədov, 
N.Şirinov, Ə.Cəfərov, A.Veliçko, S.Əliyev, M.Süleymanov 
və başqa alimlər məşğul olmuşlar. Beləliklə, Tağlar Mustye 
düşərgəsində  aparılan  kompleks  tədqiqatlar  nəticəsində  ulu 
sakinlərin  nəinki  həyat  tərzi,  əmək  alətlərinin  hazırlanma 
xüsusiyyətləri, eyni  zamanda o dövrün təbii  coğrafi şəraiti, 
heyvanat aləmi, bitki örtüyü və iqlim şəraiti də öyrənilmişdir. 
Arxeoloji  tədqiqat  işləri  nəticəsində  Tağlar  Mustye 
düşərgəsində  qədim  insanların  120-100  min  il  bundan 
əvvəldən 35 min ilə qədər yaşadıqları müəyyən olunmuşdur. 
Eyni  zamanda  bütün  Yaxın  Şərq  ərazisində  Tağlar 
düşərgəsinin  əsas  mədəniyyət  mərkəzi  olması  və  Tağlarda 
hazırlanmış  əmək  alətlərinin  hələ  Mustye  mədəniyyəti 
dövründə  Yaxın  Şərq  ölkələri  ərazisinə  yayılması 
aydınlaşmışdır. 
Güman  etmək  olar  ki,  Azərbaycan  ərazisində  Tağlar 
kimi daha yeni bir abidənin olması mümkündür. Bunun üçün 
respublikamızın  bütün  zonalarında  paleolit  problemi  üzrə 
arxeoloji kəşfiyyat işləri aparılmalıdır. 
64 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə