ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə21/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

likdə, Böyük Zab çayından isə 365 m hündürlükdə yerləşir. 
Şanidar mağarasında arxeoloji tədqiqat işlərini 
1951-
 
1960-cı 
illərdə 
amerikalı 
alim, 
Kolumbiya 
universitetinin  əməkdaşı  Soleski  aparmışdır.  Mağara 
mənzərəli  bir  dərədə  yerləşir.  Şanidar  düşərgəsində 
qazıntının  ümumi  sahəsi  578  m^-dir.  Çöküntünün  ümumi 
qalınlığı 14 metrə çatır. Düşərgənin çöküntülərində 4 mədəni 
təbəqə qeydə alınmışdır. 
Arxeoloji tədqiqatlar nəticəsində Şanidar mağarasından 
da  çoxlu  maddi  mədəniyyət  qalıqları  tapılmışdır.  Aşkar 
olunmuş  daş  məmulatı  Yaxın  Şərq  üçün  xarakterik  olan 
lövhə  və  qəlpələr  üzərində  hazırlanmışdır.  Əmək  alətləri 
içərisində itiuclular və qaşov tipli alətlər çoxluq təşkil edir. 
İtiuclu alətlər öz işlənmə texnikasına görə Həzər- Mərd 
və  Bisütun  mağaralarından  tapılmış  itiuclulara  daha  çox 
yaxındır. İtiuclularm əksəriyyəti düz, enli lövhələr üzərində 
hazırlanmışdır. Lakin Şanidar mağarası materialları arasında 
olan itiağızh qaşov və limas tipli əmək alətləri Asiya alətləri 
üçün  xarakterik  deyildir.  Lövhə  və  qəlpələr  üzərində 
hazırlanmış əmək alətlərinin çoxu azca dişəklənmişdir. 
Şanidar  düşərgəsində  arxeoloji  tədqiqat  işləri  aparan 
Soleskinin müəyyən etdiyinə görə mağarada qədim insanlar 
100 min il bundan əvvəldən 40 min qabağa kimi yaşamışlar. 
Ən  maraqlı  cəhətlərdən  biri  Şanidar  Mustye 
düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  9  nean- 
dertal insanın sümük qalıqları, kəllə və skeletləri tapılmışdır. 
Müəyyən  olunmuşdur  ki,  mağara  tavanının  uçması 
nəticəsində  mustye  adamları  burada  həlak  olmuşlar.  Aşkar 
edilmiş  antropoloji  tapıntılar  Şanidar  düşərgəsinə  dünya 
şöhrəti qazandırmışdır. 
68 


Maraqlıdır  ki,  Şanidar  Mustye  düşərgəsindən  tapılmış 
əmək alətlərinə oxşar alətlər Tağlar mağarasından da aşkar 
olunmuşdur. 
Yaxın Şərq ölkələri ərazisində öz sirlərini gizli saxlayan 
tarixi  abidələr  və  düşərgələr  çoxdur.  Gələcəkdə  aparılacaq 
elmi  axtarışlar  bu  abidələrin  qədim  sirlərini  insanlara 
açacaqdır. 
Paleolit  dövrü  ilə  məşğul  olan  arxeoloqları  Naxçıvan 
ərazisində  arxeoloji  kəşfiyyat  işləri  aparmaq  və  bu  diyarda 
qədim insan məskənlərinin olub-olmamasını müəyyən etmək 
çoxdan  idi  ki,  düşündürürdü.  Nəhayət,  1983-cü  ilin  iyul 
ayında  paleolit  arxeoloji  ekspedisiyası  Naxçıvan  ərazisində 
elmi axtarış işləri aparmaq üçün səfərə çıxdı. Bu vaxta qədər 
Naxçıvan diyarında orta əsrlər. Tunc və Eneolit dövrləri üzrə 
arxeoloji  tədqiqat  işləri  aparılmış  və  çox  qiymətli  abidələr 
(Kültəpə,  Xa-  raba-Gilan  və  s.)  aşkara  çıxarılmışdı.  Lakin 
Paleolit  dövrü  üzrə  axtarış  işləri  bu  ərazidə  aparılmamışdı, 
ona görə də Daş dövrü üzrə axtarış işləri aparılması xüsusi 
əhəmiyyət kəsb edirdi. 
Paleolit  arxeoloji  ekspedisiyası  Naxçıvanın  Ordubad, 
Culfa və Şərur rayonları ərazisində arxeoloji kəşfiyyat işləri 
apardı. Ən yaxşı elmi nəticə Şərur rayonunun Tənənəm kəndi 
yaxınlığında  əldə  olundu.  Kəndin  yaxınlığındakı  Qazma 
dərəsində  aparılan  arxeoloji  kəşfiyyat  işləri  zamanı  bir 
mağara qeydə alındı. Mağaraya Qazma mağarası adı verildi. 
Şərur  rayonu  ərazisində,  Tənənəm  kəndindən  3  km 
cənub-şərqdə  yerləşən  bu  mağara  tunel  formalı  olub,  karst 
mağarasıdır.  Mağaranın  içərisi  torpaq  çöküntüsü  ilə 
örtülmüşdür. Giriş hissədə mağaranın eni 8 metr, hündürlüyü 
2-3  metrə  çatır.  Bir  neçə  metr  içəriyə  getdikcə  giriş  yolu 
daralır  və  mağaranın  salonu  başlanır.  Mağara  bir  salondan 
ibarətdir. Ilk baxışda müəyyən etmək olur ki, burada ibtidai 
insanlar  yaşamışlar.  Bunun  elmi  əsaslarla  sübutu  üçün  isə 
arxeoloji qazıntı işləri aparılmalı idi. Əvvəlcə 
69 


mağaranın  fotoşəkli  və  planı  çəkildi.  Sonra  çöküntü  olan 
sahələr ayrı-ayrı kvadratlara bölündü. Bundan sonra Qazma 
mağarasında  arxeoloji  kəşfiyyat  qazıntısına  başlanıldı. 
Düşərgənin tədqiq olunan sahəsində 4 mədəni təbəqə qeydə 
alındı. Mağaranın I təbəqəsində aparılan arxeoloji qazıntılar 
zamanı  orta  əsrlər,  Tunc  və  Eneolit  dövrlərinə  aid  gil  qab 
qırıqları  aşkar  olundu.  II  təbəqədə  aparılan  tədqiqatlar 
zamanı isə bir ədəd Me- zolit-Eneolit dövrlərinə aid daş alət 
qeydə  alındı.  Düşərgənin  III  təbəqəsindən  çoxlu  sümük 
qırıqları ilə birlikdə Daş dövrünə aid 8 ədəd əmək aləti qeydə 
alındı. 
Qazma  mağarasında  1983-cü  ilin  yay  fəslində  aşkar 
olunmuş  daş  alətlərin  hazırlanma  texnikası,  tipologiyası 
əsasında  burada  qədim  insanların  Mustye  mədəniyyəti 
dövründə yaşadıqlarını söyləmək mümkün olmuşdur. 
1987-1990-cı illərdə Ə.Cəfərovun rəhbərliyi ilə Qazma 
mustye  düşərgəsində  geniş  sahədə  arxeoloji  qazıntı  işləri 
aparıldı  və  nəticədə  zəngin  maddi  mədəniyyət  nümunələri 
aşkar  olundu.  Qazma  mağarasından  tapılmış  maddi 
mədəniyyət nümunələri arasında əsas  yeri daş məmulatı və 
fauna qalıqları tutur. Düşərgədən minə yaxın daş məmulat və 
12  mindən  artıq  ovlanmış  heyvan  sümüklərinin  qalıqları 
tapılmışdır.  Əmək  alətləri  əsasən  dəvəgözü  və  çaxmaq 
daşlarından  hazırlanmışdır.  Qazma  düşərgəsinin  əmək 
alətləri  əsasən  qaşov  tipli  alətlərdən  və  itiuclulardan 
ibarətdir. Maraqlıdır ki, əmək alətləri əsasən itiləyici dişəklə 
dişəklənmişdir. Düşərgənin daş məmulatı içərisində istehsal 
tullantılarının da qeydə alınması göstərir ki, qədim insanlar 
əmək  alətlərinin  bir  qismini  özləri  hazırlamışlar,  digər 
hissəsini isə düşərgədən kənarda hazırlayıb sonradan buraya 
gətirmişlər. 
Qazma  mağarasında  1987-1990-cı  illərdə  aparılan 
arxeoloji  qazıntılar  zamanı  6  mədəni  təbəqə  qeydə 
alınmışdır.düşərgənin çöküntülərindən daş məmulatı ilə 
70 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə