ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə20/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   16   17   18   19   20   21   22   23   ...   66

Hazırda  Qarabağ  silsiləsinin  cənub-şərq  ətəklərində 
yuxarıda  qeyd  olunan  qədim  insan  düşərgələri  ilə  yanaşı 
Tunc  dövrünün  Qaraköpəktəpə,  Günəştəpə,  Meynə-  təpə, 
Kültəpə kimi bir sıra nadir və çoxtəbəqəli yaşayış düşərgələri 
aşkar  olunmuşdur.  Bu  bir  daha  göstərir  ki,  hələ  ən  qədim 
zamanlardan  bu  vaxta  kimi  bu  ərazidə  insanların  yaşaması 
üçün əlverişli şərait olmuşdur. 
Mustye  dövrü  üzrə  Yaxın  Şərq  ölkələri  ərazisində 
aparılan  arxeoloji  tədqiqat  işləri  xüsusi  maraq  doğurur. 
Çünki  Tağlarda  hazırlanmış  əmək  alətləri  qeyd  olunan 
ölkələrin ərazilərində tapılmışdır. 
İran  ərazisində  aparılan  tədqiqat  işləri  nəticəsində 
Paleolit  dövrünə  aid  maraqlı  və  zəngin  tarixi  abidələr 
tapılmışdır. 
İran ərazisində Paleolit dövrünə aid ilk tapıntılar geoloq 
Braunun  adı  ilə  bağlıdır.  O,  ilk  dəfə  olaraq  Ney-  ruz  gölü 
ətrafında  Mustye  mədəniyyətinə  aid  daş  alətlər  aşkar 
etmişdir.  Bu  tapıntıdan  6  il  sonra  antropoloq  Kun  İran 
ərazisində  olan  mağaralarda  arxeoloji  tədqiqat  işləri 
aparmışlar. 
1940-1951-ci  illərdə  Kunun  rəhbərlik  etdiyi  arxeoloji 
ekspedisiya  İranın  Bisütun,  Hunuk  və  Tamtama 
mağaralarında elmi tədqiqat işləri aparmışdır. 
Bisütun  mağarasında  aparılan  arxeoloji  tədqiqat  işləri 
xüsusilə mühüm elmi əhəmiyyətə malik olmuş və öz maddi 
mədəniyyət  qalıqlarına  görə  geniş  elmi  ictimaiyyətin 
diqqətini  cəlb  etmişdir.  Elmi  axtarışlar  zamanı  Bisütun 
mağarasında  Mustye  düşərgəsi  olması  müəyyən  edilmiş  və 
Mustye  mədəniyyətinə  aid  çoxlu  əmək  alətləri  aşkar 
olunmuşdur.  Bisütun  mağarasında  tapılmış  maddi 
mədəniyyət  qalıqları  əsasında  Yaxın  Şərqin  Paleolit 
mədəniyyəti haqqında ən yeni elmi məlumatlar toplanmışdır. 
Mağara Mustye adamlarının yaşayış məskəni olmuş və onlar 
bu düşərgədə uzun müddət yaşamışlar. 
65 


1950-ci 
ildə  Fildin  rəhbərlik  etdiyi  arxeoloji 
ekspedisiya  İran  ərazisində  axtarış  işləri  aparmış,  Lurestan 
və  Horemabad  ətraflarında  Paleolit  mədəniyyətinə  aid  daş 
alətləri aşkar etmişdir. 
1963-1965-ci illərdə Hauelin rəhbərlik etdiyi arxeoloji 
ekspedisiya  Horemabad  çökəkliyində  elmi  axtarış  işləri 
aparmış və 20-yə yaxın Paleolit abidəsi aşkar etmişdir. 
1970-ci  illərdə  ingilis  arxeoloqu  Mak  Berni  İran 
ərazisində  geniş  arxeoloji  axtarış  işləri  aparmış,  Ma- 
zandaran  və  Zaqros  ərazisində  apardığı  tədqiqat  işləri 
nəticəsində Mustye mədəniyyətinə aid düşərgələr tapmışdır. 
İran ərazisində ən möhtəşəm abidələrdən biri Bisü- tun 
mağarasıdır.  Yuxarıda  deyildiyi  kimi  burada  arxeoloji 
qazıntı işlərini antropoloq Kun aparmışdır. Mağara olduqca 
əlverişli  bir  yerdə  yerləşmişdir.  Burada  qədim  insanların 
yaşamaları və ovçuluqla məşğul olmaları üçün hər cür təbii 
şərait  olmuşdur.  Aparılan  arxeoloji  tədqiqatlar  zamanı 
düşərgənin  çöküntülərində  7  təbəqə  qeydə  alınmışdır. 
Arxeoloji  tədqiqatlar  Mustye  dövründə  qədim  insanların 
mağarada  yaşadıqlarını  və  əsasən  ovçuluqla  məşğul 
olduqlarını göstərmişdir. 
Bisütun  mağarasında  aşkar  olunmuş  arxeoloji 
materiallar  yaxşı  tədqiq  olunmuş  və  çap  edilmişdir. 
Düşərgədən  tapılmış  daş  məmulatı  içərisində  əsas  yeri 
itiuclular, bıçaq tipli alətlər və lövhəvari qəlpələr tutur. Daş 
məmulatı  arasında  114  ədəd  qaşov  tipli  alətlər  qeydə 
alınmışdır. 
Bisütun  Mustye  düşərgəsinin  itiuclu  alətləri  xüsusi 
maraq  doğurur.  Bunlar  olduqca  zərif  hazırlanmışdır. 
Bisütundan  aşkar  olunmuş  mustye  və  levallua  itiuclular 
Tağlar  Mustye  düşərgəsindən  tapılmış  itiuclulaıia  eynilik 
təşkil  edir.  Maraqlıdır  ki,  Bisütun  mağara  düşərgəsindən 
mandertal adamının sümükləri və dişi tapılmışdır. 
66 


Tamtama  mağarasında  da  arxeoloji  tədqiqat  işlərini 
Kun  aparmışdır.  Tamtama  mağarası  İran  ərasində  olub, 
Rezaye gölündən 20 km şimalda, dəniz səviyyəsindən 1700 
metr yüksəklikdə yerləşir. Çöküntünün ümumi qalınlığı 2,5 
metrə bərabərdir. Mağaradan 29 ədəd daş məmulatı və fauna 
qalıqları  aşkar  olunmuşdur.  Arxeoloji  materialların  elmi 
təhlili  göstərir  ki,  qədim  insanlar  mağarada  Mustye 
mədəniyyəti  dövründə  yaşamışlar.  Düşərgədə  toplanmış 
sümük  məmulatı  qədim  mağara  sakinlərinin  ovçuluqla 
məşğul  olduqlarını  göstərir.  Fauna  qalıqları  içərisində  əsas 
yeri maral, öküz və at sümükləri tutur. 
Maraqlıdır  ki,  Tamtama  mağarasından  neandertal 
adamının bud sümüyünün qırığı tapılmışdır. İran ərazisində 
aparılan arxeoloji tədqiqatlar zamanı Paleolit dövrünə aid bir 
sıra qiymətli abidələr aşkar edilmiş və tədqiq olunmuşdur. 
İraq 
ərazisində 
aparılan 
arxeoloji 
tədqiqatlar 
nəticəsində də zəngin elmi materiallar əldə edilmişdir. İraqda 
Paleolit dövrünə aid əmək alətləri ilk dəfə 1925- ci ildə Fild 
tərəfindən  aşkar  edilmiş  və  1950-ci  illərə  kimi  bu  ərazidə 
həmin dövrə aid yerüstü materiallar da toplanmışdır. 
1928-ci 
ildə 
arxeoloq 
Larrod 
Süleymaniyyə 
yaxınlığında  yerləşən  Ftəzər-Mərd  mağarasında  arxeoloji 
qazıntı işləri aparmışdır. Mağaranın çöküntüsündə 3 təbəqə 
qeydə  alınmışdır.  Qazıntılar  zamanı  çaxmaq  daşından 
hazırlanmış əmək alətləri tapılmışdır. Bu maddi mədəniyyət 
nümunələri Mustye dövrünə aiddir. Əmək alətləri içərisində 
əsas yeri itiuclular və qaşov tipli alətlər tutur. 
İraqın  paleolit  düşərgələrinə  dünya  şöhrəti  qazandıran 
Şanidar  Mustye  abidəsi  olmuşdur.  Şanidar  mağarası 
Həzər-Mərddən  150  km  şimal-qərbdə  yerləşir.  Mağara 
düşərgəsi dəniz səviyyəsindən 731 m yüksək 
67 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə