ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.

səhifə2/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   66

hazırladığı  əmək  alətlərinin  yaşının  6  milyon  ilə  bərabər 
olmasını söyləməyə əsas vermişdir. 
1989-cu  ildən  Dmanisi  paleolit  düşərgəsində  aparılan 
arxeoloji  qazıntılar  zamanı  yaşı  1,7-1,8  milyon  ilə  bərabər 
olan arxeoloji və paleoantropoloji tapıntılar aşkar edilmişdir. 
Fransa  ərazisində  aparılan  elmi  axtarışlar  zamanı 
Sent-aşel  düşərgəsində  kobud  çapma  alətləri  və  əl 
çapacaqları  aşkar  olunmuşdur.  Bu  tapıntılar  tarixə  aşel 
mədəniyyəti  kimi  daxil  olunmuşdur  və  ilk  dəfə  tapıldığı 
yerin  adı  ilə  adlandırılmışdır.  Fransa  alimlərinin  apardığı 
elmi tədqiqatlar zamanı aşel mədəniyyətinin bir neçə inkişaf 
mərhələsi keçməsi müəyyən olunmuşdur. Aparılan arxeoloji 
tədqiqatlar  zamanı  məlum  olmuşdur  ki,  aşel  mədəniyyəti 
bəşər  tarixində  700  min  il  bundan  əvvəl  başlanmış  və  120 
min  il  bundan  qabaq  sona  çatmışdır.  Fransanın  Lö-Mustye 
mağara  düşərgəsində  aparılan  arxeoloji  tədqiqatlar  zamanı 
bəşər  tarixi  üçün  yeni  arxeoloji  maddi  mədəniyyət 
nümunələri tapılmışdır. Lö-Mustye abidəsinin əmək alətləri 
tarixə mustye arxeoloji mədəniyyəti kimi daxil olmuşdur. 
Arxeoloqlar müəyyən etmişlər ki, mustye mədəniyyəti 
120  min  il  bundan  əvvəl  başlanmış  və  35  min  il  bundan 
qabaq sona çatmışdır. Aparılan arxeoloji tədqiqatlar zamanı 
müəyyən olunmuşdur ki, 35 min il bundan əvvəllərdə mustye 
mədəniyyətini üst paleolit əvəz etmişdir. Avropa ərazisində 
üst  paleolit  mədəniyyəti  4  inkişaf  mərhələsindən:  orinyak, 
solyutre,  madlen  və  azildən  keçmişdir.  12  min  il  bundan 
əvvəllərdə üst paleolit sona çatmış və onu mezolit (orta daş 
dövrü)  əvəz  etmişdir.  Mezolit  dövrünü  isə  9-7-ci 
minilliklərdə  mövcud  olmuş  neolit  (yeni  daş  dövrü)  əvəz 
etmişdir.  Qeyd  olunan  dövrlərdə  əsas  əmək  alətləri  və 
ovçuluq  silahları  daşdan  hazırlandığına  görə,  insanlığın 
keçdiyi  uzun  bir  tarixi  inkişaf  dövrünə  daş  dövrü  adı 
verilmişdir. Aparılan kompleks arxeoloji tədqiqatlar 


zamanı  hazırda  müəyyən  olmuşdur  ki,  bəşər  tarixində  daş 
dövrü 6 milyon il bundan əvvəl başlanmış və 7 min il bundan 
qabaq  sona  çatmışdır.  Daş  dövrünü  7-5  minilliklərdə 
mövcud  olmuş  eneolit  (mis-daş  dövrü),  mis-  daş  dövrünü 
5-2-ci minilliklərdə mövcud olmuş tunc dövrü əvəz etmişdir 
və  tunc  dövrü  I  minilliyin  əvvəllərində  sona  çatmış,  onu 
dəmir  dövrü  əvəz  etmişdir.  Bəşər  tarixində  sonralar  dəmir 
dövrünü antik dövrü (eradan əvvəl IV və eramızın IV əsri) 
əvəz etmişdir. Antik dövrü sona çatdıqdan sonra orta əsrlər 
(V-XVI  əsrlər),  yeni  tarix  (XVII-XIX  əsrlər)  və  ən  yeni 
tarixlə (XX əsrdən) əvəz olunmuşdur. Beləliklə, bəşər tarixi 
uzun bir inkişaf dövrü keçmişdir. 
Azərbaycan Respublikası  ərazisində aparılan arxeoloji 
tədqiqatlar  zamanı  ilk  sakinlərinin  məskunlaşmasına  aid 
zəngin  maddi  mədəniyyət  nümunələri  aşkar  olunmuş  və 
bunun  nəticəsində  respublikamızın  ərazisinin  insanın 
formalaşdığı  məskənlər  siyahısına  daxil  olunmasına  zəmin 
yaratmışdır.  Azərbaycan  ərazisində  hazırda  ilk  ibtidai 
insanların  1,7-1,8  milyon  il  bundan  əvvəldən  yaşamağa 
başlamasına  aid  ən  qədim  arxeoloji  və  paleontoloji 
materiallar tapılmışdır. 
Kitabda  Azərbaycanın  Araz,  Quruçay,  Arpaçay, 
Tərtərçay,  Viləşçay,  Zuvandçay  və  digər  vadilərində  aşkar 
olunmuş  Olduvay,  Aşel,  Mustye,  Orinyak,  So-  lyutre, 
Madlen,  Azil,  Mezolit,  Neolit,  Kür-Araz  və  Boyalı  qablar 
mədəniyyətlərinin  maddi  mədəniyyət  nümunələri  haqqında 
zəngin arxeoloji materiallar öz şərhini tapmışdır. 
Əsərdə respublikamızın ərazisində tapılan qədim insan 
düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqları 
əsasında burada ibtidai insanların mağara həyatından, əmək 
alətləri hazırlanmasından, ovçuluq təsərrüfatından, ilkin odla 
tanışlıqdan,  ibtidai  tikili  yerlərindən,  qaya  rəsmlərindən  və 
Qarabağın  qədim  tarixindən  bəhs  olunur.  Eyni  zamanda 
dünyanın 


ən  qədim  insan  məskənləri  olan  Olduvay,  Türkanə,  Azıx, 
Dmanisi, Vallone, Kondel-Araqo, Lazaret, Ku- daro, Tağlar, 
Qazma  və  başqa  arxeoloji  abidələr  haqqında  zəngin  elmi 
məlumatlar  verilmişdir.  İlk  sakinlərin  bu  ərazi  və 
düşərgələrdə  yaşayıb  formalaşma  mərhələləri,  həmçinin  ən 
qədim tariximiz maddi mənbələr əsasında şərh edilmişdir. 
Azərbaycanın  ilk  sakinlərinin  düşərgələrində  aparılan 
kompleks  elmi  tədqiqatlar  nəticəsində  respublikamızın 
ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş, 
eyni zamanda bu diyarda ən qədim insanların uzun müddət 
məskən  salıb  formalaşması  elmi  faktlarla  sübuta 
yetirilmişdir. 


COĞRAFİ ŞƏRAİT VƏ QƏDİM İNSAN 
Aparılan  elmi  tədqiqatlar  göstərir  ki,  planetimizin  ilk 
sakinləri  lap  qədim  zamanlarda  bir  yerdə  yaşamış,  birlikdə 
yemək,  sığınacaq  axtarmağa  başlamış,  vəhşi  heyvanlardan 
qorunmaq, ilk əmək alətləri, ibtidai tikili yerləri hazırlamaq 
və  süni  od  əldə  etmək  üçün  birlikdə  yaşamaq 
məcburiyyətində qalmışlar. Birgə yaşayış ulu sakinlərimizin 
qarşısına çıxan çətinlikləri aradan qaldırmağa kömək etmiş 
və bu günə qədər gəlib çıxmış maddi və mənəvi sərvətlərin 
yaradılmasına səbəb olmuşdur. Maraqlıdır ki, istər Afrikada, 
Avropada,  Asiyada  və  istərsə  də  Azərbaycanda  ilk  qədim 
insanlar bir məskəndə - mağaralarda  yaşamış,  yeməkləri də 
bir  növ  -  mağara  ayıları,  nəhəng  marallar  və  təbiətin  hazır 
nemətləri  olmuşdur.  Onlar  özlərinin  incəsənət  əsərlərini  də 
bir yerə - qayalar üzərinə yazmışlar. İstər Qobustan qayaüstü 
rəsmləri,  Kəlbəcər,  Gəmiqaya,  Fransa,  İtaliya  və  istərsə  də 
Afrikadakı  qayalar  üzərinə  ulu  sakinlərin  həkk  etdikləri 
incəsənət əsərləri dediklərimizi bir daha təsdiq edir. 
Hal-hazırda  planetimizdə  müxtəlif  xalqlar  yaşayır. 
Onların  dilləri,  məşğuliyyəti,  mədəniyyəti,  ictimai-  iqtisadi 
quruluşları və dinləri müxtəlifdir. Lakin alimlərin apardıqları 
elmi tədqiqatlar göstərir ki, ən ulu sakinlərimizin ilkin səhər 
çağında  əmək  fəaliyyəti,  formalaşma  xüsusiyyətləri,  çay 
daşlarından  hazırladıqları  əmək  alətləri  6  milyon  il  bundan 
əvvəl  tamamilə  bir-  birinə  yaxın  və  demək  olar  ki,  oxşar 
olmuşdur.  Ən  qədim  ibtidai  insanlar  ilk  zamanlar  çay 
daşlarından  əmək  aləti  hazırlamış  və  bu  alətlərdən  özünün 
məşğuliyyəti üçün istifadə etməyə başlamışdır. 
İnsanın  özünü  də  məhz  əmək  yaratmışdır.  Əmək 
fəaliyyəti  nəticəsində  ibtidai  insanlar  heyvanlar  aləmindən 
birdəfəlik  ayrılmışlar.  Təxminən  6  milyon  il  bundan  əvvəl 
ibtidai insan adi çay daşını götürüb ondan 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə